Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3754/2020 22.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X10 publik hüquqi şəxsinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında DSMF-nin Oğuz rayon şöbəsinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında DSMF-nin Oğuz rayon şöbəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2806,01 manat məbləğində pulun tutulub Oğuz rayon şöbəsinin xxxxxxxxxxxxın Oğuz rayon filialındakı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında DSMF-nin Oğuz rayon şöbəsi məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh 3226,45 manat məbləğində pulun tutulub Oğuz rayon şöbəsinin xxxxxxxxxxxxın Oğuz rayon filialındakı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında DSMF-nin Oğuz rayon şöbəsi iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1955-ci il tarixdə Azərbaycan Respublikasının Xocalı rayonununda qeydiyyatda olub, Oğuz rayonunda müvəqqəti məskunlaşaraq yaşayan X2 təqdim etdiyi zəruri sənədlər əsasında ƏƏSMN yanında Dövlət X9 Oğuz rayon şöbəsinin Pensiya təyin edən komissiyasının xx.xx.2006-cı il tarixli, 92 № qərarı ilə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin şöbə tərəfindən uçotda olan pensiyaçıların uçot işlərinin araşdırılması zamanı vətəndaş X1 xx.xx.2017-ci il tarixdə vəfat etdiyi aşkar edilmişdir. Bu səbəbdən də vətandaş X1 pensiya ödənişi kartına vəfat etdiyi xx.xx.2017-ci il tarixindən pensiya ödənişinin saxlanıldığı xx.xx.2019-cu il tarixinədək 3726.45 (üç min yeddi yüz iyirmi altı manat,45 qəpik) artıq pensiya ödənişi edilmişdir. Artıq ödənilən 3726.45 manat pensiya məbləğinin DSMF Oğuz rayon Şöbəsinin xxxxxxxxxxxxın Oğuz rayon şöbəsindəki hesabına qaytarılmasına dair mərhun X8 qzının həyat yoldaşı Cavabdeh adına rəsmi məlumat göndərilmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli ərizəsi ilə 3726.45 manat qanunsuz ödənilmiş pensiya məbləğinin qısa müddətdə ödəyəcəyini bildirmişdir. xx.xx.2019-cu il tarixdə artıq ödənilmiş 3726.45 manat puldan 500 (beş yüz manat) manatını şöbənin bankda olan hesabına nağd qaydada ödəmişdir (ödənişə dair qəbz əlavə edilir). Lakin cavabdeh vətəndaş Cavabdeh qeyri-qanuni ödənilmiş geridə qalan 3226,45 (üç min iki yüz iyirmi altı manat qırx beş qəpik) manat məbləği ödəməkdən imtina edir. Odur ki məcburiyyət qarşısında qalaraq bu işlə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşlar. İddiaçı qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X10 publik hüquqi şəxsinin etibarnamə üzrə nümayəndəsi X7 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı 940117 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2017-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2018-ci ilin 10-cu ayının 5-ci günündə 45 nömrə ilə qeyd edilmişdir. İşdə olan DSMF-nin Oğuz rayon şöbəsinin Cavabdeh ünvanlanmış xx.xx.2019-cu il tarixli **********7 saylı məktubundan görünür ki, həmin məktubla Cavabdeh bildirilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki mərhum həyat yoldaşı yaşa görə pensiyaçı X4 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Lakin onun ölümü haqqında şöbəyə vaxtında məlumat vermədən onun pensiyasının alınmasını qanunsuz olaraq davam etdirmiş, 3726.45 manat məbləği onun kartından çıxartmışdır. Odur ki qısa müddət ərzində qanunsuz çıxarılmış 3726.45 manat pulun Fondun Oğuz rayon şöbəsinin Beynəlxalq bankın Oğuz rayon filialındakı hesabına ödənilməsini təmin etməsi xahiş edilmişdir. Əks təqdirdə “X6" Azərbaycan Respublikasının Qanununa əsasən qanunsuz ödənilmiş pensiya məbləğini alan şəxs qanunsuz ödənilmiş pensiya məbləğini geri ödəməkdən imtina edərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Cavabdeh tərəfindən DSMF-nin Oğuz rayon şöbəsinə yazılmış xx.xx.2019-cu il tarixli ərizəsinin məzmunundan görünür ki, həyat yoldaşı X2 vəfat etdiyi xx.xx.2017-ci ildən sonra aldığı pensiya davam etdirilmişdir. O, Rusiyada olmuşdur, xəbəri olmamışdır. Sonradan öyrənmişdir ki, həmin pensiyanı onun yeznəsi çıxartmışdır. Buna baxmayaraq qanunsuz çıxarılmış 3724,45 manat pulu yaxın vaxtda tam şəkildə ödəməyə söz vermiş, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan qəbzin surətindən görünür ki, Cavabdeh tərəfindən DSMF-nin Oğuz rayon şöbəsinin “xxxxxxxxxxxx” ASC-nin Oğuz rayon filialında olan hesabına xx.xx.2019-cu il tarixdə 500 manat ödəniş edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X4 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Buna baxmayaraq onun ölümü barədə iddiaçı DSMF-nin Oğuz rayon şöbəsinə məlumat verilməmiş, nəticədə X1 pensiya ödənişi kartına vəfat etdiyi xx.xx.2017-ci il tarixindən pensiya ödənişinin dayandırıldığı xx.xx.2019-cu il tarixinədək 3726.45 manat artıq pensiya ödənişi edilmişdir. Cavabdeh X1 həyat yoldaşı Cavabdeh həmin məbləğdən 500 manat hissəsini qaytarsa da, qalan hissəsini iddiaçı şöbəyə qaytarmamışdır. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. “X6” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən iddiaçı Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında DSMF-nin Oğuz rayon şöbəsinə vurulmuş zərərin əvəzi olaraq Cavabdeh 3226,45 manat məbləğində pul tutularaq iddiaçının bank hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 3226,45 (üç min iki yüz iyirmi altı manat qırx beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında DSMF-nin Oğuz rayon şöbəsinin “xxxxxxxxxxxx” ASC-nin Oğuz rayon filialında olan hesabına (hesab nömrəsi: ********************, hesabın VÖEN-i: **********) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-3754/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3754/2020
22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver