Məhkəmə qərarları › İş №2(060)-3766/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3766/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3766/2021 28.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, TP LİNK markalı modem üçün ödənilməmiş 12 manat borc, İMEİ kodu **********231613 olan Samsung Galaxy A50 markalı telefon üçün ödənilməmiş 705 manat borc və Samsung markalı tozsoran üçün ödənilməmiş 239 manat borc, ümümilikdə 956 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 986 manat məbləğində pulun Cavabdeh alınaraq iddiaçı “xxxx” MMC-ə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış 23.05.2019-cu il, 22.07.2019-cu il və 22.07.2019-cu il tarixli müqavilələrə əsasən, Cavabdeh “xxxx” MMC-dən TP LİNK markalı modem, Samsung Galaxy A50 markalı telefon və Samsung markalı tozsoran almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 72 manat olan ( 6 ay x 12 manat + 0 manat ilkin ödəniş) TP LİNK markalı modem üçün 12 manat ödənilməmiş hissə, alqı-satqı qiyməti 846 manat olan ( 18 ay x 47 manat + 0 manat ilkin ödəniş) Samsung Galaxy A50 markalı telefon üçün 705 manat ödənilməmiş hissə, alqı-satqı qiyməti 308 manat olan (11 ay x 28 manat + 0 manat ilkin ödəniş) Samsung markalı tozsoran üçün 239 manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 270 manat təşkil edir. Odur ki, iddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 23.05.2019-cu il, 22.07.2019-cu il və 22.07.2019-cu il tarixli müqavilələrdən görünür ki, Cavabdeh ümumi dəyəri 72 manat TP LİNK markalı modem, alqı-satqı qiyməti 846 manat olan Samsung Galaxy A50 markalı telefon və alqı-satqı qiyməti 308 manat olan Samsung markalı tozsoran almışdır. - Əşyaların təhvil-təslim aktlarından görünür ki, TP LİNK markalı modem, Samsung Galaxy A50 markalı telefon və Samsung markalı tozsoran Cavabdeh təhvil verilmişdir. - xxxx” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 6 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 12 manat olmaqla, 72 manat dəyərində TP LİNK markalı modem almış və 60 manat ödəniş etmişdir; 18 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 47 manat olmaqla, 846 manat dəyərində Samsung Galaxy A50 markalı telefon almış və 141 manat ödəniş etmişdir; 11 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 28 manat olmaqla, 308 manat dəyərində Samsung markalı tozsoran almış və 69 manat ödəniş etmişdir - “xxxx” MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh “xxxx” MMC ilə bağlanmış 23.05.2019-cu il, 22.07.2019-cu il və 22.07.2019-cu il tarixli müqavilələrə əsasən TP LİNK markalı modem, Samsung Galaxy A50 markalı telefon və Samsung markalı tozsoran almış, onların 1226 manat olan ümumi dəyərindən 270 manat ödəniş etmiş və nəticədə 956 manat borc yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 23.05.2019-cu il, 22.07.2019-cu il və 22.07.2019-cu il tarixli əşyanın alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqavilələridir. Borclu götürdüyü əşyalara görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmiş, malların 1226 manat ümumi dəyərindən 270 manat ödəniş etmiş və nəticədə 956 manat məbləğində borcu yaranmışdır. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh TP LİNK markalı modem üçün ödənilməmiş 12 manat borc, Samsung Galaxy A50 markalı telefon üçün ödənilməmiş 705 manat borc və Samsung markalı tozsoran üçün ödənilməmiş 239 manat borc, ümümilikdə 956 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 986 manat pul tutularaq iddiaçı “xxxx” MMC-ə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar