Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3772/2022 04.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 04 iyul 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21 yanvar 2021-ci il tarixli kredit müqaviləsinə əsasən ona verdiyi 16 000 (on altı min) manat məbləğində borc pulunun və onun tərəfindən çəkilmiş məhkəmə xərclərinin, yəni vəkil orderi üçün 110 manat, etibarnamə üçün 19 manat, şəxsiyyət vəsiqəsinin təsdiqi üçün 3 manat və dövlət rüsumu üçün ödənilmiş 180 manat pulun, ümumilikdə 312 manat pulun, habelə gecikdirilmiş vaxt üçün 16 000 (on altı min) manat məbləğində borc pulun illik beş faizinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə bir yerdə işləyən vaxtı iş yoldaşı kimi tanış olmuşdurlar. Həmin vaxtdan da onların yaxın münasibətləri yaranmışdır. Həmçinin də onunla iş yerində tez-tez ünsiyyətdə olmuşdurlar. 2021-ci ilin yanvar ayının ortalarında işdə onunla görüşəndə cavabdeh ona qısa müddətə qaytarmaq şərti ilə borc pul istəmişdir. O, da cavabdehə inandığından, xahişini yerə salmayıb, 16 000 manat borc pul verməyə razı olmuş və sonra o, 21 yanvar 2021-ci il tarixdə Sumqayıt şəhəri, 13-ci mikrorayon ərazisində yerləşən Sumqayıt şəhəri 3 saylı notariat ofisində Cavabdeh 21 yanvar 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 16 000 (on altı min) manat məbləğində borc pul vermişdir. Həmin müqavilənin 2-ci bəndində də göstərilmişdir ki, “Borc alan” krediti xx.xx.2021-ci il tarixinədək “Borc verənə” qaytarmağı öhdəsinə götürür. Lakin Cavabdeh götürdüyü borcu vaxtında tam şəkildə qaytaracağma söz versə də, verdiyi vədə sahib çıxmamış və götürdüyü borcu qaytarmaqdan boyun qaçırmışdır. Borcun qaytarılması istiqamətində etdiyi cəhdlərə baxmayaraq verdiyi pulu cavabdehdən ala bilməmişdir. Cavabdeh tərəfindən öhdəliyin icrasının yerinə yetirilməsi gündən düz bir il vaxt keçməsinə baxmayaraq öhdəlik yerinə yetirilməmişdir. Cavabdeh hazırda qanunsuz olaraq ona məxsus puldan istifadə edir və borcun qaytarılması barədə düşünmür. Borcun qaytarılmaması onun maddi durumuma mənfi təsir göstərir. Odur ki, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, məhkəmə Cavabdeh kredit müqaviləsinə əsasən ona verdiyi 16 000 (on altı min) manat məbləğində borcun və onun tərəfindən çəkilmiş məhkəmə xərclərinin, yəni vəkil orderi üçün 110 manat, etibarnamə üçün 19 manat, şəxsiyyət vəsiqəsinin təsdiqi üçün 3 manat və dövlət rüsumu üçün ödənilmiş 180 manat pulun, ümumilikdə 312 manat pulun, habelə gecikdirilmiş vaxt üçün 16 000 (on altı min) manat məbləğində borc pulun illik beş faizinin ödənilən günədək alınıb ona verilməsi barədə qətnamə qət etməlidir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil Hüsyen oğlu iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (SS780867745AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnamə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materillarına əlavə olunmuş İddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixədək qaytarmaq şərti ilə Cavabdeh 16.000 (on altı min) manat məbləğində borc pul vermişdir. İşdə olan xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı məhkəməyə qədər 16.000 manat borcun qaytarılması barədə Cavabdeh müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli kredit müqaviləsi imzalanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Beləliklə, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməməklə həmin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə yaranmış 16.000 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə, hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün 16 000 (on altı min) manat məbləğində borc pulun illik beş faizinin hesablanaraq cavabdeh alınıb iddiaçıya verilməsi hissəsində də əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, kredit müqaviləsi üzrə cavabdehin borcu 16000 manatdır və həmin borcu cavabdeh xx.xx.2021-ci ildə qaytarmağı öhdəsinə götürmüşdür, lakin cavabdeh borcun ödənilməsini 1 il 3 ay 10 gün müddətinə gecikdirmişdir (xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək). Bu səbəbdən faiz borcu həmin məbləğdən hesablanmalı, cavabdehdən iddiaçının xeyrinə müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5%-lə hesablanmış 1000 (16000 x 5/100 (%) x 1 il 3 ay 10 gün) manat pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, vəkilə hüquqi yardıma görə ödənilən xərclərə görə cavabdehdən 110 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya verilməlidir. İş materillarına əlavə edilmiş 537 nömrəli, 21 iyun 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı tərəfindən Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına 110 manat pul köçürülmüşdür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 3 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı etibarnamənin verilməsi üçün ödənilmiş 19 manat məbləğində pulun cavabdehdən alınması tələb etsə də, həmin hissədə iddia qismən təmin edilməldiir. Belə ki, iş materiallarına əlavə edilmiş AR-İİ 560273 nörməli xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, etibarnamənin təsdiq edilməsi üçün notariat orqanına 17.25 manat pul ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, etibarnamənin verilməsi üçün ödənilmiş 17.25 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia əsas hissədə təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 180 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 21 yanvar 2021-ci il tarixli kredit müqaviləsi üzrə 16000 (on altı min) manat məbləğində borc və kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1000 (bir min) manat məbləğində pul, şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 3 (üç) manat, vəkilə hüquqi yardıma görə ödənilən 110 (yüz on) manat, etibarnamənin alınması üçün 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat olmaqla, ümumilikdə 17130,25 (on yeddi min yüz otuz manat iyirmi beş qəpik) və 180 (bir yüz səksən) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-3772/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3772/2022
04.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver