Məhkəmə qərarları › İş №2(060)-3788/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3788/2024

22.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3788/2024 22.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Şüküran Valeh oğluna qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 16 may 2018ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Ağsu Rayon Məhkəməsinin 05 mart 202 1-ci il tarixli. 2(016)-216/2021 saylı qətnaməsi ilə təyin edilmiş hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq, hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin və mediasiya xərcinin əvəzi olaraq 60 (altmış) manatın cavabdeh X3 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh X7 ilə 25 aprel 2018-ci ildə nikaha girərək ailə qurmuşdur. Rəsmi nikahımızdan 16 may 2018-ci il təvəllüdlü X8 anadan olmuşdur. Ağsu Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli. 2(016)- 216/2021 saylı qətnaməsi ilə aralarıda qeydə alınmış nikahlarına xitam verilmiş, 16 may 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin cavabdeh X3 tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Övladı 16 may 2018-ci il təvəllüdlü X8 azyaşlıdır. Hal- hazırda oğlu Ömər məktəbəqədər hazırlığa, idmana və kursa (əlavə hazırlığa) gedir. İddiaçı bir ana kimi övladının ali təhsilli və sağlam böyüməsini arzu edir. Lakin maddi imkanı buna imkan vermir. İşləmir, qardaşının və valideynlərinin maddi köməkliyi ilə dolanır. Övladının tələbatı günü-gündən artır. Onun məktəbəqədər hazırlıq, idman, yeyib-içmək və digər xərclərini uşağın istəklərinə uyğun ödəyə bilmir. Şəxsi mənzilinin olmaması səbəbindən azyaşlı övladı ilə birlikdə valideynlərinin himayəsində yaşamağa məcbur olmuşdur. Hal-hazırda uşaqlar üçün minimum dolanışıq xərci Azərbaycan Respublikasında 235 (iki yüz otuz beş) manat müəyyən edilmişdir. Hesab edir ki, 16 may 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Ağsu Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(016)-216/2021 saylı qətnaməsi ilə təyin edilmiş hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq, hər ay 235 (iki yüz. otuz beş) manat sabit pul məbləğində alimentin və mediasiya xərcinin əvəzi olaraq 60 (altmış) manatın cavabdeh X3 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, cavabdehin hal-hazırda işləmədiyini və xəstə olduğunu qeyd etmiş, tələbin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Ağsu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(016)-216/2021 saylı qətnaməsindən görünür ki, X6 və X7 arasında xx.xx.2018-ci il tarixdə Ağsu Rayon Qeydiyyat Şöbəsində 117 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü X8 cavabdehlər X7 və X2 alınaraq iddiaçı X5 verilməsi, xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X3, uşağın anaya verildiyi gündən başlayaraq, hər ay 120 (yüz iyirmi) manat məbləğində sabit pul şəklində aliment tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. MŞS/MT030/2024-00794 saylı, xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir. İlkin medisiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat mediasiyaya dair xərci İddiaçı ödəmişdir. AZ-İ №413942 nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə İddiaçı oğlu arasında nikah Ağsu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(016)- 216/2021 saylı qətnaməsinə əsasən pozulmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdeh Şüküran Valeh oğlu ilə xx.xx.2018-ci il tarixində nikaha daxil olaraq ailə qurmuşdur. Ağsu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(016)-216/2021 saylı qətnaməsinə əsasən X6 və X7 arasında xx.xx.2018-ci il tarixdə Ağsu Rayon Qeydiyyat Şöbəsində 117 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü X8 cavabdehlər X7 və X2 alınaraq iddiaçı X5 verilməsi, xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X3, uşağın anaya verildiyi gündən başlayaraq, hər ay 120 (yüz iyirmi) manat məbləğində sabit pul şəklində aliment tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. İddiaçı uşağın böyüdükcə artmaqda olan tələbatlarını qarşılamaqda çətinlik çəkir. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət edir. İddiaçı iddia tələbini müdafiə edir, cavabdeh iddia tələbini qəbul etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Ağsu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(016)-216/2021 saylı qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda xx.xx.2018-ci il təvəllüdlü X1 üçün kifayət etmir. Belə ki, onun böyüməsi ilə əlaqədar maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladının saxlanılmasında maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, həmçinin onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Ağsu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(016)-216/2021 saylı qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməli, xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün cavabdeh Şüküran Valeh oğlundan hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddianın mediasiyaya dair xərcin əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. Ağsu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(016)-216/2021 saylı qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh Şüküran Valeh oğlundan hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Ödənilmiş mediasiya xərcinin əvəzi 60 manat Şüküran Valeh oğlundan alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar