Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3793/2024 24.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 24 iyun 2024-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7000 (yeddi min) manat borcun, həmçinin məhkəməyə ödənilmiş 90 (doxsan) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında 2023-cü ilin yanvar- fevral aylarında qida məhsulları verəcəyi adı ilə 10000 (on min) manat məbləğində borc pul verib. Cavabdeh aldığı borc pulun qarşılığında ona qida məhsulları verəcəyini bildirmiş, lakin uzun müddət keçməsinə baxmayaq cavabdeh cəmi 1000 manat məbləğində qida məhsulu vermiş daha sonra nə qida məhsulları vermiş, nə də pulu geri qaytarmışdır. O, cavabdehdən pulu geri qaytarmasını tələb etdikdə müxtəlif bəhanələrə pulu verməkdən imtina etmişdir. Daha sonra Cavabdeh ona pulu qaytarmaqda çətinlik çəkdiyini və hissə hissə geri qaytaracığını söyləmişdir. Bir müddət keçdikdən sonra cavabdeh puldan hissəhissə ödəniş etmiş olsa da, 7000 (yeddi min) manat borc qalmışdır. Lakin, bu günədək Cavabdeh nə yerdə qalan pulu qaytarmış, nə də verdiyi vədi yerinə gətirə bilmişdir. Nəsimi rayon Polis İdarəsinin apardığı istintaq zamanı da Cavabdeh ondan borc pul aldığını etiraf etmişdir. Cavabdeh polisdə verdiyi izahatda da ona 7000 (yeddi min) manat borcu olduğunu etiraf etmişdir. Belə olduğu halda məhkəməyə müraciət etmək zərurəti yaranmışdır Cavabdehin öz öhdəliklərini icra etməməsi səbəbindən hesab edir ki, cavabdeh onun iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək, yəni 2019-cu ilin iyun ayınadək əldə edə biləcəyi gəlirdən (fayda), yəni həmin məbləğin və ya onun dəyərində əldən çıxmış fayda olaraq iddiaçıya ziyan vurmuşdur. Ona görə də o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehə 2023-cü ilin fevral ayında pul vermişdir. Əvəzində isə cavabdeh ona 700-800 manatlıq mal vermişdir. Pulunun qarşılığında qalan məhsulları da vermədiyi üçün məcbur olub cavabdehi polisə şikayət etməli olmuşdur. Nəsimi rayon Polis İdarəsində aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, ondan başqa cavabdehdən təxminən 10-a yaxın başqa şikayətçilər də vardır. Cavabdehin ona borcu olduğunun təsdiq edəcək mesajlar və səs yazıları vardır. Həmin mesaj və səslərdə cavabdeh ona borcunun olmasını etiraf edir. Bundan başqa cavabdeh Bölmədə ona borcunun 4600 manat hissəsini etiraf edib. Cavabdeh ona notariusda borc müqaviləsi bağlanılmasını da təklif etmişdi. O isə borcun tam ödənilməsini istədiyi üçün bundan imtina etmiş və məhkəməyə müraciət etmişdir. Əslində cavabdehin ona olan borcu 4600 manatdan çoxdur. Lakin o işin uzanmasını istəmir, bu səbəbdən həmin məbləğdə iddiasının təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan 28 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X4, İddiaçı, X5, X6, X1 və X2 müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən işdə olan sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçının cavabdehə verdiyi pul müqabilində cavabdeh iddiaçıya müəyyən məhsullar vermiş, lakin qalan 4600 manat məbləğində məhsullar iddiaçıya təqdim edilməmiş, nəticədə cavabdeh iddiaçının hsabına əsassız varlanmışdır. Bu halı cavabdeh işə əlavə edilmiş Nəsimi rayon Polis İdarəsi İstintaq Şöbəsində verdiyi izahatında etiraf etmişdir. Belə ki, işdə olan 28 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasınını rədd edilməsi barədə qərarın məzmunundan görünür ki, Cavabdeh izahatında İddiaçı izahatında qeyd etdiyi kimi ona 10000 manat pul verdiyini və bunun qarşılığında o, Sakitə hər birində 10 ədəd olmaqla 200 blok müxtəlif markalı siqaretlər, 32 blok və 24 blok olmaqla ümumilikdə 56 blok (qutu) “snikers” şokaladı verdiyini, onun Sakitə verdiyi məhsulların ümumi dəyərinin 10000 manat olduğunu, bundan başqa Sakitə 4300 manat pul qaytardığını, buna səbəb isə Sakitə 10000 manat dəyərində verdiyi siqaret və şokoladın böyük hissəsinin öz baldızı Aygün Sarıyevaya göndərməsi, qalan 50 blok olmaqla 2 qutu siqareti Sakitin özündə saxladığını, həmin siqaretin dəyərinin isə 2500 manat olduğu, hazırda onun Sakitə sonuncunun yoldaşına olan 1400 manat borcu ilə birlikdə 4600 manat pul qaytarmalı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Məhkəmə hesab edir ki, iddiaçı sözügedən məbləğdən qalan 2400 (7000-4600) manat hissəsində iddia tələbinin əsaslandığı halları sübuta yetirə bilməmişdir. Belə ki, o, məhkəməyə bu halı (2400 manat miqdarında məhsul almadığını) təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 4600 manat məbləğində pul tutularaq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edilən maddəyə istinad edərək hesab edir ki, iddia tələbi qismən (təxminən 66%) təmin edildiyindən ödənilmiş 90 manat dövlət rüsumunun 60 manatı cavabdehə, qalan 30 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı Cavabdeh 4600 (dörd min altı yüz) manat məbləğində borc, ödənilmiş dövlət rüsumunun 60 (altmış) manat hissəsi tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-3793/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3793/2024
24.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver