Məhkəmə qərarları › İş №2(060)-3807/2024

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-3807/2024

20.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3807/2024 20.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, X1, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh 7470 manatın və 95 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onun əsaslandırılmışdır ki, Sumqayıt şəhəri 6-cı mikrorayonda yerləşən “ADA” gözəllik salonunda işlədiyi müddətdə iddiaçı Cavabdeh tanımışdır. Belə ki, iddiaçılar gözəllik salonuna gedib gələrkən Cavabdeh ilə ünsiyyətləri yaranmış və sonradan münasibətləri yaxşı olmuşdur. Səidə iddiaçılarda özünə qarşı etibarlı yoldaş imici yaratmışdır. 2023-cü ilin aprel ayında Gülarə Kamalə adlı tanışıyla birlikdə Səidənin iş yerində olarkan Səidə Kamaləyə yaxınlaşaraq qızıl-zinət əşyalarının alış-verişi ilə məşğul olduğunu, hazırda işini aparmaq üçün pula ehtiyacının olduğunu , bir ay müddətinə 5000 manat pul lazım olduğunu bildirmiş və əvəzində ilkin olaraq 1200 manatlıq qızıl-zinət əşyası verəcəyini bildirmişdir. Həmin vaxtı Kamalə iddiaçı Səidəyə inanıb ona pul veriməyin mümkün olub-olmamasını soruşduqda, Gülarə ona bildirmişdir ki, Səidəyə etibar etmək olar. Ona görə də Kamalə ilkin olaraq 5000 manat pulu xx.xx.2023-cü il tarixə kimi qaytaracağı şərti ilə Səidəyə pul vermişdir. Lakin müəyyən edilmiş vaxtda Səidə işinin alınmamasını bəhanə gətirərək pulu qaytaramamışdır. X4 yalvararaq bildirmişdir ki, Kamələdən pulun qaytarılması üçün möhlət almağı və Kamalənin yol məsrəflərinə görə əlavə olaraq 1200 manat pul verməyi xahiş etmiş və bunun əvvəlcədən alınmış 5000 manat borca heç bir aidiyyatı olmadığını, gələn ay 5000 manat pulu Səidəyə qaytaracağını bildirmişdir və o zaman Gülarə Səidəyə verdiyi 1200 manat pulu Kamaləyə vermişdir. Sonrakı aydada Səidə pulu qaytara bilmədiyi üçün Səidə Gülarədən əlavə pul istəmişdir. xx.xx.2023-cü il tarixində Səidə yenə pulu qaytarmamışdır. Səidə Kamalədən 5000 manat pulu götürən vaxtda qaytara bilmədiyindən və pula ehtiyacının olması səbəbindən Səidə Gülarədən əlavə 1500 manat pul istəmiş və həmin vaxtda o əlavə olaraq şəxsən özü əlbəəl Səidəyə 1500 manat pul vermişdir. O zaman Səidə onların hər ikisinin pulunu tezliklə qaytaracağını bildirsə də, nə Gülarə, nə də Kamaləyə pulu qaytarmamışdır. Sonradan Gülarənin dəfələrlə tələblərinə əsasən cavabdeh ona 230 manat ödəmişdir. Hazırda cavabdehin iddiaçılara ümumilikdə 7470 manat bocu qalmışdır. Səidə pulu qaytarmadığına görə Kamələ Səidəyə verdiyi 5000 manat pulu Gülarədən tələb etmiş və bildirmişdir ki , o zamin durmasaydı Səidəyə pul verməyəcəkdir. Belə olan halda Gülarə təklif etmişdir ki, hər ikisi eyni vaxtda polisə şikayət etsin . Ona görə də hər ikisi ayrıayrılıqda Polis orqanlarına şikayət etmişdirlər. Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin NK-1/1169 №-li təhqiqat materilalları xx.xx.2022-ci ildə "Materialın aidiyyatı üzrə göndərilməsi haqqında” Qərarla İstintaq şöbəsinə göndərilmişdir. Sumqayıt Polis İdarəsi İstintaq Şöbəsinin müstəntiqi , polis mayoru X3 HK-1/1169 saylı və 1170 saylı materiallar üzrə araşdırma aparmış, izahatlar alınmış və xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında ” Qərar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, İddiaçı1 və İddiaçı2 müraciətləri mülki qanunvericilik ilə tənzimlənir və onların müraciətlərində hər hansı bir cinayət hadisəsi yoxdur. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İddia tələbinin təmin edilməsi xahiş etdi. Əvvəlki məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İddia tələbinin təmin edilməsi xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt ŞPİ-nin İŞ-nin xx.xx.2023-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, cinayət işinin başlanması rədd edilməsi, İddiaçı1 və İddiaçı2 mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. -yazılı iltizamdan görünür ki, Cavabdeh, Günay xanım adlı şəxsdən 12 aprel tarixində 5000 manat borc pul aldığını, həmin borcu 12 may tarixinədək qaytarmaq barədə öhdəlik götürdüyünü imzası ilə təsdiq etmişdir. -yazılı iltizamdan görünür ki, Cavabdeh İddiaçı1 və İddiaçı2 7100 manat borc pul aldığını, həmin borcu xx.xx.2023-cü il tarixədək qaytarmaq barədə öhdəlik götürdüyünü imzası ilə təsdiq etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı1 Sumqayıt şəhəri 6-cı mikrorayonda yerləşən “ADA” gözəllik salonunda işlədiyi müddətdə iddiaçı Cavabdeh tanımışdır. Belə ki, iddiaçılar gözəllik salonuna gedib gələrkən Cavabdeh ilə ünsiyyətləri yaranmış və sonradan münasibətləri yaxşı olmuşdur. 2023-cü ilin aprel ayında Gülarə Kamalə adlı tanışıyla birlikdə Səidənin iş yerində olarkan Səidə Kamaləyə yaxınlaşaraq qızıl-zinət əşyalarının alış-verişi ilə məşğul olduğunu, hazırda işini aparmaq üçün pula ehtiyacının olduğunu , bir ay müddətinə 5000 manat pul lazım olduğunu bildirmiş və əvəzində ilkin olaraq 1200 manatlıq qızıl-zinət əşyası verəcəyini bildirmişdir. Kamələdən pulun qaytarılması üçün möhlət almağı və Kamalənin yol məsrəflərinə görə əlavə olaraq 1200 manat pul verməyi xahiş etmiş və bunun əvvəlcədən alınmış 5000 manat borca heç bir aidiyyatı olmadığını , gələn ay 5000 manat pulu Səidəyə qaytaracağını bildirmişdir və o zaman Gülarə Səidəyə verdiyi 1200 manat pulu Kamaləyə vermişdir. . Səidə Kamalədən 5000 manat pulu götürən vaxtda qaytara bilmədiyindən və pula ehtiyacının olması səbəbindən Səidə Gülarədən əlavə 1500 manat pul istəmiş və həmin vaxtda o əlavə olaraq şəxsən özü əlbəəl Səidəyə 1500 manat pul vermişdir. Sonradan Gülarənin dəfələrlə tələblərinə əsasən cavabdeh ona 230 manat ödəmişdir. Hazırda cavabdehin iddiaçılara ümumilikdə (5000+1200+1500-230)7470 manat bocu qalmışdır Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh borclu olduğu pulu ödəməyinə dair öhdəlik götürmüşdür, lakin nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh 7470 manatın tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı hisssini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində olmalıdır. Hazırda iddianın təmin edilən hissəsi 7470 manat olduğundan Cavabdeh 95 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 7470 manatın və 95 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar