Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3824/2020 20.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Rizayeva (Məmmədova) Aysel Mikayıl qızına qarşı pul tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdeh Rizayeva (Məmmədova) Aysel Mikayıl qızından 17004.94 manat məbləğində pulun və qabaqcadan məhkəməyə iddia qaldırılması məqsədi ilə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-137/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, onunla Cavabdeh arasında Bakı şəhəri Nizami rayonu Qeydiyyat şöbəsində xx xxxxxx 2013-cü il tarixdə 104 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 anaları Cavabdeh yanında qalmaları, xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 ondan alınaraq anaları Cavabdeh verilməsi, cavabdeh İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması barədə qətnamə qət olunmuşdur. O, Bank of Baku ASC-nin Sumqayıt filialından xx.xx.2019-cu il tarixində illik 22 faizlə 24 ay müddətinə 12 000 manat məbləğində kredit götürmüşdür. Bu məbləği o məqsədlə götürmüşlər ki, ünvan 1 ünvanını təmir etdirmək və eyni zamanda cavabdeh Rizayeva (Məmmədova) Aysel Mikayıl qızının müalicə və müayinə olunması üçün xərcləsinlər. Həm mənzilin təmirini, həm də Cavabdeh müalicəsini yay tətilinə salmaları barədə aralarında razılığa gəlmişlər. Bir müddət sonra cavabdehlə aralarında mübahisələr olmuş və ona anasıgilə qonaq gedəcəyini bildirmişdir. O, cavabdehin bu hərəkətindən şübhə etməmişdir. Lakin cavabdeh onu aldadaraq, məqsədli şəkildə bankdan götürdüyü 12.000 manat məbləğində pulu ondan xəbərsiz anasıgilə aparmışdır. Eyni zamanda onun 11 qram Rusiya istehsalı olan 700 manat məbləğində brilyant qaşlı üzüyünü və xəbəri olmadan qızılları lombarda qoyaraq 1380 manat dəyərində pul götürmüşdür. O pulları da 10 ay müddətində hər ay 136 manat olmaqla 1360 manat məbləğində pulu ödəmişdir. Ümumilikdə cavabdehin borcu 12.000 əsas məbləğ + (illik 22 faiz olmaqla 2944.94 faiz) + 700 manat + 1360 manat = 17004.94 manat təşkil edir. O, Rizayeva (Məmmədova) Aysel Mikayıl qızının bu hərəkətini əsassız varlanma kimi qiymətləndirir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, lombarda qızıllarla bağlı ödəniş edəndə hələ boşanmamışdılar. Cavabdeh işləmədiyi üçün lombarda ödənişlər onun tərəfindən edilmişdir. Lombarda cəmi 1360 manat ödəniş etmişdir. Qızıl əşyaları cavabdehin adından lombarda qoyulduğundan o tam ödəcəyi təqdirdə də, lombard qızılların ona qaytarılmasının mümkün olmadığını bildirmişdir. Bu səbəbdən o cavabdehin atasına bildirmişdir ki, lombarda qalan 149 manatı cavabdeh gedib lombarda ödəməli və qızıllarını götürməlidir. Artıq həmin vaxt onlar ayrılmışdılar. Bundan başqa cavabdeh bankdan götürdükləri 12000 manat pulu və ona məxsus qızıl üzüyü də oğurlamışdır. Lakin o bununla bağlı polis orqanlarına müraciət etməmişdir. Hesab etmişdir ki, ən düzü məhkəməyə müraciət edərək, həmin pulları cavabdehdən tələb etməkdir. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdeh Rizayeva (Məmmədova) Aysel Mikayıl qızı iddia tələbinə etiraz edərək bildirmişdir ki, xx xxxxxx 2013cü il tarixdə İddiaçı ilə nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 adlı iki övladları olmuşdur. Sonradan xx xxxx 2020-ci il tarixdə nikahlarına xitam verilmişdir. O 2019-cu ilin may ayından evdən çıxıb anasıgilə getmişdir. İddiaçı onun 12000 manat pulu evdən oğlurladığını bildirir. Halbuki, həmin pulu evi təmir etdirmək üçün bankdan götürmüşlər. Əgər gedəndə həmin pulu özü ilə aparsaydı iddiaçı polis orqanlarına müraciət edərdi. O isə bu qədər müddətdən sonra həmin pulun guya onun tərəfindən oğurlanması ilə əlaqədar iddia qaldırmışdır. Bundan başqa ona məxsus qızılları lombarda qoyub pul götürməkdə məqsədləri iddiaçının ona telefon alması olmuşdur. Lombarddan çıxandan sonra iddiaçı ilə birlikdə telefon mağazasına getmiş, oradan pulun bir hissəsinə telefon almışlar. Qalan pulu isə iddiaçı götürmüşdür. Bu səbəbdən lombarda olan ödənişləri də iddiaçı etmişdir. Sonradan iddiaçı həmin telefonu da ondan almışdır. Ayrıldıqdan sonra isə qızıllarını götürmək üçün lombarda getmiş, dəqiq xatırlamasa da lombarda borclu qaldığı 230-250 manat ödəniş etməklə qızıllarını lombarddan götürmüşdür. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh Rizayeva (Məmmədova) Aysel Mikayıl qızı məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-137/2020 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə İddiaçı ilə Rizayeva (Məmmədova) Aysel Mikayıl qızı arasında Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində xx xxxxxx 2013-cü il tarixdə 104 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 anaları Cavabdeh yanında qalması, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 ataları İddiaçı alınaraq anaları - Cavabdeh verilməsi, cavabdeh İddiaçı xx.xx.2013-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150 manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. İşdə olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1983-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş və ünvan 2 ünvanına qeydiyyatdadır. İşdə olan ********** saylı VÖEN əsasında fəaliyyət göstərən X5 tərəfindən verilmiş kassa mədaxil orderinin qəbzlərindən görünür ki, A.Rzayeva tərəfindən 10 ay, ayda 136 manat olmaqla ödəniş edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, iddiaçı cavabdeh tərəfindən bankdan götürdükləri 12.000 manat məbləğində pulun və ona məxsus 11 qram Rusiya istehsalı olan 700 manat məbləğində brilyant qaşlı üzüyün oğurlandığını bildirsə də, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən iddiaçı güman etdiyi oğurluq hadisəsi ilə bağlı hüquq-mühafizə orqanlarına da müraciət etməmişdir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehin adından lombarda qoyulmuş qızıllara görə ödənilmiş (iddiaçı və ya cavabdeh tərəfindən) 1360 manat dəyərində pulun cavabdehdən tələb olunması üçün də hüquqi əsaslar mövcud deyil. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı məhkəməyə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübut təqdim etmədiyindən onun cavabdeh Rizayeva (Məmmədova) Aysel Mikayıl qızına qarşı pul tələbinə dair iddiası təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Rizayeva (Məmmədova) Aysel Mikayıl qızına qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-3824/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3824/2020
20.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver