Məhkəmə qərarları › İş №2(060)-3842/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3842/2021

11.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3842/2021 11.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul və dəymiş maddi ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul və dəymiş maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, 30 oktyabr 2015-ci il tarixdə onun faktiki sahibliyində və istifadəsində olan Sumqayıt şəhəri, Qurd dərəsi, kanal qırağında yerləşən 0,4 ha ibarət olan torpaq sahəsini 5000 manat dəyərində bir neçə şahidin iştirakı ilə cavabdehə satmışdır. Cavabdeh Sumqayıt şəhəri, Qurd dərəsi, Kanal qırağında yerləşən 0,4 ha ibarət olan torpaq sahəsini 5000 (beş min) manata Azər adlı şəxsin iştirakı ilə almışdır. Bu barədə aralarında yazılı qəbz imzalanmışdır. Həmin qəbzə əsasən və şifahi razılaşmalarına görə 5000 (beş min) manat tam ona verilməlidir. Lakin cavabdeh və Azər adlı şəxs qəbzi ona imzalatdırdıqdan sonra cavabdeh 5000 (beş min) manata pulu Azər adlı şəxsə vermişdir. Həmin vaxt o buna etiraz etmiş, onun etirazına baxmayaraq cavabdeh Salmanova X4 adlı şəxsə tapşırmış və demişdir ki, işığın sayğacları tam cavabdehin adına keçən kimi 3000 (üç min) manatı ona ödəsin. Ona və ailəsinə 5000 (beş min) manat deyil cəmi 2000 (iki min) manat beh pul vermişdir ki, onun da 150 (yüz əlli) manatını Azər adlı şəxs işıq sayğacının cavabdehin adına keçməsi üçün sonradan onlardan almışdır. Cavabdeh və Azər adlı şəxs o və ailə üzvləri həmin evdən çıxdıqdan sonra da cavbdeh 3000 (üç min) manatı verəcəyini bildirmişdir. O və ailə üzvləri cavabdehin 3000 (üç min) manatı verəcəyini bir müddət gözləmişlər ki, versin və bir neçə dəfə ona bu barəd xəbardarlıq etmişlər. Həmin müddətdə cavabdehin oğlu ailəsi ilə onun evində yaşamışlar. Nəhayət cavabdehin oğlu həmin ərazidə kanala düşərək faciəli surətdə həlak olduqdan sonra o cavabdehin üstünə çox gedə bilməmiş ki, onun 3000 manatını verin gözləsin. Cavabdeh mərhum oğlu Salmanov Elnurun vəfatından sonra evin dəyərinin qalığını 3000 manatı ödəyə bilmədiyini və bu evin xeyrini görmədiyini (oğlunun ölümü ilə əlaqədar) deyib evi onlara qaytarmış və evin açarını onlara vermişdir. Bundan sonra isə bütün tikinti və şəxsi əşyalarını da maşına yığaraq bu evdən oğlunun ailəsi ilə birgə getmişdir. Bu səbəbdən də onlar həmin evdə yaşayırlar. Lakin iki ilə yaxın onlar bu evdə yaşadıqdan sonra cavabdeh ona qarşı iddia qaldırmışdır ki, o və ailə üzvləri bu yaşayış evindən çııxarılsın. Cavabdeh və Azər adlı şəxs onun şəkər və həyat yoldaşının isə nevroz xəstə olmasından istifadə edərək onu və ailə üzvlərini aldatmışdır. Cavabdehin mərhum oğlu Salmanov Elnurun həyat yoldaşı cavabdehin gəlini X2 bütün bunları təsdiq edir və bu evin mərhum həyat yoldaşı və onun ailəsi üçün alındığını iddia edir. Bununla əlaqədar bildirir ki, ona və uşaqlarına haram mal lazım deyil, buna görə də ona verilən 2000 manatın əvəzi olaraq onların istifadələrində olan torpaq sahəsindən 2 sotu 2000 manata sataraq, həmin ona verilən 2000 manata sataraq 2000 manat beh pulun əvəzi kimi götürmüşdür. Cavabdehin gəlini Ramilə həmin torpaq sahəsi və ev üçün ona verilmiş 2000 manat pulu ondan geri aldıqdan sonra o və ailə üzvləri həmin evdə rahat yaşamaqları üçün bu barədə aralarında razılaşma imzalanmışdır. Bunlara cavabdehin gəlini Ramilə, taksi sürücüsü Fərrux, Veysəl, böyük qızı Selcan bu razılaşma ilə bağlı şahiddirlər. Bu barədə mülki işin hərtərəfli həll olunması üçün sübutlarını və şahidlərini gətirə bilər. Cavabdehin mərhum oğlunun həyat yoldaşı etiraf edir ki, doğurdan da qaynanası Cavabdeh 3000 manatı İddiaçı verməmişdir. Evin dəyəri ona tam ödənilmədiyindən bu evə cavabdehin razılığı əsasında köçdükdən sonra yenidən əlavə hamam tikdirmiş və əlavə 1 otaq tikdirmiş üstünün şiferini, içərisinin suvağını vurdurmuş, malyar işi gördürmüş materiallara-şifer və s. usta işlətmiş 2500 manata yaxın əlavə xərc çəkmişdir. Cavabdeh tərəfindən pulun vaxtında verilməməsinə görə mənəvi sarsıntılar keçirmişdir. Hal-hazırda 5 uşaq anasıdı, 2 azyaşlı uağı var, ailəliklə hamısı bu ünvanda yaşayırlar və başqa yaşayış yerləri və mənzilləri yoxdur. Uşaqları da bu ərazidə məktəbə gedrirlər. Həyat yoldaşı və özü nevroz xəstəsidir, o isə həm də şəkər xəstəsidir. Ancaq səhhətləri ilə bağlı dərmanlarına güclə pul tapırlar. Azər adlı şəxs və Cavabdeh Salman qızı əlbir olub dələduzluq etmişlər, onu və ailə üzvlərini aldatmışlar. Ona və ailəsinə məxsus evin sahibliyini təhvil verdikdən sonra həmin öhdəlik üzrə 3000 manat evin dəyəri onlara tam ödənilməmişdir. Cavabdehin onu aldatması və pulunu mənimsəməsi nəticəsində vermədiyi 3000 manat və onu aldatması nəticəsində əlavə işlərə çəkmiş olduğu xərclər 2000 manat və mənəvi ziyan isə 1000 manat həcmində cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsasən Cavabdeh 3000 manat pulun, 2500 manat dəymiş maddi ziyanın, 1000 manat mənəvi zərərin və məhkəmə üçün 30 manat ödənilmiş dövlət rüsumunun cəmi 6530 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı ona qarşı iddia ərizəsinə etiraz verərək, etirazı onunla əsaslandırmışdır ki, İddiaçı iddia tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək maddi və mənəvi zərərə görə ondan 6530 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O iddia tələbinə aşağıdakılara görə etiraz edir. Bildirir ki, iddiaçının tələbləri tam əsassızdır. Beləki iddiaçının qeyd etdiyi 0,4 ha torpaq sahəsi ona İddiaçı tərəfindən 5000 (beş min) manata 31.10.2015-ci ildə satılmışdır. Bunu iddiaçı tərəfindən imzalanmış qəbz təsdiq edir. Həmçinin torpaq sahəsini almağı və onun dəyərinin iddiaçıya ödənilməsi hal-hazırda qanuni qüvvə almış Sumqayıt Şəhər Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2(060)-4261/2019 saylı, Sumqayıt Apellyasiya Məhkəməsinin 24.09.2019-cu il tarixli, 2(105)-3097/2019 saylı qətnamələri və Ali Məhkəmənin 19.03.2020-ci il tarixli, 2(102)-1643/2020 saylı qərarı təsdiq edir. Adı çəkilən qətnamə və qərarlarla alınan torpağın dəyərinin iddiaçıya tam ödənildiyi təsdiq edilmişdir. Oğlunun faciəli ölümündən sonra sözügedən ev bir müddət boş qalmış, iddiaçı razılaşmaya əsasən o evə yığışmış və hazırda oradan çıxmır (onun evdən çıxması barədə yuxarıda sadalanan qətnamələr və qərar vardır). Mərhum oğlu evdə yaşayarkən evi təmir etdirmiş, yaşayış üçün əlverişli vəziyyətə gətirmişdir. Lakin iddiaçı iddia edir ki, guya evdə əlavə 1 otaq, hamam tikmiş, evdə apardığı tikinti işlərinə görə 2500 manat xərcləmişdir. Bildirir ki, iddiaçının iddia etdiyi işləri mərhum oğlu görmüşdür. Qeyd edilənlərə əsasən iddia tələbi tam əsassız olduğuna görə iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, idda ərizəsinə verdiyi etiraza uyğun eyni məzmunlu izahat verib məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş üzrə İddiaçı və Cavabdeh izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2(060)-4261/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh faktiki sahibliyində olan Sumqayıt şəhər, Qurd dərəsi, Kanal qırağında yerləşən, 0,4 ha ibarət olan torpaq sahəsində yerləşən fərdi yaşayış evindən İddiaçı çıxarılması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3097/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2(060)- 4261/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəmənin 19.03.2020-ci il tarixli 2(102)-1643/2020 saylı qərarının surətindən görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2(060)-4261/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı faktiki sahibliyində olan mübahisəli Sumqayıt şəhər, Qurd dərəsi, Kanal qırağında yerləşən, 0,4 ha ibarət olan torpaq sahəsində yerləşən fərdi yaşayış evini Cavabdeh 5000 manata satmış və məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin torpaq sahəsinin dəyəri İddiaçı verilmişdir. Ona görə də İddiaçı torpaq sahəsi ilə bağlı mövcud olmuş sahiblik hüquqlarına son qoyulmuşdur. İddiaçı həmin torpaq sahəsi üçün nəzərdə tutulmuş pulun verilməməsini əsası gətirərək torpaq sahəsini tərk etmədiyinə dair gətirdiyi arqumentləri məhkəmə inandırıcı hesab etməmişdir. Həmin torpaq sahəsi üçün nəzərdə tutulmuş pulun İddiaçı verilməsi həm məhkəmədə dindirilmiş şahidlərin ifadəsi, həm əlyazmada İddiaçı imzası, həmdə işin faktiki halları ilə tam sübuta yetirilmişdir. Bundan başqa tərəflər arasında razılaşma əldə edildikdən sonra Cavabdeh həmin torpaq sahəsində və onun üzərində yerləşən yaşayış sahəsində 3 ilə yaxın birgə təsərüfat idarə etmiş, yəni torpaq sahəsinə faktiki sahibliyi həyata keçirmiş və bu müddət ərzində İddiaçı tərəfindən ona qarşı pul tələbi ilə bağlı heç bir iddia irəli sürülməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan başqa İddiaçı Cavabdeh mənəvi ziyana görə 1000 manat məbləğində pulun alınaraq ona verilməsini tələb etmiş, lakin məhkəmə araşdırması zamanı öz tələbinin qeyd olunan hissədə də əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə şərh olunanları, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alıb belə hesab edir ki, İddiaçınun Cavabdeh qarşı pul və dəymiş maddi ziyan tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul və dəymiş maddi ziyan tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar