Məhkəmə qərarları › İş №2(060)-386/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-386/2022

21.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-386/2022 21.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Güliyeva Aytac İsrayıl qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 18.09.2019-cu il tarixli müqavilə üzrə «LG» markalı televizor və «Sonorous Surefix» markalı asqı üçün 625 manat ödənilməmiş hissə, 188 manat dəbbə pulu, 19.10.2019-cu il tarixli müqavilə üzrə «Diamond» markalı bıçaq dəsti, «SHOSMAN» markalı qazan dəsti, «EUROGOLD» markalı ütü masası, «Panasonic» markalı mikrodalğalı soba, «Braun» markalı şirəçəkən, 2 ədəd «Vinzer» markalı qəhvəbişirən, 2 ədəd «Vinzer» markalı bıçaq dəsti üçün 535 manat ödənilməmiş hissə, 128,4 manat dəbbə pulu, 27.01.2020-ci il tarixli müqavilə üzrə «Smart Segway holder» üçün 187,2 manat ödənilməmiş hissə, 55,8 manat dəbbə pulu, 19.10.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********81794 olan «Xiaomi Mİ9» markalı telefon üçün 546 manat ödənilməmiş hissə, 163,8 manat dəbbə pulu, 13.09.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********50274 olan «Xiaomi Mİ9» markalı telefon üçün 144 manat ödənilməmiş hissə, 43,2 manat dəbbə pulu, 24.11.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********03023 olan “Samsung Galaxy A70” markalı telefon üçün 592 manat ödənilməmiş hissə, 177,6 manat dəbə pulu, 27.01.2020-ci il tarixli müqavilə üzrə “HOFFMANN” markalı mini soba üçün 160 manat ödənilməmiş hissə, 48 manat dəbə pulu, 10.06.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodları **********05370 və **********73593 olan 2 ədəd “Samsung Galaxy A71” markalı telefonlar üçün 2340 manat ödənilməmiş hissə, 585 manat dəbə pulu, ümumilikdə 6519 manat borc və 85,19 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 6604,19 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə 18.09.2019-cu il, 19.10.2019-cu il 27.01.2020-ci il, 19.10.2019-cu il, 13.09.2019-cu il, 24.11.2019-cu il, 27.01.2020-ci il və 10.06.2020-ci il tarixli müqavilələrə əsasən LG» markalı televizor, «Sonorous Surefix» markalı asqı, Diamond» markalı bıçaq dəsti, «SHOSMAN» markalı qazan dəsti, «EUROGOLD» markalı ütü masası, «Panasonic» markalı mikrodalğalı soba, «Braun» markalı şirəçəkən, 2 ədəd «Vinzer» markalı qəhvəbişirən, 2 ədəd «Vinzer» markalı bıçaq dəsti, «Smart Segway holder», İMEİ kodu **********81794 olan «Xiaomi Mİ9» markalı telefon, İMEİ kodu **********50274 olan «Xiaomi Mİ9» markalı telefon, İMEİ Kodu **********03023 olan “Samsung Galaxy A70” markalı telefon, “HOFFMANN” markalı mini soba, İMEİ kodları **********05370 və **********73593 olan 2 ədəd “Samsung Galaxy A71” markalı telefonlar almış və nəticədə 6519 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 18.09.2019-cu il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 1412 manat «LG» markalı televizor və «Sonorous Surefix» markalı asqı üçün ümumilikdə 812,5 manat olmaqla ondan 625 manat ödənilməmiş hissə, 188 manat dəbbə pulu, 19.10.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1325 manat olan «Diamond» markalı bıçaq dəsti, «SHOSMAN» markalı qazan dəsti, «EUROGOLD» markalı ütü masası, «Panasonic» markalı mikrodalğalı soba, «Braun» markalı şirəçəkən, 2 ədəd «Vinzer» markalı qəhvəbişirən, 2 ədəd «Vinzer» markalı bıçaq dəsti üçün ümumilikdə 663,4 manat olmaqla ondan 535 manat ödənilməmiş hissə, 128,4 manat dəbbə pulu, 27.01.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 376,2 manat olan «Smart Segway holder» üçün ümumilikdə 243 manat olmaqla ondan 187,2 manat ödənilməmiş hissə, 55,8 manat dəbbə pulu, 19.10.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1092 manat olan İMEİ kodu **********81794 olan «Xiaomi Mİ9» markalı telefon üçün ümumilikdə 709,8 manat olmaqla ondan 546 manat ödənilməmiş hissə, 163,8 manat dəbbə pulu, 13.09.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1103 manat olan İMEİ kodu **********50274 olan «Xiaomi Mİ9» markalı telefon üçün ümumilikdə 187,2 manat olmaqla ondan 144 manat ödənilməmiş hissə, 43,2 manat dəbbə pulu, 24.11.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 893 manat olan İMEİ kodu **********03023 olan “Samsung Galaxy A70” markalı telefon üçün ümumilikdə 769,6 manat olmaqla, ondan 592 manat ödəniləmiş hissə, 177,6 manat dəbbə pulu borcu yaranmışdır. 27.01.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 240 manat olan HOFFMANN markalı mini soba üçün ümumilikdə 208 manat olmaqla, ondan 160 manat ödəniləmiş hissə, 48 manat dəbbə pulu borcu yaranmışdır. 10.06.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2340 manat olan İMEİ kodları **********05370 və **********73593 olan 2 ədəd “Samsung Galaxy A71” markalı telefonlar üçün ümumilikdə 2925 manat olmaqla, ondan 2340 manat ödəniləmiş hissə, 585 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3652 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh öz izahatında bildirdi ki, dəbbə pulu ilə razı deyildir. Özündən asılı olmayan səbəblərdən iddiaçıya olan borcunu tam şəkildə ödəyə bilməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışından və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh xx.xx.1976-cı ildə anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış 18.09.2019-cu il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə «LG» markalı televizor və «Sonorous Surefix» markalı asqı satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 18.09.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 11 ay müddətində hər ay 125 manat iddiaçıya ödəməli idi. İş materiallarında olan 18.09.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh «LG» markalı televizor və «Sonorous Surefix» markalı asqını iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. Tərəflər arasında bağlanmış 19.10.2019-cu il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə «Diamond» markalı bıçaq dəsti, «SHOSMAN» markalı qazan dəsti, «EUROGOLD» markalı ütü masası, «Panasonic» markalı mikrodalğalı soba, «Braun» markalı şirəçəkən, 2 ədəd «Vinzer» markalı qəhvəbişirən, 2 ədəd «Vinzer» markalı bıçaq dəsti satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 19.10.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 107 manat iddiaçıya ödəməli idi. İş materiallarında olan 19.10.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh «Diamond» markalı bıçaq dəsti, «SHOSMAN» markalı qazan dəsti, «EUROGOLD» markalı ütü masası, «Panasonic» markalı mikrodalğalı soba, «Braun» markalı şirəçəkən, 2 ədəd «Vinzer» markalı qəhvəbişirən, 2 ədəd «Vinzer» markalı bıçaq dəstini iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. Tərəflər arasında bağlanmış 27.01.2020-ci il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə «Smart Segway holder» satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 27.01.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 6 ay müddətində hər ay 62,7 manat iddiaçıya ödəməli idi. İş materiallarında olan 27.01.2020-ci il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh «Smart Segway holder”i iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. Tərəflər arasında bağlanmış 19.10.2019-cu il tarixli, 00992398 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə İMEİ kodu **********81794 olan «Xiaomi Mİ9» markalı telefonu satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 19.10.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 91 manat iddiaçıya ödəməli idi. İş materiallarında olan 19.10.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh İMEİ kodu **********81794 olan «Xiaomi Mİ9» markalı telefonu iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. Tərəflər arasında bağlanmış 13.09.2019-cu il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə İMEİ kodu **********50274 olan «Xiaomi Mİ9» markalı telefonu satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 13.09.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 48 manat iddiaçıya ödəməli idi. İş materiallarında olan 13.09.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh İMEİ kodu **********50274 olan «Xiaomi Mİ9» markalı telefonu iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. Tərəflər arasında bağlanmış 24.11.2019-cu il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə İMEİ kodu **********03023 olan “Samsung Galaxy A70” markalı telefonu satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 24.11.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 74 manat iddiaçıya ödəməli idi. İş materiallarında olan 24.11.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh İMEİ kodu **********03023 olan “Samsung Galaxy A70” markalı telefonu iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. Tərəflər arasında bağlanmış 27.01.2020-ci il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə “HOFFMANN” markalı mini soba satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 27.01.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 20 manat iddiaçıya ödəməli idi. İş materiallarında olan 27.01.2020-ci il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh “HOFFMANN” markalı mini sobanı iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. Tərəflər arasında bağlanmış 10.06.2020-ci il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə İMEİ kodları **********05370 və **********73593 olan 2 ədəd “Samsung Galaxy A71” markalı telefonları satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 10.06.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 195 manat iddiaçıya ödəməli idi. İş materiallarında olan 10.06.2020-ci il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh İMEİ kodları **********05370 və **********73593 olan 2 ədəd “Samsung Galaxy A71” markalı telefonları iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 08.10.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdeh alqı-satqı qiyməti 1412 manat olan «LG» markalı televizor və «Sonorous Surefix» markalı asqı üçün ilkin ödəniş 37 manat olmaqla, 787 manat ödəniş etmişdir. Cavabdehin 625 manat ödənilməmiş hissə və 188 manat cərimə olmaqla, cəmi 813 manat borcu qalmışdır. Cavabdeh alqı-satqı qiyməti 1325 manat olan «Diamond» markalı bıçaq dəsti, «SHOSMAN» markalı qazan dəsti, «EUROGOLD» markalı ütü masası, «Panasonic» markalı mikrodalğalı soba, «Braun» markalı şirəçəkən, 2 ədəd «Vinzer» markalı qəhvəbişirən, 2 ədəd «Vinzer» markalı bıçaq dəsti üçün ilkin ödəniş 41 manat olmaqla, 790 manat ödəniş etmişdir. Cavabdehin 535 manat ödənilməmiş hissə və 128,4 manat cərimə olmaqla, cəmi 663,4 manat borcu qalmışdır. Cavabdeh alqı-satqı qiyməti 376,2 manat olan «Smart Segway holder» üçün ilkin ödənişsiz 189 manat ödəniş etmişdir. Cavabdehin 187,2 manat ödənilməmiş hissə və 55,8 manat cərimə olmaqla, cəmi 243 manat borcu qalmışdır. Cavabdeh alqı-satqı qiyməti 1092 manat olan İMEİ kodu **********81794 olan «Xiaomi Mİ9» markalı telefon üçün ilkin ödənişsiz 546 manat ödəniş etmişdir. Cavabdehin 546 manat ödənilməmiş hissə və 163,8 manat cərimə olmaqla, cəmi 709,8 manat borcu qalmışdır. Cavabdeh alqı-satqı qiyməti 1103 manat olan İMEİ kodu **********50274 olan «Xiaomi Mİ9» markalı telefon üçün ilkin ödəniş 527 manat olmaqla, 959 manat ödəniş etmişdir. Cavabdehin 144 manat ödənilməmiş hissə və 43,2 manat cərimə olmaqla, cəmi 187,2 manat borcu qalmışdır. Cavabdeh alqı-satqı qiyməti 893 manat olan İMEİ kodu **********03023 olan “Samsung Galaxy A70” markalı telefon üçün ilkin ödəniş 5 manat olmaqla, 301 manat ödəniş etmişdir. Cavabdehin 592 manat ödənilməmiş hissə və 177,6 manat cərimə olmaqla, cəmi 769,6 manat borcu qalmışdır. Cavabdeh alqı-satqı qiyməti 240 manat olan ”HOFFMANN” markalı mini soba üçün ilkin ödənişsiz 80 manat ödəniş etmişdir. Cavabdehin 160 manat ödənilməmiş hissə və 48 manat cərimə olmaqla, cəmi 208 manat borcu qalmışdır. Cavabdeh alqı-satqı qiyməti 2340 manat olan İMEİ kodları **********05370 və **********73593 olan 2 ədəd “Samsung Galaxy A71” markalı telefonlar üçün ilkin ödənişsiz heç bir ödəniş etməmişdir. Cavabdehin 2340 manat ödənilməmiş hissə və 585 manat cərimə olmaqla, cəmi 2925 manat borcu qalmışdır. Ümumilikdə cavabdehin 5129,2 manat ödənilməmiş hissə və 1389,8 manat cərimə olmaqla, cəmi 6519 manat borcu qalmışdır. İşdən göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün 85,19 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında nisyə alqı-satqı müqavilələri bağlanmış və iddiaçı həmin müqavilələrdə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə müqavilələrə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya 5129,20 manat borcu qalmışdır. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin ona borclu qaldığı 5129,20 manatı tələb etməkdə haqlı olmuşdur. Dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 5129,20 manat əsas borc məbləğinə 1389,8 manat cərimənin hesablanaraq tələb edilməsi zamanı iddiaçı tərəfindən əsas borcla cərimə məbləği arasında tənasüb gözlənməmişdir. Bu səbəbdən məhkəmə cərimə məbləğinin azaldılaraq 160 manat məbləğində müəyyən edilməsini daha ədalətli hesab edir. İddia qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 85,19 manat dövlət rüsumunun 40 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 5129,20 manat ödənilməmiş hissə, 160 manat dəbbə pulu olmaqla, cəmi 5289 (beş min iki yüz səksən doqquz) manat 20 (iyirmi) qəpik borc və 40 (qırx) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar