Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-386/2025 22.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1500 manat məbləğində pulun və ödənilmiş 35 manat dövlət rüsumun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh Beyləqan rayonunda tanımış və yaxın münasibətləri olmuşdur. Cavabdeh 2023-cü ilin iyul ayında onun yanına gələrək, ondan 1000 manat borca pul almış və öz xətti ilə bu barədə qəbz yazmışdır. Sonra 2023-cü ilin avqust ayında Cavabdeh ondan borca əlavə olaraq 2000 manat pul almış və tezliklə qaytaracağı barədə öz xətti ilə qəbz yazmışdır. Cavabdeh Mənsum Ələkbərov ondan borca aldığı puldan 2023-cü ilin avqust ayının sonunda cəmi 1500 manat qaytarmışdır. Lakin Cavabdeh hər dəfə müxtəlif cür bəhanələr gətirərək, ondan borca aldığı cəmi 1500 manat pulu yaxın vaxtlarda qaytaracağını bildirərək onu aldatmışdır. Cavabdeh hazırda işləyir, yüksək əmək haqqı alır və ona olan 1500 manat pulu qaytarmağa maddi imkanı vardır. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, İddiaçı ona qarşı “pul” tələbinə dair iddia tələbini əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəkdir. İş üzrə cavabdeh dəfələrlə ona vəd vermişdir ki, ona olan borcunu tezliklə qaytaracaqdır. Lakin onu cavabdeh yalan vədləri ilə aldatmışdır. Bu gündə əfsanələr danışaraq məhkəməni yalnız istiqamətə yönəldib, aldatmağa çalışır. Qeyd olunanlara əsasən məhkəmədən iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etmədiyini bildirdi. O əlavə olaraq qeyd etdi ki, 500 manat pul götürülərək 1000 manat, 1000 manat götürülərək 2000 manat yazılmışdır. 2000 manat əlbəəl qaytarılmış, 1000 manat da iddiaçının kartına yüklənilmişdir. Bunlar da 2023-cü ilin avqust ayında baş vermişdir. 2000 manatı qaytarmağının sübutu yoxdur, lakin 1000 manatı e-manat vasitəsi ilə yükləmişdir. Ödəniş etdikdən sonra borc sıfırlanmış, sonra isə zəng olunmamışdır. Bir il müddətində iddiaçıya faizin üstünü ödəmişdir. İddiaçını tanımamış, onu taksi şoferi tanış etmişdir. Pul məbləğini taksi sürücüsü vasitəs ilə göndərmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Yazılı iltizamdan görünür ki, Cavabdeh İddiaçı 2000 manat borc pulu almış və həmin pulu 4 ay müddətində İddiaçı qaytarmağı barədə söz verərək sənədə imza etmişdir. - Yazılı iltizamdan görünür ki, Cavabdeh İddiaçı 1000 manat borc pulu almış və həmin pulu 1 ay müddətində İddiaçı qaytarmağı barədə söz verərək sənədə imza etmişdir. - xx.xx.2024-cü il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 35.60 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə 2000 manat və 1000 manat borc pul vermiş, cavabdeh isə həmin pulları müvafiq tarixlərdə qaytarmağa dair öhdəlik götürərək, sadə yazılı formada iltizam vermişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh iddiaçı qarşısında borc pulu qaytarmaq öhdəliyi daşıyır və həmin öhdəliyin əmələ gəlməsi əsası onların bağladıqları sadə yazılı formada iltizamlardır. Odur ki, cavabdeh iddiaçıya ondan aldığı pulun borc verənə qaytarmaq öhdəliyinin daşıyıcısı olduğuna baxmayaraq, bunu yerinə yetirmədiyindən iddia əsaslıdır. Məhkəmə cavabdeh tərəfindən borc məbləğninin tamamilə qaytarılması ilə bağlı etirazının dəlillərini əsaslı hesab etmir.Belə ki, onun tərəfindən qeyd olunan halları, yəni yazılı iltizamla imza edib, öhdəlik götürdüyü pul məbləğinin tamamilə qaytarılmasını təsdiq edən dəlillər məhkəməyə təqdim edilməmiş, məhkəmə araşdırılması zamanı sübuta yetirilməmişdir.Ona görə də məhkəmə, cavabdehin iddiaçıdan faiz dərəcəsi olmaqla borc alması və həmin məbləği tam ödəməsi barədə dəlilini, bu hal iş materialları və sübutlarla təsdiqlənmədiyindən əsassız hesab edir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdeh tərəfindən ödənilmiş 35 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. AR MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Cavabdeh 1500 manat borc və ödənilmiş 35 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1500 manat borc və ödənilmiş 35 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-386/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-386/2025
22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver