Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3869/2024 21.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək və xx.xx.2006-cı il təvəllüdlü X2 universiteti bitirənədək hər uşağa, hər ayda 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 705 (yeddi yüz beş) manat məbləğində alimentin Cavabdeh tutularaq, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinin tələblərinə görə isə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlə birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək və xx.xx.2006-cı il təvəllüdlü X2 universiteti bitirənədək hər uşağa, hər ayda 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 705 (yeddi yüz beş) manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Halbuki, iş materiallarında olan MŞB/3/2024-00197 nömrəli, xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər birgə nikahlarından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X2, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X3, yetkinlik yaşına çatanadək saxlanması üçün atası Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixindən etibarən hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 705 (yeddi yüz beş) manat məbləğində alimentin İddiaçı ödənilməsi barədə razılaşmışdırlar. Azərbaycan Respublikası MPM-in 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı iddia icraatı qaydasında alimentin artırılması barədə iddia ərizəsi ilə deyil, cavabdehlə aralarında bağlanmış MŞB/3/2024- 00197 nömrəli, xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer üzrə, yəni hazırki halda iddiaçının yaşayış yeri (Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi, dalan 3, ev 2, mənzil 5) üzrə Bakı şəhəri Sabunçu rayon məhkəməsinə (ünvan: AZ-1040, ünvan 2baycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hаkim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-3869/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3869/2024
21.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver