Məhkəmə qərarları › İş №2(060)-3872/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3872/2022

26.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3872/2022 26.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə tanışı kimi normal münasibətləri olmuşdur. 2019-cu ilin iyul ayında cavabdeh işi ilə əlaqədar kosmetik vasitələrin alınması üçün ondan 8500 manat borc pul istəmiş, o isə cavabdehlə razılaşaraq həmin pulu ona vermişdir. Həmin puldan 2020-ci ildə 2000 manat qaytarmışdır. Daha sonra yenə ondan işlərini qaydasına salmaq üçün pul istəmişdir. 2020- 2021-ci illər ərzində 200 manat da kart hesabına göndərmişdir. Cavabdeh isə pulları qaytaracağına söz vermiş, lakin ona heç bir məbləğdə pul qaytarmamışdır. Sonra xx.xx.2021-ci ildə öz dəsti-xətti ilə xx.xx.2021-ci il tarixdə onunla birlikdə notarial kontoruna gedərək 6500 manat borcun ödənilməsi barədə borc müqaviləsi imzalamağa söz verməsi ilə bağlı iltizam yazmışdır. Lakin bundan sonra da heç bir məbləğdə pul qaytarmamışdır. O da məcbur qalıb dekabr ayında polisə müraciət etmişdir. 18-ci polis bölməsində Cavabdeh izahatı alınmışdır. Bundan başqa video və səs yazısı da vardır. Polis bölməsində cavabdeh xx.xx.2021-ci il üçün 6500 manat borcu olduğunu etiraf etmiş, qaytarmaq üçün ona 3 ay vaxt verilməsini xahiş etmiş, lakin yenə də qaytarmamışdır. Aralarında olan şifahi müqavilənin şərtlərinə görə cavabdeh həmin borcu, o tələb etdiyi zaman qaytarmalı idi. Artıq 2022-ci il olmasına baxmayaraq Cavabdeh ona maddi və mənəvi zərər vurmaqla, onu aldatmağa davam edir. Polis bölməsində söz verdiyi vaxtın üzərindən 4 ay keçsə də, heç bir ödəniş etməmişdir. 5 mart 2022-ci ildə whatsappda son yazışma zamanı məhkəmə qərar verəcəyi təqdirdə ödəyərəm, yazmışdır. Bakı şəhər Baş Polis İdarəsinin 05 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, araşdırma müddətində göstərilən xüsusatlar mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Göründüyü kimi, cavabdeh müqavilənin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etməmiş, borclu olduğu məbləğdən heç bir ödəniş etməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh 6700 (altı min yeddi yüz) manat borcun, vəkilə ödədiyi 200 manat məbləğində pulun və 89 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə bildirişi göndərilmiş, lakin bildiriş cavabdehin həmin ünvanda yaşamaması səbəbindən geri qaytarılmışdır. Lakin Cavabdeh AZEMİS vasitəsi ilə SMS bildiriş göndərilməklə, məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, buna baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil izahaını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli iltizamdan görünür ki, “Cavabdeh xx.xx.2021-ci il tarixdə İddiaçı ilə birlikdə notariat kontoruna gedərək 6500 manat borcun ödənilməsi barədə borc müqaviləsi imzalamağa” söz vermişdir. İş materiallarında olan Hüquqi yardımın göstərilməsi haqqında 10 may 2022-ci il tarixli, 498 №-li müqavilədən görünür ki, İddiaçı Vəkil ilə 200 manat müqabilində hüquqi yardımın göstərilməsi ilə əlaqədar razılaşmışlar. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən Mirzəyev və Partnyorları Vəkil Bürosunun hesabına eManat vasitəsilə 200 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2021-ci il tarixli Nərimanov RPİ-nin 18-ci PŞdə verdiyi izahatından görünür ki, Cavabdeh İddiaçı 6500 manat məbləğində borcu olduğunu etiraf etmiş, 3 ay ərzində həmin borcu hissə-hissə qaytaracağına dair söz vermişdir. İş materiallarında olan AR DİN Bakı şəhər Baş Polis İdarəsinin 05 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, müraciətdə göstərilən xüsusatların mülki xarakterli olması müəyyən edildiyindən məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı pul almış, müəyyən məbləğlərdə ödəniş etdikdən sonra 6500 manat borcunun qalması ilə bağlı iltizama imza etmişdir. Cavabdeh pulu ödəmədiyindən İddiaçı 18-ci polis bölməsinə müraciət etmiş, Cavabdeh izahatı alınmışdır. Cavabdeh Polis bölməsində iddiaçıya 6500 manat borcu olduğunu etiraf etmiş, qaytarmaq üçün ona 3 ay vaxt verilməsini xahiş etmişdir. Lakin buna baxmayaraq borcunu qaytarmamışdır. İddiaçı 6500 mantdan əlavə 2020-2021-ci illər ərzində cavabdehin kart hesabına 200 manat məbləğində pul göndərdiyini də bildirərək, cavabdehdən cəmi 6700 manat borcun, vəkilə ödədiyi 200 manat məbləğində pulun və 89 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işin araşdırılan hallarını qiymətləndirərək bu qənaətə gəlir ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən imzalanmış 6500 manat dəyərində pul məbləğinin alması barədə iltizamı, Polis İdarəsində etirafı ilə təsdiq olunması işin mübahisə yaratmayan halıdır. Məhkəmə iddiaçı tərəfindən cavabdehin kart hesabına 200 manat məbləğində pulun göndərilməsi məsələsinə qiymət verərək hesab edir ki, iş materialları ilə sübuta yetirilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Cavabdeh iddiaya qarşı etirazının məhkəmə təqdim etmək imkanın olmasına baxmayaraq, bundan istifadə etməmişdir.Ona görə də iddiaçı tərəfindən təqdim olunmuş sübutlar təqzib olunmayaraq, əsaslı hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə hesab edir ki, məhkəməyə iddiaçı tərəfindən təqdim olunmuş sübutların iddianın əsasını sübuta yetirmək məqsədi daşıdığından, məhkəmə bu qənaətə gəlir ki, onların təqzibi ilə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (740.1.) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (740.2.) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh 6500 manat məbləğində borc, vəkilə ödədiyi 200 manat məbləğində pul və 89 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6500 (altı min beş yüz) manat borc, vəkilə ödədiyi 200 (iki yüz) manat məbləğində pul və 89 (səksən doqquz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar