Məhkəmə qərarları › İş №2(060)-390/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-390/2025

27.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-390/2025 27.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak və ya dəyərinin tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında, baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ümumi çəkisi 35,21 qram olan 3 ədəd üzük, 3 ədəd sırqa, 2 ədəd qolbağ, 1 ədəd boyunbağı və 1 ədəd klon qızıl-zinyət əşyalarının və ya həmin qızıl-zinyət əşyalarının dəyəri olan 3521 manat pulun alınaraq iddiaçıya qaytarılması və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 56 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən mobil telefonların alış-satışı ilə məşğul olan cavabdehi 13 ilə yaxındır ki, tanıyır. 2024-cü ilin yanvar ayının əvvəllərində cavabdeh iddiaçıya zəng edərək maddi cəhətdən çətinliyi olduğundan ona borc pul verməyini, həmin pul məbləğini 2024-cü ilin mart ayında qaytaracağını bildirmişdir. İddiaçı Cavabdeh inandığım üçün ona məxsus olan 3521 manat dəyərində, ümumi çəkisi 35,21 qram olan 3 ədəd üzük, 3 ədəd sırqa, 2 ədəd qolbağ, 1 ədəd boyunbağı və 1 ədəd klon qızıl-ziynət əşyalarını təklif edərək həmin qızılları lombarda qoyub pul götürə biləcəyini təklif etmişdir. O, qızılları 2024-cü ilin mart ayınadək qaytaracağını bildirmişdir. İddiaçı həmin qızılları onun işlədiyi mağazada ona təhvil vermişdir. Cavabdeh iddiaçıya məxsus qızılları lombarda girov qoyaraq ilkin olaraq 2000 manat pul götürmüş, 20 gündən sonra qızılları həmin lombarddan götürərək başqa lombarda qoyaraq yenidən 2000 manat pul götürmüşdür. 2024-cü ilin mart ayında iddiaçıya məxsus olan qızıl-ziynət əşyalarının qaytarılması ilə bağlı cavabdehə telefon vasitəsilə zəng vurmuşdur. Cavabdeh qısa müddətdə qızılları qaytaracağına dair söz vermişdir. Lakin uzun müddət keçsə də, cavabdeh götürdüyü qızılları geri qaytarmamışdır. İddiaçı dəfələrlə onun yaşadığı ünvanda olsa da, ondan qızılları qaytarmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh əvvəllər buna imkanı olmadığını, ilk imkanda qaytaracağını bildirsə də, son zamanlar ümumiyyətlə mənə borclu olduğunu inkar edir. Cavabdeh götürdüyü öhdəliyi yerinə yetirməyərək qızıl-zinyət əşyalarını geri qaytarmır. Cavabdehin iddiaçıya 3521 manat dəyərində, ümumi çəkisi 35,21 qram olan 3 ədəd üzük, 3 ədəd sırqa, 2 ədəd qolbağ, 1 ədəd boyunbağı və 1 ədəd klon qızıl-ziynət əşyalarının qaytarılmalı olması onunla aralarında olan səs yazısı və şahidlərin ifadələri ilə təsdiq olunur. Tərəfindən cavabdehin iddiaçıya borcu olmasını təsdiq edən sübutlar məhkəmə iclasında təqdim olunacaqdır. İddiaçı cavabdehin qanunsuz hərəkətləri ilə bağlı Sumqayıt ŞPİ-yə ərizə ilə müraciət etmişdir. Sumqayıt ŞPİ-nin 31 may 2024-cü il tarixli NK- 1/812,817 nömrəli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və məhkəməyə müraciət etmək hüququm izah olunmuşdur .Ona görə də pozulmuş hüquqlarımın bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, onun nümayəndəsi və vəkili Nümayəndə1 ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını və onun nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt ŞPİ-nin 31 may 2024-cü il tarixli NK-1/812,817 nömrəli qərarından görünür ki, cinayət işinin başlanması rədd edilmiş və məhkəməyə müraciət etmək hüququm izah olunmuşdur. - CD diskdə olan səs yazısından görünür ki, Cavabdeh qızıl-zinət əşyalarını pul müqabilində saxlanca qoyduğunu etiraf ermişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı, müəyyən edilir ki, Cavabdeh iddiaçıya məxsus olan 3521 manat dəyərində, ümumi çəkisi 35,21 qram olan 3 ədəd üzük, 3 ədəd sırqa, 2 ədəd qolbağ, 1 ədəd boyunbağı və 1 ədəd klon qızıl-ziynət əşyalarını müvvəqəti olaraq ondan almış, sonra həmin əşyaları özü lombarda qiyub pul götürmüşdür. Bir müddət sonra cavabdeh əşyaları lombardan çıxarıb iddiaçıya qaytarmalı olduğu halda bunun etməmişdir. İddiaçı cavabdehlərə dəfələrlə borcun ödənilməsi barədə müraciət etsədə, cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Sumqayıt ŞPİ-yə ərizə ilə müraciət etmişdir. Sumqayıt ŞPİ-nin 31 may 2024-cü il tarixli NK-1/812,817 nömrəli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və məhkəməyə müraciət etmək hüququm izah olunmuşdur. Ona görə də iddiaçı pozulmuş hüquqlarımın bərpa olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası MM-nin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası MM-nin 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. Azərbayca Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istəyi kimi sahib almaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən -Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh ümumi çəkisi 35,21 qram olan 3 ədəd üzük, 3 ədəd sırqa, 2 ədəd qolbağ, 1 ədəd boyunbağı və 1 ədəd klon qızıl-zinət əşyalarının və ya həmin qızıl-zinət əşyalarının dəyəri olan 3521 manat alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı Dövlət rüsumun ödənilməsindən azad olduğu üçün, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 %-i qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) 3521 manat olduğundan ödənilməli olan 56 manat Dövlət rüsumu cavabdehlərdən Dövlət büdcəsinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 241.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh ümumi çəkisi 35,21 qram olan 3 ədəd üzük, 3 ədəd sırqa, 2 ədəd qolbağ, 1 ədəd boyunbağı və 1 ədəd klon qızıl-zinət əşyaları və ya həmin qızıl-zinət əşyalarının dəyəri olan 3521 manat və 56 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar