Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-391/2022 21.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 17.04.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********49585 olan Samsung Galaxy S10+ markalı telefon üçün 609 (altı yüz doqquz) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 23.06.2019-cu il tarixli müqaviləsinə əsasən, Violetta-Yumşaq-Künc, 2 ədəd Pufik, Adona-Kvadrat (Böyük) jurnal masası üçün 1152 (bir yüz əlli iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə, ümumilikdə 1761 (bir min yeddi yüz altmış bir) manat borc və 37 (otuz yeddi) manat 61 (altmış bir) qəpik ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək göstərdi ki, cavabdeh, "xxxx" MMC ilə 17.04.2019 və 23.06.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********49585 olan Samsung Galaxy S10+ markalı telefon, Violetta- Yumşaq-Künc, 2 ədəd Pufik, Adona-Kvadrat (Böyük) jurnal masası üçün 1761 (bir min yeddi yüz altmış bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 17.04.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2611 (iki min altı yüz on bir) manat (12 ay x 203 manat +175 manat ilkin ödəniş) İMEİ Kodu **********49585 olan Samsung Galaxy S10+ markalı telefon üçün ümumilikdə, 609 (altı yüz doqquz) manat olmaqla ondan, 609 (altı yüz doqquz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə, 23.06.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2900 (iki min doqquz yüz) manat (20 ay x 145 manat + 0 manat ilkin ödəniş) Violetta-Yumşaq-Künc, 2 ədəd Pufik, Adona-Kvadrat (Böyük) jurnal masası üçün ümumilikdə 1152 (bir min yüz əlli iki) manat olmaqla ondan, 1152 (bir min yüz əlli iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə miqdarında borc hesablanmışdır. Cavabdeh 23.06.2019-cu il tarixli müqaviləsinə əsasən, Kvadrat formalı Pufik və Adona-Kvadrat (Böyük) jurnal masası 09.10.2019-cu il tarixində imtina etdikdən sonra məhsul 880, ürək formalı Pufik 09.10.2019-cu il tarixində imtina etdikdən sonra məhsul 480 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin 23.06.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 388 manat, məhsulun qaytarıldıqdan sonra qoyulan qiyməti 1360 manat, digər müqavilə üzrə cəmi ödədiyi məbləğ 2002 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq, 17.04.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********49585 olan Samsung Galaxy S10+ markalı telefon üçün 609 (altı yüz doqquz) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 23.06.2019cu il tarixli müqaviləsinə əsasən, Violetta-Yumşaq-Künc, 2 ədəd Pufik, Adona-Kvadrat (Böyük) jurnal masası üçün 1152 (bir yüz əlli iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə, ümumilikdə 1761 (bir min yeddi yüz altmış bir) manat borc və 37 (otuz yeddi) manat 61 (altmış bir) qəpik ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbayçan Respublikası Mülki Prosessaul Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 dinləyib, işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İşə əlavə edilmiş 23.06.2019-cu il tarixli № 00738883 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 23.06.2019-cu il tarixdə 00738883 №li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MMC özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci əlavəsində göstərilən şərtlərlə verir. “Alıcı” isə əşyanı göstərilən şərtlərlə qəbul edir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə “Əşya”nın qiyməti 2900 manatdır. Müqavilələrin 4.3-cü bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir və ödənişin sonuna qədər qüvvədədir. İşə əlavə edilmiş 17.04.2019-cu il tarixli № 00618310 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 17.04.2019-cu il tarixdə 00618310 №li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MMC özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci əlavəsində göstərilən şərtlərlə verir. “Alıcı” isə əşyanı göstərilən şərtlərlə qəbul edir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə “Əşya”nın qiyməti 2611 manatdır. Müqavilələrin 4.3-cü bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir və ödənişin sonuna qədər qüvvədədir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 08.10.2021-ci il tarixli “maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh 17.04.2019 və 23.06.2019-cu il tarixli müqavilələr üzrə cəmiyyətə olan borcu əsas borcu üzrə 1761 manat, dəbbə borcu üzrə 0 manat, ümumilikdə 1761 manat ödənilməmiş hissə təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 01.12.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 6, mənzil 90-da qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında 17.04.2019 və 23.06.2019-cu il tarixindəki müqavilələr üzrə icra edilməmiş borc olaraq əsas borc üzrə 1761 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh 1761 (bir min yeddi yüz altmış bir) manat əsas borc və 37 (otuz yeddi) manat 61 (altmış bir) qəpik ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385, 739-cu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 1761 (bir min yeddi yüz altmış bir) manat əsas borc və 37 (otuz yeddi) manat 61 (altmış bir) qəpik ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-391/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-391/2022
21.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver