Məhkəmə qərarları › İş №2(060)-3911/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3911/2022

04.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3911/2022 04.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi İddiaçının nümayəndəsi X2, Cavabdeh4 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı kredit müqaviləsinin ləğv edilməsi və pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: "xxxx" MMC əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, borclulardan birgə qaydada kreditor "xxxx" BOKT MMC-nin xeyrinə xx.xx.2014-cü il tarixli SUMG1-10781-6183 saylı kredit müqaviləsi üzrə 650,06 manat əsas borc, 94,02 manat faiz borcu olmaqla, cəmi 744,08 manat, borclulardan birgə qaydada kreditor "xxxx" BOKT MMC-nin xeyrinə xx.xx.2015-ci il tarixli SUMG1-10781-7371 saylı kredit müqaviləsi üzrə 2078,93 manat əsas borc, 868,50 manat faiz borcu olmaqla, cəmi 2947,43 manat tutulmasına dair məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizə ilə tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə bağlanan SUMG1-10781-6183 saylı kredit müqaviləsinə, və onun əsasında bağlanmış xx.xx.2014-cü il tarixli SUMG1-10781-6183/1 və xx.xx.2014-cü il tarixli SUMG1-10781-6183/2 saylı razılaşmalara əsasən ikinciyə illik 34% faizlə, 18 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımı qaydada icrasnı təmin etmək məqsədi ilə "xxxx" BOKT MMC ilə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli SUMG1-10781- 6183+SUMG1-10784 saylı zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2014-cü il tarixli ödəniş cədvəlinə əsasən borclu hər ay 144 manat ödəniş etməli idi. Əlavə olaraq, "xxxx" bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli SUMG1-10781-7371 saylı kredit xətti müqaviləsinə, və onun əsasında bağlanmış xx.xx.2015-ci il tarixli SUMG1- 10781-7371/1 və SUMG1-10781-7371/2 saylı razılaşmalara əsasın ikinciyə illik 22,70 % faizlə 24 ay müddətinə 2200 manat məbləğində kredit verilmişdir. Qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" BOKT MMC ilə Cavabdeh1 və Cavabdeh4 arasında xx.xx.2015-ci il tarixli SUMG1- 10781-7371+SUMG1-12899 saylı zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2015-ci il tarixli ödəniş cədvəlinə əsasən borclu hər ay 115 manat ödəniş etməli idi. Lakin, borclu kreditor qarşısında ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş müddətlərini və məbləğlərini dəfələrlə pozmuşdur. Beləliklə, xx.xx.2017-ci il tarix üçün Cavabdeh1 xx.xx.2014-cü il tarixli SUMG1-10781-6183 saylı kredit müqaviləsi üzrə 650,06 manat əsas borc, 94,02 manat faiz borcu olmaqla, cəmi 744,08 manat, xx.xx.2015-ci il tarixli SUMG1-10781-7371 saylı kredit xətti müqaviləsi üzrə 2078,93 manat əss borcu, 868,50 manat faiz borcu olmaqla, cəmi 2947,43 manat borcu qalmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə əsasən Cavabdeh1, X1, Cavabdeh2 Cavabdeh4 birgə qaydada "xxxx" BOKT MMC-nin xeyrinə əsas məbləğ üzrə 650,06 manat, faiz üzrə 94,02 manat cəmi 744,08 manat, Cavabdeh1 və Cavabdeh4 birgə qaydada "xxxx" BOKT MMC-ni xeyrinə 2078,93 manat, faiz üzrə 868,50 manat, cəmi 2947,43 manat və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması müəyyən edilmişdir. Borclu Cavabdeh4 məhkəməni yazılı xəbərdar etməklə, göstərilən məhkəmə əmrinə etiraz etmiş və məhkəmə əmrinin ləğv edilməsini xahiş etmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə qeyd edilən məhkəmə əmri ləğv edilərək, ümumi iddia icraatına keçirilmişdir. İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə düşdüyündən cavabdehlərə kret müqaviləsinin restrukturizasiya olunması ilə bağlı bildiriş göndərilmiş, lakin restrukturizasiya olunmamışdır. Cavabdeh4 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdehlər həmin ünvanda yaşamadıqları üçün məhkəmə bildirişini onlara təqdim etmək mümkün olmamışdır. Bu barədə poçt tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə və onun əsasında bağlanmış xx.xx.2014-cü il tarixli SUMG1-10781-6183/1 saylı və xx.xx.2014-cü il tarixli SUMG1- 10781-6183/2 saylı razılaşmaya əsasən bank Cavabdeh1 18 ay müddətinə illik 34 faiz dərəcəsi olmaqla 2000 manat məbləğində kredit vermişdir. Cavabdeh1 kredit müqaviləsinədən irəli gələn öhdəlikləri üçün Cavabdeh3 və Cavabdeh2 zamin durmuşdur. İş materiallarından görünür ki, BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit xətti müqaviləsinə və onun əsasında bağlanmış xx.xx.2015-ci il tarixli SUMG1-10781-7371/1 saylı və SUMG1-10781-7371/2 saylı razılaşmaya əsasən bank Cavabdeh1 24 ay müddətinə illik 22,7 faiz dərəcəsi olmaqla 2200 manat məbləğində kredit vermişdir. Cavabdeh1 kredit müqaviləsinədən irəli gələn öhdəlikləri üçün Cavabdeh4 zamin durmuşdur. İşin materiallarında olan BOKT "xxxx" MMC tərərfindən xx.xx.2017-ci il tarixdə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 göndərilmiş bildirişlərin surətindən görünür ki, onlar borcun ödənilməsi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 470.1-ci maddəsinin tələbinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə araşdırmaları zamanı təqdim edilmiş sənədlərlə və məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə bağlanan SUMG1-10781-6183 saylı kredit müqaviləsinə, və onun əsasında bağlanmış xx.xx.2014-cü il tarixli SUMG1-10781-6183/1 və xx.xx.2014-cü il tarixli SUMG1- 10781-6183/2 saylı razılaşmalara əsasən ikinciyə illik 34% faizlə, 18 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımı qaydada icrasnı təmin etmək məqsədi ilə "xxxx" BOKT MMC ilə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli SUMG1-10781- 6183+SUMG1-10784 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilələr bağlanarkən qanunun tələblərinə əməl edilmişdir. Cavabdeh1 iddiaçı "xxxx" BOKT MMC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 431.2-ci maddəsinə əsasən kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir. Həmin Fərmanın 5.1-ci bəndinə əsasən bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara ********* (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etməlidir. Fərmanın 5.2-ci bəndinə əsasən bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında ********* (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etməlidir. Fərmanın 6.1-ci bəndinə əsasən bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etməlidirlər. Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməlidirlər. Fərmanın 6.3-cü bəndinə əsasən borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görməlidirlər. İddia tələbindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın tətbiqi ilə bağlı Cavabdeh1 kredit borcunun restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsi bağlanması üçün banka müraciət etmədiyindən cavabdehlərdən xx.xx.2014-cü il tarixli SUMG1-10781-6183 saylı kredit müqaviləsi üzrə 650,06 manat əsas borc, 94,02 manat faiz borcu olmaqla, cəmi 744,08 manat, borclulardan birgə qaydada kreditor "xxxx" BOKT MMC-nin xeyrinə xx.xx.2015-ci il tarixli SUMG1-10781-7371 saylı kredit müqaviləsi üzrə 2078,93 manat əsas borc, 868,50 manat faiz borcu olmaqla, cəmi 2947,43 manat məbləğində kredit borcunun tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, məhkəmə iclasında iddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında bildirmişdir ki, kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə düşdüyündən cavabdehlərə kret müqaviləsinin restrukturizasiya olunması ilə bağlı bildiriş göndərilmiş, lakin restrukturizasiya olunmamışdır. Ona görə də tələb fərmanın təsirinə düşdüyü üçün cavabdehlərdən yalnız əsas məbləğ tutularaq, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi cavabdehlərdən xx.xx.2014-cü il tarixli SUMG1-10781-6183 saylı kredit müqaviləsi üzrə 94,02 manat faiz borcu, xx.xx.2015-ci il tarixli SUMG1-10781-7371 saylı kredit müqaviləsi üzrə isə 868,50 manat faiz məbləğinin tələb edilməsi hissəsində Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına ziddir. Belə ki, qeyd edilən Fərmanın preambulasında həmin sənədin qəbul edilməsini zəruri edən hallar qeyd olunur. Fərmanda deyilir ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır. Göründüyü kimi həmin Fərman onun təsir dairəsinə düşən şəxslərin borclarının ödənilməsinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə qəbul edilmişdir. Dəstək göstərməkborcun ödənilməsinə dəstək kimi qəbul edilməlidir. Təsadüfi deyil ki, həmin Fərmanda dövlətin qarşılayacağı borcun əvəzi olaraq banklara külli miqdarda kredit ayrılması, bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında ********* (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0.5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin edilmişdir. Fərmana əsasən banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli idilər. Fərmanda qeyd olunan faizlər dedikdə, bütün faizlər, əsas, cərimə və.s faizlər nəzərdə tutulurdu. Qalan əsas məbləğə münasibətdə güzəştli şərtlərlə müqavilə bağlanması təklif olunurdu. Fərmanda faizlərinin hansısa şərtlərlə silinməsi barədə müddəa nəzərdə tutulmamışdır. Fərmanın qəbul edilməsi ilə dövlət özü güzəşt olunan borcu (bütün faizləri) ödəmiş olur. Belə olan halda Fərmanın tələblərinə uyğun olaraq dövlət öhdəliyin bir hissəsini ödəməyi öz üzərinə götürmş və icra etmişdir. Cavabdeh güzəşt olunan borcun dövlət tərəfindən ödənilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən müddəalara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, pul öhdəliyi isə icra etmədiyindən, Cavabdeh1 ilə bərabər iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, Cavabdeh4 məhkəmə əmrindən xəbərsiz olmuş, əmr icraya yönəldilmiş, Cavabdeh4 əmək haqqına yönəldilmişdir. Lakin həmin kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə düşdüyündən cavabdehlərdən yalnız əsas borc məbləği tutulmalıdır. Həmçinin məhkəmə qeyd etməy zəruri hesab edir ki, Cavabdeh4 məhkəmə əmrindən xəbərdar olmamasına baxmayaraq əmr icraya yönəldərək onun əmək haqqından tutulmalar aparıldığından əsas borc məbləğindən əmək haqqından tutulmalar çıxılmalıdır. Məhkəmə həmçinin iddianın 20 manat məbləğində dövlət rüsumunun, cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, ödənilmiş dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh4 əmək haqqından tutulmuş məbləğlər nəzərə alınmaqla xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 650,06 (altı yüz əlli manat altı qəpik) manat əsas, xx.xx.2015-ci il tarixli kredit xətti müqaviləsinə əsasən isə 2078,93 (iki min yetmiş səkkiz manat doxsan üç qəpik) manat əsas borc olmaqla, cəmi 2728,99 (iki min yeddi yüz iyirmi səkkiz manat doxsan doqquz qəpik) manat məbləğində pul və 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar