Məhkəmə qərarları › İş №2(060)-3926/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3926/2023

02.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3926/2023 02.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X9 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçı, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24.000 manat borcun və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 162,40 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, buraxılış ili 2010-cu il olan dövlət qeydiyyat nişanı ** BN *** nömrəli HYUNDAİ SANTAFE markalı maşının mülkiyyətçisi X6 xx.xx.2021-ci il tarixində Cavabdeh sürücülük hüququ olduqda idarə etmək bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər həmçinin avtomobili qeydiyyata salma qeydiyyatdan çıxarılma kimi geniş səlahiyyətli etibarnamə vermişdir. Həmin etibarnamə əsasında Cavabdeh xx.xx.2021-ci il tarixində ondan həmin avtomobilə görə ondan 24.000 manat dəyərində pul almış və buraxılış ili 2010-cu il olan dövlət qeydiyyat nişanı ** BN *** nömrəli HYUNDAİ SANTAFE markalı maşına ona geniş səlahiyyətli etibarnamə vermişdir. Həmin etibarnamənin müddəti xx.xx.2022-ci il tarixində bitmişdir. Bundan sonra o, həmin maşının mülkiyyətçisi X3 müraciət edərək ona məxsusu buraxılış ili 2010-cu il olan dövlət qeydiyyat nişanı ** BN *** nömrəli HYUNDAİ SANTAFE markalı maşına görə ona etibarnamə verməsini xahiş etmişdir. Maşının mülkiyyətçisi X6 ona bildirmişdir ki, həmin maşının dəyəri cavabdeh tərəfindən ona ödənilməmişdir. Ona görədə də mülkiyyətçinin etibarnamə üzrə nümayəndəsi Cavabdeh buraxılış ili 2010-cu il olan dövlət qeydiyyat nişanı ** BN *** nömrəli HYUNDAİ SANTAFE markalı maşına görə ödədiyi 24.000 manat pulun geri qaytarılmasını tələb etsədə cavabdeh həmin pulu geri qaytarılmasından imtina etmişdir. Ona görə də həmin pulun cavabdehdən geri alınması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı və nümayəndəsi Vəkil məhkəmədə iddia ərizəsini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını xahiş etdilər. Məhkəmədə Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, maşını X1 adına xaricdən gətirilib. O, həmin maşını alıb, İddiaçı satmışdır. Həmin vaxt iddiaçıya 1 illik etibarnamə vermiş və bildirmişdir ki, tez bir zamanda öz adına keçirdsin. O, iddiaçıyla birlikdə dəfələrlə X6 ilə əlaqə saxlamağa razılığa gəlməyə çalışmışdır. Hazırda bütün problemlər Vüqara görə yaranmışdır. Bundan əlavə iddiaçı ona 24000 manat yox 22000 manat pul verib. O, da həmin pulu tanışı bir yerdə maşın alver edən tanışı Teymur İsmayılova vermişdir. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs V.B.Heydərov bildirdi ki, sözügedən məbləğ ona yox Teymur adlı şəxsə verilib. Belə ki, o, maşın alqı-satqısı ilə məşğul olan Teymur adlı şəxsə etibarnamə vermişdir ki, xaricdən ona maşın gətirsin. Teymur Gürcüstan Respublikasından ona maşın gətirsədə maşın qəzalı olduğuna görə o, maşını istəməmişdir. Bu səbəbdən Teymur ona maşını satmaq üçün ona etibarnamə verilməsini xahiş etmişdir. Belə ki, aralarında olan razılığa əsasən Teymur maşını satıb ondan aldığı pulu ona geri qaytarmalı, yada maşın satılan müddətə qədər ona başqa bir maşın gətirməsi barədə razılığa gəlmişdilər. O, bu səbəbdən Teymura maşını satmaq üçün etibarnamə vermişdir. Lakin Teymur verdiyi vədə əməl etmədiyi üçün o, etibarnaməni ləğv elətdirmiş və onun üçün gətirdiyi maşını geri istəmişdir. Lakin bu vaxta kimi ona nə maşını nədə ondan alınan pul geri qaytarılmamışdır. O, bu səbəbdən Teymur barəsində müvafiq orqanlara şikayət ərizəsi ilə müraciət etmişdir. Cavabdeh ona pul verməmişdir. Məhkəmədə şahid X8 bildirdi ki, o, Teymur adlı şəxslə bir yerdə avtomobil satışı ilə məşğul olublar. Teymur bir neçə şəxslərə qarşı avotmobil gətirməsi barədə pul alaraq dələduzluq etmişdir. Teymur Vüqar üçün gətirdiyi Hyundai Santafe markalı avtomobili Elşən adlı şəxsə 22000 manata satmışdır. Maşın Vüqarın adına olduğu üçün avtomobilə dair etibarnaməni Elşənə Vüqar vermişdir. Teymur maşını satandan sonra Vüqara yeni bir maşın gətirəcəyi barədə vəd vermişdir. Lakin yeni bir maşının gətirilməsindən və Vüqardan aldığı pulun qaytarılmasından məlumatsızdır. Cavabdeh 22.000 manat pulu onun yanında Teymura vermişdir. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib, hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan ƏN-Vİİ № 922853 saylı, xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, X6 mülkiyyətində olan “X14” minik markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomaşını 11 ay 10 gün müddətinə İddiaçı etibar etmişdir. İşdə olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X14” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomaşının sahibi X4r. İş materiallarında olan ƏN-Vİİ № 959346 saylı, xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, X6 mülkiyyətində olan “X14” minik markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomaşını 1 il müddətinə Cavabdeh etibar etmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh, X7 və X2 müraciətləri əsasında Yasamal RPİnin İŞ-də toplanmış material üzrə baş müstəntiq, polis mayoru Azər İsmayılzadənin qəbul etdiyi 20 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasını rədd edilməsi barədə qərar əsassız olduğundan ləğv edilmişdir. “İnsan Hüquqları və X5 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Adı çəkilən Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1 və 135.2-ci maddəsinin tələblərinə görə pul da əmlak hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan qanunvericilik normalardan çıxış edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisə üzrə Cavabdeh varlanmış şəxs, İddiaçı isə məhrum olandır. Cavabdeh varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini İddiaçı qaytarmalıdır. Məkhəmə hesab edir ki, iddia tələbi cavabdehin etiraf etdiyi hissədə yəni 22000 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 22000 (iyirmi iki min) manat pulun və dövlət rüsumu üçün ödənilmiş 162 (bir yüz altmış iki) manat 40 (qırx) qəpik məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar