Məhkəmə qərarları › İş №2(060)-3934/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3934/2022

24.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3934/2022 24.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən ona qarşı 1500 (bir min beş yüz) manat məbləğində dələduzluq cinayəti törədilmişdir. Belə ki, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, tanıdığı Bəxtiyar İbrahimovun ət dükanına xırda buynuzlu heyvan ( quzu, qoyun) gətirərək diri vəziyyətdə satan Cavabdeh həmin dükana heyvan satarkən tanımışdır. 2021-ci ilin iyun ayının 21-də o, Bəxtiyarın ət dükanının yanında olarkən Bəxtiyarla söhbət zamanı ona demişdir ki, Qurban bayramı yaxınlaşır, özü və qohuməqrabası hər il quzu kəsir və buna görə də özünə və qohum-əqrabasına münasib qiymətə quzu lazımdır. Həmin vaxt onlar söhbət edərkən oraya Cavabdeh gəlmiş və onların nə barədə söhbət etdiklərini eşidən zaman ona və qohum-əqrabasına ucuz qiymətə quzu təşkil edə biləcəyini demişdir. O, da qohum-əqrabaya gedərək kimə nə qədər quzu lazım olduğunu soruşmuşdur. Onunla birlikdə 10 ədəd quzu lazım olduğunu Eminə bildirmişdir. Təxminən 1 həftə sonra, yəni 2021-ci ilin iyun ayının axırlarında saat 11 radələrində o, evdə olarkən qapı döyülmüş və darvazanı açanda görmüşdür ki, Emindir. Emin ona demişdir ki, Qubaya quzu almaq üçün beh verməyə gedir və quzuların hər birinin qiymətin 140 manatdan danışmışdır. O, da Eminə demişdir ki, 10 dənə quzu alacaq, elə onun pullarının hamısının bir dəfəlik versin. Həmin vaxt ət dükanın yanında Bəxtiyarı görmüş və onu yanına çağıraraq məsləhətləşmişdir ki, Eminə pul versin, ya verməsin. Çünki onu 4-5 ay olar ki, tanıyı və buna görə də ehtiyyat edir ki, pulunu alıb quzuları gətirməz. Bəxtiyarda ona demişdir ki, Emin onun kəndçisidir, ona pul verə bilər. Bu sözdən sonra evə girmiş, 1500 manat pulu götürərək Bəxtiyarla Eminin yanına gəlmişdir. Bəxtiyarın yanında Eminə 1500 manat pulu vermişdir. Təəssüflər olsun ki, o vaxtdan bu vaxtadək Emin nə söz verdiyi quzuları gətirmiş, nə də ki, ona verdiyi 1500 manat pulu. Vəziyyətin belə olduğunu görəndə aidiyyəti orqana müraciət etmiş və xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhər Prokuroru, İİİ-cü dərəcəli dövlət ədliyyə müşaviri cənab Müqəddəs Sultanov tərəfindən fakta görə Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanaraq iş xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru cənab Əmrah Rüstəmovun icraatına verilmiş və ********* saylı iş üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi hər tərəfli araşdırılaraq sonda Cavabdeh ona qarşı 1500 manat məbləğində dələduzluq etməsi öz təsdiqini taparaq tam sübuta yetirilmişdir. Lakin cinayət işinin icraatına xitam verilməsi barədə qərarın 6-cı səhifəsinin 5-ci abzasına nəzər salanda görünür ki, istintaq zamanı Cavabdeh ərizə ilə Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinə müraciət edərək xx.xx.2021-ci il tarixdə Zəfər bayramı ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilmiş Amnistiya aktına əsasən onun barəsində aparılan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Həmin qərarın 6-cı səhifəsinin 7-ci abzasından göründüyü kimi Cavabdeh CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi qeyd olunsa da, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 8-ci bəndinin təsiri altına düşdüyündən onun barəsində CM-nin 178.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilmişdir. Nəhayət cinayət işinin icraatına xitam verilməsi barədə 27 dekabr 2021-ci il qərardan da göründüyü Cavabdeh onun 1500 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Qeyd edilənlərə əsaəsn iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, Bəxtiyarla birlikdə işləyir, Bəxtiyarı 8-9 ildir ki, tanıyır. Emin Bəxtiyarın dükanına quzu gətirir. Qurban Bayramı ərəfəsində Eminlə razıllaşacaqları təqdirdə və münasib olduğu halda ona quzu gətirəcəyi barədə söhbət etmişdirlər. O, qohumlarından maraqlanıb əlaqə saxlayacağını Eminə bildirmişdir. Bir dəfə Emin həyətinə gəlib ondan neçə qoyun lazım olduğunu soruşmuş, o isə 10 quzu lazım olduğunu bildirmişdir. O, Eminlə yol xərci ilə birlikdə bir quzu üçün 150 manata razılığa gəlmişlər. Qeyd edir ki, həmin vaxt Bəxtiyar da onların yanında olmuşdur. O, Bəxtiyardan Eminə etibar edə biləcəyini soruşmuş, Etibar isə cavabında Emini uzun müddət tanıdığını, ondan həmişə quzu aldığını bildirmişdir. O, Eminə 1500 manat pul vermiş, Emin isə ona nə quzuları gətirmiş, nə də pulunu qaytarmışdır. O, Emindən pulunu istədikdə, o, avqustun axırı pul götürəcəyini və onun pulunu qaytaracağını bildirmişdir. Lakin daha sonra Emin pulu qaytarmaq əvəzinə, ondan aldığı pulu verməmək üçün ona şər atmış və ondan Polisə şikayət etmişdir. X1 barəsində araşdırma getmiş, lakin heç nə öz təsdiqini tapmamışdır. Daha sonra o, məsələ ilə əlaqədar o, Polis İdarəsinə raport yazmış və nəticədə Cavabdeh barəsində cinayət işi başlanmış, lakin, “8 noyabr” günü ilə əlaqədar həmin cinayət işinə xitam verilmişdir. Məsələnin bütün mahiyyəti həmin cinayət işininin materiallarında əks olunmuşdur. Qeyd edilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. O, iddiaçını Bəxtiyarın yanında görüb tanımışdır. Belə ki, ət dükanını ikisi işlədir və onlar şərikdirlər. İddiaçı toy olduğunu və bununla əlaqədar qoyun istədiyini bildirmişdir. O, ayrı-ayrılıqda 10, 11 və 12 ədəd olmaqla ümumi 33 quzunu taksi ilə aparmış, mağazanın qabağında həmin quzuları kəsmiş və kəsdikdən sonra Elşad ona 70 manat pul vermişdir. Daha sonra o, evə getmişdir. Elşad adamlarını onun evinə göndərmişdir, onu, Elşadın evinə aparmış, gündüz saat 12-dən axşam 1-ə kimi onu həmin evdə ayaq üstdə saxlamışdırlar. Cibində olan 2800 manat pulu götürdükdən sonra onun qarşısına aylıq 1800 manat məbləğində pul ödəməyi ilə bağlı ərizə qoymuşdurlar və o, məcbur olub həmin ərizəni imzalamışdır. Belə ki, onu ailə üzvlərini öldürəcəyi ilə hədələmişdirlər. Halbuki o, Elşaddan pul almamış, yalnız heyvanın kəsiminə görə Elşad ona 70 manat pul vermişdir. Bir daha məhkəmənin nəzərinə çatdırır k, o, quzuları gətimək üçün Elşaddan pul almamışdır. Qeyd edir ki, bu hadisələr quzuları verəndən sonra baş vermişdir. Bununla əlaqədar 29 sentyabrda DİN-nin 102 xidmətinə, daha sonra Prokurorluğa şikayət etmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, Elşadla 10 ildir ki, dostdur. O, Sumqayıtda qəssab işləyir. Emin və atasını kənddən tanıyır, onlar da heyvan satışı ilə məşğul olur. Qurban bayramından 15-20 gün əvvəl Elşadla ət dükanının qabağında söhbət etmiş, həmin vaxt Emin oraya gəlmiş və Qubada heyvan danışdığını, 10 heyvanın 150 manata razılaşdırıldığını, 10 manat da yol xərci olduğunu bildirmişdir. Təxminən bir həftə sonra Emin mağazaya gələrək, Elşadı soruşmuş, o da Elşadın evinin darvazalarını göstərmişdir. X7 bayramında quzuların alınması barədə danışmış, daha sonra Elşad onu çağırmış, nə məsləhət gördüyünü soruşmuşdur. O da Emini tanıdığını, 1500 manat verə biləcəyini demiş və Elşad onun yanında 1500 manat pulu sayıb Eminə vermişdir. X5rtarmış, quzular gətirilməmişdir. Bir neçə vaxt sonra Elşad zəng edərək rəisin onu çağırdığını bildirmişdir. Aydın olmuşdur ki, Emin şikayət ərizəsi ilə polisə şikayət etmiş və guya onlar 6 nəfər olmaqla Emini aparıb döymüş və 14000 manat pul almışdırlar. Bununla əlaqədar Polis Bölməsində onların hər birinin izahatı alınmışdır. Araşdırma aparıldıqdan sonra deyilənlərin heç biri təsdiqlənməmişdir. Daha sonra isə Eminin özü barəsində cinayət işi başlanmıçdır. Əlavə olaraq bildirir ki, onun Elşadla heç bir iş birliyi yoxdur, özü mağaza işlədir, mağaza Ruhiyə adlı xanımın adınadır və həmin mağazanı icarəyə götürmüşdür. Azərbaycan Respublikası CPM-nin 179.2-ci mаddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan “Cinayət işinin icraatına xitam verilməsi barədə” 27 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Cavabdeh barəsində olan ********* saylı cinayət işinin icraatına xitam verilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, İddiaçı ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 181-ci maddəsinə əsasən: 181.1. Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.2. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. 181.3. Maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. Azərbaycan Respublikası CPM-nin 179.3-cü mаddəsinə görə mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci mаddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İş materiallarına əlavə edilmiş “Cinayət işinin icratına xitam verilməsi barədə” 27 dekabr 2021-ci il tarixli qərarın məzmunundan görünür ki, Cavabdeh aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı “Qurban bayramı” üçün 01 baş 15 kq-lıq quzu 150 manat olmaqla, 10 baş quzu gətirəcəyini vəd edib aldadaraq, 2021-ci ilin sonlarında 1500 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, “Cinayət işinin icraatına xitam verilməsi barədə” 27 dekabr 2021-ci il tarixli qərarla Cavabdeh törətdiyi cinayət hadisəsi nəticəsində İddiaçı 1500 (min beş yüz) manat məbləğində ziyan vurduğu öz təsdiqini tapmışdır. Lakin xx.xx.2021-ci il tarixdə Zəfər bayramı ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş Amnistiya qərarına əsasən cinayət işinin icraatına xitam verilmişdir. Sözügedən qərar cavabdeh tərəfindən mübahisələndirilməmişdir və hal-hazırda qüvvədədir. Məhkəmə “Cinayət işinin icratına xitam verilməsi barədə” 27 dekabr 2021-ci il tarixli qərarı nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə iddia tələbi təmin edilməli, Cavabdeh 1500 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 35 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində pul və 35 (otuz beş) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar