Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3943/2024 12.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı, Cavabdeh “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Azərkimya” İstehsalat Birliyinin “ Etilen-Polietilen” zavoduna qarşı əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işə 12 avqust 2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavoduna qarşı Əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən azad olunmasını qanunsuz hesab edərək, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə “Azərkimya’' İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun 19 mart 2024-cü il tarixli 14-2-3-1/3-1/-198/2024 saylı əmrinin etibarsız hesab edilməsi, işə bərpa edilməsi, xx.xx.2024-cü ildən işə bərpa olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə aylıq əmək haqqının, 5000 manat məbləğində maddi ziyanın və 5000 manat mənəvi ziyanın cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, əmək müqaviləsi bağlanmaqla cavabdeh müəssisə “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietin” zavodunda işə qəbul edilmiş, qaz məhsullarının qəbulu və buraxılması sahəsində rəis müavini vəzifəsində işləyib. “Etilen-Polietilen” zavodunun 19 mart 2024-cü il tarixli 14-2-3-1/3-1/-198/2024 saylı əmri ilə əmək və icra intizamı qaydalarını pozduğuna görə onunla bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. “Etilen-Polietilen” zavodunun 19 mart 2024cü il tarixli 14-2-3-1/3-1/-198/2024 saylı əmrini aşağıda göstərilən səbəblərə görə əsassız və qanunsuz hesab edir. İşlədiyi 39 il ərzində əmək qanunvericiliyinin tələblərinə əməl etmiş, müəssisənin mənafeyinə ziyan vurmamış, daxili intizam qaydalarım pozmamış, qanuni fəaliyyət göstərərək vəzifə borcunu layiqincə yerinə yetirib. Nümunəvi işçi kimi dəfələrlə mükafatlandırılıb. xx.xx.2020-ci ildə Neftçilər günü peşə bayramı ilə əlaqədar respublikanın neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə “Fəxri neftçi” döş nişanı və fəxri fərmanla təltif edilərək 500 manat pulla mükafatlandırılıb. Bildirir ki, xx.xx.2023-cü il saat 10:00 radələrində “Etilen-Polietilen” zavodunun “Qaz məhsullarının qəbulu və buraxılması” sahəsində yerləşən E-3/l tutumunda yanğın hadisəsi baş vermişdir. Baş vermiş hadisənin səbəbi və şəraiti SOCAR-ın 14 iyun 2023-cü il tarixli əmri ilə yaradılmış komissiya tərəfindən araşdırılmış və bu barədə 10 iyul 2023-cü il tarixli təhqiqat aktı tətib edilmişdir. Həmin akta görə SOCAR-dan daxil olan əmr və qərarların icra edilməməsi, əməliyyatların təlimata uyğun həyat keçirilməməsi, yerinə yetirilən əməliyyatlar üzrə nəzarətin həyata keçirilməməsi, qaydaların, prosedurların və təlimatların tələblərinə riayət edilməməsinə görə hadisənin baş verməsinə cavabdeh olan məsul şəxslər barədə rəy verilmişdir. O cümlədən o da həmin akta görə günahkar hesab edilib. O, izahatında hadisə baş verən gün bildirdiyi kimi işin icraasına “olmaz” deyib və heç bir sənəd verməyib. xx.xx.2023-cü il tarixdə verdiyi sənəd başqa işə aiddir. Hadisə baş verəndən sonra o sənədi qeydiyyatdan keçiriblər və təhlükəsizlik xidmətinə təqdim ediblər. Sahə rəisi işdə olduqda onun verdiyi bütün sənəd və tapşırıqlar etibarsız sayılır. O, həmin araşdırma aktı ilə razı deyil. Belə ki, o, işlədiyi müəssisədə kimyəvi maddələrlə təmasda olduğu üçün asma bronxit xəstəliyinə tutulmuş, uzun müddət müalicədə olub. Hadisə baş verən ərəfədə xəstəxanada yatdığı üçün o, təkrar araşdırmaya dəvət edilməyib. Konkret olaraq həmin aktda hansı əmr və qərarları icra etməyib, hansı təlimatların tələblərini yetirməyib göstərilməmişdir. Zavod rəhbərliyinə verdiyi izahat nəzərə alınmamışdır. Nəticədə əsassız əmr verilmişdir ki, bu halda da həmin əmr ləğv edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən: İşəgötürən tərəfindən yeganə qazanc yeri işlədiyi müəssisə olub, məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin, eyni zamanda öhdəsində saglamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin əmək müqaviləsinin xitam verilməsi qadağandır. Əmək müqaviləsinə xitam verilərkən onun öhdəsində 14 ailə üzvü olmuşdur. Ailədə yeganə işləyən onun olmağı nəzərə alınmamışdır. İşəgötürən Əmək Məcəlləsinin 79-cu maddasinin tələblərini pozmaqla onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Əmək Məcəlləsinin 79-cu maddəsini əsas tutmaqla hesab edir ki, “Azərkimya" İstehsalat Birliyinin "Etilen-Polietilen” Zavodunun bu barədə olan əmri məhkəmə qaydasında ləğv edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən Bu Məcəllənin 70- ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqi təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən həmin müəssisənin həmkarlar ittifaq təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Cavabdeh müəssisə tərəfindən Əmək Məcəlləsinin bu tələbinə də əməl edilməmiş və Həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalıdır. Lakin o, Həmkarlaq İttifaqı Komitəsinə dəvət edilsə də, onun iştirakı ilə bu məsələ tam araşdırılmamışdır. Eyni zamanda bildirir ki, Həmkarlar İttifaqı Komitəsi də yuxarıda göstərdiyi səbəblərin heç birini araşdırmamış, formal olaraq işdən çıxarılmağına razılıq vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verilmişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik halların araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Cavabdeh müəssisə olan “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” Zavodu Əmək Məcəlləsinin yuxarıda göstərilən maddələrinin tələblərini pozmaqla, qanunsuz olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam vermiş və bununla əlaqədar olaraq ona maddi ziyan vurmuşdur. Yuxarıda göstərilənləri, Əmək Məcəlləsinin 300-cü maddəsini əsas tutaraq, “Azərkimya” İstehsalat Birliyinin “Etilen Polietilen’’ Zavodundan onun xeyrinə 5000 manat məbləğində maddi ziyanın əvəzi kimi pul tutulmasını tələb edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290.3-cü maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarma və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfındən müəyyən edilir. Məhkəməyə bildirir ki, bütün bu baş verənlərdən sonra sarsıntı və iztirablar keçirdib, sağlamlıq durumu daha da ağırlaşmışdır, şərəf və ləyaqəti alçaldılmışdır. Cavabdehin ona etdiyi haqsızlıqlardan sarsılıb. Əsassız yerə işdən çıxarılıb. Bununla ona və ailəsinə mənəvi olaraq ziyan vurulub. Ona görə də cavabdehdən mənəvi zərər olaraq 5000 manat tələb edir. Məhkəməyə bildirir ki, Bank of Baku ASC-dən işlədiyi dövrdə 26900 manat kredit götürüb, işdən qanunsuz çıxarıldığına görə həmin krediti ödəyə bilmir. Durumu həddən artıq ağırdır. Qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodu məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək barəsində verilmiş xx.xx.2024-cü il tarixli, 14-2-3-1/3-1İ-198/2024 N-li əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və 5000 (beş min) manat məbləğində maddi ziyanın və 5000 (beş min) manat məbləğində mənəvi ziyanın “Etilen-polietilen” zavodundan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsi qanunsuz və əsassız olduğundan aşağıda göstərilənlərə görə rədd olunmalıdır. 13 iyun 2023-cü il tarixində saat 10.50 radələrində “Azərkimya” İstehsalat Birliyinin “Etilenpolietilen” zavodunun “Qaz məhsullarının qəbulu və buraxılması” sahəsində yerləşən (V =600 m3, D=10500 mm) E-3/1 tutumunda yanğın hadisəsi baş vermişdir. Sahə işçiləri tərəfindən dərhal yanğınsöndürmə vasitələrindən istifadə olunmuş, tutumun üzərindəki su çiləyicilər, eləcə yanğınsöndürən lafet lülələri işə salınmış və paralel olaraq Fövqəladə Hallar Nazirliyinə məlumat verilmişdir. Yanğın 19:30 radələrində tam söndürülmüşdür. Baş vermiş hadisənin səbəb və şəraiti SOCAR-ın 14 iyun 2023-cü il tarixli 14-2/3-1İ76/2023 nömrəli əmri ilə yaradılmış komissiya tərəfindən araşdırılmış və bu barədə 10 iyul 2023-cü il tarixli texniki təhqiqat haqqında akt tərtib edilmişdir. Komissiya SOCAR-dan daxil olan əmr və qərarların icra edilməməsi, əməliyyatların təlimata uyğun həyata keçirilməməsi, yerinə yetirilən əməliyyatlar üzrə nəzarətin həyata keçirilməməsi, qaydaların, prosedurların və təlimatların tələblərinə riayət edilməməsinə və risklərin reallaşmasında iştirak etdiklərinə görə hadisənin baş verməsinə cavabdeh olan məsul şəxslər barədə rəy vermişdir. Zavod rəhbərliyi araşdırma komissiyasının rəyinə uyğun olaraq yanğın hadisəsinin baş verməsinə görə günahkar hesab edilmiş bir sıra işçilərin, o cümlədən “Etilen-polietilen” zavodunun 4 saylı Qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəis müavini İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına razılıq verilməsi üçün 14-2-3-1/3-6-846/2023 nömrə xx.xx.2023-cü il tarixli məktubla zavod Həmkarlar İttifaqı Komitəsinə müraciət etmişdir. HİK-in RH-nin 114 nömrəli, xx.xx.2023-cü il tarixli iclas protokoluna əsasən 4 saylı Qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəis müavini İddiaçı xəstəliyi ilə əlaqədar işə çıxmadığına görə barəsində intizam tənbehi tədbiri görülməsi məsələsinə işə çıxdıqdan sonra baxılması qərara alınmışdır. İddiaçı xx.xx.2024-cü il tarixində işə çıxmışdır. İddiaçı “Etilenpolietilen” zavodunun Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyətinin xx.xx.2024-cü il tarixində keçirilən iclasına dəvət edilmiş və iclasda iştirak etmişdir. HİK-in RH-nin 133 nömrəli, xx.xx.2024-cü il tarixli iclas protokoluna əsasən İddiaçı Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına razılıq verilmişdir. HİK-in razılığı alındıqdan sonra zavod üzrə verilmiş xx.xx.2024-cü il tarixli, 14-2-3-1/3-1İ198/2024 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı işdən azad edilmişdir. Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası ƏM-nin 72-ci maddəsinin “c” bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması və həmin maddənin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Cavabdeh yuxarıda qeyd olunanları və Azərbaycan Respubiikası MPM-nin 154-cü maddəsinin tələblərini nəzərə alaraq, İddiaçı əmək müqaviləsinin ləğv edilməsi barədə “Azərkimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodu üzrə xx.xx.2024-cü il tarixli, 14-2-3-1/3-1İ- 198/2024 nömrəli əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının, 5000 (beş min) manat məbləğində maddi ziyanın və 5000 (beş min) manat məbləğində mənəvi ziyanın cavabdeh “Etilen-polietilen” zavodundan tutularaq ona ödənilməsi barədə öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiasının rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, zavodda sahə rəisinin müavini vəzifəsində işləyib. Baş vermiş hadisə ilə əlaqədar digər şəxslərin də məhkəmə prosesləri gedir. Müraciəti ilə bağlı Əmək Müfəttişliyində də araşdırma aparılır. Müraciəti ilə bağlı pozuntuların qeydə alındığı deyilmişdir. Hadisə 13 iyun 2023-cü il tarixində baş verib. Bu vaxt klapanın açılmasına icazə verməmişdir. Həmçinin icazə olmamasını növbə rəisinə də bildirmişdir. Yanğın saat 8 radələrində söndürülmüşdür. Onun işlədiyi dövrdə xəstəliyi kəskinləşməyə başlamışdır. 30 iyunda xəstəxanaya getmişdir. Xəstəxanada 9 ay qalmağına baxmayaraq xəstəliyi sağalmamışdır. Müalicənin təsir etməmə səbəbi 2013-cü ildə oxşar hadisə nəticəsində xəstəliyə tutulmağı idi. Cavan olmağı səbəbi ilə xəstəliyini o vaxtlar çox da hiss etmirdi. Onu daha sonra Neftçilər xəstəxanasına göndərdilər. Ağciyərinin sağlam olduğu aşkarlandı. Lakin qida və nəfəs borusunda yırtıq aşkarlandı. Öskürməkdən diafraqması cırılmışdı. O, cavabdeh müəssisədə 39 il işləyib və nümunəvi işçi olub. Onu 19 mart 2024-ü il tarixində, Əmək Məcəlləsinin 70-ci bəndi ilə işdən çıxardıblar. Onun ayın 8-9-da verdiyi sənədi hadisə baş verən günün sənədi kimi sistemə işləyiblər və onun qeyd edilən vaxtda razılıq verdiyi bu sənədi komissiyaya təqdim ediblər. Halbuki, o, vəzifə təlimatına əməl edib. Cavabdeh müəssisə tərəfindən qeyri-iş günündə yəni, iyun ayının 26-da və 30-da işə çıxarılıb. Hesab edir ki, həmin məsələ, yəni nəyə görə qeyri-iş günü işə çıxarılması məsələsi də məhkəmə tərəfindən araşdırılmalıdır. Bundan başqa hadisə baş verdikdə o böyük bir fəlakətin qarşısını alıb. Azotun verilməsini təmin edib. Elə həmin vaxt yanğına müdaxilə etdiyi üçün xəstəliyi kəskinləşib, hətta ona əlillik verilib. Əgər o, həyatını və sağlamlığını riskə atmasaydı, güclü partlayış ola bilərdi. O, əslində mexanikə “işə başlamaq olmaz” deyib. Lakin, saxta sənədlərlə iş görülmüşdür. Günah mexanikdə olub. Mexanikin adı Qarayev Ağamusadır. Onu aldatmışlar ki, səhhətinə görə işdən çıxarılmayacaq. Çünki qeyri-iş günü işə çağırılıb və nəticədə 2-ci qrup əlil olub. X22 adına başqa işə keçirilməyi üçün ərizə yazmağını istədilər. Lakin, bu ərizəyə cavab gəlmədi. 08-09 iyun tarixinə aid olan sənədi növbə rəisinin müavini imzalayıb, çünki sahə rəisi məzuniyyətdə olub. 08-09 iyun tarixinə aid olan sənəddə qeyd edilən tapşırıq yerinə yetirilmişdir. Yanğın 6-cı parkda olmuşdur. Qeyd edilən saxta sənəd digər parkda yağlanma işləri üçün verilmişdi. Onun göstərişi ilə təmirə hazırlanma işi yerinə yetirilib. Qeyd edilən sənəd klapan çıxarılması üçün verilməyib, bolt və qaykaların yağlanması üçün verilib. Bir daha qeyd edir ki, o hadisə baş verən gün səhər saat 8-də işdə olub. O, ancaq “təmirə hazırlanma” əmri verib. O, izahatında bir sənəddə 2 iş yazdığı üçün xəcalət çəkdiyini, yəni özünü təqsirli bildiyini qeyd edib. Mexanik sahə rəsinin göstərişi ilə hərəkət etməli idi. Bundan başqa nəzərə alınmalıdır ki, rəis işdə olduğu halda, onun göstərişləri qüvvəsini itirməlidir. Yəni o, sənəddə belə bir iş yazsa da rəis işə çıxdığı üçün artıq onun qüvvəsi olmamışdır. Bundan başqa araşdırma komissiyası əməli Ağamusanın etdiyini bildirib. O hadisə baş verən vaxt başqa şöbə ilə danışmışdır, həmin müddətdə eyni ərazidə qala bilməzdi. Yanğını səs-küydən eşitmişdir, həmin vaxt 100 metr uzaqlıqda olmuşdur. Qeyd edir ki, onun Prezident aparatına və Əmək Müfəttişliyinə şikayətləri olmuşdur. Əmək Müfəttişliyi də onun işdən azad olunmasında pozuntu müəyyən etmişdir və cavabdeh müəssisəni cərimələmişdir. O, 30 iyun 2023-cü il tarixdən 10 mart 2024-cü il tarixədək bülletendə olmuşdur. Bu barədə sənədləri məhkəməyə təqdim etmişdir, yalnız sonuncu bülleteni təqdim edə bilməmişdir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “Azərkimya” İstehsalat Birliyinin “Etilen- Polietilen” zavodunun etibarnamə üzrə nümayəndəsi Vəkil etirazın məzmununa uyğun izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçı keçən proseslərdə onun rəisinin işə bərpa olunduğu halda özünün işə qayıda bilməməsi səbəbini öyrənmək istəmişdir. Bildirir ki, həqiqətən də iddiaçının rəisi Cabir Hüseyov məhkəmə qətnaməsinə əsasən işə bərpa olunub. Lakin həmin qətnamə qanuni qüvvəsini almamışdır. Birinci instansiya məhkəməsinin qərarı Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb, lakin həmin qərar hazırda kassasiya instansiyasında mübahisələndirilir. Qeyd edir ki, iddiaçının rəisi təlimdə olduğu müddətdə onun bütün vəzifə səlahiyyətlərinin icrası İddiaçı həvalə edilmişdir. İddiaçı isə “tapşırığa icazə verilməsi” barədə sənəddə saxtalaşdırma aparmış, ona qələmlə əlavələr etmişdir. Bu halı iddiaçı özü də izahatında etiraf etmişdir. Həmin əlavələrdən C.Hüseynovun xəbəri olmadığı üçün məhkəmə onun işə bərpa olunması qənaətinə gəlmişdir. Qeyd etmək istəyir ki, onlar həmin məhkəmə qərarını bu hissədə, yəni hadisədə İddiaçı günahkar olması hissəsində mübahisələndirmiyiblər. Hazırda kassasiya şikayətinin verilmə səbəbi C.Hüseynovun rəis kimi müavininin verdiyi tapşırıqlara nəzarət etməli olduğu halda, etməməsi ilə bağlıdır. Nümayəndə qeyd edilən halların nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclaslarında iştirak edən cavabdeh “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddia əsassızdır. Qarşı tərəf 13 iyun tarixində növbə rəisinə klapanların çıxarılmağa hazırlanmasına dair özü göstəriş vermişdir. Bu işlər mexanikin rəhbərliyi ilə görülür. Buraxılışa qol çəkilib. Sonradan məlum olub ki, buraxılış həmin parka yox, 1-ci parka aiddir. Benzin klapanlarda par şəklində yığılır və klapan açıldıqda həmin benzin hava ilə təmas etdiyi an alışır. 10:45-də başlayan yanğın saat 20:00-da söndürülüb. Yanğının söndürülməsi üçün Bakı və Abşeronun bütün yanğınsöndürmə dəstələri cəlb edilmişdir. Lakin, yanğını söndürmək mümkün olmamış və yanğın sadəcə lokallaşdırılmışdır. 600 tonluq benzin tam yanıb qurtardıqdan sonra yanğın sönmüşdür. Mexanik, sahə rəisi, sahə rəisinin müavini və növbə rəisinin günahı ucbatından qeyd edilən hadisə baş verib. Hadisə ilə bağlı SOCAR prezidenti tərəfindən texniki araşdırma komissiyası yaradılmışdır. Komissiya tərkibi vitse prezidentlər və baş mütəxəssislərdən təşkil olunmuşdur. Daha sonra isə akt tərtib edilmişdir. Sabir iyun ayından mart ayına qədər müalicə aldığı üçün mart ayında işə çıxdıqdan sonra işdən azad olunması ilə bağlı göstəriş verilmişdir. İddiaçı müəssisənin keçmiş və təcrübəli işçisi olduğu üçün belə bir səhv etməməli idi. Kimya sənayesi A kateqoriyalı yüksək təhlükəli sənayedir. İddiaçı vəzifə təlimatında da bu qeyd edilmişdir. Növbə rəisi olan Yusif bildirir ki, Sabirin göstərişi ilə klapanlar açılıb. Məhkəməyə sübut qismində təqdim edilmiş izahatlardan da görünür ki, göstəriş İddiaçı tərəfindən verilib. 600 tonluq benzin yanaraq buxarlaşıb. Bu hadisə nəticəsində SOCAR-ın beynəlxalq imicinə böyük zərər dəyib. İddiaçının klapanların açılmasına göstəriş verməsini şahid ifadələri də təsdiq edir. Nümayəndə qeyd edilən halların nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixində işə gələndə inzibati binanın qarşısında sahə rəisi Cabir Hüseynovun mexanik Ağamusaya bugün “işi görmə, çünki bugün hava çox isti olacaq” sözləri dediyini eşitmişdir. Lakin, o, hansı işdən söhbət getdiyini bilmirdi. Ağamusa isə ona, işi bugün görməli olduğunu demişdir. Ağamusa təmir işləri görmək istəyirdi. Sabir müəllim 1-ci sahənin 3-cü parkının giriş və çıxışının bağlanılması və təmirə hazırlıq işlərinin görülməsi barədə göstəriş vermişdi. O, tutumun dolu olduğunu bildirdikdə Sabir müəllim sadəcə təmirə hazırlıq işlərinin görülməli olduğunu qeyd etdi. Həmin gün bu ərazidə 2 nəfər işləyirdilər. Onlara həmişə Bakı Neft Emalı zavodundan mütəxəssislər gəlirdi. Həmin gün heç kimin gəlməyəcəyi deyilmişdi. Bundan başqa zavodun həyətində ağac sulanması və s. ilə məşğul olan işçilər gəlmişdi. Bu işçilərlə məşğul olarkən ona bildirildi ki, Bakıdan “naxta” gəlib və o, naxtanın qabağına gedəndə yanğın olması ilə bağlı qışqırıq səslərini eşitmişdir. Yanğın hadisəsi zamanı Ağamusa və başqa bir neçə işçinin aşağı düşməsini görmüşdür. Yanğına ilkin müdaxilə olunmuşdur. Daha sonra yanğın söndürənlər gəlmişdir. Hadisə günü Nəbi adlı əməkdaş gəlmiş və demişdir ki, “naryad” buraxılışı yazılmalıdır. O, həmin işçiləri qeydiyyata salmış və içəri buraxmışdır. Lakin 11 nömrəli naryad buraxılışından məlumatı olmamışdıridi. Həmçinin, Ağamusa və digər şəxslərə təmir üçün kimin göstəriş verdiyini də bilmir. Bir halı da qeyd edir ki, şəxsi görmədən “naryad” buraxılışını qeydiyyata sala bilməzdi. Məhkəmənin nəzərinə çatdırır ki, hadisə ilə əlaqədar o da işdən çıxarılıb. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı ümumi xəstəlik əsası ilə 2-ci dərəcəli əlildir. İşdə olan xx.xx.2024-cü il tarixli, 14-2-3-1/3-1İ-198/2024 nömrəl intizam tənbehi haqqında əmrdən görünür ki, Əmək və icra intizamı qaydalarını pozduğuna görə 4 saylı Qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəis müavini İddiaçı (tab.4054097) ilə bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Əsas: 14-2-3-1/3-6-846/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktub, HİK-in 06 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu və HİK-in RH-nin 133 nömrəli xx.xx.2024-cü il tarixli protokolu, akt, izahatlar və rəhbərliyin qərarı. İşdə olan “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun direktorunun “Etilen-Polietilen” zavodunun Həmkarlar İttifaqı Komitəsinin sədrinə ünvanladığı məktubdan görünür ki, xx.xx.2023-cü il tarixində, “Etilen-polietilen" zavodunun “Etilen" istehsalatının 4 saylı Qaz məhsullarının qəbulu və buraxılması sahəsində istismarda olan 600 m3-lik E-3/1 hidrotəmizlənmiş benzin (nafta) tutumunda müvafiq planlama və risklərin qiymətləndirilməsi aparılmadan təmir işləri yerinə yetirilərkən saat 10.40 radələrində yanğın hadisəsi baş vermişdir. Baş vermiş hadisəni potensial nəticələrinin ağırlığını nəzərə alaraq, hadısənin ətraflı araşdırılması, kök səbəblərinin aşkara çıxarılması, hadisənın baş verməsinə cavabdeh olan şəxslərin əhatə dairəsinin və öyrənilmiş dərslərin müəyyən edilməsi, eləcə də bu kimi hadisələrin təkrarlanmasının qarşısının alınması üçün düzəldici tədbirlərin icrasının təmin edilməsi məqsədilə SOCAR-ın Prezidentinin 14 iyun 2023-cü il tarixli 14-2/3 -1İ - 76/2023 nömrəli əmri ilə SOCAR Baş ofisində komissiya yaradılmışdır. Komissiyanın araşdırması zamanı əldə olunan sənədlər, verilmiş izahatlar, aparılmış təhlillər və s. əsasında qəzanın baş verməsində məsul olan cavabdeh şəxslərin dairəsini gələcəkdə oxşar hadisələrin baş verməsinin qarşısının alınması üçün tövsiyyələri müəyyən etmişdir. Komissiyanın araşdırması nəticəsində nöqsanlara yol vermış "Etilen-polietilen” zavodunun Baş mühəndisin ƏM və TT üzrə müavini - şöbə rəisi X14, 4 saylı Qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəisi X13, həmin sahənin rəis müavini İddiaçı, böyük mexaniki X7, növbə rəisi X12 günahkar hesab edilmişlər. Qeyd olunanları nəzərə alaraq "Etilenpolietilen" zavodunun Baş mühəndisin ƏM və TT üzrə müavini - şöbə rəisi X14, 4 saylı Qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəisi X13, həmin sahənin rəis müavini İddiaçı, böyük mexaniki X8 və növbə rəisi X4 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-maddəsinin "ç" bəndinə əsasən işdən azad olunmasına münasibət bildirilməsi xahiş etmişdir. İşdə olan “Etilen-Polietilen” zavodunun Həmkarlar İttifaqı Komitəsi Rəyasət heyətinin iclasının 114 nömrəli, xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, rəhbərliyin 04 saylı Qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəisi X13, həmin sahənin böyük mexaniki X7 və növbə rəisi X4 işdən azad olunmaları barədə müraciəti nəzərə alınaraq razılıq verilməsi, 04 saylı sahənin rəis müavini İddiaçı Yunis oğlunun xəstəlik səbəbindən iclasda iştirak etməməsi nəzərə alınaraq onun barəsində müvafiq qərarın qəbulunun işə çıxdıqdan sonra baxılması qərara alınmışdır. İşdə olan “Etilen-Polietilen” zavodunun Həmkarlar İttifaqı Komitəsi Rəyasət heyətinin iclasının 133 nömrəli, xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Zavodun 04 saylı Qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəis müavini İddiaçı tutduğu vəzifədə yol verdiyi ciddi nöqsanlara görə işdən azad olunması barədə rəhbərliyin müraciətinə razılıq verilməsi qərara alınmışdır. İşdə olan “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun ərazisində xx.xx.2023-cü il tarixində yanğının baş verməsi ilə nəticələnmiş qəzanının səbəblərinin texniki təhqiqatı haqqında aktdan görünür ki, SOCAR-dan daxil olan əmrlərin və qərarların icra edilməməsi, əməliyyatların layihəyə uyğu həyata keçirilməməsi, yerinə yetirilən əməliyyatlar üzrə nəzarətin həyata keçirilməməsi qaydaların, prosedurların və təlimatların tələblərinə riayət edilməməsinə və riskləri reallaşmasında iştirak etdikiərinə görə hadisənin baş verməsinə cavabdeh olan məsul şəxslər siyahısında İddiaçı da qeyd edilmişdir. İşdə olan 395 nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixində “Azərkimya” İstehsalat Birliyinin “ Etilen-Polietilen” zavodunun Qaz və maye karbohidrogenlərin qazlaşdırılması, sıxılması və saxlanması sexinə rəis müavini vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikasi Dövlət Neft Şirkətinin “Azərkimya” İstehsalat Biriiyi “Etilenpolietilen” zavodunda (bundan sonra - zavod) əmək hüqüqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığı müraciətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətində (bundan sonra - Xidmət) baxılmışdır. Müraciət ilə əlaqədar xx.xx.2023-cü il tarixində Xidmətin Abşeron-Xızı regional şöbəsinə təqdim etdiyi izahatda İddiaçı xx.xx.2013-cü il tarixində işdə benzin xəttində yaranmış qəzanın aradan qaldırılması zamanı karbohidrogenin təsirinə məruz qaldığını, hadisədən bir həftə keçdikdən sonra səhhətində dəyişiklik yaranaraq öskürmə, boğulma hallarının olmasını, həmin tarixdən müalicə aldığını, həmçinin xx.xx.2023-cü il tarixində iş yerində yaranmış yanğın hadisəsi zamanı qəzanın aradan qaldırılmasında iştirak etdiyini, heç bir xəsarət almadığını, xx.xx.2023-cü il tarixində qeyri iş günü növbətçi olduğu zaman səhhətində problem yarandığını bildirmişdir. Eyni zamanda izahatında İddiaçı xx.xx.2013-cü il və xx.xx.2023-cü il tarixlərində baş vermiş hadisələr zamanı xəsarət almadığını, əsas tələbinin hazırki işində qalmağı və müalicəsinin davam etdirilməsi üçün maddi köməklik göstərilməsindən ibarət olduğunu qeyd etmişdir. Zavod rəhbərliyi tərəfindən Xidmətə təqdim edilmiş iş vaxtının uçotu cədvəllərindən İddiaçı izahatınızda qeyd etdiyi xx.xx.2023-cü il tarixində işə cəlb olunmadığı müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən İddiaçıla zavod rəhbərliyi arasında xx.xx.2012-ci il tarixində bağlanılmış əmək müqvailəsi bildirirşinin qüvvədə olduğu müəyyən olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Abşeron-Xızı regional şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Azərikimya” İB-nin Etilen-Polietilen zavodunun (bundan sonra ismin müvafiq hallarında Zavod) rəhbərliyi tərəfindən əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinə daxil olmuş müraciətinə aidiyyəti üzrə Xidmətin Abşeron-Xızı regional şöbəsində baxılmışdır. Müraciətin Zavodun səlahiyyətli nümayəndəsinin iştirakı ilə ətraflı dəqiq araşdırılması, müvafiq sənədlərin təqdim olunması və müraciətə münasibət bildirilməsi məqsədi ilə Zavodun rəhbərliyinə 3-17-5/2-21600/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubla müraciət olunmuşdur. Zavod rəhbərliyinin 14-2-3-1/2-156/202 nömrəli cavab məktubuna və təqdim etdiyi sənədlərə əsasən inzibati xəta əlamətlərinin olması müəyyən edildiyindən inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. İnzibati xəta haqqında iş üzrə icraat yekunlaşdıqdan sonra müraciətin nəticəsi barədə əlavə məlumat veriləcəkdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Abşeron-Xızı regional şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı iləZavod rəhbərliyi arasında xx.xx.2012-ci il tarixdə əmək müqaviləsi bağlanılaraq Qaz və maye karbohidrogen qazlaşdırılması, sıxılması və saxlanması sexinə rəis müavini vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixli 14-2-3- 1/3 1İ-198/2024 nömrəli əmr ilə Azərbaycan Respublikası Ə Məcəlləsinin 70.ç maddəsinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi, öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 18-ci (intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz.) maddəsinin tələblərinə riayət edilməmişdir. Əmək müqaviləsinə xitam verilərkən qanunvericiliklə müəyyən edilmiş qaydada əmək müqaviləndə nəzərdə tutulmuş əmək haqqına uyğun olaraq 2024-cü ilin mart ayındakı gününə görə 839.53 manat, istifadə edilməmiş 48,41 məzuniyyət gününə görə 2760,46 mant 947.38 manat digər əlavələr olmaqla cəmi 4547.37 manat hesablanaraq, müvafiq tutulmalar yerinə yetirildikdən sonra, xitam verildiyi xx.xx.2024-cü il tarixdə İddiaçı bank hesabına 370 manat (üç min yeddi yüz doqquz manat yetmiş yeddi qəpik) məbləğində son haqq-hesab ödənilmişdir. İddiaçı əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə Zavodun direktoru X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsinə əsasən inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli İnzibati cərimənin tətbiq edilməsi haqqında qərar qəbul olunmuş, 06.2023-cü il tarixli 3-17-5/2- 38447/2024 nömrəli göstəriş məktubu ilə Zavod rəhbərliyinə törədilmiş hüquqpozmanın aradan qaldırılması, nəticəsi barədə məlumat verilməsi tövsiyyə olumuşdur. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyası xx.xx.2014-cü il tarixli 24/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçinin peşə xəstəliyinə tutulma ehtimalı yüksək olan iş yerlərinin Siyahısı”na dair Təlimatın 4-cü bəndinə əsasən peşə xəstəsi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki V.Y.Axundov adına Elmi -X10 İnstitutu tərəfindən təyin edilir. İddiaçı səhhətinin pozulması halının peşəsi ilə əlaqəli olub-olmamasının müəyyən edilməsi üçün V.Y.Axundov adına X1 İnstitutuna müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 60 (altmış) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İşdə olan əmək qabiliyyəti olmaması barədə vərəqələrin surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək bronxial astmanın kəskinləşməsi diaqnozu ilə işdən azad edilmişdir. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5712/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, X6 əmək müqaviləsinə xitam verilməsi barədə X2 Etilen-Polietilen zavodunun direktoru Oqtay Niftəliyevin 17 iyul 2023-cü il tarixli, 14-2-3-1 /3-1 i-267/2023 saylı əmrinin iddiaçı X9 aid hissədə ləğv edilməsi, X6 X2 Etilen-Polietilen zavoduna əvvəlki iş yerində 4 saylı qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəisi vəzifəsinə bərpa edilməsi, X2 Etilen-Polietilen zavodu tərəfindən məcburi işburaxma müddəti üzrə 17 iyul 2023-cü il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq iddiaçı X9 ödənilməsi qətedilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-343/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdeh X2 Etilen Polietilen zavodu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5712/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və onun tələblərinə görə tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh arasında bağlanmış 395 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı “Azərkimya” İstehsalat Birliyinin “Etilen- Polietilen” zavodunun Qaz və maye karbohidrogenlərin qazlaşdırılması, sıxılması və saxlanması sexinə rəis müavini vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndi ilə cavabdehin xx.xx.2024-cü il tarixli, 14-2-3-1/3-1İ-198/2024 nömrəli əmrinə əsasən xitam verilmişdir. İddiaçı iddia tələbini əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş yanğın hadisəsində hər hansı təqsirinin olmaması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Həmin Məcəllənin 70-cı maddəsinə əsasən müəssisə ləğv edildikdə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi, alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması, qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması, iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi halları işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 13 iyun 2023-cü il tarixində saat 10.50 radələrində “Azərkimya” İstehsalat Birliyinin “Etilenpolietilen” zavodunun “Qaz məhsullarının qəbulu və buraxılması” sahəsində yerləşən (V =600 m3, D=10500 mm) E-3/1 tutumunda yanğın hadisəsi baş vermişdir. Hadisənin baş vermə səbəbi və şəraitinin araşdırılması əlaqədar yaranmış Komissiya SOCAR-dan daxil olan əmr və qərarların icra edilməməsi, əməliyyatların təlimata uyğun həyata keçirilməməsi, yerinə yetirilən əməliyyatlar üzrə nəzarətin həyata keçirilməməsi, qaydaların, prosedurların və təlimatların tələblərinə riayət edilməməsinə və risklərin reallaşmasında iştirak etdiklərinə görə hadisənin baş verməsinə cavabdeh olan məsul şəxslər barədə rəy vermişdir. Həmin rəydə hazırkı iş üzrə iddiaçı - 4 saylı Qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəis müavini İddiaçı adı da qeyd edilmişdir. “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodu “Etilen-Polietilen” zavodunun Həmkarlar İttifaqı Komitəsinə məktub ünvanlayaraq İddiaçı işdən azad olunmasına münasibət bildirilməsini xahiş etmişdir. “Etilen-Polietilen” zavodunun Həmkarlar İttifaqı Komitəsi Rəyasət heyətinin iclasının 114 nömrəli, xx.xx.2023-cü il tarixli protokoluna əsasən İddiaçı xəstəliyi ilə əlaqədar işə çıxmadığına görə onun barəsində intizam tənbehi tədbiri görülməsi məsələsinə işə çıxdıqdan sonra baxılması qərara alınmışdır. İddiaçı xx.xx.2024-cü il tarixində işə çıxdıqdan sonra “Etilen polietilen” zavodunun Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyətinin xx.xx.2024-cü il tarixində keçirilən iclasına dəvət edilmiş, iclasda İddiaçı tutduğu vəzifədə yol verdiyi ciddi nöqsanlara görə işdən azad olunması barədə rəhbərliyin müraciətinə razılıq verilməsi qərara alınmış, İddiaçı xx.xx.2024-cü il tarixli, 14-2-3-1/3-1İ198/2024 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə sonuncunun xx.xx.2024-cü il tarixli, 14-2-3-1/3-1İ-198/2024 nömrəli əmri əmək qanunvericiliyinin tələblərinə əməl edilməklə qəbul edildiyindən həmin əmrin ləğv edilməsi üçün hər hansı əsas yoxdur. Belə ki, iddiaçı sözügedən hadisədə hər hansı günahının olmadığını, sözügedən təmir işlərinin onun xəbəri olmadan başlanıldığını, o yalnız təmirə hazırlıq işlərinə razılıq verdiyini bildirmişdir. Halbuki, İddiaçı hadisə baş verdikdən sonra verdiyi xx.xx.2023-cü il tarixli izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixində qoruyucu klapanların çıxarılması üçün hazırlanması işi üçün qaykaların yağlanması məqsədilə verilmiş buraxılış naryadı xx.xx.2023-cü il tarixədək bolt-qaykalar bir-bir yağlanmışdır. Yağlanma hazırlıq işinin tutumla heç bir əlaqəsi olmadığını və heç bir təhlükə riskinin olmadığını nəzərə alaraq İ parka aid olan buraxışılına əlavə edib E3 və E6 tutumlarında qoruyucu klapanların çıxarılmasına hazırlıq yazıb sənədləşdirmişdir. O bu səhvini başa düşüb etiraf edir və xəcalət çəkir. Klapanların çıxarılması üçün sənəd hazır vəziyyətdə təsdiqlənmiş halda onun masasında olmuşdur. Təmirçi-çilingərlərə kimin klapan çıxarılmasına göstəriş verdiyini bilmir. Eyni zamanda X12 hadisə ilə bağlı verdiyi xx.xx.2023-cü il tarixli izahatında bildirmişdir ki, xx.xx.2023-cü il saat 08.00-dan 20.00-a kimi işdə olmuşdurlar. Saat 8.30-da İddiaçı mexanik Ağamusa Qarayevlə birlikdə oturmuşdur. Sabir onu çağırıb E-31 tutumunu təzyiqdən saldırıb Ağamusaya verməyi, E-31-də çilingərlərin təmir işi aparacaqlarını, qoruyucu klapanları çıxarıb təmirə göndərəcəklərini bildirmişdir. O da apartçıya Sabir müəllimin tapşırığını bildirmişdir. Aparatçı E-31 tutumunun giriş-çıxış bərabərləşdirici, üçgedişli siyirtməsini bağlayıb təzyiqdən salmağa başlamışdır. Aparatda təzyiq 0.2-0.3 atıma düşdükdən sonra Ağamusa müəllim, iş icraçısı Nəbi Rəhimov və 4 nəfər çilingər lazım olan alətlərini götürüb birlikdə E-31 tumunun üstünə qalxmağa başlamışlar. Sözügedən izahatın müəllifi Y.Kamilov şahid qismində dindirilərkən məhkəmə iclasında hadisədən 2 gün sonra verdiyi izahatdan nisbətən fərqli ifadə versə də, məhkəmə tərəfindən iş materiallarına olan sənədlərə əsasən müəyyən edilmişdir ki, İddiaçı hadisə baş verən ərazidə təmir işlərinin görülməsi ilə bağlı tapşırıq vermiş, tapşırığın icrası zamanı yanğın hadisəsi baş vermiş, eyni zamanda İddiaçı verdiyi tapşırıqla bağlı sahə rəisinə məlumat verməmişdir. Halbuki, “Etilenpolietilen” zavodu ilə İddiaçı arasında bağlanmış 395 nömrəli əmək müqaviləsi üzrə X17 məhsullarının qəbulu və buraxılması sahəsinin rəis müavininin vəzifə öhdəliklərindən görünür ki, digər vəfizələrlə yanaşı elektrik və mexaniki avadanlıqların təmir xidmətinin illik planlaşdırılmasına nəzarət etmək, avadanlıqların təmirə hazırlanmasına, həmçinin təmir işlərinin keyfiyyətinə və müddətinə nəzarət olunmasını həyata keçirmək; avadanlıq və qurğuların vaxtında sınaqlarının aparılmasına nəzarət və iştirak etmək, avadanlıq və qurğuların istismarı, qulluğu, təmiri və sınaq barədə sənədləşmənin düzgün aparılmasına nəzarət etmək, avadanlıq və mexanizmlərinin sınağının təşkilində iştirak etmək; əməyin mühafizəsi və təhlükəsizlik texnikası barədə maarifləndirmə işlərinin təşkil etmək, işçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimatlandırılmasına, həyəcan siqnalları üzrə təlim məşqlərin həyata keçirilməsinə nəzarət etmək, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə işçilərin biliyinin yoxlanılmasını həyata keçirmək; əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına nəzarət etmək, istehsalat risklərinin qiymətləndirilməsi və önləyici tədbirlərin görülməsini təşkil etmək, əməyin təhlükəsizliyinin təmin edilməsi məqsədilə daim monitorinqlərin aparılması və çatışmazlıqların aradan qaldırılması istiqamətində tədbirlər planını hazırlamaq, o cümlədən sahənin başlıca məqsəd və əsas vəzifələrinə aid bütün məsələlər üzrə sahə rəisinin tapşırıqlarını yerinə yetirmək sahə rəisinin müavini kimi İddiaçı əsas vəzifə öhdəliklərinə aid olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı üzərinə düşən vəzifə öhdəliklərini yerinə yetirməmiş, sahə rəisi işdə olduğu və razılıq vermədiyi halda təmir işlərinin görülməsinə müvafiq planlama və risklərin qiymətləndirilməsini aparmadan razılıq vermiş, nəticədə sözügedən yanğın hadisəsi baş vermişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “Azərkimya’' İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun 19 mart 2024-cü il tarixli 14-2-3-1/3-1/-198/2024 saylı əmrinin etibarsız hesab edilməsi üçün hər hansı əsas olmadığından iddia tələbi əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, iddiaçı maddi və mənəvi ziyan tələbini onunla bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam verilməsi ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, iddiaçının əmrin etibarsız hesab edilməsi və işə bərpa tələbinə dair hissələrdə iddia tələbi təmin edilmədiyindən, maddi və mənəvi ziyanın ödənilməsi hissəsində də iddia tələbinin təmin edilməsinə hər hansı əsas yoxdur. Məhkəmə onu da qeyd edir ki, iddiaçı özünün etirafına əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək xəstəliyi ilə əlaqədar əmək qabiliyyətini müvəqqəti itirmiş, bülletendə olmuşdur. Bu halı cavabdeh də mübahisələndirmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə,həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə, öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin,məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin Məcəllənin 187-ci maddəsinin 2-ci bəndinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Həmin maddənin 3-cü bəndinə əsasən intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 189-cu maddəsinin 2-ci bəndinə əsasən intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. Göründüyü kimi işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə, o cümlədən onunla bağlanmış əmək müqaviləsinə xitam verilə bilməz. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı hadisə baş verdikdən 17 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə əmək qabiliyyətini müvəqqəti itirmiş, xx.xx.2024-cü il tarixdə işə çıxmışdır. Beləliklə hadisə baş verdikdən sonra keçən təxminən 9 ay müddətin 8 ay 10 günü İddiaçı işdə olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, baş vermiş hadisədən 9 ay sonra işçiyə intizam tənbehi tətbiq edilərək əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin hər hansı tələbi pozulmamışdır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə sübutetmə yükü üzərinə düşən tərəf kimi iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən İddiaçı cavabdeh “Azərkimya” İstehsalat Birliyinin “ Etilen-Polietilen” zavoduna qarşı əmək miiqaviləsinin ləğv edilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavoduna qarşı əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-3943/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3943/2024
12.08.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver