Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1190/2025 21.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “Azərkimya” İstehsalat Birliyinin "Etilen Polietilen" zavoduna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “Azərkimya” İstehsalat Birliyinin "Etilen Polietilen" zavoduna qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödən ilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(105)1633/2024 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 21 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunda 13 iyun 2013-cü il tarixdə yanğın hadisəsi baş vermişdir.
2. Həmin hadisə ilə bağlı zavodun 4 saylı Qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəis müavini İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndi ilə cavabdehin xx.xx.2024-cü il tarixli, 14-2-31/3-1İ-198/2024 nömrəli əmrinə əsasən xitam verilmişdir.
3. İddiaçı əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş y anğın hadisəsində hər hansı təqsirinin olmamasını iddia edir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatına əsasən, İddiaçı ümumi xəstəlik əsası ilə 2-ci dərəcəli əlildir. 5. “Etilen-Polietilen” zavodunun direktorunun X8 Komitəsinin sədrinə ünvanladığı məktuba əsasən, xx.xx.2023-cü il tarixində zavodun “Etilen" istehsalatının 4 saylı Qaz məhsullarının qəbulu və buraxılması sahəsində istismarda olan 600 m3-lik E-3/1 hidrotəmizlənmiş benzin (nafta) tutumunda müvafiq planlama və risklərin qiymətləndirilməsi aparılmadan təmir işləri yerinə yetirilərkən saat 10.40 radələrində yanğın hadisəsi baş vermişdir. Baş vermiş hadisəni potensial nəticələrinin ağırlığını nəzərə alaraq, hadısənin ətraflı araşdırı lması, kök səbəblərinin aşkara çıxarılması, hadisənın baş verməsinə cavabdeh olan şəxslərin əhatə dairəsinin və öyrənilmiş dərslərin müəyyən edilməsi, eləcə də bu kimi hadisələrin təkrarlanmasının qarşısının alınması üçün düzəldici tədbirlərin icrasının təmin edilməsi məqsədilə SOCAR-ın Prezidentinin 14 iyun 2023-cü il tarixli 14-2/3 -1İ - 76/2023 nömrəli əmri ilə SOCAR Baş ofisində komissiya yaradılmışdır. Komissiyanın araşdırması zamanı əldə olunan sənədlər, verilmiş izahatlar, aparılmış təhlillər və s. əsasında qəzanın baş verməsində məsul olan cavabdeh şəxslərin dairəsini gələcəkdə oxşar hadisələrin baş verməsinin qarşısının alınması üçün tövsiyyələri müəyyən etmişdir. Komissiyanın araşdırması nəticəsində nöqsanlara yol vermış "Etilen-polietilen” zavodunun Baş mühəndisin ƏM və TT üzrə müavini - şöbə rəisi X11, 4 saylı Qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəisi X9, həmin sahənin rəis müavini İddiaçı, böyük mexaniki X5, növbə rəisi X10 günahkar hesab edilmişlər. Qeyd olunanları nəzərə alaraq "Etilen-polietilen" zavodunun Baş mühəndisin ƏM və TT üzrə müavini - şöbə rəisi X11, 4 saylı Qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəisi X9, həmin sahənin rəis müavini İddiaçı, böyük mexaniki X6 və növbə rəisi X2 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 maddəsinin "ç" bəndinə əsasən işdən azad olunmasına münasibət bildirilməsi xahiş etmişdir. 6. “Etilen-Polietilen” zavodunun Həmkarlar İttifaqı Komitəsi Rəyasət heyətinin iclasının 114 nömrəli, xx.xx.2023-cü il tarixli protokoluna əsasən, rəhbərliyin 04 saylı Qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəisi X9, həmin sahənin böyük mexaniki X5 və növbə rəisi X2 işdən azad olunmaları barədə müraciəti nəzərə alınaraq razılıq verilməsi, 04 saylı sahənin rəis müavini İddiaçı Yunis oğlunun xəstəlik səbəbindən iclasda iştirak etməməsi nəzərə alınaraq onun barəsində müvafiq qərarın qəbulunun işə çıxdıqdan sonra baxılması qərara alınmışdır. 7. “Etilen-Polietilen” zavodunun Həmkarlar İttifaqı Komitəsi Rəyasət heyətinin iclasının 133 nömrəli, xx.xx.2024-cü il tarixli protokoluna əsasən, Zavodun 04 saylı Qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəis müavini İddiaçı tutduğu vəzifədə yol verdiyi ciddi nöqsanlara görə işdən azad olunması barədə rəhbərliyin müraciətinə razılıq verilməsi qərara alınmışdır. 8. “Azərkimya” İB “Etilen-Polietilen” zavodunun ərazisində xx.xx.2023-cü il tarixində yanğının baş verməsi ilə nəticələnmiş qəzanın səbəblərinin texniki təhqiqatı haqqında akta əsasən, SOCAR-dan daxil olan əmrlərin və qərarların icra edilməməsi, əməliyyatların layihəyə uyğun həyata keçirilməməsi, yerinə yetirilən əməliyyatlar üzrə nəzarətin həyata keçirilməməsi qaydaların, prosedurların və təlimatların tələblərinə riayət edilməməsinə və risklərin reallaşmasında iştirak etdikiərinə görə hadisənin baş verməsinə cavabdeh olan məsul şəxslər siyahısında İddiaçı da qeyd edilmişdir.
9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubuna əsasən, xx.xx.2023-cü il tarixində Xidmətin X4nə təqdim etdiyi izahatda İddiaçı xx.xx.2013-cü il tarixində işdə benzin xəttində yaranmış qəzanın aradan qa ldırılması zamanı karbohidrogenin təsirinə məruz qaldığını, hadisədən bir həftə keçdikdən sonra səhhətində dəyişiklik yaranaraq öskürmə, boğulma hallarının olmasını, həmin tarixdən müalicə aldığını, həmçinin xx.xx.2023-cü il tarixində iş yerində yaranmış yanğın hadisəsi zamanı qəzanın aradan qaldırılmasında iştirak etdiyini, heç bir xəsarət almadığını, xx.xx.2023-cü il tarixində qeyri-iş günü növbətçi olduğu zaman səhhətində problem yarandığını bildirmişdir. Eyni zamanda İddiaçı izahatında xx.xx.2013-cü il və xx.xx.2023cü il tarixlərində baş vermiş hadisələr zamanı xəsarət almadığını, əsas tələbinin hazırki işində qalmağı və müalicəsinin davam etdirilməsi üçün maddi köməklik göstərilməsindən ibarət olduğunu qeyd etmişdir. Zavod rəhbərliyi tərəfindən Xidmətə təqdim edilmiş iş vaxtının uçotu cədvəllərindən İddiaçı izahatınızda qeyd etdiyi xx.xx.2023-cü il tarixində işə cəlb olunmadığı müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən İddiaçıla zavod rəhbərliyi arasında xx.xx.2012-ci il tarixində bağlanılmış əmək müqaviləsi bildirirşinin qüvvədə olduğu müəyyən olunmuşdur.
10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti X4nin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubuna əsasən, “Azərkimya” İB-nin “Etilen-Polietilen” zavodunun rəhbərliyi tərəfindən əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhali nin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə daxil olmuş müraciətinə aidiyyəti üzrə Xidmətin X4ndə baxılmışdır. Müraciətin Zavodun səlahiyyətli nümayəndəsinin iştirakı ilə ətraflı dəqiq araşdırılması, müvafiq sənədlərin təqdim olunması və müraciətə münasibət bildirilməsi məqsədi ilə Zavodun rəhbərliyinə 3-17-5/2-21600/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubla müraciət olunmuşdur. Zavod rəhbərliyinin 14-2-3-1/2-156/202 nömrəli cavab məktubuna və təqdim etdiyi sənədlərə əsasən inzibati xəta əlamətlərinin olması müəyyən edildiyindən inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. İnzibati xəta haqqında iş üzrə icraat yekunlaşdıqdan sonra müraciətin nəticəsi barədə əlavə məlumat veriləcəkdir.
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 2 Xidməti X4nin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubuna əsasən, İddiaçıla Zavod rəhbərliyi arasında xx.xx.2012-ci il tarixdə əmək müqaviləsi bağlanılaraq İddiaçı Qaz və maye karbohidrogen qazlaşdırılması, sıxılması və saxlanması sexinə rəis müavini vəzifəsinə qəbul olunmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixli 14-2-3-1/3 1İ198/2024 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 (ç) maddəsinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi, öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 187-ci (intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi v erilə bilməz.) maddəsinin tələblərinə riayət edilməmişdir. İddiaçı əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə Zavodun direktoru X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsinə əsasən inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli İnzibati cərimənin tətbiq edilməsi haqqında qərar qəbul olunmuş, 06.2023-cü il tarixli 3-17-5/2-38447/2024 nömrəli göstəriş məktubu ilə Zavod rəhbərliyinə törədilmiş hüquqpozmanın aradan qaldırılması, nəticəsi barədə məlumat verilməsi tövsiyyə olumuşdur. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyası xx.xx.2014cü il tarixli 24/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçinin peşə xəstəliyinə tutulma ehtimalı yüksək olan iş yerlərinin Siyahısı”na dair Təlimatın 4-cü bəndinə əsasən peşə xəstəsi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki V.Y.Axundov adına Elmi -X7 İnstitutu tərəfindən təyin edilir. İddiaçı səhhətinin pozulması halının peşəsi ilə əlaqəli olub-olmamasının müəyyən edilməsi üçün V.Y.Axundov adına X1 İnstitutuna müraciət etməsi tövsiyyə olunmuşdur.
12. Əmək qabiliyyəti olmaması barədə vərəqələrin surətinə əsasən, iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək bronxial astmanın kəskinləşməsi diaqnozu ilə işdən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:
13. İddiaçı (bundan sonra “iddiaçı” və ya “işçi”) iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, işdən azad olunmasının qanunsuz hesab edərək, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə “Azərkimya’' İB “Etilen-Polietilen” zavodunun (bundan sonra “cavabdeh” və ya “Zavod”) 19 mart 2024-cü il tarixli 14-2-31/3-1/-198/2024 saylı əmrinin etibarsız hesab edilməsi, işə bərpa olunması, xx.xx.2024-cü ildən işə bərpa olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə aylıq əmək haqqının, 5000 manat məbləğində maddi ziyanın və 5000 manat mənəvi ziyanın cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Zavodda qaz məhsullarının qəbulu və buraxılması sahəsində rəis müavini vəzifəsində işləyib. Zavodun 19 mart 2024cü il tarixli 14-23-1 /3-1/-198/2024 saylı əmri ilə əmək və icra intizamı qaydalarını pozduğuna görə iddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Zavodun 19 mart 2024cü il tarixli 14-2-3-1/3-1/-198/2024 saylı əmrini əsassız və qanunsuzdur. Belə ki, iddiaçı işlədiyi 39 il ərzində əmək qanunvericiliyinin tələblərinə əməl etmiş, müəssisənin mənafeyinə ziyan vurmamış, daxili intizam qaydalarını pozmamış, qanuni fəaliyyət göstərərək vəzifə borcunu layiqincə yerinə yetirib. İddiaçı nümunəvi işçi kimi dəfələrlə mükafatlandırılıb. İddiaçı xx.xx.2020-ci ildə Neftçilərin peşə bayramı ilə əlaqədar respublikanın neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə “Fəxri neftçi” döş nişanı və fəxri fərmanla təltif edilərək 5 00 manat pulla mükafatlandırılıb. xx.xx.2023cü il saat 10:00 radələrində Zavodun “Qaz məhsullarının qəbulu və buraxılması” sahəsində yerləşən E-3/l tutumunda yanğın hadisəsi baş vermişdir. Baş vermiş hadisənin səbəbi və şəraiti SOCAR-ın 14 iyun 2023-cü il tarixli əmri ilə yaradılmış komissiya tərəfindən araşdırılmış və bu barədə 10 iyul 2023-cü il tarixli təhqiqat aktı tətib edilmişdir. Həmin akta görə SOCAR-dan daxil olan əmr və qərarların icra edilməməsi, əməliyyatların təlimata uyğun həyat keçirilməməsi, yerinə yetirilən əməliyyatlar üzrə nəzarətin həyata keçirilməməsi, qaydaların, prosedurların və təlimatların tələblərinə riayət edilməməsinə görə hadisənin baş verməsinə cavabdeh olan məsul şəxslər barədə rəy verilmişdir. O cümlədən iddiaçı da həmin akta görə günahkar hesab edilib. İddi açı izahatında hadisə baş verən gün işin icrasına “olmaz” deyib və heç bir sənəd verməyib. İddiaçının xx.xx.2023-cü il tarixdə verdiyi sənəd başqa işə aiddir. Hadisə baş verəndən sonra həmin sənədi qeydiyyatdan keçiriblər və təhlükəsizlik xidmətinə təqdim ediblər. Sahə rəisi işdə olduqda iddiaçının verdiyi bütün sənəd və tapşırıqlar etibarsız sayılır. İddiaçı həmin araşdırma aktı ilə razı deyil. Belə ki, iddiaçı işlədiyi müəssisədə kimyəvi maddələrlə təmasda olduğu üçün asma bronxit xəstəliyinə tutulmuş, uzun müddət müalicədə olub. Hadisə baş verən ərəfədə xəstəxanada yatdığı üçün iddiaçı təkrar araşdırmaya dəvət edilməyib. Konkret olaraq həmin aktda iddiaçının hansı əmr və qərarları icra etməməsi, hansı təlimatların tələblərini yetirməməsi göstərilməmişdir. İddiaçının Zavod rəhbərliyinə verdiyi izahat nəzərə alınmamışdır. Nəticədə əsassız əmr verilmişdir ki, bu halda da həmin əmr ləğv edilməlidir. Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən işəgötürən tərəfindən yeganə qazanc yeri işlədiyi müəssisə olub, məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin, eyni zamanda öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin əmək müqaviləsinin xitam verilməsi qadağandır. Əmək müqaviləsinə xitam verilərkən iddiaçının öhdəsində 14 ailə üzvü olmuşdur. İddiaçının ailədə yeganə işləyən olması nəzərə alınmamışdır. İşəgötürən Əmək Məcəlləsinin 79-cu maddasinin tələblərini pozmaqla iddiaçının əmək müqaviləsinə xitam vermişdir. Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən Zavodun bu barədə əmri məhkəmə qaydasında ləğv edilməlidir.
15. Əmək Məcəlləsin in 80-ci maddəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqi təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən həmin müəssisənin həmkarlar ittifaq təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Cavabdeh tərəfindən Əmək Məcəlləsinin bu tələbinə də əməl edilməmiş və Həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalıdır. İddiaçı Həmkarlaq İttifaqı Komitəsinə dəvət edilsə də, onun iştirakı ilə bu məsələ tam araşdırılmamışdır. Eyni zamanda Həmkarlar İttifaqı Komitəsi də iddiaçının yuxarıda göstərdiyi səbəblərin heç birini araşdırmamış, formal olaraq onun işdən çıxarılmağına razılıq vermişdir.
16. Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verilmişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsi ni və işin faktik halların araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
17. Cavabdeh Əmək Məcəlləsinin yuxarıda göstərilən maddələrinin tələblərini pozmaqla, qanunsuz olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermiş və bununla əlaqədar olaraq iddiaçıya maddi ziyan vurmuşdur. Buna görə də Zavoddan iddiaçının xeyrinə 5000 manat məbləğində maddi ziyanın əvəzi kimi pul tutulmalıdır.
18. Əmək Məcəlləsinin 290.3-cü maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana gö rə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarma və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfındən müəyyən edilir.
19. Bütün bu baş verənlərdən sonra iddiaçı sarsıntı və iztirablar keçirdib, sağlamlıq durumu daha da ağırlaşmış, şərəf və ləyaqəti alçalmışdır. Cavabdehin i etdiyi haqsızlıqlardan ddiaçı sarsılıb, əsassız yerə işdən çıxarılıb. Bununla iddiaçıya və ailəsinə mənəvi olaraq ziyan vurulub. Buna görə də iddiaçı cavabdehdən mənəvi zərər olaraq 5000 manat tələb edir.
20. Həmçinin iddiaçı işlədiyi dövrdə "xxxx" ASC-dən 26900 manat kredit götürü b, işdən qanunsuz çıxarıldığına görə həmin krediti ödəyə bilmir. Durumu həddən artıq ağırdır.
21. Cavabdeh məhkəməyə etiraz təqdim etmişdir. Etirazın dəlilləri belə olmuşdur: - 13 iyun 2023-cü il tarixində saat 10.50 radələrində “Zavodun “Qaz məhsullarının qəbulu və buraxılması” sahəsində yerləşən (V =600 m3, D=10500 mm) E-3/1 tutumunda yanğın hadisəsi baş vermişdir. Sahə işçiləri tərəfindən dərhal yanğınsöndürmə vasitələrindən istifadə olunmuş, tutumun üzərindəki su çiləyicilər, eləcə yanğınsöndürən lafet lülələri işə salınmış və paralel olaraq Fövqəladə Hallar Nazirliyinə məlumat verilmişdir. Yanğın 19:30 radələrində tam söndürülmüşdür. Baş vermiş hadisənin səbəb və şəraiti SOCAR-ın 14 iyun 2023-cü il tarixli 14-2/3-1İ76/2023 nömrəli əmri ilə yaradılmış komissiya tərəfindən araşdırılmış və bu barədə 10 iyul 2023-cü il tarixli texniki təhqiqat haqqında akt tərtib edilmişdir. Komissiya SOCAR-dan daxil olan əmr və qərarların icra edilməməsi, əməliyyatların təlimata uyğun həyata keçirilməməsi, yerinə yetirilən əməliyyatlar üzrə nəzarətin həyata keçirilməməsi, qaydaların, prosedurların və təlimatların tələblərinə riayət edilməməsinə və risklərin reallaşmasında iştirak etdiklərinə görə hadisənin baş verməsinə cavabdeh olan məsul şəxslər barədə rəy vermişdir. Zavod rəhbərliyi araşdırma komissiyasının rəyinə uyğun olaraq yanğın hadisəsinin baş verməsinə görə günahkar hesab edilmiş bir sıra işçilərin, o cümlədən Zavodun 4 saylı Qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəis müavini olan iddiaçının Əmək Məcəlləsinin 70-maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına raz ılıq verilməsi üçün 14-2-3-1/3-6-846/2023 nömrə xx.xx.2023-cü il tarixli məktubla X14 Komitəsinə müraciət etmişdir. HİK-in RH-nin 114 nömrəli, xx.xx.2023-cü il tarixli iclas protokoluna əsasən 4 saylı Qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəis müavini İddiaçı xəstəliyi ilə əlaqədar işə çıxmadığına görə onun barəsində intizam tənbehi tədbiri görülməsi məsələsinə işə çıxdıqdan sonra baxılması qərara alınmışdır; - iddiaçı xx.xx.2024-cü il tarixində işə çıxmış, X8 Komitəsi Rəyasət Heyətinin xx.xx.2024-cü il tarixində keçirilən iclasına dəvət edilmiş və iclasda iştirak etmişdir. HİK-in RH-nin 133 nömrəli, xx.xx.2024-cü il tarixli iclas protokoluna əsasən iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına razılıq verilmişdir. HİK-in razılığı alındı qdan sonra Zavod üzrə verilmiş xx.xx.2024-cü il tarixli, 142-3-1/3-1İ198/2024 nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı işdən azad edilmişdir; - Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması və həmin maddənin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə c iddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
22. Birinci instansiya məhkəməsində iddiaçı əlavə olaraq bildirmişdir ki, zavodda sahə rəisinin müavini vəzifəsində işləyib. Baş vermiş hadisə ilə əlaqədar digər şəxslərin də məhkəmə prosesləri gedir. Müraciəti ilə bağlı Əmək Müfəttişliyində də araşdırma aparılır. Müraciəti ilə bağlı pozuntuların qeydə alındığı deyilmişdir. Hadisə 13 iyun 2023-cü il tarixində baş verib. Bu vaxt klapanın açılmasına icazə verməmişdir. Həmçinin icazə olmamasını növbə rəisinə də bildirmişdir. Yanğın saat 8 radələrində söndürülmüşdür. Onun işlədiyi dövrdə xəstəliyi kəskinləşməyə başlamış,. 30 iyunda xəstəxanaya getmişdir. Xəstəxanada 9 ay qalmağına baxmayaraq xəstəliyi sağalmamışdır. Müalicənin təsir etməmə səbəbi 20 13-cü ildə oxşar hadisə nəticəsində xəstəliyə tutulmağı idi. Cavan olmağı səbəbi ilə xəstəliyini o vaxtlar çox da hiss etmirdi. Onu daha sonra Neftçilər xəstəxanasına göndərmiş, ağciyərinin sağlam olduğu aşkarlanmışdır. Lakin qida və nəfəs borusunda yırtıq aşkar edilmişdir. Öskürməkdən diafraqması cırılmışdı. O, Zavodda 39 il işləyib və nümunəvi işçi olub. Onu 19 mart 2024-ü il tarixində, Əmək Məcəlləsinin 70-ci maddəasinin “ç” bəndi ilə işdən çıxardıblar. Onun ayın 8-9-da verdiyi sənədi hadisə baş verən günün sənədi kimi sistemə işləyiblər və onun qeyd edilən vaxtda razılıq verdiyi bu sənədi komissiyaya təqdim ediblər. Halbuki, o, vəzifə təlimatına əməl edib. Cavabdeh müəssisə tərəfindən qeyri-iş günündə yəni, iyun ayının 26-da və 30-da işə çıxarılıb. Həmin məsələ, yəni nəyə görə qeyri-iş günü işə çıxarılması məsələsi də məhkəmə tərəfindən araşdırılmalıdır. Bundan başqa, hadisə baş verdikdə o, böyük bir fəlakətin qarşısını alıb. Azotun verilməsini təmin edib. Elə həmin vaxt yanğına müdaxilə etdiyi üçün xəstəliyi kəskinləşib, hətta ona əlillik verilib. Əgər o, həyatını və sağlamlığını riskə atmasaydı, güclü partlayış ola bilərdi. O, əslində mexanikə “işə başlamaq olmaz” deyib. Lakin saxta sənədlərlə iş görülmüşdür. Günah mexanikdə olub. Mexanikin adı Ağamusa Qarayevdir. Onu aldatmışlar ki, səhhətinə görə işdən çıxarılmayacaq. Çünki qeyri-iş günü işə çağırılıb və nəticədə 2-ci qrup əlil olub. Ondan başqa işə keçirilməyi üçün ərizə yazmağını istəyiblər, lakin, bu ərizəyə cavab gəlməyib. 08-09 iyun tarixinə aid olan sənədi növbə rəisinin müavini imzalayıb, çünki sahə rəisi məz uniyyətdə olub. 08-09 iyun tarixinə aid olan sənəddə qeyd edilən tapşırıq yerinə yetirilmişdir. Yanğın 6-cı parkda olmuşdur. Qeyd edilən saxta sənəd digər parkda yağlanma işləri üçün verilmişdi. Onun göstərişi ilə təmirə hazırlanma işi yerinə yetirilib. Qeyd edilən sənəd klapan çıxarılması üçün verilməyib, bolt və qaykaların yağlanması üçün verilib. Bir daha qeyd edir ki, o hadisə baş verən gün səhər saat 8-də işdə olub, ancaq “təmirə hazırlanma” əmri verib. O, izahatında bir sənəddə 2 iş yazdığı üçün xəcalət çəkdiyini, yəni özünü təqsirli bildiyini qeyd edib. Mexanik sahə rəisinin göstərişi ilə hərəkət etməli idi. Bundan başqa nəzərə alınmalıdır ki, rəis işdə olduğu halda, onun göstərişləri qüvvəsini itirməlidir. Yəni o, sənəddə belə bir iş yazsa da, rəis işə çıxdığı üçün artıq onun qüvvə si olmamışdır. Araşdırma komissiyası əməli Ağamusa Qarayevin etdiyini bildirib. O, hadisə baş verən vaxt başqa şöbə ilə danışmışdır, həmin müddətdə eyni ərazidə qala bilməzdi. Yanğını səs-küydən eşitmişdir, həmin vaxt 100 metr uzaqlıqda olmuşdur. Onun Prezident aparatına və Əmək Müfəttişliyinə şikayətləri olmuşdur. Əmək Müfəttişliyi də onun işdən azad olunmasında pozuntu müəyyən etmiş və cavabdeh müəssisəni cərimələmişdir. O, 30 iyun 2023-cü il tarixdən 10 mart 2024-cü il tarixədək bülletendə olmuşdur. Bu barədə sənədləri məhkəməyə təqdim etmişdir, yalnız sonuncu bülleteni təqdim edə bilməmişdir.
23. Zavodunun etibarnamə üzrə nümayəndəsi etirazın məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, iddiaçı keçən proseslərdə onun rəisinin işə bərpa olunduğu halda özünün işə qayıda bilməməsi səbəbini öyrənmək istəmişdir. Həqiqətən də iddiaçının rəisi Cabir Hüseynov məhkəmə qətnaməsinə əsasən işə bərpa olunub. Lakin həmin qətnamə qanuni qüvvəsini almamışdır. Birinci instansiya məhkəməsinin qərarı Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb, lakin həmin qərar hazırda kassasiya instansiyasında mübahisələndirilir. Qeyd edilməlidir ki, iddiaçının rəisi təlimdə olduğu müddətdə onun bütün vəzifə səlahiyyətlərinin icrası iddiaçıya həvalə edilmişdir. İddiaçı isə “tapşırığa icazə verilməsi” barədə sənəddə saxtalaşdırma aparmış, ona qələmlə əlavələr etmişdir. Bu halı iddiaçı özü də izahatında etiraf etmişdir. Həmin əlavələrdən Cabir Hüseynovun xəbəri olmadığı üçün məhkəmə onun işə bərpa olunması qənaətinə gəlmişdir. Onlar həmin məhkəmə qərarını bu hissədə, yəni hadisəd ə iddiaçının günahkar olması hissəsində mübahisələndirməyiblər. Hazırda kassasiya şikayətinin verilmə səbəbi Cabir Hüseynovun rəis kimi müavininin verdiyi tapşırıqlara nəzarət etməli olduğu halda, etməməsi ilə bağlıdır.
24. Zavodunun etibarnamə üzrə digər nümayəndəsi də iddiaya etiraz edərək göstərib ki, iddiaçı 13 iyun tarixində növbə rəisinə klapanların çıxarılmağa hazırlanmasına dair özü göstəriş vermişdir. Bu işlər mexanikin rəhbərliyi ilə görülür. Buraxılışa qol çəkilib. Sonradan məlum olub ki, buraxılış həmin parka yox, 1-ci parka aiddir. Benzin klapanlarda par şəklində yığılır və klapan açıldıqda həmin benzin hava ilə təmas etdiyi an alışır. 10:45də başlayan yanğın saat 20:00-da söndürülüb. Yanğının söndürülməsi üçün Bakı və Abşeronun bütün yanğınsöndürmə dəstələri cəlb edilmişdir. Lakin yanğını söndürmək mümkün olmamış, yanğın sadəcə lokallaşdırılmışdır. 600 tonluq benzin tam yanıb qurtardıqdan sonra yanğın sönmüşdür. Mexanik, sahə rəisi, sahə rəisinin müavini və növbə rəisinin günahı ucbatından qeyd edilən hadisə baş verib. Hadisə ilə bağlı SOCAR prezidenti tərəfindən texniki araşdırma komissiyası yaradılmışdır. Komissiya tərkibi vitseprezidentlər və baş mütəxəssislərdən təşkil olunmuşdur. Daha sonra isə akt tərtib edilmişdir. İddiaçı iyun ayından mart ayına qədər müalicə aldığı üçün mart ayında işə çıxdıqdan sonra işdən azad olunması ilə bağlı göstəriş verilmişdir. İddiaçı təcrübəli işçisi olduğu üçün belə bir səhv etməməli idi. Kimya sənayesi A kateqoriyalı yüksək təhlükəli sənayedir. İddiaçının vəzifə təlimatında da bu, qeyd edilmişdir. Növbə rəisi olan Yusif Kamilov bildirir ki, iddiaçının göstərişi ilə klapanlar açılıb. Məhkəməyə sübut qismində təqdim edilmiş izahatlardan da görünür ki, göstəriş iddiaçı tərəfindən verilib. 600 tonluq benzin yanaraq buxarlanıb. Bu hadisə nəticəsində SOCAR-ın beynəlxalq imicinə böyük zərər dəyib. İddiaçının klapanların açılmasına göstəriş verməsini şahid ifadələri də təsdiq edir.
25. Birinci instansiya məhkəməsində şahid X10 bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixində işə gələndə inzibati binanın qarşısında sahə rəisi Cabir Hüseynovun mexanik Ağamusaya bu gün “işi görmə, çünki bu gün hava çox isti olacaq” sözləri dediyini eşitmişdir. Lakin, o, hansı işdən söhbət getdiyini bilməmişdir. Ağamusa isə ona, işi bu gün görməli olduğunu demişdir. Ağamusa təmir işləri görmək istəyirdi. İddiaçı 1-ci sahənin 3-cü parkı nın giriş və çıxışının bağlanılması və təmirə hazırlıq işlərinin görülməsi barədə göstəriş vermişdir. O, tutumun dolu olduğunu bildirdikdə iddiaçı sadəcə təmirə hazırlıq işlərinin görülməli olduğunu demişdir. Həmin gün ərazidə 2 nəfər işləyirdi. Onlara həmişə Bakı Neft Emalı zavodundan mütəxəssislər gəlirdi. Həmin gün heç kimin gəlməyəcəyi deyilmişdi. Bundan başqa, Zavodun həyətində ağac sulanması və s. ilə məşğul olan işçilər gəlmişdi. Bu işçilərlə məşğul olarkən ona bildirildi ki, Bakıdan “naxta” gəlib və o, naxtanın qabağına gedəndə yanğın olması ilə bağlı qışqırıq səslərini eşitmişdir. Yanğın hadisəsi zamanı Ağamusa və başqa bir neçə işçinin aşağı düşməsini görmüşdür. Yanğına ilkin müdaxilə olunmuşdur. Daha sonra yanğın söndürənlər gəlmişlər. Hadisə günü Nəbi adlı əməkdaş gəlmiş və dem işdir ki, “naryad” buraxılışı yazılmalıdır. O, həmin işçiləri qeydiyyata salmış və içəri buraxmışdır. Lakin 11 nömrəli naryad buraxılışından məlumatı olmamışdıridi. Həmçinin, Ağamusa və digər şəxslərə təmir üçün kimin göstəriş verdiyini də bilmir. Bir halı da qeyd edir ki, şəxsi görmədən “naryad” buraxılışını qeydiyyata sala bilməzdi. Hadisə ilə əlaqədar o da işdən çıxarılıb.
26. Sumqayıt Şəhər Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 2(060)3943/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Günel Tanrıverdiyeva)
27. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 395 nömrəli əmək müqaviləsinə əsasən iddiaçı Zavodun Qaz və maye karbohidrogenlərin qazlaşdırılması, sıxılması və saxlanması sexinə rəis müavini vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndi ilə cavabdehin xx.xx.2024-cü il tarixli, 14-2-3-1/3-1İ-198/2024 nömrəli əmrinə əsasən xitam verilmişdir. İddiaçı iddia tələbini əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş yanğın hadisəsində hər hansı təqsirinin olmaması ilə əsaslandırmışdır.
28. Həmçinin müəyyən edilmişdir ki, 13 iyun 2023-cü il tarixində saat 10.50 radələrində Zavodun “Qaz məhsullarının qəbulu və buraxılması” sahəsində yerləşən (V =600 m3, D=10500 mm) E-3/1 tutumunda yanğın hadisəsi baş vermişdir. Hadisənin baş vermə səbəbi və şəraitinin araşdırılması əlaqədar yaranmış Komissiya SOCAR-dan daxil olan əmr və qərarların icra edilməməsi, əməliyyatların təlimata uyğun həyata keçirilməməsi, yerinə yetirilən əməliyyatlar üzrə nəzarətin həyata keçirilməməsi, qaydaların, prosedurların və təlimatların tələblərinə riayət edilməməsinə və risklərin reallaşmasında iştirak etdiklərinə görə hadisənin baş verməsinə cavabdeh olan məsul şəxslər barədə rəy vermişdir. Həmin rəydə hazırkı iş üzrə iddiaçı - 4 saylı Qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəis müavini İddiaçı adı da qeyd edilmişdir. X14 Komitəsinə məktub ünvanlayaraq iddiaçının işdən azad olunmasına münasibət bildirilməsini xahiş etmişdir. Həmkarlar İttifaqı Komitəsi Rəyasət heyətinin iclasının 114 nömrəli, xx.xx.2023-cü il tarixli protokoluna əsasən iddiaçı xəstəliyi ilə əlaqədar işə çıxmadığına görə onun barəsində intizam tənbehi tədbiri görülməsi məsələsinə işə çıxdıqdan sonra baxılması qərara alınmışdır. İddiaçı xx.xx.2024-cü il tarixində işə çıxdıqdan sonra X8 Komitəsi Rəyasət Heyətinin xx.xx.2024-cü i l tarixində keçirilən iclasına dəvət edilmiş, iclasda iddiaçının tutduğu vəzifədə yol verdiyi ciddi nöqsanlara görə işdən azad olunması barədə rəhbərliyin müraciətinə razılıq verilməsi qərara alınmış, İddiaçı xx.xx.2024-cü il tarixli, 14-2-3-1/3-1İ198/2024 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir.
29. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə sonuncunun xx.xx.2024-cü il tarixli, 14-2-3-1/3-1İ-198/2024 nömrəli əmri əmək qanunvericiliyinin tələblərinə əməl edilməklə qəbul edildiyindən həmin əmrin ləğv edilməsi üçün hər hansı əsas yoxdur.
30. İddiaçı sözügedən hadisədə hər hansı günahının olmadığın ı, təmir işlərinin onun xəbəri olmadan başlanıldığını, onun yalnız təmirə hazırlıq işlərinə razılıq verdiyini bildirmişdir.
31. Halbuki, iddiaçı hadisə baş verdikdən sonra verdiyi xx.xx.2023-cü il tarixli izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixində qoruyucu klapanların çıxarılması məqsədilə hazırlanması işi üçün qaykaların yağlanması ilə bağlı naryad vermiş, xx.xx.2023-cü il tarixədək bolt-qaykalar bir-bir yağlanmışdır. Yağlanma hazırlıq işinin tutumla heç bir əlaqəsi olmadığını və heç bir təhlükə riskinin olmadığını nəzərə alaraq İ parka aid olan buraxılışa əlavə edib E3 və E6 tutumlarında qoruyucu klapanların çıxarılmasına hazırlıq yazıb sənədləşdirmişdir. O, bu səhvini başa düşüb etiraf edir və xəcalət çəkir. Klapanların çıxarılması üçün sənəd hazır vəziyyətdə təsdiqlənmiş ha lda onun masasında olmuşdur. Təmirçi-çilingərlərə kimin klapan çıxarılmasına göstəriş verdiyini bilmir.
32. Eyni zamanda X10 hadisə ilə bağlı verdiyi xx.xx.2023-cü il tarixli izahatında bildirmişdir ki, xx.xx.2023-cü il saat 08.00-dan 20.00-a kimi işdə olmuşlar. Saat 8.30-da iddiaçı mexanik Ağamusa Qarayevlə birlikdə oturmuşdur. İddiaçı onu çağırıb E-31 tutumunu təzyiqdən saldırıb Ağamusaya verməyi, E-31-də çilingərlərin təmir işi aparacaqlarını, qoruyucu klapanları çıxarıb təmirə göndərəcəklərini bildirmişdir. O da apartçıya iddiaçının tapşırığını bildirmişdir. Aparatçı E-31 tutumunun giriş-çıxış bərabərləşdirici, üçgedişli siyirtməsini bağlayıb təzyiqdən salmağa başlamışdır. Aparatda təzyiq 0.2-0.3 atıma düşdükdən sonra Ağamusa müəllim, iş icraçısı Nəbi Rəhimov və 4 nəfər çilingər lazım olan alətlərini götürüb birlikdə E-31 tumunun üstünə qalxmağa başlamışlar.
33. Sözügedən izahatın müəllifi Y.Kamilov şahid qismində dindirilərkən məhkəmə iclasında hadisədən 2 gün sonra verdiyi izahatdan nisbətən fərqli ifadə versə də, müəyyən edilmişdir ki, iddiaçı hadisə baş verən ərazidə təmir işlərinin görülməsi ilə bağlı tapşırıq vermiş, tapşırığın icrası zamanı yanğın hadisəsi baş vermiş, eyni zamanda iddiaçı verdiyi tapşırıqla bağlı sahə rəisinə məlumat verməmişdir.
34. Halbuki, “Etilenpolietilen” zavodu ilə İddiaçı arasında bağlanmış 395 nömrəli əmək müqaviləsi üzrə X15 məhsullarının qəbulu və buraxılması sahəsinin rəis müavininin vəzifə öhdəliklərindən görünür ki, digər vəfizələrlə yanaşı elektrik və mexaniki avadanlıqların təmir xidmətinin illik planlaşdırılmasına nəzarət etmək, avadanlıqların təmirə hazırlanmasına, həmçinin təmir işlərinin keyfiyyətinə və müddətinə nəzarət olunmasını həyata keçirmək; avadanlıq və qurğuların vaxtında sınaqlarının aparılmasına nəzarət və iştirak etmək, avadanlıq və qurğuların istismarı, qulluğu, təmiri və sınaq barədə sənədləşmənin düzgün aparılmasına nəzarət etmək, avadanlıq və mexanizmlərinin sınağının təşkilində iştirak etmək; əməyin mühafizəsi və təhlükəsizlik texnikası barədə maarifləndirmə işlərinin təşkil etmək, işçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimatlandırılmasına, həyəcan siqnalları üzrə təlim məşqlərin həyata keçirilməsinə nəzarət etmək, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə işçilərin biliyinin yoxlanılmasını həyata keçirmək; əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına ri ayət olunmasına nəzarət etmək, istehsalat risklərinin qiymətləndirilməsi və önləyici tədbirlərin görülməsini təşkil etmək, əməyin təhlükəsizliyinin təmin edilməsi məqsədilə daim monitorinqlərin aparılması və çatışmazlıqların aradan qaldırılması istiqamətində tədbirlər planını hazırlamaq, o cümlədən sahənin başlıca məqsəd və əsas vəzifələrinə aid bütün məsələlər üzrə sahə rəisinin tapşırıqlarını yerinə yetirmək sahə rəisinin müavini kimi İddiaçı əsas vəzifə öhdəliklərinə aid olmuşdur.
35. Beləliklə birinci instansiya məhkəməsi hesab edib ki, iddiaçı üzərinə düşən vəzifə öhdəliklərini yerinə yetirməmiş, sahə rəisi işdə olduğu və razılıq vermədiyi halda təmir işlərinin görülməsinə müvafiq planlama və risklərin qiymətləndirilməsini aparmadan razılıq vermiş, nəticədə sözügedən yanğın hadisəsi b aş vermişdir.
36. Buna görə də iddia tələbi əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi hissəsində təmin edilməməlidir.
37. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, iddiaçı hadisə baş verdikdən 17 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə əmək qabiliyyətini müvəqqəti itirmiş, xx.xx.2024-cü il tarixdə işə çıxmışdır. Beləliklə hadisə baş verdikdən sonra keçən təxminən 9 ay müddətin 8 ay 10 günü iddiaçı işdə olmamışdır.
38. Bu səbəbdən baş vermiş hadisədən 9 ay sonra işçiyə intizam tənbehi tətbiq edilərək əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin hər hansı tələbi pozulmamışdır.
39. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 2, 68, 70, 72, 187-ci maddənin 2 və 3-cü bəndləri, 189-cu maddənin 2-ci bəndi, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
40. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnamənin ləğv, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
41. Apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə mahiyyətcə qanunvericiliyin tələblərinə ziddir. Mübahisələndirilən qətnamədə məhkəmə iclasları zamanı tədqiq edilmiş faktiki hallar təhrif olunmuş halda göstərilmişidir. Məhkəmə işi birtərəfli aparılaraq ancaq cavabdehin nümayəndəsinin izahını dinləmiş, iddiaçının gətirdiyi sübutları araşdırmamış, nəticədə əsassız qətnamə çıxarmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti X4nin xx.xx. 2024-cü il tarixli məktubunda göstərilən halları da nəzərə almamışdır. Əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 187.3-cü maddəsinin tələblərinə (İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz) riayət edilməmişdir. Məhkəmə öz qətnaməsində bu halı göstərsə də, ona hüquqi qiymət verməmişdir.
42. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. İddia ərizəsinə qarşı etirazın məzmunu ilə eynilik təşkil etməklə şikayətə etirazda əlavə olaraq göstərilmişdir ki, məhkəməyə sübut qismində təqdim edilmiş izahatlara əsasən göstəriş iddiaçı tərəfindən verilib. 600 tonluq benzin yanaraq buxarlaşıb. Bu hadisə nəticəsində SOCAR-ın beynəlxalq imicinə böyük zərər dəyib. İddiaçının klapanların açılması na göstəriş verməsini şahid ifadələri də təsdiq etmişdir. Həmçinin, iddiaçı sonrakı məhkəmə proseslərdə onun rəisinin işə bərpa olunduğu halda özünün işə qayıda bilməməsi səbəbini öyrənmək istəmişdir. Bununla bağlı araşdırılma apararkən məlum olmuşdur ki, həqiqətən də iddiaçının rəisi Cabir Hüseyov məhkəmə qətnaməsinə əsasən işə bərpa olunub. Həmin qətnamə qanuni qüvvəsini almamışdır. Birinci instansiya məhkəməsinin qərarı Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb, lakin həmin qərar hazırda kassasiya instansiyasında mübahisələndirilir. Cabir Hüseynovun işə bərpa olunması barədə qətnamənin çıxarılmasına əsas o olmuşdur ki, iddiaçının rəisi təlimdə olduğu müddətdə onun bütün vəzifə səlahiyyətlərinin icrası iddiaçıya həvalə edilmişdir. İddiaçı isə “tapşırığa icazə verilməsi” barəd ə sənəddə saxtalaşdırma aparmış, ona qələmlə əlavələr etmişdir. Bu halı iddiaçı özü də izahatında etiraf etmişdir. Həmin əlavələrdən C.Hüseynovun xəbəri olmadığı üçün məhkəmə onun işə bərpa olunması qənaətinə gəlmişdir. Həmin məhkəmə qərarı cavabdeh tərəfindən bu hissədə, yəni hadisədə iddiaçının günahkar olması hissəsində mübahisələndirilməyib. Hazırda kassasiya şikayətinin verilmə səbəbi C.Hüseynovun rəis kimi müavininin (iddiaçının) verdiyi tapşırıqlara nəzarət etməli olduğu halda, etməməsi ilə bağlıdır. Odur ki, hətta gələcəkdə Cabir Hüseynovun işinə bərpa olunması barədə qərar verilərsə də, bu iddiaşının işə bərpa edilməsi üçün əsas ola bilməz. Əksinə, həmin qətnamə ilə müəyyən olunan hallar bu gün iddiaşının iddiasının əsassız olmasını bir daha sübut edir. Hazırki iş üzrə Sumqayıt Şə hər Məhkəməsi kifayət qədər araşdırma aparmış, həqiqəti müəyyən etmək üçün edilməli olan bütün prosessual hərəkətləri etmiş və yekunda əsaslı, qanuni, ədalətli və həqiqəti müəyyən edən qətnamə qəbul etmişdir. Hesab edirik ki, iddiaçının həmin qətnamədən vermiş olduğu apellyasiya şikayəti formal xarakter daşıyır, heç bir sübuta və dəlilə söykənmir. Həmçinin apellyasiya şikayətində də iddia ərizəsində göstərilən əsaslardan fərqli bir əsas yoxdur.
43. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1633/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə, apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Almaz Süleymanova (sədrlik edən və məruzəçi), Lalə Rəhimli, Fuad Məmmədov)
44. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə aparan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşaraq bildirib ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinin əsasları ilə eyni olmaqla, birinci instansiya məhkəməsi tərəfindən həmin əsaslar üzrə ətraflı araşdırma aparılmış, müfəssəl qiymət verilmişdir. Bu baxımdan əlavə araşdırmanın aparılmasına zərurət yoxdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri
36. İddiaçı (onun vəkili X18) kas sasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
37. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyn məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəməmlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti X4nin xx.xx.2024-cü il tarixli məktubunda göstərilən halları nəzərə almamışlar. Əmək müqaviləsinin xitam verilərkən Əmək Məcəlləsinin 187.3-cü maddəsinin tələblərinə (İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz) riayət edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi əmək müfəttişinin qərarını və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(105)352/202 4 saylı qərarını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə
70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 71. (3-cü hissə) İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 187 (2). İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşç inin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə o lunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəb ul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
40. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.
41. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qə tnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
44. İddia tələbi işə bərpa barədədir. İddiaçı onun işdən azad edilməsi barədə əmrin qanunsuz olmasına istinad etmişdir.
45. Belə olan halda, iddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyini pozulması halının müəyyən edilməsindən, həmin halların sübut edilməsindən asılıdır.
46. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallardan isə görünür ki, iddiaçı üzərinə düşən vəzifə öhdəliklə rini yerinə yetirməmiş, sahə rəisi işdə olduğu və razılıq vermədiyi halda təmir işlərinin görülməsinə müvafiq planlama və risklərin qiymətləndirilməsini aparmadan razılıq vermiş, nəticədə sözügedən Zavodun ərazisində yanğın hadisəsi baş vermişdir..
47. Məhkəmələr belə qənaətə gəlib ki Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə iddiaçının əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələblərinə də əməl edilmişdir.
48. Məhkəmə kollegiyası gəlinən nəticə razılaşır, buna görə də əlavə şərhə zərurət görmür.
49. Apellyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
50. Əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 187-ci maddəsinin 3 hissəsinin (intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz) nəzərə alınmaması barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, intizam tənbehi olaraq iddiaçının əmək müqaviləsinə xitam verilib. Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə görə intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
51. İşin müəyyən edilmiş hallarına görə də iddiaçı 13 iyun 2023-cü il tarixdə hadisə baş verdikdən 17 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə əmək qabiliyyətini müvəqqəti itirmiş, xx.xx.2024-cü il tarixdə işə çıxmış, onun əmək müqaviləsinə də xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Bu baxımdan, Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin ikinci cümləsinə əsasən iddiaçının xəstə olduğu müddət intizam tənbehi verilməsi müddətini kəsmiş, iddiaçı işə çıxdıqdan 9 gün sonra onun əmək müqaviləsinə xitam verilmişdir ki, məhkəmələr də bu normaya istinad etməklə həmin maddə nəzərdə tutulmuş müddətin keçməməsini müəyyən ediblər.
52. Apellyasiya instansiyası məhkəməsinin əmək müfəttişinin qərarını və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(105)352/2024 saylı qərarının nəzərə almaması barədə dəlil də əsassızdır.
53. Belə ki, işdən görünür ki, hazırki mübahisə ilə bağlı X12 Xidmətinin X4 tərəfindən Zavodun direktoru X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələb ləri pozularaq xitam verilməsinə görə) maddəsinə əsasən inzibati xəta haqqında xx.xx.2024cü il tarixli, MN ******* nömrəli “İnzibati cərimənin tətbiq edilməsi haqqında qərar” qəbul olunmuş, Zavodun direktoru 1700 manat məbləğində cərimə edilmişdir. Həmin qərar Zavodun rəhbərliyi tərəfindən məhkəmə qaydasında mübahisələndirilsə də, nəticə uğursuz olmuş, həmin qərar qüvvədə qalmışdır.
54. Məhkəmə kollegiyası qeyd edir ki, X4 tərəfindən xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati cərimənin tətbiq edilməsi haqqında qərar”ı hazırda qüvvədə olsa da, həmin qərar Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə görə hazırki iş üzrə preyudisiya kimi nəzərə alına bilməz. Həmin normaya görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər q ərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
55. Göründüyü kimi, yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Hazırki işdə isə istinad edilən qərar X12 Xidmətinin inzibati xəta haqqında qərarıdır ki, bu da mülki işə baxan məhkəmə üçün preyudisial əhəmiyyət daşımır.
56. Məhkəmə kollegiyası onu da izah edir ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsində sübut etməkdən azad olmaq üçün konkret əsaslar müəyyən edilib və həmin normada istənilən başqa aktlar, məsələn inzibati aktlar, istintaq, prokurorluq orqanlarının akt ları, habelə müxtəlif dövlət orqanlarının aktları, eləcə də inzibati xətalara dair işlər üzrə məhkəmə aktları deyil, məhz mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarları ilə müəyyən edilən faktlar preyudisial faktlar sayılır. Yəni, məhz sözügedən məhkəmə aktlarında əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktlar, işdə iştirak edən şəxslər tərəfindən başqa işə baxılarkən yenidən mübahisələndirilə bilməz və həmin faktların sübuta ehtiyacı yoxdur.
57. Bu baxımdan sözügedən inzibati xətaya dair iş üzrə müəyyən edilmiş faktlar, hazırkı mülki iş üzrə işdə iştirak edən şəxslər üçün preyudisial əhəmiyyətə malik deyil.
58. Məhkəmə kollegiy ası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1633/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.