Məhkəmə qərarları › İş №2(105)-1633/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1633/2024

05.12.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1633/2024 05.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azərkimya” X8-Polietilen Zavoduna qarşı mülki iş üzrə (Açar sözlər: əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi) X16 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh “Azərkimya” X8-Polietilen Zavoduna qarşı “əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 2(060)- 3943/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı cavabdeh “Azərkimya” İstehsalat Birliyinin “EtilenPolietilen” zavoduna qarşı Əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən azad olunmasını qanunsuz hesab edərək, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə “Azərkimya’' İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun 19 mart 2024-cü il tarixli 14-2-3-1/3-1/-198/2024 saylı əmrinin etibarsız hesab edilməsi, işə bərpa edilməsi, xx.xx.2024-cü ildən işə bərpa olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə aylıq əmək haqqının, 5000 manat məbləğində maddi ziyanın və 5000 manat mənəvi ziyanın cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, əmək müqaviləsi bağlanmaqla cavabdeh müəssisə “Azərkimya” İstehsalat Birliyinin “EtilenPolietin” zavodunda işə qəbul edilmiş, qaz məhsullarının qəbulu və buraxılması sahəsində rəis müavini vəzifəsində işləyib. “Etilen-Polietilen” zavodunun 19 mart 2024-cü il tarixli 14-2- 3-1/3-1/-198/2024 saylı əmri ilə əmək və icra intizamı qaydalarını pozduğuna görə onunla bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. “Etilen-Polietilen” zavodunun 19 mart 2024-cü il tarixli 14-2-3-1/3-1/-198/2024 saylı əmrini aşağıda göstərilən səbəblərə görə əsassız və qanunsuz hesab edir. İşlədiyi 39 il ərzində əmək qanunvericiliyinin tələblərinə əməl etmiş, müəssisənin mənafeyinə ziyan vurmamış, daxili intizam qaydalarım pozmamış, qanuni fəaliyyət göstərərək vəzifə borcunu layiqincə yerinə yetirib. Nümunəvi işçi kimi dəfələrlə mükafatlandırılıb. xx.xx.2020-ci ildə Neftçilər günü peşə bayramı ilə əlaqədar Respublikanın neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə “Fəxri neftçi” döş nişanı və fəxri fərmanla təltif edilərək 500 manat pulla mükafatlandırılıb. Bildirir ki, xx.xx.2023-cü il tarixində, saat 10:00 radələrində “Etilen-Polietilen” zavodunun “Qaz məhsullarının qəbulu və buraxılması” sahəsində yerləşən E-3/l tutumunda yanğın hadisəsi baş vermişdir. Baş vermiş hadisənin səbəbi və şəraiti SOCAR-ın 14 iyun 2023-cü il tarixli əmri ilə yaradılmış komissiya tərəfindən araşdırılmış və bu barədə 10 iyul 2023-cü il tarixli təhqiqat aktı tətib edilmişdir. Həmin akta görə SOCAR-dan daxil olan əmr və qərarların icra edilməməsi, əməliyyatların təlimata uyğun həyat keçirilməməsi, yerinə yetirilən əməliyyatlar üzrə nəzarətin həyata keçirilməməsi, qaydaların, prosedurların və təlimatların tələblərinə riayət edilməməsinə görə hadisənin baş verməsinə cavabdeh olan məsul şəxslər barədə rəy verilmişdir. O cümlədən o da həmin akta görə günahkar hesab edilib. O, izahatında hadisə baş verən gün bildirdiyi kimi işin icraasına “olmaz” deyib və heç bir sənəd verməyib. xx.xx.2023-cü il tarixdə verdiyi sənəd başqa işə aiddir. Hadisə baş verəndən sonra o sənədi qeydiyyatdan keçiriblər və təhlükəsizlik xidmətinə təqdim ediblər. Sahə rəisi işdə olduqda onun verdiyi bütün sənəd və tapşırıqlar etibarsız sayılır. O, həmin araşdırma aktı ilə razı deyil. Belə ki, o, işlədiyi müəssisədə kimyəvi maddələrlə təmasda olduğu üçün asma bronxit xəstəliyinə tutulmuş, uzun müddət müalicədə olub. Hadisə baş verən ərəfədə xəstəxanada yatdığı üçün o, təkrar araşdırmaya dəvət edilməyib. Konkret olaraq həmin aktda hansı əmr və qərarları icra etməyib, hansı təlimatların tələblərini yetirməyib göstərilməmişdir. Zavod rəhbərliyinə verdiyi izahat nəzərə alınmamışdır. Nəticədə əsassız əmr verilmişdir ki, bu halda da həmin əmr ləğv edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən: İşəgötürən tərəfindən yeganə qazanc yeri işlədiyi müəssisə olub, məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin, eyni zamanda öhdəsində saglamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin əmək müqaviləsinin xitam verilməsi qadağandır. Əmək müqaviləsinə xitam verilərkən onun öhdəsində 14 ailə üzvü olmuşdur. Ailədə yeganə işləyən onun olmağı nəzərə alınmamışdır. İşəgötürən Əmək Məcəlləsinin 79-cu maddasinin tələblərini pozmaqla onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Əmək Məcəlləsinin 79-cu maddəsini əsas tutmaqla hesab edir ki, “Azərkimya" İstehsalat Birliyinin "Etilen-Polietilen” Zavodunun bu barədə olan əmri məhkəmə qaydasında ləğv edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən Bu Məcəllənin 70- ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqi təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən həmin müəssisənin həmkarlar ittifaq təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Cavabdeh müəssisə tərəfindən Əmək Məcəlləsinin bu tələbinə də əməl edilməmiş və Həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalıdır. Lakin o, Həmkarlaq İttifaqı Komitəsinə dəvət edilsə də, onun iştirakı ilə bu məsələ tam araşdırılmamışdır. Eyni zamanda bildirir ki, Həmkarlar İttifaqı Komitəsi də yuxarıda göstərdiyi səbəblərin heç birini araşdırmamış, formal olaraq işdən çıxarılmağına razılıq vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verilmişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik halların araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Cavabdeh müəssisə olan “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” Zavodu Əmək Məcəlləsinin yuxarıda göstərilən maddələrinin tələblərini pozmaqla, qanunsuz olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam vermiş və bununla əlaqədar olaraq ona maddi ziyan vurmuşdur. Yuxarıda göstərilənləri, Əmək Məcəlləsinin 300-cü maddəsini əsas tutaraq, “Azərkimya” İstehsalat Birliyinin “Etilen Polietilen’’ Zavodundan onun xeyrinə 5000 manat məbləğində maddi ziyanın əvəzi kimi pul tutulmasını tələb edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290.3-cü maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarma və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfındən müəyyən edilir. Məhkəməyə bildirir ki, bütün bu baş verənlərdən sonra sarsıntı və iztirablar keçirdib, sağlamlıq durumu daha da ağırlaşmışdır, şərəf və ləyaqəti alçaldılmışdır. Cavabdehin ona etdiyi haqsızlıqlardan sarsılıb. Əsassız yerə işdən çıxarılıb. Bununla ona və ailəsinə mənəvi olaraq ziyan vurulub. Ona görə də cavabdehdən mənəvi zərər olaraq 5000 manat tələb edir. Məhkəməyə bildirir ki, Bank of Baku ASC-dən işlədiyi dövrdə 26900 manat kredit götürüb, işdən qanunsuz çıxarıldığına görə həmin krediti ödəyə bilmir. Durumu həddən artıq ağırdır. Qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Cavabdeh “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodu tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.

4. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsi qanunsuz və əsassız olduğundan aşağıda göstərilənlərə görə rədd olunmalıdır. 13 iyun 2023-cü il tarixində saat 10.50 radələrində “Azərkimya” İstehsalat Birliyinin “Etilenpolietilen” zavodunun “Qaz məhsullarının qəbulu və buraxılması” sahəsində yerləşən (V =600 m3, D=10500 mm) E- 3/1 tutumunda yanğın hadisəsi baş vermişdir. Sahə işçiləri tərəfindən dərhal yanğınsöndürmə vasitələrindən istifadə olunmuş, tutumun üzərindəki su çiləyicilər, eləcə yanğınsöndürən lafet lülələri işə salınmış və paralel olaraq Fövqəladə Hallar Nazirliyinə məlumat verilmişdir. Yanğın 19:30 radələrində tam söndürülmüşdür. Baş vermiş hadisənin səbəb və şəraiti SOCAR-ın 14 iyun 2023-cü il tarixli 14-2/3-1İ76/2023 nömrəli əmri ilə yaradılmış komissiya tərəfindən araşdırılmış və bu barədə 10 iyul 2023-cü il tarixli texniki təhqiqat haqqında akt tərtib edilmişdir. Komissiya SOCAR-dan daxil olan əmr və qərarların icra edilməməsi, əməliyyatların təlimata uyğun həyata keçirilməməsi, yerinə yetirilən əməliyyatlar üzrə nəzarətin həyata keçirilməməsi, qaydaların, prosedurların və təlimatların tələblərinə riayət edilməməsinə və risklərin reallaşmasında iştirak etdiklərinə görə hadisənin baş verməsinə cavabdeh olan məsul şəxslər barədə rəy vermişdir. Zavod rəhbərliyi araşdırma komissiyasının rəyinə uyğun olaraq yanğın hadisəsinin baş verməsinə görə günahkar hesab edilmiş bir sıra işçilərin, o cümlədən “Etilen-polietilen” zavodunun 4 saylı Qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəis müavini İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına razılıq verilməsi üçün 14-2-3-1/3-6-846/2023 nömrə xx.xx.2023-cü il tarixli məktubla zavod Həmkarlar İttifaqı Komitəsinə müraciət etmişdir. HİK-in RH-nin 114 nömrəli, xx.xx.2023-cü il tarixli iclas protokoluna əsasən 4 saylı Qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəis müavini İddiaçı xəstəliyi ilə əlaqədar işə çıxmadığına görə barəsində intizam tənbehi tədbiri görülməsi məsələsinə işə çıxdıqdan sonra baxılması qərara alınmışdır. İddiaçı xx.xx.2024-cü il tarixində işə çıxmışdır. İddiaçı “Etilenpolietilen” zavodunun Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyətinin xx.xx.2024-cü il tarixində keçirilən iclasına dəvət edilmiş və iclasda iştirak etmişdir. HİK-in RH-nin 133 nömrəli, xx.xx.2024-cü il tarixli iclas protokoluna əsasən İddiaçı Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına razılıq verilmişdir. HİK-in razılığı alındıqdan sonra zavod üzrə verilmiş xx.xx.2024-cü il tarixli, 14-2-3-1/3-1İ198/2024 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı işdən azad edilmişdir. Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası ƏM-nin 72-ci maddəsinin “c” bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması və həmin maddənin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Cavabdeh yuxarıda qeyd olunanları və Azərbaycan Respubiikası MPM-nin 154-cü maddəsinin tələblərini nəzərə alaraq, İddiaçı əmək müqaviləsinin ləğv edilməsi barədə “Azərkimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodu üzrə xx.xx.2024-cü il tarixli, 14-2- 3-1/3-1İ198/2024 nömrəli əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının, 5000 (beş min) manat məbləğində maddi ziyanın və 5000 (beş min) manat məbləğində mənəvi ziyanın cavabdeh “Etilen-polietilen” zavodundan tutularaq ona ödənilməsi barədə öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiasının rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixində işə gələndə inzibati binanın qarşısında sahə rəisi Cabir Hüseynovun mexanik Ağamusaya bugün “işi görmə, çünki bugün hava çox isti olacaq” sözləri dediyini eşitmişdir. Lakin, o, hansı işdən söhbət getdiyini bilmirdi. Ağamusa isə ona, işi bugün görməli olduğunu demişdir. Ağamusa təmir işləri görmək istəyirdi. Sabir müəllim 1-ci sahənin 3-cü parkının giriş və çıxışının bağlanılması və təmirə hazırlıq işlərinin görülməsi barədə göstəriş vermişdi. O, tutumun dolu olduğunu bildirdikdə Sabir müəllim sadəcə təmirə hazırlıq işlərinin görülməli olduğunu qeyd etdi. Həmin gün bu ərazidə 2 nəfər işləyirdilər. Onlara həmişə Bakı Neft Emalı zavodundan mütəxəssislər gəlirdi. Həmin gün heç kimin gəlməyəcəyi deyilmişdi. Bundan başqa zavodun həyətində ağac sulanması və s. ilə məşğul olan işçilər gəlmişdi. Bu işçilərlə məşğul olarkən ona bildirildi ki, Bakıdan “naxta” gəlib və o, naxtanın qabağına gedəndə yanğın olması ilə bağlı qışqırıq səslərini eşitmişdir. Yanğın hadisəsi zamanı Ağamusa və başqa bir neçə işçinin aşağı düşməsini görmüşdür. Yanğına ilkin müdaxilə olunmuşdur. Daha sonra yanğın söndürənlər gəlmişdir. Hadisə günü Nəbi adlı əməkdaş gəlmiş və demişdir ki, “naryad” buraxılışı yazılmalıdır. O, həmin işçiləri qeydiyyata salmış və içəri buraxmışdır. Lakin 11 nömrəli naryad buraxılışından məlumatı olmamışdıridi. Həmçinin, Ağamusa və digər şəxslərə təmir üçün kimin göstəriş verdiyini də bilmir. Bir halı da qeyd edir ki, şəxsi görmədən “naryad” buraxılışını qeydiyyata sala bilməzdi. Məhkəmənin nəzərinə çatdırır ki, hadisə ilə əlaqədar o da işdən çıxarılıb.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı ümumi xəstəlik əsası ilə 2-ci dərəcəli əlildir.

7. xx.xx.2024-cü il tarixli, 14-2-3-1/3-1İ-198/2024 nömrəl intizam tənbehi haqqında əmrdən görünür ki, Əmək və icra intizamı qaydalarını pozduğuna görə 4 saylı Qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəis müavini İddiaçı (tab.4054097) ilə bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Əsas: 14-2-3- 1/3-6-846/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktub, HİK-in 06 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu və HİK-in RH-nin 133 nömrəli xx.xx.2024-cü il tarixli protokolu, akt, izahatlar və rəhbərliyin qərarı.

8. “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun direktorunun “Etilen-Polietilen” zavodunun Həmkarlar İttifaqı Komitəsinin sədrinə ünvanladığı məktubdan görünür ki, xx.xx.2023-cü il tarixində, “Etilen-polietilen" zavodunun “Etilen" istehsalatının 4 saylı Qaz məhsullarının qəbulu və buraxılması sahəsində istismarda olan 600 m3- lik E-3/1 hidrotəmizlənmiş benzin (nafta) tutumunda müvafiq planlama və risklərin qiymətləndirilməsi aparılmadan təmir işləri yerinə yetirilərkən saat 10.40 radələrində yanğın hadisəsi baş vermişdir. Baş vermiş hadisəni potensial nəticələrinin ağırlığını nəzərə alaraq, hadısənin ətraflı araşdırılması, kök səbəblərinin aşkara çıxarılması, hadisənın baş verməsinə cavabdeh olan şəxslərin əhatə dairəsinin və öyrənilmiş dərslərin müəyyən edilməsi, eləcə də bu kimi hadisələrin təkrarlanmasının qarşısının alınması üçün düzəldici tədbirlərin icrasının təmin edilməsi məqsədilə SOCAR-ın Prezidentinin 14 iyun 2023-cü il tarixli 14-2/3 -1İ - 76/2023 nömrəli əmri ilə SOCAR Baş ofisində komissiya yaradılmışdır. Komissiyanın araşdırması zamanı əldə olunan sənədlər, verilmiş izahatlar, aparılmış təhlillər və s. əsasında qəzanın baş verməsində məsul olan cavabdeh şəxslərin dairəsini gələcəkdə oxşar hadisələrin baş verməsinin qarşısının alınması üçün tövsiyyələri müəyyən etmişdir. Komissiyanın araşdırması nəticəsində nöqsanlara yol vermış "Etilenpolietilen” zavodunun Baş mühəndisin ƏM və TT üzrə müavini - şöbə rəisi X17, 4 saylı Qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəisi X14, həmin sahənin rəis müavini İddiaçı, böyük mexaniki X9, növbə rəisi X13 günahkar hesab edilmişlər. Qeyd olunanları nəzərə alaraq "Etilen-polietilen" zavodunun Baş mühəndisin ƏM və TT üzrə müavini şöbə rəisi X17, 4 saylı Qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəisi X14, həmin sahənin rəis müavini İddiaçı, böyük mexaniki X10 və növbə rəisi X4 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70- maddəsinin "ç" bəndinə əsasən işdən azad olunmasına münasibət bildirilməsi xahiş etmişdir.

9. “Etilen-Polietilen” zavodunun Həmkarlar İttifaqı Komitəsi Rəyasət heyətinin iclasının 114 nömrəli, xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, rəhbərliyin 04 saylı Qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəisi X14, həmin sahənin böyük mexaniki X9 və növbə rəisi X4 işdən azad olunmaları barədə müraciəti nəzərə alınaraq razılıq verilməsi, 04 saylı sahənin rəis müavini İddiaçı Yunis oğlunun xəstəlik səbəbindən iclasda iştirak etməməsi nəzərə alınaraq onun barəsində müvafiq qərarın qəbulunun işə çıxdıqdan sonra baxılması qərara alınmışdır.

10. “Etilen-Polietilen” zavodunun Həmkarlar İttifaqı Komitəsi Rəyasət heyətinin iclasının 133 nömrəli, xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Zavodun 04 saylı Qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəis müavini İddiaçı tutduğu vəzifədə yol verdiyi ciddi nöqsanlara görə işdən azad olunması barədə rəhbərliyin müraciətinə razılıq verilməsi qərara alınmışdır.

11. “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun ərazisində xx.xx.2023-cü il tarixində yanğının baş verməsi ilə nəticələnmiş qəzanının səbəblərinin texniki təhqiqatı haqqında aktdan görünür ki, SOCAR-dan daxil olan əmrlərin və qərarların icra edilməməsi, əməliyyatların layihəyə uyğu həyata keçirilməməsi, yerinə yetirilən əməliyyatlar üzrə nəzarətin həyata keçirilməməsi qaydaların, prosedurların və təlimatların tələblərinə riayət edilməməsinə və riskləri reallaşmasında iştirak etdikiərinə görə hadisənin baş verməsinə cavabdeh olan məsul şəxslər siyahısında İddiaçı da qeyd edilmişdir.

12. 395 nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixində “Azərkimya” İstehsalat Birliyinin “ Etilen-Polietilen” zavodunun Qaz və maye karbohidrogenlərin qazlaşdırılması, sıxılması və saxlanması sexinə rəis müavini vəzifəsinə işə qəbul edilmişdir.

13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikasi Dövlət Neft Şirkətinin “Azərkimya” İstehsalat Biriiyi “Etilenpolietilen” zavodunda (bundan sonra - zavod) əmək hüqüqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığı müraciətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətində (bundan sonra - Xidmət) baxılmışdır. Müraciət ilə əlaqədar xx.xx.2023-cü il tarixində Xidmətin Abşeron-Xızı regional şöbəsinə təqdim etdiyi izahatda İddiaçı xx.xx.2013-cü il tarixində işdə benzin xəttində yaranmış qəzanın aradan qaldırılması zamanı karbohidrogenin təsirinə məruz qaldığını, hadisədən bir həftə keçdikdən sonra səhhətində dəyişiklik yaranaraq öskürmə, boğulma hallarının olmasını, həmin tarixdən müalicə aldığını, həmçinin xx.xx.2023-cü il tarixində iş yerində yaranmış yanğın hadisəsi zamanı qəzanın aradan qaldırılmasında iştirak etdiyini, heç bir xəsarət almadığını, xx.xx.2023-cü il tarixində qeyri iş günü növbətçi olduğu zaman səhhətində problem yarandığını bildirmişdir. Eyni zamanda izahatında İddiaçı xx.xx.2013-cü il və xx.xx.2023-cü il tarixlərində baş vermiş hadisələr zamanı xəsarət almadığını, əsas tələbinin hazırki işində qalmağı və müalicəsinin davam etdirilməsi üçün maddi köməklik göstərilməsindən ibarət olduğunu qeyd etmişdir. Zavod rəhbərliyi tərəfindən Xidmətə təqdim edilmiş iş vaxtının uçotu cədvəllərindən İddiaçı izahatınızda qeyd etdiyi xx.xx.2023-cü il tarixində işə cəlb olunmadığı müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən İddiaçıla zavod rəhbərliyi arasında xx.xx.2012-ci il tarixində bağlanılmış əmək müqvailəsi bildirirşinin qüvvədə olduğu müəyyən olunmuşdur.

14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Abşeron-Xızı regional şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Azərikimya” İBnin Etilen-Polietilen zavodunun (bundan sonra ismin müvafiq hallarında Zavod) rəhbərliyi tərəfindən əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinə daxil olmuş müraciətinə aidiyyəti üzrə Xidmətin Abşeron-Xızı regional şöbəsində baxılmışdır. Müraciətin Zavodun səlahiyyətli nümayəndəsinin iştirakı ilə ətraflı dəqiq araşdırılması, müvafiq sənədlərin təqdim olunması və müraciətə münasibət bildirilməsi məqsədi ilə Zavodun rəhbərliyinə 3-17-5/2-21600/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubla müraciət olunmuşdur. Zavod rəhbərliyinin 14-2-3-1/2-156/202 nömrəli cavab məktubuna və təqdim etdiyi sənədlərə əsasən inzibati xəta əlamətlərinin olması müəyyən edildiyindən inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. İnzibati xəta haqqında iş üzrə icraat yekunlaşdıqdan sonra müraciətin nəticəsi barədə əlavə məlumat veriləcəkdir.

15. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Abşeron-Xızı regional şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı iləZavod rəhbərliyi arasında xx.xx.2012-ci il tarixdə əmək müqaviləsi bağlanılaraq Qaz və maye karbohidrogen qazlaşdırılması, sıxılması və saxlanması sexinə rəis müavini vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixli 14-2- 3-1/3 1İ-198/2024 nömrəli əmr ilə Azərbaycan Respublikası Ə Məcəlləsinin 70.ç maddəsinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi, öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 18-ci (intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz.) maddəsinin tələblərinə riayət edilməmişdir. Əmək müqaviləsinə xitam verilərkən qanunvericiliklə müəyyən edilmiş qaydada əmək müqaviləndə nəzərdə tutulmuş əmək haqqına uyğun olaraq 2024-cü ilin mart ayındakı gününə görə 839.53 manat, istifadə edilməmiş 48,41 məzuniyyət gününə görə 2760,46 mant 947.38 manat digər əlavələr olmaqla cəmi 4547.37 manat hesablanaraq, müvafiq tutulmalar yerinə yetirildikdən sonra, xitam verildiyi xx.xx.2024-cü il tarixdə İddiaçı bank hesabına 370 manat (üç min yeddi yüz doqquz manat yetmiş yeddi qəpik) məbləğində son haqq-hesab ödənilmişdir. İddiaçı əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə Zavodun direktoru X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsinə əsasən inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli İnzibati cərimənin tətbiq edilməsi haqqında qərar qəbul olunmuş, 06.2023-cü il tarixli 3-17- 5/2-38447/2024 nömrəli göstəriş məktubu ilə Zavod rəhbərliyinə törədilmiş hüquqpozmanın aradan qaldırılması, nəticəsi barədə məlumat verilməsi tövsiyyə olumuşdur. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyası xx.xx.2014-cü il tarixli 24/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçinin peşə xəstəliyinə tutulma ehtimalı yüksək olan iş yerlərinin Siyahısı”na dair Təlimatın 4-cü bəndinə əsasən peşə xəstəsi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki V.Y.Axundov adına Elmi -X12 İnstitutu tərəfindən təyin edilir. İddiaçı səhhətinin pozulması halının peşəsi ilə əlaqəli olub-olmamasının müəyyən edilməsi üçün V.Y.Axundov adına X2 İnstitutuna müraciət etməsi tövsiyyə olunmuşdur.

16. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 60 (altmış) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir.

17. Əmək qabiliyyəti olmaması barədə vərəqələrin surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək bronxial astmanın kəskinləşməsi diaqnozu ilə işdən azad edilmişdir.

18. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5712/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, X6 əmək müqaviləsinə xitam verilməsi barədə X3 EtilenPolietilen zavodunun direktoru Oqtay Niftəliyevin 17 iyul 2023cü il tarixli, 14-2-3-1 /3-1 i267/2023 saylı əmrinin iddiaçı X11 aid hissədə ləğv edilməsi, X6 X3 Etilen-Polietilen zavoduna əvvəlki iş yerində 4 saylı qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəisi vəzifəsinə bərpa edilməsi, X3 Etilen-Polietilen zavodu tərəfindən məcburi işburaxma müddəti üzrə 17 iyul 2023-cü il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq iddiaçı X11 ödənilməsi qət edilmişdir.

19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-343/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdeh X3 Etilen Polietilen zavodu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5712/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

20. Sumqayıt Şəhər Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 2(060)- 3943/2024 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) İddiaçı cavabdeh “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavoduna qarşı əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 68, 70, 72, 187-ci maddənin 2 və 3-cü bəndləri, 189-cu maddənin 2-ci bəndi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096, 1096.2 və 1097.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 216-220, 227, 233 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

22. Sumqayıt Şəhər Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 2(060)- 3943/2024 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mübahisələndirilən qətnaməsi mahiyyətcə və qəbul olunma qaydası ilə göstərilən müddəaların tələblərinə ziddir. Mübahisələndirilən qətnamədə məhkəmə iclasları zamanı tətdiq edilmiş faktiki hallar təhrif olunmuş halda göstərilmişidir. Məhkəmə işi birtərəfli aparılaraq ancaq cavabdehin nümayəndəsinin ifadəsini, izahını dinləmiş, onun gətirdiyi sübutları araşdırmamış, nəticədə əsassız qətanmə çıxarmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqqədalətlə və qanunun əliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər - işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və onun tələblərinə görə tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, o, üzərinə düşən vəzifə öhdəliklərini yerinə yetirməmiş, sahə rəisi işdə olduğu və razılıq vermədiyi halda təmir işlərinin görülməsinə müvafiq planlama və risklərin qiymətləndirilməsini aparmadan razılıq vermiş, nəticədə sözügedən yanğın hadisəsi baş vermişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun 19 mart 2024-cü il tarixli 14-2-3-1/3-1/-198/2024 saylı əmrinin etibarsız hesab edilməsi üçün hər hansı əsas olmadığından iddia tələbi təmin edilməməlidir. Lakin məhkəmə iclasında şahid qismində dindirilmiş Şöbə rəisi X7 ifadəsi nəzərə alınmamış, sahə mexanikinin dindirilməsini tələb etməsinə baxmayaraq çağırılıb dildirilməmişdir. Sahə rəisi xx.xx.2023-cü il tarixində işə çıxmış, yanğın isə xx.xx.2023-cü il tarixində baş vermişdir. Həmin gün sahə rəisi tərəfindən hazırlıq işlərinin aparılmasına göstəriş verilmişdir. O isə təmirə hazırlığa görə göstəriş vermişdir. Bütün bu hallara məhkəmə iclaslarında heç bir aydınlıq gətirilməmiş, nəticədə səhv qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyasına bildirir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Abşeron-Xızı Regional şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilən halları da nəzərə almamışdır. Əmək müqaviləsinə xitam verilərkən AR Məcəlləsinin 187.3-cü maddəsində tələblərinə (İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam təbehi veril bilməz) riayət edilməmişdir. Məhkəmə öz qətnaməsində bu hali göstərsədə ona hüquqi qiymət verməmişdir. Bütün yuxarıda göstərilən hallar təsdiq edir ki, 1-ci instansiya məhkəməsi tərəfindən işin ədalətli həllinə imkan verə biləcək əsas hallara tələb olunan hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normalarının tətbiq edilməsində səhv etmiş, tətbiq edilməli olan qanuni aktları tətbiq etməmiş, prosessual hüquq normalarına riayət etməmiş, nəticədə Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərini pozaraq qanunsuz qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin ədalətli həllinə imkan verə biləcək əsas hallara tələb olunan hüquqi qiymət verilməmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

24. Cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.

25. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti təmin edilə bilməz. Belə ki, 13 iyun 2023-cü il tarixdə saat 10:50 radələrində “Azərikimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunun “Qaz məhsullarının qəbulu və buraxılması” sahəsində yerləşən (V =600 m3, D=10500 mm) E-3/1 tutumunda yanğın hadisəsi baş vermişdir. Sahə işçiləri tərəfindən dərhal yanğınsöndürmə vasitələrindən istifadə olunmuş, tutumun üzərindəki su çiləyicilər, eləcə də, yanğınsöndürən lafet lülələri işə salınmış və paralel olaraq Fövqəladə Hallar Nazirliyinə məlumat verilmişdir. Yanğın 19:30 radələrində tam söndürülmüşdür. Baş vermiş hadisənin səbəb və şəraiti SOCAR-ın 14 iyun 2023-cü il tarixli 14-2/3-1İ-76/2023 nömrəli əmri ilə yaradılmış komissiya tərəfindən araşdırılmış və bu barədə 10 iyul 2023-cü il tarixli texniki təhqiqat haqqında akt tərtib edilmişdir. Komissiya SOCAR-dan daxil olan əmr və qərarların icra edilməməsi, əməliyyatların təlimata uyğun həyata keçirilməməsi, yerinə yetirilən əməliyyatlar üzrə nəzarətin həyata keçirilməməsi, qaydaların, prosedurların və təlimatların tələblərinə riayət edilməməsinə və risklərin reallaşmasında iştirak etdiklərinə görə hadisənin baş verməsinə cavabdeh olan məsul şəxslər barədə rəy vermişdir. Zavod rəhbərliyi araşdırma komissiyasının rəyinə uyğun olaraq yanğın hadisəsinin baş verməsinə görə günahkar hesab edilmiş bir sıra işçilərin, o cümlədən “Etilenpolietilen” zavodunun 4 saylı Qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəis müavini İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına razılıq verilməsi üçün 14-2-3-1/3- 6-846/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla zavod Həmkarlar İttifaqı Komitəsinə müraciət etmişdir. HİK-in RH-nin 114 nömrəli, xx.xx.2023-cü il tarixli iclas protokoluna əsasən 4 saylı Qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəis müavini İddiaçı xəstəliyi ilə əlaqədar işə çıxmadığına görə barəsində intizam tənbehi tədbiri görülməsi məsələsinə işə çıxdıqdan sonra baxılması qərara alınmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə işə çıxmışdır. İddiaçı “Etilen-Polietilen” zavodunun Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyətinin xx.xx.2024-cü il tarixində keçirilən iclasına dəvət edilmiş və iclasda iştirak etmişdir. HİK-in RH-nin 133 nömrəli, xx.xx.2024-cü il tarixli iclas protokoluna əsasən İddiaçı Azərbaycan Respublikasının ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına razılıq verilmişdir. HİK-in razılığı alındıqdan sonra zavod rəhbərliyi xx.xx.2024-cü il tarixli, 14-2-3-1/3-1İ-198/2024 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı işdən azad edilmişdir. İddiaçı özü də xx.xx.2023-cü il tarixli yazılı izahatında baş vermiş hadisə ilə bağlı səhv etdiyini etiraf etmiş və peşmançılıq (ərizədə yazıldığı kimi desək “xəcalət çəkirəm”) keçirdiyini bildirmişdir. O da qeyd olunmalıdır ki, İddiaçı zavodun X15 məhsullarının qəbulu və buraxılması rəisinin müavini vəzifəsində, kifayət qədər məsuliyyətli vəzifədə çalışmış, öz vəzifə təlimatı ilə yaxından tanış olmuş, öhdəliklərindən, işlədiyi sahənin təhlükəlilik dərəcəsindən və məsuliyyətdindən xəbərdar olmuşdur. Belə ki, vəzifə üzrə iddiaçının öhdəliklərindən biri də ondan ibarət idi ki, əməyin mühafizəsi və təhlükəsizlik texnikası barədə maarifləndirmə işlərini təşkil edir, işçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimatlandırılmasına, həyəcan siqnalları üzrə təlim məşqlərinin həyata keçirilməsinə nəzarət edir, Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə işçilərin biliyinin yoxlanılmasını həyata keçirirdi. İddiaçı həmçinin iddiasında cavabdeh tərəfindən ona maddi və mənəvi zərər dəydiyini, bunu işdən qanunsuz çıxarılması ilə əlaqədar olduğunu bildirsə də, iddiaçı tərəfindən bununla əlaqədar nəinki məhkəməyə hər hansı sübut təqdim edilməmiş, həmçinin iddiaçı ümumiyyətlə həmin zərərin nədən ibarət olduğu barədə heç bir əsas gətirməmişdir. İddiaçı iddia ərizəsində tələbini əsaslandırarkən, özü öz yazdıqlarını təkzib etmiş, guya iddiaçının müvafiq əmri qəbul etməzdən əvvəl həmkarlar ittifaqına müraciət etməli olduğu halda bunu etmədiyini bildirmiş, sonra isə həmkarlar ittifaqının iclasında iştirak etdiyini etiraf etmiş, pozuntu aşkar edə bilmədiyi üçün formal olaraq, guya həmkarlar İK-nin məsələni tam araşdırmadığını bildirmişdir. Halbuki, cavabdehin iddiaçı ilə heç bir şəxsi-qərəzliyi olmamış, əmri qanununvericiliyin bütün tələblərinə əməl etdikdən, iddiaçının pozuntu törətməsi tam təsdiqini tapdıqdan sonra yenə qanundan irəli gələn vəzifəsinin icrası olaraq müvafiq əmri vermişdir. Həmçinin, 13 iyun tarixində növbə rəisinə klapanların çıxarılmağa hazırlanmasına dair İddiaçı özü göstəriş vermişdir. Bu işlər mexanikin rəhbərliyi ilə görülür. Buraxılışa qol çəkilib. Sonradan məlum olub ki, buraxılış həmin parka yox, 1- ci parka aiddir. Benzin klapanlarda par şəklində yığılır və klapan açıldıqda həmin benzin hava ilə təmas etdiyi anlalışır. 10:45-də başlayan yanğın saat 20:00-da söndürülüb. Yanğının söndürülməsi üçün Bakı və Abşeronun bütün yanğınsöndürmə dəstələri cəlb edilmişdir. Lakin, yanğını söndürmək mümkün olmamış və yanğın sadəcə lokallaşdırılmışdır. 600 tonluq benzin tam yanıb qurtardıqdan sonra yanğın sönmüşdür. Mexanik, sahə rəisi, sahə rəisinin müavini və növbə rəisinin günahı ucbatından qeyd edilən hadisə baş verib. Hadisə ilə bağlı SOCAR prezidenti tərəfindən texniki araşdırma komissiyası yaradılmışdır. Komissiya tərkibi vitse prezidentlər və baş mütəxəssislərdən təşkil olunmuşdur. Daha sonra isə akt tərtib edilmişdir. İddiaçı iyun ayından mart ayına qədər müalicə aldığı üçün mart ayında işə çıxdıqdan sonra işdən azad olunması ilə bağlı göstəriş verilmişdir. İddiaçı müəssisənin keçmiş və təcrübəli işçisi olduğu üçün belə bir səhv etməməli idi. Kimya sənayesi A kateqoriyalı yüksək təhlükəli sənayedir. İddiaçı vəzifə təlimatında da bu qeyd edilmişdir. Növbə rəisi olan Yusif bildirir ki, Sabirin göstərişi ilə klapanlar açılıb. Məhkəməyə sübut qismində təqdim edilmiş izahatlardan da görünür ki, göstəriş İddiaçı tərəfindən verilib. 600 tonluq benzin yanaraq buxarlaşıb. Bu hadisə nəticəsində SOCAR-ın beynəlxalq imicinə böyük zərər dəyib. İddiaçının klapanların açılmasına göstəriş verməsini şahid ifadələri də təsdiq etmişdir. Həmçinin, iddiaçı sonrakı məhkəmə proseslərdə onun rəisinin işə bərpa olunduğu halda özünün işə qayıda bilməməsi səbəbini öyrənmək istəmişdir. Bununla bağlı tərəfimizdən araşdırılma apararkən məlum olmuşdur ki, həqiqətən də iddiaçının rəisi Cabir Hüseyov məhkəmə qətnaməsinə əsasən işə bərpa olunub. Həmin qətnamə qanuni qüvvəsini almamışdır. Birinci instansiya məhkəməsinin qərarı Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb, lakin həmin qərar hazırda kassasiya instansiyasında mübahisələndirilir. Cabir Hüseynovun işə bərpa olunması barədə qətnamənin çıxarılmasına əsas o olmuşdur ki, iddiaçının rəisi təlimdə olduğu müddətdə onun bütün vəzifə səlahiyyətlərinin icrası İddiaçı həvalə edilmişdir. İddiaçı isə “tapşırığa icazə verilməsi” barədə sənəddə saxtalaşdırma aparmış, ona qələmlə əlavələr etmişdir. Bu halı iddiaçı özü də izahatında etiraf etmişdir. Həmin əlavələrdən C.Hüseynovun xəbəri olmadığı üçün məhkəmə onun işə bərpa olunması qənaətinə gəlmişdir. Qeyd etmək istəyirik ki, həmin məhkəmə qərarı cavabdeh tərəfindən bu hissədə, yəni hadisədə İddiaçı günahkar olması hissəsində mübahisələndirilməyib. Hazırda kassasiya şikayətinin verilmə səbəbi C.Hüseynovun rəis kimi müavininin verdiyi tapşırıqlara nəzarət etməli olduğu halda, etməməsi ilə bağlıdır. Odur ki, hətta gələcəkdə Cabir Hüseynovun işinə bərpa olunması barədə qərar verilərsə də, bu İddiaçı işə bərpa edilməsi üçün əsas ola bilməz. Əksinə həmin qətnamə ilə müəyyən olunan hallar bu gün İddiaçı iddiasının əsassız olmasını bir daha sübut edir. Sumqayıt Şəhər Məhkəməsi kifayət qədər araşdırma aparmış, həqiqəti müəyyən etmək üçün edilməli olan bütün prosessual hərəkətləri etmiş və yekunda əsaslı, qanuni, ədalətli və həqiqəti müəyyən edən qətnamə qəbul etmişdir. Hesab edirik ki, iddiaçının həmin qətnamədən vermiş olduğu apellyasiya şikayəti formal xarakter daşıyır, heç bir sübuta və dəlilə söykənmir. Həmçinin apellyasiya şikayətində də iddia ərizəsində göstərilən əsaslardan fərqli bir əsas yoxdur. Qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı tərfindən hazırkı iş üzrə verilmiş apellyasiya şikayəti rədd edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)- 3943/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Azərbaycan Respublikasının ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikasının ƏM-nin 72-ci maddəsinin “c” bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması və həmin maddənin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 12-ci bəndində göstərilmişdir ki, həmkarlar ittifaqları təşkilatları (birlikləri) əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək məqsədi ilə işçilərin könüllü birləşib yaratdıqları nizamnamə və müvafiq qanunvericilik əsasında fəaliyyət göstərən İşçilərin nümayəndəli orqanıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, işçilər arasında heç bir fərq qoyulmadan, işəgötürəndən qabaqcadan icazə alınmadan, sırf könüllülük prinsipləri əsasında həmkarlar ittifaqları təşkilatı yaradıla bilər. İşçilər əmək, sosial, iqtisadi hüquqlarını, qanuni mənafelərini müdafiə etmək üçün müvafiq həmkarlar ittifaqlarına daxil olub həmkarlar ittifaqlarının fəaliyyəti ilə məşğul ola bilərlər; Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən, Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir; Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Göründüyü kimi, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün kifayət qədər əsas olmuş və əmrin verilməsi ilə əlaqədar qanunvericiliyin tələblərinə tam riayət olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respubliksı Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il Qərarında göstərilir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərşəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmsının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən, mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmçinin, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndində göstərilir ki, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə, keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən tutarlı əsas gətirilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna görə də hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər əsasən formal mülahizələrdir və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Yuxarıda qeyd olunanları rəhbər tutaraq İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)- 3943/2024 saylı qətnaməsindən verdiyi apelyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-3943/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunur.

Apellyasiya icraatı iştirakçılarının izahatları

26. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

27. Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

28. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 35. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Maddə 71. (İ və İİ hissə) Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

31. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 68. a) Əmək müqavilələrinə xitam verilməsinin əsaslarından biri də əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsidir. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Maddə 71. (3-cü hissə) İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 76. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Maddə 84. (1-ci hissə) Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Maddə 296. (2-ci hissə) Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 3-cü hissə Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 300. 1) Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.

32. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibəti üzrə düzgün nəticəyə gəlmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə cavabdeh arasında bağlanmış 395 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun Qaz və maye karbohidrogenlərin qazlaşdırılması, sıxılması və saxlanması sexinə rəis müavini vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndi ilə cavabdehin xx.xx.2024-cü il tarixli, 14-2-3-1/3- 1İ-198/2024 nömrəli əmrinə əsasən xitam verilmişdir. İddiaçı iddia tələbini əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş yanğın hadisəsində hər hansı təqsirinin olmaması ilə əsaslandırmışdır.

37. İş materiallarından görünür ki, 13 iyun 2023-cü il tarixində saat 10.50 radələrində “Azərkimya” İstehsalat Birliyinin “Etilenpolietilen” zavodunun “Qaz məhsullarının qəbulu və buraxılması” sahəsində yerləşən (V =600 m3, D=10500 mm) E- 3/1 tutumunda yanğın hadisəsi baş vermişdir. Hadisənin baş vermə səbəbi və şəraitinin araşdırılması əlaqədar yaranmış Komissiya SOCAR-dan daxil olan əmr və qərarların icra edilməməsi, əməliyyatların təlimata uyğun həyata keçirilməməsi, yerinə yetirilən əməliyyatlar üzrə nəzarətin həyata keçirilməməsi, qaydaların, prosedurların və təlimatların tələblərinə riayət edilməməsinə və risklərin reallaşmasında iştirak etdiklərinə görə hadisənin baş verməsinə cavabdeh olan məsul şəxslər barədə rəy vermişdir. Həmin rəydə hazırkı iş üzrə iddiaçı - 4 saylı Qaz məhsullarının qəbulu və buraxılması sahəsinin rəis müavini İddiaçı adı da qeyd edilmişdir. “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodu “Etilen-Polietilen” zavodunun Həmkarlar İttifaqı Komitəsinə məktub ünvanlayaraq İddiaçı işdən azad olunmasına münasibət bildirilməsini xahiş etmişdir. “Etilen-Polietilen” zavodunun Həmkarlar İttifaqı Komitəsi Rəyasət heyətinin iclasının 114 nömrəli, xx.xx.2023-cü il tarixli protokoluna əsasən İddiaçı xəstəliyi ilə əlaqədar işə çıxmadığına görə onun barəsində intizam tənbehi tədbiri görülməsi məsələsinə işə çıxdıqdan sonra baxılması qərara alınmışdır. İddiaçı xx.xx.2024-cü il tarixində işə çıxdıqdan sonra “Etilen polietilen” zavodunun Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyətinin xx.xx.2024-cü il tarixində keçirilən iclasına dəvət edilmiş, iclasda İddiaçı tutduğu vəzifədə yol verdiyi ciddi nöqsanlara görə işdən azad olunması barədə rəhbərliyin müraciətinə razılıq verilməsi qərara alınmış, İddiaçı xx.xx.2024-cü il tarixli, 14-2-3-1/3-1İ198/2024 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir.

38. Birinci instansiya məhkəməsi tərəfindən İddiaçı cavabdeh “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavoduna qarşı əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

39. Məhkəmə mövqeyini onunlarla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə sonuncunun xx.xx.2024cü il tarixli, 14-2-3-1/3-1İ-198/2024 nömrəli əmri əmək qanunvericiliyinin tələblərinə əməl edilməklə qəbul edildiyindən həmin əmrin ləğv edilməsi üçün hər hansı əsas yoxdur. Belə ki, iddiaçı sözügedən hadisədə hər hansı günahının olmadığını, sözügedən təmir işlərinin onun xəbəri olmadan başlanıldığını, o yalnız təmirə hazırlıq işlərinə razılıq verdiyini bildirmişdir. Halbuki, İddiaçı hadisə baş verdikdən sonra verdiyi xx.xx.2023-cü il tarixli izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixində qoruyucu klapanların çıxarılması üçün hazırlanması işi üçün qaykaların yağlanması məqsədilə verilmiş buraxılış naryadı xx.xx.2023-cü il tarixədək bolt-qaykalar bir-bir yağlanmışdır. Yağlanma hazırlıq işinin tutumla heç bir əlaqəsi olmadığını və heç bir təhlükə riskinin olmadığını nəzərə alaraq İ parka aid olan buraxışılına əlavə edib E3 və E6 tutumlarında qoruyucu klapanların çıxarılmasına hazırlıq yazıb sənədləşdirmişdir. O bu səhvini başa düşüb etiraf edir və xəcalət çəkir. Klapanların çıxarılması üçün sənəd hazır vəziyyətdə təsdiqlənmiş halda onun masasında olmuşdur. Təmirçi-çilingərlərə kimin klapan çıxarılmasına göstəriş verdiyini bilmir.

40. Məhkəmə qeyd etmişdir ki, X13 hadisə ilə bağlı verdiyi xx.xx.2023-cü il tarixli izahatında bildirmişdir ki, xx.xx.2023-cü il saat 08.00-dan 20.00-a kimi işdə olmuşdurlar. Saat 8.30-da İddiaçı mexanik Ağamusa Qarayevlə birlikdə oturmuşdur. Sabir onu çağırıb E-31 tutumunu təzyiqdən saldırıb Ağamusaya verməyi, E-31- də çilingərlərin təmir işi aparacaqlarını, qoruyucu klapanları çıxarıb təmirə göndərəcəklərini bildirmişdir. O da apartçıya Sabir müəllimin tapşırığını bildirmişdir. Aparatçı E-31 tutumunun giriş-çıxış bərabərləşdirici, üçgedişli siyirtməsini bağlayıb təzyiqdən salmağa başlamışdır. Aparatda təzyiq 0.2-0.3 atıma düşdükdən sonra Ağamusa müəllim, iş icraçısı Nəbi Rəhimov və 4 nəfər çilingər lazım olan alətlərini götürüb birlikdə E-31 tumunun üstünə qalxmağa başlamışlar. Sözügedən izahatın müəllifi Y.Kamilov şahid qismində dindirilərkən məhkəmə iclasında hadisədən 2 gün sonra verdiyi izahatdan nisbətən fərqli ifadə versə də, məhkəmə tərəfindən iş materiallarına olan sənədlərə əsasən müəyyən edilmişdir ki, İddiaçı hadisə baş verən ərazidə təmir işlərinin görülməsi ilə bağlı tapşırıq vermiş, tapşırığın icrası zamanı yanğın hadisəsi baş vermiş, eyni zamanda İddiaçı verdiyi tapşırıqla bağlı sahə rəisinə məlumat verməmişdir. Halbuki, “Etilenpolietilen” zavodu ilə İddiaçı arasında bağlanmış 395 nömrəli əmək müqaviləsi üzrə X20 məhsullarının qəbulu və buraxılması sahəsinin rəis müavininin vəzifə öhdəliklərindən görünür ki, digər vəfizələrlə yanaşı elektrik və mexaniki avadanlıqların təmir xidmətinin illik planlaşdırılmasına nəzarət etmək, avadanlıqların təmirə hazırlanmasına, həmçinin təmir işlərinin keyfiyyətinə və müddətinə nəzarət olunmasını həyata keçirmək; avadanlıq və qurğuların vaxtında sınaqlarının aparılmasına nəzarət və iştirak etmək, avadanlıq və qurğuların istismarı, qulluğu, təmiri və sınaq barədə sənədləşmənin düzgün aparılmasına nəzarət etmək, avadanlıq və mexanizmlərinin sınağının təşkilində iştirak etmək; əməyin mühafizəsi və təhlükəsizlik texnikası barədə maarifləndirmə işlərinin təşkil etmək, işçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimatlandırılmasına, həyəcan siqnalları üzrə təlim məşqlərin həyata keçirilməsinə nəzarət etmək, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə işçilərin biliyinin yoxlanılmasını həyata keçirmək; əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına nəzarət etmək, istehsalat risklərinin qiymətləndirilməsi və önləyici tədbirlərin görülməsini təşkil etmək, əməyin təhlükəsizliyinin təmin edilməsi məqsədilə daim monitorinqlərin aparılması və çatışmazlıqların aradan qaldırılması istiqamətində tədbirlər planını hazırlamaq, o cümlədən sahənin başlıca məqsəd və əsas vəzifələrinə aid bütün məsələlər üzrə sahə rəisinin tapşırıqlarını yerinə yetirmək sahə rəisinin müavini kimi İddiaçı əsas vəzifə öhdəliklərinə aid olmuşdur.

41. Beləliklə, məhkəmə hesab etmişdir ki, İddiaçı üzərinə düşən vəzifə öhdəliklərini yerinə yetirməmiş, sahə rəisi işdə olduğu və razılıq vermədiyi halda təmir işlərinin görülməsinə müvafiq planlama və risklərin qiymətləndirilməsini aparmadan razılıq vermiş, nəticədə sözügedən yanğın hadisəsi baş vermişdir. “Azərkimya’' İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun 19 mart 2024-cü il tarixli 14-2-3-1/3-1/-198/2024 saylı əmrinin etibarsız hesab edilməsi üçün hər hansı əsas olmadığından iddia tələbi əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi hissəsində təmin edilməməlidir.

42. Məhkəmə qeyd etmişdir ki, iddiaçı maddi və mənəvi ziyan tələbini onunla bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam verilməsi ilə əsaslandırmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının əmrin etibarsız hesab edilməsi və işə bərpa tələbinə dair hissələrdə iddia tələbi təmin edilmədiyindən, maddi və mənəvi ziyanın ödənilməsi hissəsində də iddia tələbinin təmin edilməsinə hər hansı əsas yoxdur.

43. Məhkəmə onu da qeyd edir ki, iddiaçı özünün etirafına əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək xəstəliyi ilə əlaqədar əmək qabiliyyətini müvəqqəti itirmiş, bülletendə olmuşdur. Bu halı cavabdeh də mübahisələndirmir.

44. Məhkəmə hesab etmişdir ki, işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə, o cümlədən onunla bağlanmış əmək müqaviləsinə xitam verilə bilməz. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı hadisə baş verdikdən 17 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə əmək qabiliyyətini müvəqqəti itirmiş, xx.xx.2024-cü il tarixdə işə çıxmışdır. Beləliklə hadisə baş verdikdən sonra keçən təxminən 9 ay müddətin 8 ay 10 günü İddiaçı işdə olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, baş vermiş hadisədən 9 ay sonra işçiyə intizam tənbehi tətbiq edilərək əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin hər hansı tələbi pozulmamışdır. Beləliklə, məhkəmə bu nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

45. Məhkəmə qətnaməsi ilə razılaşmayan iddia apellyasiya şikayəti vermişdir.

46. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə aparan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşaraq bildirir ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinin əsasları ilə eyni olmaqla, birinci instansiya məhkəməsi tərəfindən həmin əsaslar üzrə ətraflı araşdırma aparılmış, müfəssəl qiymət verilmişdir. Bu baxımdan məhkəmə kollegyası əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

47. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisə düzgün həll edilmişdir. Odur ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 2(060)-3943/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 2(060)-3943/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar