Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4000/2025 04.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı mülki iş üzrə (Açar sözlər: “əmək mübahisələri üzrə iddia müddətinin tətbiqi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil, cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti üçüncü şəxs qismində cəlb olunmaqla) "işə bərpa və sair" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2065/2025 saylı 16 aprel 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ИT № ******* nömrəli Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixində 52 nömrəli məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmiş, xx.xx.2024-cü il tarixli Bakı şəhəri 52 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir.
2. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli əmri ilə Bakı şəhəri 52 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək uzadılması əmr edilmişdir.
3. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli əmri ilə Bakı şəhəri 52 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilməsi əmr edilmişdir.
4. 52 nömrəli tam orta məktəbin direktoru Qabil Nəsibova ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-11-15/2-50/2024 saylı məktubdan görünür ki, direktoru Qabil Nəsibovdan Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 38.1-ci maddəsinə əsasən rəhbərlik etdiyi məktəbin əməkdaşları İddiaçı və digərlərinin əmək funksiyasının icrasından azad olunmalarına sərəncam verilməsi xahiş edilmişdir.
5. Əmək müqaviləsi xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur.
7. Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/6- 00083 nömrəli arayışından görünür ki, xx.xx.2025-ci il tarixdə 13:30-da keçirilən ilkin mediasiya sessiyasında Bakı şəhəri üzrə Təhsil İdarəsi iştirak etməmişdir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz işdən çıxarıldığına görə işə bərpa edilməyi, işə bərpa edilənədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, əmək haqqının gecikdirildiyi hər bir gün üçün 1% cərimənin ödənilməsi və mediasiya üçün xərcləri (60 manat), 2.900 manat məbləğində işsiz qaldığı dövrdə aldığı borc məbləği, sentyabr 2024-cü ildən etibarən aylıq ödədiyi 500 manat və işə bərpa olunanadək aylıq olaraq ödəyəcəyi 500 manat kirayə xərclərinin cəmi məbləği, sentyabr 2024-cü ildən etibarən aylıq 270 manat yaşayış minimumu (2024), 2025 üzrə 305 manat, 20.000 manat məbləğində mənəvi ziyan məbləğində dəymiş ziyanın ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o - İddiaçı xx.xx.1959-cu ildə doğulmuşdur. Ali təhsillidir, Azərbaycan (Bakı) Dövlət Universitetinin biologiya fakültəsinin məzunudur. 48 il əmək stajına malikdir. İlkin olaraq 3 il ASSR-nin Dövlət planlaşdırmasının nəznində olan İqtisadiyyat elmi-tədqiqat instutunda, 14 il Bakı Dövlət Universitetində və qalan 31 il Yasamal rayonu 52 saylı orta məktəbdə çalışmış və xx.xx.2024-cü il tarixədək həmin məktəbdə müəllimə və təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. Bu müddətdə hər zaman nümunəvi və intizamlı olmaqla yanaşı, müxtəlif mükafat və təltiflər almışdır. Həmçinin dəfələrlə seçki komissiyalarında üzv və sədr vəzifəsində işləyib. Qeyd edir ki, 2023-cü ildə 65 yaşına çatmağı ilə əlaqədar onunla əmək müqaviləsi 1 il müddətinə uzadılmışdır. Lakin təəccüblü olsa da, növbəti il onunla əmək müqaviləsi hər hansı səbəb göstərilmədən uzadılmamışdır. Hərçənd ki, çalışdığı məktəbin bütün tədris hissə yükü onun üzərində olmuşdur. Zəruri olanda iş vaxtından artıq, istirahət və bayram günləri rəhbərliyin bütün tapşırıqlarına uyğun işləyirdi. Onun özü və uşaqları, bacı-qardaşları və onların uşaqları da bu məktəbdə oxuyublar. Prezident, Milli Məclis, bələdiyyə seçkiləri, referendum, ölkə əhalisinin siyahıya alınması və s. dövlət əhəmiyyətli layihələrdə hər zaman birbaşa aktiv iştirak etmişdir. Bütün məktəb kollektivi və şagirdlər onun işdən çıxarılmağına bu günə qədər inana bilmirlər. Çünki əvvəla o tam sağlam və əmək qabiliyyətli aktiv bir insandır, həm də onun bütün həyatı bu məktəblə bağlı olduğundan böyük hörmət və nüfuz sahibi olmuşdur. Ona görə də hər kəs bu qərarı haqsız sayır. O, illərini bu təhsil ocağına qurban vermişdir. Bu səbəblərə görə də o çox dərin psixoloji sarsıntı keçirir, bu günə qədər hər gecə ağlayır. Bəli, başa düşür ki, ömrünün sonunadək işləyə bilməz. Amma onun halında tam sağlam və təcrübəli, məktəbə təhsilə lazım olan kollektivdə və valideyn şagirdlərin böyük hörmət və rəğbətini qazanmış insanı səbəbsiz və əsassız işdən çıxarılması düzgün deyildir. Həmçinin maddi vəziyyəti ağır idi, böyük məbləğdə borcu vardır. Bakı Şəhər Təhsil İdarəsi müraciətləri də cavabsız qalmışdır. Məktəbin müdiriyyəti də bu məsələyə müəmma ilə yanaşdı. Nəticədə xx.xx.2024-cü il tarixdə onunla əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin "b" bəndinə əsasən qanunsuz olaraq xitam verilmişdir. Hərçənd ki, həmin tarixdə o məntəqə seçki komissiyasının sədri olaraq Milli Məclisə seçkilərlə məşğul idi. Cavabdehin qanunsuz hərəkətlərindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə şikayət etmiş və X3 Xidmətinin xx.xx.2024-cü il tarixli cavab məktubundan da görünür ki, şikayət araşdırılaraq xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək müvafiq qaydada şərti inzibati cərimə haqqında qərar qəbul olunmuşdur. Məktubda qeyd olunur ki, müddətsiz olsa da, əmək müqaviləsi qanunsuz olaraq ləğv olunmuşdur və habelə cavabdehdən tələb olunmuşdur ki, qanunsuz əmr ləğv olunaraq, pozuntu aradan qaldırılaraq onu işə bərpa olunması təmin olunmalıdır. Lakin bu günədək bu tələb icra olunmamışdır. Onu da qeyd edir ki, müvafiq əmr əmək qanunvericiliyinə zidd olaraq həm də əsaslandırılmadan çıxarılmışdır. Onu da bir daha qeyd edir ki, heç bir əsaslandırma aparılmadan əmək münasibətlərində ayrı-seçkilik edilərək işdən uzaqlaşdırılmışdır. Məktəbdə başqa işçilər saxlanılsa da, belə ki, yalnız onunla əmək müqaviləsi uzadılmamışdır. Halbuki, məktəb, dövlət qarşısında xidmətləri və tam əmək qabiliyyətli olması, habelə ağır maddi vəziyyəti nəzərə alınmalı idi. Onu da qeyd edir ki, xx.xx.2024-çü il tarixli xitam əmri yuxarıdakı səbəblərdən başqa həm də ona görə qanunsuzdur ki, həmin vaxt o seçkidə idi. O uzun müddətdir ki, işsizdir və başqa heç bir yerdən gəliri yoxdur. Yaşamağa evi yoxdur, kirayələrdə qalmaq məcburiyyətindədir. Öz bacısı və başqa şəxslərdən borc götürmüşdür ki, yaşayış xərclərini və habelə banklara olan borcları ödəyə bilsin. Cavabdeh ilə onun tərəfdən birbaşa, DİM və Mediator tərəfindən dəfələrlə əlaqə yaradılsa da, qanunsuz əmrin ləğv olunması və işə bərpa olunması təmin olunmamışdır. Bir daha qeyd edir ki, o uzun müddətdir ki, 52 saylı məktəbə və təhsilə, ölkəsinə səmimi və sevgi ilə xidmət etmişdir. O həm də tanınmış xanəndə Bakir Həşimovun qızıdır. Qeyd edir ki, onun işdən çıxmağı ona çox böyük iztirab verib. Onun adı, nüfuzu ləkələnib. Bakı Şəhəri Təhsil İdarəsinin (BŞTİ) müdir Anar Məmmədov ilə görüşməyə dəfələrlə cəhd etsə də, görüşə bilməmişdir. Mətbuatda da olan məlumata görə o bu vəzifədən azad edilib. Bəzi məlumatlara görə fəaliyyətində çoxsaylı neqativ hallarla bağlı şikayətlər olmuşdur.
10. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi iddiaya etiraz təqim edərək qeyd etmişdir ki, İddiaçı 2001-ci ildən 2024-cü ilə qədər 52 nömrəli tam orta məktəbdə çalışmışdır. xx.xx.2024-cü il tarixində İddiaçı 65 yaşa çatmışdır (xx.xx.1959) və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməmişdir. Yəni İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək uzadılmışdır. xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək əmək məzuniyyətində olmuşdur və məzuniyyət müddəti bitdikdə onunla bağlanmış əmək müqaviləsinə Bakı Şəhəri üzrə Təhsil idarəsinin xx.xx.2024-cü il tarixli 3-29-59/3-1- 1285K/2024 nömrəli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Həmin müddətdə İddiaçı Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar məntəqə seçki komissiyasının tərkibinə cəlb edilmişdir və bu səbəbdən xx.xx.2024-cü il tarixli 3-29-59/3- 1-1285K/2024 nömrəli əmrinə dəyişiklik edilmişdir və onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İş materiallarından göründüyü kimi İddiaçı şikayəti ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsi xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarmışdır. İddiaçı isə mediasiya prosesinin tətbiqi barədə təklifi xx.xx.2024-cü il tarixində göndərmişdir, məhkəməyə xx.xx.2025-ci il tarixində müraciət etmişdir, yəni qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2065/2025 saylı, 16 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
12. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə şikayət etmişdir, bu da iddiaçının onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsasını bildiyini sübut etmişdir. İddiaçı tərəfindən mediasiya təşkilatına isə ümumiyyətlə, bu müraciətindən təxminən 3 ay sonra müraciət edilmişdir. Halbuki, iddiaçı artıq səhərlər həmin iş yerinə getmədiyini, iş yerindən əmək haqqı almadığını görmüş, bu faktın mövcudluğunu bilmiş və dərk etmişdir. Bununla da İddiaçı bu qəbildən olan iddialar üçün nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürmüşdür. İddiaçı tərəfindən müddətin ötürülməsinin üzrlü səbəblərlə əsaslandırılması və ötürülmüş müddətin bərpasına dair hər hansı məzmunda ərizə təqdim olunmamışdır. (İddiaçı səhhətində problemlərinin olduğunu bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.) Cavabdeh isə əksinə, məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddianın bu əsasla rədd edilməsini tələb etmişdir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsininin “b” bəndinə, 296.2, 296.3, 296.4 və 296.6-cı maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2 və 377.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2065/2025 saylı, 16 aprel 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Əmək Məcəlləsinin 294, 296-cı maddələri və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinad edərək iddia müddətinin ötürüldüyünü əsas gətirərək iddianı rədd etmişdir. Qeyd etmişdir ki, çıxarılmış qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə maddi hüquq normalarını işin hallarına düzgün tövsif edə bilməmişdir. Bununla bağlı ilkin və imperativ norma MM-in 377.1-ci maddəsidir. “İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.” Göründüyü kimi, iddia müddətinın ötüb-ötməməsinin düzgün hesablanması və nəticədə tətbiqi məsələlərinin həlli 2 konstutitiv (əsas) elementin aydınlaşdırılmasını tələb edir: Hüququn pozulması faktı (obyektiv xarakterli element) Şəxsin öz hüququnun pozulduğu faktını bilməsi və ya bilməli olması (subyektiv xarakterli element) gün iddia müddətinin hesablanması məqsədləri üçün 1-ci elementi (pozuntu faktı) sənədlər və digər maddi sübutlarla müəyyən etmək nə qədər asandırsa, 2-ci elementi sübut etmək bir çox hallarda çətinlik təşkil edir. Çünki hüququ pozulmuş şəxsin bu pozuntu faktını görməsi, oxuması, eşitməsi, toxunması, dərk etməsi və hətta bəzi hallarda fiziki olaraq, bilməsə də “bilməli” olması kimi şəxsiyyəti ilə bağlı olan subyektiv məqamlardan asılıdır. Bir sözlə, qeyd edilən subyektiv elementin dəqiq kriteriyaları olmadığından, fakt araşdırıcı məhkəmə, pozuntu faktını əks etdirən məlumatların şəxsə təqdim və bəzən izah olunub-olunmamasını, şəxsin yaşını, təhsilini, təcrübəsini, peşəsini, vəzifəsini, və işin digər hallarını araşdırmaq məcburiyyətində qalır. Mülki qanunvericilikdən fərqli olaraq, ƏM-in 296-cı maddəsinin 3-cü hissəsi əmək mübahisələri üzrə subyektiv element üçün, demək olar ki, konkret obyektiv kriteriyalar müəyyən etmişdir. Bununla da, faktiki olaraq, yalnız iddia müddətinin axımının başlanmasında subyektiv elementin tətbiqinə xitam vermişdir. Burada “hüququn pozulduğunu bildiyi və ya bilməli olduğu gün” daha geniş təfsirə yolaçan söz birləşməsi əvəzinə “Hüququnun pozulmasının aşkar edildiyi gün” söz birləşməsindən istifadə edilmiş və burada “Hüququnun pozulmasının aşkar edildiyi gün” kimi 3 alternativ hal təsbit olunmuşdur: işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının,haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gün; əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə) gün; əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 3-cü hal hazırda araşdırmanın predmeti ilə birbaşa əlaqəsi olmadığından, yalnız ilk 2 hal qeyd edilən mübahisə üzrə araşdırma predmeti ola bilər. İşçiyə müvafiq əmrin, (sərəncamın,qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gün; Belə ki, bu faktın dəqiqləşdirilməsi üçün Məhkəmə ƏM-in 83-cü maddəsinə uyğun olaraq, əmrin, əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) işçiyə verilib-verilməməsi, verilmişdirsə, nə vaxt verildiyini aydınlaşdırmalıdır. Belə ki, bu maddə tələb edir ki, bu sənədlər sonuncu iş günü işçiyə fiziki olaraq təhvil verilməlidir. Məhkəmə, çox təəssüff ki, bu faktları aydınlaşdırmamışdır. İş materiallarında ƏM-in 83-cü maddə üzrə sənədlərin fiziki olaraq işçiyə təhvil verildiyini təsdiq edən heç bir sübut yoxdur. Əvvəla, cavabdeh təhvil faktını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. İkincisi, əksinə, DƏMX-nin xx.xx.2024-cü il tarixli məktubundan da görünür ki, İddiaçı müraciəti əsasında araşdırma aparılması üçün sənədlərin təqdim edilməsi məqsədilə həm Bakı şəhər üzrə Təhsil İdarəsinə, həm də İddiaçı müraciət ünvanlanmış, lakin onlar tərəfindən sənədlər təqdim olunmamışdır. Buna görə də DƏMX sistemdən müvafiq sənədləri özü əldə etmək məcburiyyətində qaldığını məktubla ifadə etmişdir. Digər fakt ondan ibarətdir ki, bir qayda olaraq, şikayətçi ona təqdim olunan sənədləri özü marağındadır ki, araşdırmaya təqdim etsin. Əgər bu sənədlər, xüsusilə də əmr onda olsa idi, təbii ki, araşdırma üçün təqdim edilərdi. Ən nəhayət, ümumən mübahisə predmeti olan xx.xx.2024-cü il tarixli əmr Məhkəməyə belə təqdim olunmamışdır. Qarşı tərəf xx.xx.2024-cü il tarixli əmrə dəyişiklik edildiyini bildirsə də, bu dəyişiklik barədə əmr “ortada yoxdur”. Həmçinin ƏM-in 83-cü maddəsi təkcə əmrin, (sərəncamın, qərarın) deyil, əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) də məcmu halda işçiyə verilməsini tələb edir. Belə ki, bunun məqsədi odur ki, işçi tam anlaya və aşkara çıxara bilsin ki, onun hüquqları pozulub, ya yox. Məhkəmə bu faktları da araşdırmamaqla məsələyə laqeyd və peşəkar xətalarla qiymət vermişdir. Bütün bunlar onu təsdiq edir ki, işəgötürən ƏM-in 83-cü maddəsi üzrə sənədlərin fiziki olaraq işçiyə təhvil verilməsini, sadəcə, təmin etməmişdir. Başqa sözlə, iddiaçı öz hüquqlarının pozulduğunu aşkar edə bilməzdi və avtomatik olaraq məhkəmənin gəldiyi nəticə və əsaslandırmalara zidd olaraq, iddia müddətinin axımı, ümumən heç başlamamışdır. Əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə) gün; Bu hal fiziki təqdim etməyə alternativ olaraq müəyyən olunmuşdur və elektron informasiya sistemində əmək müqaviləsinin ləğv edilməsinin alternativ mexanizmini müəyyən edir. Maddə tələb edir ki, müvafiq əmr işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə yüklənsin (tələb 1). Bundan başqa, ƏM-n 83-cü maddəsi üzrə elektron təqdim etmənin tam başa çatması üçün bu barədə işçinin elektron poçt və SMS vasitəsilə (yəni hər iki rabitə üsulu ilə) məlumatlandırılması (tələb 2) tələb olunur. İş materiallarında yalnız Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü tarixli bildiriş vardır. Bu bildiriş əmək müqaviləsinin xx.xx.2024-cü il tarixli əmrə əsasən ləğv edildiyini təsbit edir. Lakin məhkəmə bu məsələdə aşağıdakı 2 həlledici məsələni araşdırmamışdır: bildirişdə xx.xx.2024-cü il tarixli əmrə istinad olunur. Lakin cavabdeh bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə əmrə dəyişiklik edilmişdir. Bu vəziyyətdə məhkəmə aydınlaşdırmalı idi ki, xx.xx.2024-cü ildə edilmiş dəyişiklik işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə yüklənmişdir, ya yox. Başqa sözlə yuxarıda qeyd edilən tələb 1-ə əməl edilib-edilməməsi yoxlanılmamışdır. VƏ...ƏN ƏSAS MƏSƏLƏ xx.xx.2024-cü il tarixli əmrin və ya ona dəyişikliyin, yaxud varsa, xx.xx.2024-cü il tarixli yeni əmrin sistemdə yaradılan elektron kabinetə göndərilməsi barədə işçi elektron poçt və SMS vasitəsilə məlumatlandırılmışdırmı? Göründüyü kimi, bu məsələ də məhkəmə tərəfindən yoxlanılmamışdır. Bu suallara cavab tapmadan iddia müddətinin axımı barədə yekun qərar vermək, ən azından, çox kobud peşəkar səhv kimi qiymətləndirilməlidir. Əksinə bütün bunlar onu təsdiq edir ki, işəgötürən ƏM-in 296-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq əmri sistemə yükləməmiş və bu barədə işçini nəzərdə tutulan üsullarla məlumatlandırmamışdır. Başqa sözlə, iddiaçı öz hüquqlarının pozulduğunu aşkar edə bilməzdi və avtomatik olaraq iddia müddətinin axımı da başlamamışdır. Ümid edir ki, məhkəmənin bu boşluqlarda qərəzi olmamışdır. Bir sözlə, qeyd edilən iş üzrə iddia müddətinin ötməsi barədə ƏM-in 296-cı maddəsinin 3-cü hissəsi ilə müəyyən olunan “Hüququnun pozulmasının aşkar edildiyi gün” tələbləri üzrə Məhkəmə tərəfindən tövsif ya ümumən aparılmamış, ya da natamam və qeyri-düzgün aparılmışdır. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Bu zaman yuxarıda qeyd edildiyi kimi 2 fakt araşdırılmalıdır: pozuntunun mövcudluğu, pozuntunu şəxsin bildiyi və ya bilməli olması. Əvvəla “əmək müqaviləsinin ləğv edilməsi barədə əmr” və “hüququn pozulması faktı” ayrı-ayrı məhfumlardır. Bir çox hallarda 1-ci sadəcə sənəddir, 2-ci isə hadisədir. Ola bilər ki, müvafiq əmr hüququn pozulması faktı olsun, ola bilər ki, olmasın, yəni özlüyündə sənədin fiziki olması, pozuntunun olduğu demək deyil. Həmçinin müvafiq sənədin pozuntu təşkil edib-etməməsi ayrıca qiymətləndirmə tələb edir ki, bu da əmrin aid olduğu şəxsin ümumi savadı, təcrübəsi, hüquqi, xüsusilə də əmək qanunvericiliyi üzrə bilikləri və təcrübəsi və s. subyektiv məqmlarla bağlıdır. Pozuntu həmin sənəd təqdim olunduqdan sonra bir çox hallarda peşəkar kadr işçiləri, vəkillər və s. ekspertlər tərəfindən araşdırmadan sonra üzə çıxarılır. Bir qayda olaraq, işçilər bununla bağlı hüquqi məsləhət alırlar, özbaşına qərarlar vermirlər. İkincisi, iş materiallarında nə xx.xx.2024-cü il tarixli Əmr, nə də xx.xx.2024-cü il tarixli əmr vardır. Yəni müvafiq pozuntu olduğu iddia olunan əmr(lər) “ORTADA YOXDUR”. Lap fərz edilsə də ki, işçi əmək qanunvericiliyini mükəmməl bilir, bu halda da ortada bu sənədlər yoxdursa, işçi necə bilə bilər ki, onun hüququ və ya hansı hüququ, hansı dərəcədə pozulmuşdur. İş materiallarından da aydın olur ki, işçiyə bu sənədlər ya təqdim olunmamış, ya natamam təqdim olunmuş, elektron kabinetə yüklənmə baş verməmiş, işçi məlumatlandırılmamışdır. Yəni işçi bu vəziyyətdə onun hüququnun pozulduğunu bilə bilməzdi. İşin hallarından da göründüyü kimi, işçiyə əvvəla qeyri-rəsmi məlumat verilmişdir ki, onunla əmək müqaviləsinin müddəti pensiya yaşına çatdığından uzadılmayacaq. İşçi də bu səbəbdən müqaviləyə xitam verilməzdən əvvəl və sonra ümumilikdə 2 dəfə Bakı Şəhəri Üzrə Təhsil İdarəsinə müracət edib xahiş etmək istəyirdi ki, onunla bağlı əmək müqaviləsi uzadılsın. Yəni işçi tələb yox, ona görə xahiş edirdi ki, burada onun mənafeləri zərər görsə də, onun hər hansı hüquqlarının pozulmasından söhbət getmir və qarşı tərəfin onun müqaviləsini uzatmaması onun diskresion imtiyazını təşkil edir. Həmçinin uzun illər məktəbdə məsul vəzifə tutmuş, habelə hazırda da seçki məntəqəsinin sədri vəzifəsini daşıyan şəxsin birbaşa məhkəməyə müraciət etməsi düzgün ola bilməzdi. Bu deyiləni həm də o təsdiq edir ki, DƏMX-ə işçi tərəfindən edilən bütün müraciətlərdə (xx.xx.2024, xx.xx.2025 və xx.xx.2024-cü il tarixli müracətlər əlavə olunur) əsas qoyulmuş sual “Pensiyanın yenidən hesablanması” olmuşdur. İddiaçı yalnız DƏMXnin xx.xx.2024-cü il tarixli məktubunu aldıqdan sonra aşkara çıxarmışdır ki, onun bağlı çıxarılmış qərar qanunsuzdur və onun hüquqları pozulmuşdur və mövcud qanunvericiliyə uyğun olaraq, mediasiya və məhkəmə işlərinə start vermişdir. Bu işdə iddiaçı öz vəzifə təcrübəsindən irəli gələn məqamları ilkin olarq uzun illərdi işlədiyi təşkilata 2 dəfə xahiş etmişdir ki, imkan varsa onu işdə saxlasınlar, müsbət cavab almadığından daha sonraəli hər şeydən üzülərək müvafiq qaydada DƏMX-ə müraciət etmişdir ki, heç olmasa təyin olunmuş pensiyanın yenidən hesablanması hesabına itirdiyi aylıq qazancını qismən də olsa bərpa edə bilsin. DƏMX burada qanun pozuntusunun olduğunu bildirdikdən sonra iddiaçı müvafiq prosedurlara başlamışdır. Yəni iddiaçı iddia müddətinin məqsədləri çərçivəsində addımlar atmış və tez bir zamanda hüquqi prosedurlara start vermişdir. Onu da əlavə edək ki, işçinin hüquq münasibətinin zəif tərəfi olduğu nəzərə alınaraq, ƏM, üzrlü səbəblərdən ötürülmüş iddia müddətinin bərpasını məhkəmənin üzərinə vəzifə kimi qoymuşdur. Fərz edilsə ki (hərçənd ki, ötürülməyib), iddia müddəti ötürülüb belə olan halda məhkəmə araşdırmalı idi ki, prosessual iddia müddətinin bərpası üçün üzrlü səbəb var, ya yoxdur. Hakim bu vəzifəni də yerinə yetirə bilməmişdir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı yalnız DƏMX-nin xx.xx.2024-cü il tarixli məktubunu aldıqdan sonra aşkara çıxarmışdır ki, onunla bağlı çıxarılmış qərar qanunsuzdur. Yəni bu məktub ona daxil olanadək, iddiaçı onunla bağlı hüququnun pozulduğunu bilə bilməzdi və nəticə etibarilə bu müvafiq iddianın heç bir hüquqi perspektivi yox idi. Həmçinin ona ləğv ilə bağlı olan məlumatlar da təqdim olunmamışdır. Nəticədə bütün bunlar onun iradəsindən asılı olmayan səbəblərdən iddianın hüquqların pozulub-pozulmaması və iddianın hüquqi cəhətdən əsaslı olu-olmaması baxımından sualları açıq qoymuşdur. Yeyd işin hallarından da açıq-aydın görünür ki, məhkəmə nə ƏM-in 296-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq, nə də MM-in 377.1-ci maddəsinə əsasən iddia müddətinin keçdiyini əsaslandıra bilmışdır. Həmçinin iddia müddəti institutunun təməl prinsipləri və ƏM-in 296-cı maddəsinin 6-cı hissəsinin tələblərinin işin hallarına tətbiqində səhvlərə yol vermişdir. Məhkəmə iddia müddətinin ötməsi üzərində mövqeyini bərkidərək, iddianı və vurulmuş zərəri mahiyyəti üzrə araşdırmadan kənarda saxlamışdır. İşin halları, xüsusilə də DƏMX-in məktubunda açıq-aydın qeyd edilir ki, cavabdeh işçini qanunsuz işdən çıxarmışdır. Habelə işin hallarından da bəllidir ki, işçi işdən çıxarılarkən o məntəqə seçki komissiyasında məsul vəzifə icra etmişdir. Buna baxmayaraq, məhkəmə əmək münasibətlərinin zəif tərəfi olan işçini (özü də o işçini ki, hansı ki, dövlətin tapşırığını icra etmək üçün təhkim olunmuşdur) müdafiə etmək əvəzinə, hüquq pozuntusu törətmiş şəxsi müxtəlif yollarla qorumağa cəhd etmişdir. Bu isə ədalət mühakiməsi və Azərbaycanın sosial rifah dövləti və sosial ədalət prinsiplərinə zidd olmaqla yanaşı, hüquq pozuntularını törədənləri daha üstün vəziyyətə gətirir və bununla da pozuntuların sayının artmasına rəvac verir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Əmək Müfəttişliyinə hüquqlarının pozulması ilə bağlı müraciət etməmişdir, o, pensiya işi ilə bağlı müraciət etmişdir. Ondan öncə Təhsil İdarəsinə 2 dəfə müracət etmişdir. Bu müraciətin mövzusu odur ki, əmək müqaviləsi uzadılsın. Bu şəxs hal-hazırda da Məntəqə Seçki Komissiyasının sədridir və problemsiz 40 il vəzifəsində çalışmışdır, mükafatları, təltifləri də vardır. Lakin onun vəzifəsi uzadılmamışdır. Şəxs pensiyasının yenidən hesablanması üçün müvafiq quruma müraciət etmişdir. Müraciətin məqsədi pensiyanın yenidən təyinatı olaraq qeyd edilmişdir. 23 dekabrda bu şəxsə məlumat veriblər ki, “səni işdən qanunsuz çıxarmışlar”. Məktubun özündə də qeyd edilmişdir ki, sənədləri Təhsil İdarədən istəmişlər, lakin təqdim edilməmişdir. İddiaçını vəzifədən düzgün qaydada çıxarmamışlar. İnsan öz hüquqlarının pozulduğunu bildiyi və bilməli olduğu andan məhkəməyə müraciət edə bilər. O da 23 dekabrda bu barədə məlumat almışdır. Bu vaxta qədər iddiaçının xəbəri olmamışdır. Önəmli fakt bundan ibarətdir ki, bu iddiaçı öz hüquqlarının pozulduğunu həmin tarixdə öyrənmişdir. Hər kəs bilir ki, 65 yaşına çatdıqda avtomatik əmək münasibətlərinə xitam verilir. İddiaçı dövlət orqanlarına müraciət etmiş, lakin müddət uzadılmamışdır. O da Əmək Müfəttişliyinə müraciət etmiş və müəyyən olunmuşdur ki, pozuntu vardır. Məhkəmə bu faktların heç birini araşdırmamışdır. Məhkəmə sadəcə əmrin çıxarılma tarixini əsas götürmüş və hesab etmişdir ki, 1 aydan sonra müddət ötmüşdür. Əmək Müfəttişliyinin müəyyən etdiyi haldan başqa iş məhkəmədə olan vaxt məlum olmuşdir ki, iddiaçı seçkidə olan vaxt işdən çıxarılmışdır. Bu da ciddi pozuntudur. Müddət 23 noyabrdan hesablanmalı idi.
18. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, iddiaçı öz iddiasında yazır ki, 3 sentyabr 2024-cü ilə qədər işləmişdir. Bu doğrudur. Qeyd edir ki, 2023-cü ilin may ayında 65 yaşı tamam olmuş və onunla bağlanan müqavilə 1 il müddətinə uzadılmışdır. Əslində iddiaçının 65 yaşı 2024-cü ildə tamam olmuş və iddiaçı ilə bağlanan əmək müqaviləsi 1 illik deyil, tədris ilinin sonuna kimi, 1 ilədək müqavilə uzadılmışdır. Tədris ilinin sonunda iddiaçı məzuniyyətə çıxır. 56 günlük standart məzuniyyətləri vardır. İddiaçı məzuniyyətə çıxır, seçkilərə məktəb özü göndərir. Bunlardan sonradan məlumatıarı olur. Bununla bağlı məlumatı əldə edən kimi qanuni şəkildə öz əmrlərinə düzəliş edilir. İddiaçının bütün haqqhesabları ödənilir. Qarşı tərəf qeyd edir ki, iddiaçıya işdən azad edilməsi məlum olmamışdır. Bu absurddur. ƏMAS-da iddiaçıya bildiriş göndərilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iddiaçıya hüquqlarının pozulmasının nə zaman ona məlum olması ilə bağlı sual verən zaman iddiaçı bildirmişdir ki, işdən çıxan kimi Mediasiyaya müraciət etmişdir. İddiaçı fevral ayında məhkəməyə müraciət etmişdir.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
23. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin
24. 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
25. 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
26. 47-ci maddəsinin “d” bəndinə əsasən işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu halda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.
27. 68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri əmək müqaviləsinin müddətinin qurtarmasıdır.
28. 69-cu maddəsinin 3-cü bəndinə əsasən şçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
29. 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
30. 83-ci maddəsinin 1-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
31. 296.1-ci maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
32. 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
33. 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
34. 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
35. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001ci il tarixli Qərarına görə, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinin tələbinə görə, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması yalnız kollektiv müqavilələrdə nəzərdə tutulmalı və bu orqan müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılmalıdır. Fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr mübahisələrin həllində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar.
“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun
37. 21.5-ci maddəsinə əsasən mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.
38. 21.6-cı maddəsinə əsasən tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.
39. 21.7-ci maddəsinə əsasən bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə mediasiya prosesinə bu Qanunun 32.1.4-cü maddəsinə əsasən, həmin təklif 10 gün ərzində hər hansı formada rədd edildikdə isə mediasiya prosesinə bu Qanunun 32.1.3-cü maddəsinə əsasən avtomatik xitam verilir.
40. 21.8-ci maddəsinə əsasən tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda və bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif rədd edildikdə, təklifi göndərən tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir. Həmin mediatorun (mediasiya təşkilatının) bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən mediasiya sessiyası barədə bildirişi tərəflərə təqdim etməsindən sonra tərəflər və ya onlardan biri mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, yaxud “mediasiya prosesinin tətbiqi barədə müqavilə”ni imzalamağa razı olmadıqda, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin ikinci cümləsində qeyd edilən bildiriş tərəflərə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.
41. 24.7-ci maddəsinə əsasən bu Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər. Mediasiya prosesinin keçirilməsinin konkret müddəti ümumi müddət nəzərə alınmaqla “mediasiya prosesinin tətbiqi barədə müqavilə” ilə müəyyən olunur.
42. 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir.
43. 32.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir.
44. 35-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
45. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə).
46. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).
47. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. İş materiallarından müəyyən edilir ki, iddiaçı xx.xx.2001-ci il tarixindən 52 nömrəli tam orta ümumitəhsil məktəbində direktor müavini vəzifədə işləmişdir. Tərəflər arasında bağlanmış bu əmək müqaviləsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 3-29-59/3-1-1285K/2024 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Həmin müddətdə iddiaçı Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar məntəqə seçki komissiyasının tərkibinə cəlb edildiyindən, daha sonra xx.xx.2024-cü il tarixli 3-29-59/3-1-1285K/2024 nömrəli əmrə dəyişiklik edilərək, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilməsi əmr edilmişdir. Tərəflər arasında yaranmış əmək mübahisəsi ilə əlaqədar xx.xx.2025-ci il tarixdə Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmişdir.
50. Məhkəmə kollegiyası cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini və əmək qanunvericiliyinin bu sahəni tənzimləyən müddəalarını nəzərə alaraq ilk öncə qeyd etməyi zəruri ki, sözügedən kateqoriyadan olan iddia tələblərinə ilk növbədə iddia müddətinin tətbiq edilməli olub-olmaması aspektindən qiymət verilməli, müddətin üzrsüz səbəblərdən ötürülməsi halı müəyyən edildiyi təqdirdə, mübahisə tərəfinin tətbiq edilməsi barədə verdiyi ərizəyə əsasən iddia müddətinin keçməsi səbəbilə iddianın rədd edilməsi barədə qənaətə gəlinməlidir.
51. Bu səbəbdən məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, hazırki iddia məhz iddiaçının məhkəməyə müraciət edərkən əmək mübahisələri üzrə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürməsi əsası ilə rədd edilməlidir.
52. Belə ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir.
53. İddia müddətinin tətbiqi məhkəmə müdafiəsi hüququnun qanuni formada məhdudlaşdırılmasına, yəni hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəblərdən biridir. Belə ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.
54. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixində xitam verilmiş, xx.xx.2024-cü il tarixində də həmin əmrə müvafiq dəyişikliklər edilmişdir. İddiaçıya son haqq-hesab ödənilmiş, əmək kitabçası təqdim edilmişdir. İddiaçı əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə xx.xx.2024-cü il tarixində müraciət etmişdir.
55. Beləliklə iş üzrə araşdırılmış hallardan müəyyən edildiyi kimi hazırki mübahisə üzrə iddia müddətinin axımı xx.xx.2024-cü il tarixindən başlanmışdır. İddiaçı hüquqlarının pozulduğunu bildiyi bu tarixdən 1 aydan artıq müddət keçdikdən sonra xx.xx.2024-cü il tarixində mediasiya prosesinin tətbiqi barədə təklifini digər tərəfə ünvanlamışdır. Göndərilmiş təklifə cavab verilmədiyi üçün iddiaçı xx.xx.2025-ci il tarixində mediasiya təşkilatına müraciət etmiş, mediasiya sessiyasının keçirilməsi mümkün olmadığından təşkilat tərəfindən müvafiq məzmunlu arayış xx.xx.2025-ci il tarixində tərtib edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir.
56. Məhkəmə kollegiyası nəzərə alır ki, iddia müddətinin bitməsi, özlüyündə iddianın rədd olunması üçün kifayət deyildir. Çünki qanunvericilik iddia müddəti və bu müddətinin buraxılmasının hüquqi nəticələri ilə yanaşı, buraxılmış iddia müddətinin bərpa olunması qaydasını da müəyyən etmişdir. Əmək Məcəlləsinin 269-cu maddəsinin 6-cı hissəsinə görə bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
57. Baxılan işdə iddiaçı, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində qeyd olunanlara istinad etməklə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibət bildirərək, iddia müddətinin üzrlü səbəblərdən ötürülməsini əsaslandırmaq üçün dəlillər gətirmiş, iddia müddətinin üzrlü səbələrdən ötürülməsindən dolayı cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinin təmin olunmamasını xahiş etmişdir.
58. Beləliklə də iddiaçının istinad etdiyi dəlillərə əsasən iddia müddətinin axımının başlandığı gündən mediasiya təşkilatına və məhkəməyə müraciət etdiyi tarixədək olan dövrdə, mövcudluğu onun iradəsindən asılı olmayan, onun dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan maneələrin olub-olmaması araşdırlmalı, iddiaçının bununla bağlı dəlillərinə qiymət verilməlidir.
59. Belə ki, iddiaçı, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə apellyasiya şikayətində münasibət bildirərək, hazırkı iddianın predmetini təşkil edən müvafiq əmrlərin (əmək müqaviləsinə xitam verilməsi haqqında əmrlərin) ona təqdim edilmədiyinə, bu faktın cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli müraciət ilə təsdiq edildiyinə, əmək qanunvericiliyi sahəsində bilik və təcrübəsinin olmadığına, DƏMX-yə müraciətinin ona təyin olunmuş pensiyanın yenidən hesablanması ilə əlaqədar olduğuna, həmin qurumun xx.xx.2024-cü il tarixli məktubunu aldıqdan sonra barəsində çıxarılmış əmrlərin qanunsuz olduğunu bildiyinə istinad etmişdir.
60. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə görə iddia müddətinin axımının başlanğıcı işçinin hüququnun pozulmasının aşkar edildiyi gündən başlanır. Həmin normada eyni zamanda “hüququnun pozulmasının aşkar edildiyi gün”ün anlayışı müəyyən edilmişdir. Qeyd olunan normanın məzmunundan görünür ki, “hüququnun pozulmasının aşkar edildiyi gün” dedikdə: 1. işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi; 2. əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə); 3. əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün - hüququnun pozulmasının aşkar edildiyi gün sayılır.
61. İş materiallarından da iddiaçının hüquqlarının pozulduğundan məlumatlı olduğu müəyyən edilir. Onun xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə müraciəti də məhz əmək hüquqlarının pozulması ilə əlaqədar olmuşdur.
62. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının çıxarıldığı tarix iddiaçının hüquqlarının pozulmasının aşkar edildiyi gün olaraq nəzərə alındığı halda belə onun məhkəməyə müraciət edərkən əmək mübahisələri üzrə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürdüyü qənaətinə gəlinəcəkdir (xx.xx.2024-xx.xx.2024=51 gün; xx.xx.2025-xx.xx.2025=18 gün).
63. İddiaçı qanunvericiliklə ona verilmiş hüquqlardan sərbəst şəkildə istifadə etmək imkanına malik olmuşdur. İstinad etdiyi hallar isə, iddia müddətinin axımının başlandığı gündən mediasiya təşkilatına müraciət etdiyi tarixədək olan dövrdə iradəsindən asılı olmayan, onun dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan hal olaraq qiymətləndirilə bilməz. Onun hüquqi məlumatsızlığı (savadsızlığı) da buraxılmış müddətin bərpası üçün əsas deyildir.
64. Belə olan halda məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası məhkəmənin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Ona görə də apelyasiya şikayətində qeyd edilən formal etirazlar, eləcə də işin faktiki halları ilə bağlı dəlillər həmin qətnamənin dəyişdirilməsi və ləğv edilməsi üçün əsas ola bilməz.
65. Belə ki, iddiaçı məhkəməyə müraciət edərkən əmək mübahisələri üzrə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Hazırki iddianı məhz iddiaçının məhkəməyə müraciət edərkən əmək mübahisələri üzrə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürməsi əsası ilə rədd etmiş məhkəmə də haqlı olmuşdur.
66. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
67. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2065/2025 saylı, 16 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev