Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3947/2024 25.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın xx.xx.2020-ci il tarixli 2(105)-2826/2020 saylı qətnaməsi ilə qət edilmiş alimentin artırılması və xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 235 manat olmaqla 470 manat sabit pul məbləğində alimentin tutulması və 50 mediasiya xərcinin ondan alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə xx.xx.2010-cu ildə nikaha daxil olmaqla ailə qurmuş və onların nikahda olduqları vaxt xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X8 adında 2 azyaşlı övladları anadan olmuşlar. İddiaçı ilə cavabdeh arasındakı nikah pozulmuş, Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın xx.xx.2020ci il tarixli 2(105)-2826/2020 saylı qətnaməsi ilə Sumqayıt Şəhər məhkəməsinin 2(060)- 4284/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmiş və hər ay hər uşağa 125 manat olmaqla 2 uşağa görə 250 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qətnamədən sonra Respublika üzrə 1 uşağın saxlanılması minimumunda artımlar olmuş, məhkəmə qətnaməsi ilə qət edilmiş aliment uşaqların maddi tələbatlarını qətiyyən ödəmir, iddiaçı uşaqların maddi təminatında əziyyət çəkir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, alimentin məbləği hər uşaq üçün heç olmasa 150-170 manat aralığında təyin edilməsini xahiş edir ki o, uşaqlarına baxa bilsin. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, anasının xəstə olduğunu qeyd etmiş, tələbin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2020-ci il tarixli, 2(105)- 2826/2020 saylı qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4284/2020 saylı, 25 avqust 2020-ci il tarixli qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilmiş, xx.xx.2011-ci il təvəllüdlü Zəhra və xx.xx.2014-cü il təvəllüdlü Nəzrin adlı uşaqların saxlanılmaları üçün Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa 125 manat olmaqla, cəmi 250 manat sabit məbləğdə aliment X2 xeyrinə tutulması qət edilmişdir. MŞS/MT030/2024-00794 saylı, xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, hər iki tərəf ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin prosesin davam etdirilməsi barədə razılığa gəlməmişlər. İlkin medisiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat mediasiyaya dair xərci İddiaçı ödəmişdir. AZ-İ №451826 nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X5 arasında nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. "xxxx" ASC-nin Xidmətlər Şöbəsinin A-24/023 saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh aylıq vəzifə maaşı 505 manatdır. Həmin maaşın 250 manatı hər ay aliment borcu kimi X4 xeyrinə tutulur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı Cavabdeh ilə xx.xx.2010-cu ildə nikaha daxil olmaqla ailə qurmuş və onların nikahda olduqları vaxt xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X8 adında övladları anadan olmuşlar. İddiaçı ilə cavabdeh arasındakı nikah Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4284/2020 saylı, 25 avqust 2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2020-ci il tarixli, 2(105)-2826/2020 saylı qətnaməsindən göründüyü kimi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4284/2020 saylı, 25 avqust 2020-ci il tarixli qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilmiş, xx.xx.2011-ci il təvəllüdlü Zəhra və xx.xx.2014-cü il təvəllüdlü Nəzrin adlı uşaqların saxlanılmaları üçün Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa 125 manat olmaqla, cəmi 250 manat sabit məbləğdə aliment X2 xeyrinə tutulması qət edilmişdir. İddiaçı uşaqlarının böyüdükcə artmaqda olan tələbatlarını qarşılamaqda çətinlik çəkir. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət edir. İddiaçı iddia tələbini müdafiə edir, həmçinin alimentin cavabdehin əmək haqqına mütənasib tutulması üçün 150-170 manat aralığında alimentin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2020-ci il tarixli, 2(105)-2826/2020 saylı qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün kifayət etmir. Belə ki, onların böyüməsi ilə əlaqədar maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladlarının saxlanılmasında maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, həmçinin onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2020-ci il tarixli, 2(105)-2826/2020 saylı qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməli, xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 170 manat olmaqla, ümumilikdə hər ay üçün cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddianın mediasiyaya dair xərcin əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2020-ci il tarixli, 2(105)- 2826/2020 saylı qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 170 manat olmaqla, ümumilikdə hər ay üçün cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq X3 verilsin. Ödənilmiş mediasiya xərcinin əvəzi 50 manat Cavabdeh alınaraq iddiaçı X3 verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-3947/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3947/2024
25.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver