Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3963/2023 12.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məhkəmə iclasının katibi Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5 və İddiaçı6, Cavabdeh "xxxx" MTK-nin vəkili Vəkil, cavabdeh "xxxx" MTK-nümayəndəsi Nümayəndə1 və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər "xxxx" MTK və "xxxx" MMC-yə qarşı «xüsusi mülkiyyətçilərin ümumi istifadə sahələrinə qoyulan maneələrin aradan qaldırılması və sair» tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər "xxxx" MTK və "xxxx" MMC-yə qarşı «xüsusi mülkiyyətçilərin ümumi istifadə sahələrinə qoyulan maneələrin aradan qaldırılması və sair» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının ümumi istifadə sahələrinə qoyulmuş manelərin – binanın girişinin, liftdən istifadənin, təxliyə çıxışlarının bloklanmasının aradan qaldırılması, məhkəməyə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq onlara ödənilməsi, cavabdehlər tərəfindən irəli sürülmüş, ödənmədiyi təqdirdə cəzalandırıcı mexanizmlərlə möhkəmləndirilmiş özbaşına hərəkətlərin, o cümlədən “kommunal xidmət haqqı” adı altında əsassız ödənişlərin tələb edilməsinin qanunsuz hesab edilməsi, “Əsas insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1-ci maddəsinin (insan hüquq və azadlıqlarına hörmət olunması), 2-ci maddəsinin (yaşamaq hüququ), 8-ci maddəsinin (şəxsi və ailə həyat hüququnun), 10-cu maddəsinin (informasiya əldə etmək azadlığınını), 14-cü maddəsinin (ayrı-seçkiliyə məruz qalmamaq hüququnun) 1 saylı protokolun 1-ci maddəsi ilə birlikdə, 1 saylı protokolunun 1ci maddəsinin (mülkiyət hüququnun), 4 saylı protokolunun 2-ci maddəsinin (sərbəst hərəkət hüququ) pozuntusunun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 iddia ərizəsini onunla əsaslandırmışdırlar ki, Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, 5-ci mikrorayon ərazisində sabiq "xxxx" MTK tərəfindən on il əvvəl inşa edilmiş (1 qeyriyaşayış və 9 yaşayış, hər mərtəbədə 5 mənzil olmaqla 10 mərtəbəli, ümumi 6 blok və 3 korpuslu, 59A, 57B, 55A nömrəli çoxmənzilli yaşayış binalarının sakinləri olaraq (payçı/mülkiyyətçi) onların sivil hüquqları (yaşamaq,sağlamlıq, mülkiyyət, mənzil, ailə və s) ciddi şəkildə pozularaq əsas hüquq və azadlıqları kobudcasına tapdanmaqdadır. Bina sakinləri olaraq dəfələrlə etdikləri etirazlara və aidiyyəti orqanlar tərəfindən verilən inzibati xəta haqqında protokollara baxmayaraq, binaların mülki təhlükəsizliyi hələ də böhran vəziyyətindədir. MTK müdriyyəti prezidentin müvafiq fərman və sərəncamlarına, eləcə də ölkə qanunlarına məhəl qoymadan saxta əməllərini gizlətməklə himayəsindəki "xxxx" MMC və "xxxx" MMC firmaları vasitəsilə onları qanunsuz şəkildə istismar etmək üçün müqavilə şərtlərini pozub xüsusi mülkiyyətçi kimi onların ümumi istifadə sahələrini məhdudlaşdırmışdır. Binalardakı kommunal xidmətlərdən istifadəyə görə istismar aidiyyatı üzrə dövlət idarələrinə təhvil verilsə də Mülki Məcəllə və Mənzil Məcəlləsi ilə əsla uzlaşmayan ciddi çatışmazlıqlar bugünədək aradan qaldırılmamışdır. Belə ki, layihədən kənara çıxma hallarının mövcudluğu, təxliyyə çıxışlarının bağlanması, MTK ləğvinin qanuni qaydada həyata keçirilməməsi, bina idarəçiliyinin mülkiyyətçilərin ixtiyarına təhvil verilməməsi, Mənzil mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMC) yaradılmasının süni yollarla əngəllənməsi, payçılaraq olaraq onlara şəffaf hesabatın bildirilməməsi, mənzillərin özəlləşdirilməsi üçün zəruri sənədlərin pulla verilməsi, sayğaclara görə əlavə ödəniş tələb edilməsi, mənzillərin faktiki ölçüsünün sənəddəki ölçüdən az olması, saxta yollarla “kommunal xidmət haqqı” adıyla onlardan müqaviləsiz pul yığılması, qadağan sahələrdə kameralar qoyularaq şəxsi həyata müdaxilə edilməsi, onların razılığı olmadan son illərdə domofon və lift kartlarının pulla quraşdırılması və lift istifadəsinin hədə-qorxu predmetinə çevrilməsi, ailə üzvlərinin və digər təəsübkeş sakinlərin lift jetonlarının bloklanması və təhdidlə şərlənərək dözümsüzlük şəraiti ucbatından köçməyə vadar edilməsi, MTK, lift və domofon idarələrinin nöqsanlara göz yumaraq fərdi biznes maraqlarına görə məsuliyyətdən qaçması və s. kimi qanuna uyğun olmayan hərəkətlər indiyədək sakinlərin canını boğazına yığaraq hətta sağalmaz xəstəlik və ölüm həddinə də çatdırmışdır. Onlar sakinlər olaraq min bir əziyyətlə xərc çəkib aldıqları mənzillərə aid “çoxmənzilli yaşayış binasının tikintisi haqqında” fərdi müqavilə şərtlərini bir payçı kimi layiqincə yerinə yetirmişlər. İnşaat şərtlərinə görə, özəl rezidentlərdən fərqli olaraq tamamilə payçıların sərmayəsi ilə ərsəyə gəlmiş sözügedən yeni çoxmənzilli yaşayış binalarının müvəqqəti idarəçiliyi ilə əlaqədar ötən dövr ərzində keçirilmiş hər hansı bir tədbirdə iştirakları təmin edilməmişdir. Əmlaka dair sərəncam hüquqlarının MTK tərəfindən hansısa yoldan keçən şəxslərə təhvil-təslim olunması ilə bağlı lazımi sənədləşmələrin sübutu kimi ümumi yığıncağın idarə heyyətinin fəaliyyəti üzrə bütün zəruri təsdiqedici sənədlərin tələbi barədə sorğuları da cavabsız qalmışdır. Çünki cavabdeh "xxxx" MTK rəhbərliyi nəinki mənzil satış reklamındakı təkliflərini, eynilə müqavilə öhdəliklərini də bu gün icra etməkdən boyun qaçırır. Bu azmış kimi, yaşadıqları binada vətəndaşlara qarşı illərdir özbaşına hərəkətlər sərgiləyən cavabdeh "xxxx" MTK rəhbərliyi binaları payçılara təhvil verməməkdən ötrü müxtəlif firmalar vasitəsilə formal kombinasiyalarda dələduzluğunu davam etdirir. Belə ki, binaların idarəçiliyi qanunsuz olaraq tanımadıqları Nümayəndə2 adlı şəxsə aid olan "xxxx" MMC firmasına verilmişdir. Cavabdeh "xxxx" MTK-nın direktoru Nümayəndə1 özünün "xxxx" MMC firması vasitəsilə əvvəlki törətdiyi inzibati saxtakarlıqlara görə məsuliyətdən qaçmağa cəhd etmişdir. Nəticədə qanunla tikilib istifadəyə veriləndən bir neçə ay sonra sakinlərə təhvil verilməli olan bina idarəçiliyi növbəti dəfə də Prezidentin fərmanına məhəl qoyulmayaraq sakinlərin iştirakı olmadan dəyişdirilmişdir. Cavabdeh "xxxx" MMC firması inzibati xətalarına hələ də davam edir. Hətta barəsində xüsusi ittiham qaydasında şikayət verdikləri C.Aygün özünü əsassız şəkildə “komedant” elan edərək zəhmətsiz qazanc əldə edib qanunsuz varlanmaq üçün pul tələb etməkdə onları davamlı olaraq şərləyir. Aidiyyatı dövlət orqanlarının istismarına verilmiş binalarında təəssüf ki, vəzifədən sui-istifadə etməklə dövlət səlahiyyətlərinin mənimsənilməsi halı da mövcuddur. Dövlət kommunal xidmətlərindən istifadəyə görə heç bir borcları olmadıqları halda guya hansısa “xidmət haqqı yığımları” üzrə borc olması iddiasıyla ümumi istifadə sahələri məhdudlaşdırılmış və sərbəst hərəkət təminatları ciddi şəkildə pozulmuş, üstəlik, köməkçi sahələri əllərindən alınmış, lifləri bloklanmış, yanğın təxliyə çıxışları bağlanmışdır. Bu qanunsuzluqların aradan qaldırılmasını tələb etdikdə isə özünü “komedant” adlandıran Nümayəndə2 tərəfindən yalan, şər, böhtan, təhdid, təhqirə məruz qalmışlar. İnsanlıqdan uzaq zorakı səhnələrlə davamlı təkrarlanan insidentlərə görə ayrıca olaraq həmin şəxsə qarşı xüsusi ittiham qaydasında iş də aparılır. Davam edən ictimai əxlaqsızlıq və dərəbəliyə etiraz etmiş digər narazı qonşular bütün yaşananlara şahiddirlər. Zərərçəkmiş olaraq onlarda başqa sübutlar da vardır. Bina sakinləri olaraq onları həyət təmizliyinə məcbur edən “komedant” Nümayəndə2 verdiyi cəsarətlə digər bina sakinlərini də öz əməlinə alət etməklə nömrələrini bir ay boyunca ictimaiyyətin nəzərinə təqdim olunmuş “elan yazısı” ilə özlərinin təmir etdirdikləri blok divarına asmaqla onları xuliqanlıqda şərləyərək şərəf və ləyaqətləri təhqir edilmişdir. Sonuncu dəfə 29 mart 2023-cü il tarixində 3-cü Polis Bölməsində haqqında ərizə və izahatlar verdikdən sonra polis bölmə rəisinin qəbuluna çağırılaraq guya “kommunal yığım” məqsədilə elan yazısını yapışdırdığını Nümayəndə2 ciddi tənbeh olunmuşdur. Halbuki Nümayəndə2 özünün bu cür davamlı hərəkətləri ilə onları qonuşların yanında alçaltmaq, insanların gözündən salmaq niyyəti güdmüşdür. Öz məqsədinə nail olmaqdan ötrü isə kütləvi qaydada onların şərəf və ləyaqətlərini təhqir etmək üçün onlara böhtan atmışdır. Qeyd olunan məqdamlar da təqdim olunan sübutlarda öz təsdiqini tapmışdır. Hesab edirlər ki, ədalətli məhkəmə araşdırması nəticəsində onları təhqir edən, şiddət göstərən, yalan yayan, böhtan atan biri cəzasız qalmayacaq və şərlədiyi sakinlərdən üzr istəyərək qanunla müəyyən olunmuş ən sərt qaydada cinayət məsuliyyətinə cəlb olunacaqdır. Bundan başqa qeyd edirlər ki, Nümayəndə2 barəsində inzibati xəta haqqında iş üzrə keçirilən 31 mart 2023-cü il tarixli məhkəmə iclasında sahə müvəkkili, polis kapitanı Rüstəm Fərəcov tərəfindən zərərçəkmişlər olaraq sakinlərin yerinə imza atılaraq saxta protokol tərtib edilmişdir. İzahatları protokolda göstərilməmişdir. Bu barədə müvafiq sorğular vermişlər. Sözügedən məhkəmə iclasında qəbul olunan müvafiq qərardadda da törətdiyi böhtan əməlini etiraf etmiş Nümayəndə2 aid bildikləri qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən: İddiaçı6 izahat verərək göstərdi ki, cavabdeh "xxxx" MTK öz öhdəliklərini vaxtında yerinə yetirməmiş və aldıqlarını vaxtında təhvil verməmişdir. Onların yolları bağlıdır. Aldıqları sorğuları, protokollaşdırmış və aktlaşdırmış, məhkəməyə təqdim etmişlər. Qanunverciliyə əsasən göstərilir ki, bağlana bilməz. Payçıdır, lakin heç bir yığıncaqda iştirak etməmişdir. Qarşı tərəfə sənədini təqdim edir və ondan soruşur ki, kimsən? Lakin cavab ala bilmir. Dəfələrlə sorğu vermiş, lakin cavab ala bilməmişdir. Deyirlər ki, “əcəb edirəm, təhvil vermirəm”. İqtisadiyyat Nazirliyindən cavab verilmişdir ki, orada idarəçilik birmənalı olaraq payçıların üzərindədir. Bu ümumi, könüllü və qarşılıqlı olur. Cəmiyyətin qurulmağı ilə bağlı Dövlət İdarələrinə yalan məlumat vermişlər. Payçılar özləri müəyyənləşdirməli idilər. Lakin bir gecə də hadisə baş vermişdir. Onun heç yerdə imzası yoxdur. Digər bina sakinlərinin də xəbərləri yoxdur. Təxliyyə çıxışları nəzərdə tutulmuşdur. Binada yanğın baş vermişdir. Qarşı tərəf isə qapıları, lifti bağlayır və maneə yaradırlar. Heç bir müqavilə öhdəliyi olmadan, heç bir şərt və xəbər olmadan onlardan pul yığılır. O müqavilə əsasında öhdəliyi ödəməlidir. Cavabdehin hüququ yoxdur ki, ondan hansısa miqdarda pul tələb edilsin. Qanun əsasında müqavilə bağlanılsın və ödənişləri də alınsın. Qarşı tərəfin aldığı rəylər tikinti ilə bağlı rəylərdir. Onlar istifadə və yaxud istehlak üçün alınan rəylər deyildir. Təhlükəsizlik normativləri ilə bağlı 4 protokol tərtib olunmuşdur. Ən üst mərtəbə yaşayan sakinlərə açar verilməlidir ki, problem olduqda oraya çıxıla bilsin. İddiaçı1 izahat verərək göstərdi ki, o mənzilə köçdükdə işıq, qaz və su üçün müqavilə bağlamışlar. Domofon şirkəti ilə də müqavilə bağlamışdır. Onların qapısında hər dəfə bir şəxs gəlmişdir. Gələn insan ilk öncə özünü təqdim etməlidir. Şəxs gəlib, özünü təqdim etmədən, gecə saat 9-da ondan pul tələb edir. O isə demişdir ki, iş saatı 6-ya qədərdir. Hansı ixtiyarla saat 9-da ondan pul tələb edirlər? Tahir müəllim imtina edəndən ödənişləri dayandırmışdır. Ona qədər bütün ödənişləri etmişdir. Hətta evi 73 kvadrat metr olmağına baxmayaraq ondan 80 kvadrat metrə görə ödənişlər alınmışdır. Çeklər də əlindədir. Əgər ondan pul qanunla tələb olunsa, tələb olunan məbləği ödəməsə qanunla onu cəzalandırsınlar. İddiaçı5 izahat verərək göstərdi ki, həmin ünvanda valideynləri və özü yaşamışdır. Evi o almışdır. Lifti bağlayırlar. 80 yaşında kişi piyada yuxarı qalxır. İcra məmurunun yanında dəfələrlə demişdir ki, bu müvəqqətidir. Ayın 12-si məhkəmə prosesi olandan sonra yenidən bağlayacaqdır. Bu 11-ci mərtəbədir, təxliyə çıxışı deyildir və s. kimi sözlər öz əksini video yazıda da tapmışdır. Lift əgər limitlə işləyirsə niyə hamı üçün limitlə işləmir ? İddiaçı2 izahat verərək göstərdi ki, onların qanuni sənədləri yoxdur. İddia tələbini müdafiə etdiyini bildirərək, təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı3 video-əlaqə vasitəsilə distant formada məhkəmə iclasında iştirak edərək izahat verərək göstərdi ki, domofonu dəfələrlə bərpa etməsinə baxmayaraq dəfələrlə Aygün xanım tərəfindən söndürülmüşdür. Onun evində xəstə anası vardır. Domofonunun işləməyini istəyir. Onlara jeton və yaxud digər hər nəsə vermək məcburiyyətində deyillər. Cavabdeh "xxxx" MTK-nümayəndəsi Nümayəndə1 izahat verərək göstərdi ki, binanı öz pulları ilə tikmişlər. Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq şöbəsi ilə razılaşma vardır. Fövqəladə Hallar Nazirliyindən razılaşma məktubları vardır. Təxliyyə çıxışı yaşayış binasında yoxdur. Bir lift və bir də pilləkən vardır. Çardaq remont üçündür. Taxta konstruksiyanı kimsə götürsə külək onu uçurdacaq və küçəyə salacaqdır. Bu da ölümlərə səbəb ola bilər. Fövqəladə Hallar Nazirliyinin iki dənə rəyi vardır. İcra Hakimiyyətinin məktubu, sonda da FHN-nin ümumi qərarı vardır. Onun Aynur xanım və Ələbdin müəllimlə heç bir problemi olmamışdır. Vaxtlı-vaxtında kommunallarını ödəmişlər. Müqavilə olmuş və imzalamışlar. 2019-cu il tarixdə İqtisadiyyat Nazirliyinin qərarı çıxmışdır. İcra Hakimiyyətindən gəlib onlara demişlər ki, onlar kommunal ödənişlərini yığa bilməzlər. Ona görə də bina sakinlərini yığmış və demişdir ki, özlərinə idarə etmək üçün adam seçsinlər. 170 nəfərin imzası ilə Aygün xanım seçilmişdir. O aktla komendanta təhvil vermişdir. Heç bir hüququ yoxdur. "xxxx" MTK-nın nəzarət funksiyası yoxdur. 50 nəfər sənədləşmə almamışdır. Onların fəaliyyəti yalnız həmin hissə ilə bağlıdır. Cavabdeh "xxxx" MTK-nin vəkili Vəkil izahat verərək göstərdi ki, iddia tələbini qəbul etmirlər. Hal-hazırki iddianın onlara heç bir aidiyyatı yoxdur. Öz vəzifələrini yerinə yetirmiş, bütün rəyləri almış və binanı tikib-təhvil vermişdir. 2018-ci il tarixdə təhvil-təslim baş vermişdir. Onların cavabdeh qismində qoyulması ümumiyyətlə qanunaziddir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 izahat verərək göstərdi ki, o bir ay işlədiyi müddətdə xanım onun həyatını cəhənnəm etmişdir. Sumqayıt liftlə müqaviləsi vardır. Aynur xanım onun işləməyi ilə bağlı etiraz etmiş, Tahir müəllimə yaxınlaşmış, Tahir müəllim də demişdir ki, imza toplasın. Xanım isə imza toplaya bilməmişdir. O isə 50+1 faiz ilə işə başlamışdır. Lift tez-tez xarab olduğu üçün liftləri bloklamışlar. Lift on ildir işlədiyi üçün, limitlə işlənməlidir. Ehtiyyat hissələri çox bahadır. Hansısa bir hissəsini Bakı Şəhərindən 200 manata gətirirlər. Əvəzində isə sakinlərdən pul yığmırlar. Sırf 400 manat texniki baxış üçün verirlər. Liftin normal işləməsi üçün onlar liftə blok qoyurlar. Domofona heç bir blok qoymamışdır. Sakinlərin imzası vardır. Sakinlərsiz heç bir addım atmır. Onların Elvin adlı işçiləri olmuşdur ki, pulu yığmış və getmişdir. Sakinlər tələb etmişlər ki, şirkət dəyişilsin. 90-cı mənzil daima şikayət edir ki, domofon sökülsün. 10 ildir ki, bütün sakinlərin jetonu vardır. Liftdə olan jetonlarla, giriş qapısında olan jetonlar eyni deyildir. Dekabr ayına qədər onlar jetondan 3 il müddətinə pulsuz istifadə etmişlər. Belə ki, iş materiallarına əlavə olunmuş: Fotoşəkillərdən görünür ki, binanın lift qurğusuna kilid (kart) sistemi tətbiq edilmişdir. İddiaçı6 cavabdeh "xxxx" MTK-ya qarşı “sənədlərin verilməsinin təmin edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmlak haqqının tanınması üçün özəlləşdirməyə təqdim olunacaq sənədlərin təminatına köməklik göstərərək bir daha hüququn aliliyinə söykənib cavabdehin üzərinə aidiyyatı vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MTK cavabdeh İddiaçı6 qarşı “kommunal xərclər üzrə yaranmış borcun tutulması"xxxx"Sultan MTK" tərəfindən cavabdeh İddiaçı6 göstərilmiş kommunal xidmətlərə görə yaranmış 330 manat məbləğində borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun ünvan 2 ünvanında yaşayan cavabdeh İddiaçı6 alınıb "Sultan MTK"-ya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Daha sonra İddiaçı6 iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim edərək, özəlləşdirməyə təqdim olunacaq mənzilin planı, protokoldan çıxarış və maliyyə arayışı-sənədlərinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə İddiaçı6 iddia tələbi onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 5-ci mkr, ev 57B. 90 №-li mənzil 2012-ci ildən etibarən müqavilə əsasında ona məxsusdur. Ötən müddət ərzində bir payçı kimi mənzilin dəyərini tam həcmdə ödəməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün qanunla müəyyən edilmiş qaydada müvafiq dövlət orqanına müraciət etmək niyyətində olduğunu “Sultan’' MTK-ya bildirməklə tələb olunan digər sənədlərin, mənzilin yerləşmə sxemi - mənzilin planı, protokoldan çıxarış və maliyyə arayışı verilməsini xahiş etmişlər. Əvəzində isə absurd ittihamla üzləşmişlər. Şəxsən imzalamadığı 2015-ci il tarixli istismara dair xidmət müqaviləsinə görə qanunsuz olaraq müəyyən məbləğdə borc göstərilərək mənzilin sənədləri hələ də verilmir. Hazırda bina isitismara qəbul edilib və bəzi sakinlər mənzillərini artıq özəlləşdirib. MTK müdiriyyəti qaydalara zidd olaraq bina idarəçiliyini də ciddi nöqsanlarla həyata keçirir. Belə ki, bina təhvil verilsə də ümumi razılıq əldə edilmədən qeyri-rəsmi səkildə əsassız pul yığımı indi də aparılır. Tərəflər arasında bu günədək davam etməkdə olan məsələ ilə bağlı ortaq razılıq əldə edilmədiyindən məhkəmə müdaxiləsi artıq mütləqdir. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx"xxxx"Sultan MTK'ya qarşı irəli sürülmüş tələb həqiqətə uyğun olmayan, tam əsassız və mövcud qanunvericiliyə tamamilə zidd bir tələbdir. "Sultan MTK" qanuni əsaslarla fəaliyyət göstərir və iddiaçının ərizəsində göstərilən qanunazidd hallara rəhbərlik etdikləri "Sultan MTK''da yol verilmir. Hesab edirlər ki, iddiaçının ərizəsində göstərilən əsassız dəlillər iddia tələbinin təmin olunması üçün əsas kimi qəbul edilə bilməz. Çünki həmin binada 90 mənzil mövcuddur və həmin mənzillərdə yaşayan sakinlər onlara göstərilən kommunal xidmətlərə görə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə çalışırlar. Sərnişin liftlərin rahat istifadə edilməsi, binanın ətrafını, blokun girişinin və mərtəbələrin işıqlandırılması, blokun ətrafında və daxilində təmizlik işlərinin görülməsi, su nasosunun, liftin, binanın işıqlanmasının işlək vəziyyətində saxlanması və bina ətrafı ərazinin təmiz saxlanması və tullantıların xaric edilməsi kommunal xidmətlərə daxildir. Buna görə də hər bir mənzilin sahibi hər ay mənzilin hər 1 kv.m üçün 0.20 manat olmaqla ödəniş etməlidir. Digər sakinlər kimi iddiaçıda kommunal xidmətlərə görə müxtəlif vaxtlarda ödənişlər etsə də, bugünkü günə ödənişlərdə fasilə yarandığına görə onun borcu 330 manat təşkil edir. Dəfələrlə ona kommunal xidmətlərə görə yaranmış borcun ödənilməsi təklif olunsa da. O, borcu ödəməkdən imtina etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 12 iyun 2020-ci il tarixli 2(060)-1972/2020 nömrəli qətnaməsi ilə (hakim Almaz Süleymanova) ilk iddia təmin edilərək, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 57B, 90 nömrəli mənzilə dair maliyyə arayışının, mənzilin plan-çizgisinin, mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının (protokoldan çıxarış) "xxxx" MTK tərəfindən İddiaçı6 təqdim edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, ilkin iddia əsaslıdır. Göründüyü kimi ilkin iddia üzrə iddiaçı tərəfindən pay haqqı tam ödənilmişdir. Belə olan halda qanunverciliyin tələbinə görə müvafıq sənədlər MTK tərəfindən kooperativ üzvünə verilməklə daşınmaz əmlak üzərində hüquqların qeydə alınması hüququ təmin edilməlidir. Məhkəmə mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlərin cavabdeh tərəfindən verilməsindən imtinanı qanunsuz hesab edir. Odur ki, ilkin iddia təmin edilməli, mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (protokoldan çıxarış), mənzilin plan-çizgisi və maliyyə arayışının iddiaçıya verilməsi cavabdehə həvalə edilməlidir.Qarşılıqlı iddia üzrə tələb-kommunal xərclərə görə pul tələbi vaxtaşırı ödənişlərə aid olmaqla borcu tələb etmək hüququnu iddiaçı ötürmüşdür. Odur ki, qarşılıqlı iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 552.2.1-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112, 113.1, 113.2-ci, Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 8.0.6, 10.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1 və 217.4- cü maddələri ilə əsaslandırmışdır. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şəmsəddin Abasov - sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Telman Məmmədov) 18 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1972/2020 saylı iş üzrə 12 iyun 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı6 tərəfindən mənzil tikintisinə görə "xxxx" MTKya pay haqqı tam ödənilmişdir. Belə olan halda mövcud qanunverciliyin tələbinə görə müvafiq sənədlər MTK tərəfindən kooperativ üzvünə verilməklə onun daşınmaz əmlak üzərində hüquqların qeydə alınması təmin edilməlidir və dəyəri tam ödənilmiş mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlərin verilməsindən MTK-nın kommunal borcun ödənilməməsinə görə imtina etməsi qanunsuzdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı6 qaldırdığı ilk iddia əsaslıdır və onun təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə həm işin faktiki hallarına, həm də maddi hüquq normalarına tam uyğundur.Bundan başqa, iş materiallarından görünür ki, tərəflər arasında mənzilin tikintisi məqsədilə bağlanmış müqavilədə kommunal xidmətlərin göstərilməsi barədə hər hansı müddəa yoxdur. Bununla belə, işdə olan mötəbər sənədlərdən aydın olur ki, bu xidmətlə “Sultan MTK” deyil, onun təsisçilərinin təsis etdiyi "xxxx" MMC məşğul olur, lakin bu, kommunal xərclərin ödənilməsinin tələb etmək hüququnun da MTK-dan MMC-yə keçməsi demək deyildir, belə ki hər iki təsərrüfat subyekti müstəqil hüquqi şəxsdir. Başqa sözlə, qarşılıqlı iddianın qaldırılmasına "xxxx" MTK-nın subyektiv hüququ olmamışdır. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “Sultan MTK” kasasiya şikayəti vermişdir.İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MTK (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi yaranmış mübahisəni həll edərkən bu qəbildən olan münasibətləri tənzimləməyə Mənzil Məcəlləsinin 38, 109.2, 135.1, 135.2.3, 137.4, 138.1, 138.5 və 140cı maddələrinin tələblərinə riayət etməmişdir.Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-1379/2021 saylı qərarından görünür ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)- 2294/2020 nömrəli iş üzrə 18 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Podratçı "xxxx" MTK ilə sifarişçi İddiaçı6 arasında bağlanılmış çoxmənzilli yaşayış binasının tikintisi haqqında 13 avqust 2012-ci il tarixli, 149 saylı fərdi müqavilədən görünür ki, İddiaçı6 sifarişi əsasında podratçı ünvan 3 ünvanının tikintisini öz öhdəsinə götürmüş, sifarişçi mənzilin dəyərini tam ödəmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı6 adına rəsmiləşdirilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı3 adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı2 adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasl İqtiasdiyyat Nazirliyinin 23 sentyabr 2020-ci il tarixli müraciətə baxılmasının nəticəsi haqqında məktuba cavab olaraq bildirilmişdir ki, çox mənzilli binanın idarə olunmasında mövcud nöqsanlar, o cümlədən sakinlərə hesabat verilməməsi, binaya girişin məhdudlaşdırılması, lift kartlarının satılması, müşahidə kameralarının quraşdırılmasından narazılıq və digər məsələlərlə bağlı bildirilmişdir ki, Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər ümumi paylı mülkiyyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Məcəllənin 38-ci maddəsinə uyğun olaraq, çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Məcəllənin 43-cü maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır və çoxmənzilli binanın idarəetmə üsulunu seçmək ümumi yığıncağın səlahiyyətinə aiddir. Qeyd olunanları nəzərə alaraq, sözügedən çoxmənzilli binanın ümumi əmlakının saxlanması və sakinlər üçün normal mənzilkommunal xidmətlərin göstərilməsinin təmin edilməsi, eləcə də müraciətdə qaldırılan məsələlərin qanunvericilik çərçivəsində həll edilməsi, eləcə də müraciətdə qaldırılan məsələlərin qanunvercilik çərçivəsində həlli məqsədi ilə sözügedən binada Mənzil Məcəlləsinin müddəlarına uyğun olaraq sahə mülkiyyətçilərinin yaxından iştirakı ilə idarəetmənin təşkilini məqsədəuyğun hesab edirlər. Çoxmənzilli binalarda mövcud qanunvericiliyə uyğun idarəetmənin tətbiqi ilə əlaqədar daha ətraflı məlumatları, o cümlədən sahəyə dair normativ hüquqi aktları və metodiki xarakterli sənədləri, eləcə də MMMC-nin təsis sənədlərinin nümunələrini İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsindən əldə edilə bilməsi bildirilmişdir. Müraciət olunduğu təqdirdə Nazirliyin aidiyyəti əməkdaşları tərəfindən sözügedən çox mənzilli binada qanunvericiliyə uyğun idarəetmənin təşkili istiqamətində müvafiq köməklik göstəriləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli müraciətə baxılması barədə məlumatından görünür ki, Vergi Məcəlləsinin 24.0.5-1-ci maddəsinə əsasən "xxxx" MMC-də keçiriləcək növbəti vergi nəzarəti tədbirləri zamanı araşdırılması məqsədilə 2 saylı Ərazi Vergi ilə Baş İdarəsi tərəfindən nəzarətə götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli İddiaçı6 ünvanlanmış müraciətə cavab olaraq məlumatından görünür ki, sözügedən ünvanda fəaliyyət göstərən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti dövlət qeydiyyatına alınmamışdır. Azərbaycan Respublikası Sumqayıt Şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2020-ci il tarixli müraciətə cavab olaraq göndərilmiş məlumatından görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35-ci maddəsinin tələbinə görə çoxmənzilli binalar istismara verildikdən sonra mənzil mülkiyyətçiləri altı ay ərzində müştərək cəmiyyət yaratmalı və ədliyyə nazirliyindən qeydiyyatdan keçməlidirlər. Daha sonra yaradılan cəmiyyət binanın idaretmə strukturunu, yığılan “ev pulu”-nun məbləğinin miqdarını və qanunla müəyyən edilmiş digər məsələləri seçilmiş sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı əsasında keçirirlər. Azərbaycan Respublikasının Fövqəlhadə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən İddiaçı6 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktuba cavabdan görünür ki, "xxxx" MMC-də xx.xx.2020-ci il tarixdə yanğın texniki müayinə keçirilmiş və aşkar olunmuş nöqsanlarla əlaqədar obyektin direktoruna inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin müraciətdə qeyd olunan MTK-a ilə firma arasında hər hansı xidmətə dair müqavilənin əldə olunması üçün aidiyyəti qurumlara müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının Fövqəlhadə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən İddiaçı6 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba cavabdan görünür ki, "xxxx" MMC-də xx.xx.2023-cü il tarixdə yanğın texniki müayinə keçirilmiş və aşkar olunmuş nöqsanlarla əlaqədar obyektin direktoruna inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının Fövqəlhadə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən İddiaçı6 ünvanlanmış xx.xx.2020-ci il tarixli məktuba cavabdan görünür ki, "xxxx" MMC-də xx.xx.2020-ci il tarixdə yanğın texniki müayinə keçirilmiş və aşkar olunmuş nöqsanlarla əlaqədar obyektin direktoruna inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının Fövqəlhadə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən İddiaçı6 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktuba cavabdan görünür ki, "xxxx" MMC-də xx.xx.2020-ci il tarixdə yanğın texniki müayinə keçirilmiş və aşkar olunmuş nöqsanlarla əlaqədar obyektin direktoruna inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının Fövqəlhadə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən İddiaçı6 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba cavabdan görünür ki, şikayət məktubunda qeyd olunan yaşayış binası "xxxx" MTK-a tərəfindən inşa edilmiş və Dövlət Yanğın Nəzarəti Xidmətinin xx.xx.2018-ci il tarixli, 0065 nömrəli aktı ilə istismara qəbul edilmişdir. Hal-hazırda "xxxx" MTK-a fəaliyyətini dayandırmış və yaşayış binası "xxxx" MMC-yə təhvil verilmişdir. Ona görə də "xxxx" MMC-də əməkdaşları tərəfindən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilərək əldə edilmiş çıxarışlar əsasında yanğın-texniki müayinələr keçirilir və çatışmamazlıqlar barədə MMC-nin rəhbərliyinə inzibati xəta haqqında protokol tərtib edilərək, qeyd olunan nöqsanların aradan qaldırılması tələb olunmuşdur. Azərbaycan Respublikasının Fövqəlhadə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən İddiaçı6 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktuba cavabdan görünür ki, şikayət məktubunda qeyd olunan "xxxx" MTK-a xx.xx.2019-cu il tarixdən fəaliyyətini dayandırmış və yaşayış binası "xxxx" MMC-yə təhvil verilmişdir. Həmçinin, keçmiş müraciətlə bağlı bildirmişlər ki, əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-də yanğın texniki müayinə keçirilmiş və aşkar olunmuş nöqsanlarla bağlı obyektin direktoruna inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının Baş Prokorurluğunun 08 avqust 2023-cü il tarixli İddiaçı3 Məhşur qızına ünvanlanmış müraciətə cavabdan görünür ki, 05 iyul 2023-cü il tarixdə liftdə qalmağı ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin baş təhqiqatçısı Pərviz Babayev tərəfindən araşdırma aparılmış, torplanmış materialda cinayət tərkibi olmadığından 21 iyul 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın ləğv edilməsi üçün isə əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2023-cü il tarxli İddiaçı3 Məhşur qızına ünvanlanmış məktuba cavabdan görünür ki, Nümayəndə2 komendantı olduğunu binanın liftinə müdaxilə edilməsi barədə DİN-nin 102 xidməti-zəng mərkəzi sistemindən daxil olmuş məlumatı, liftin zədələnməsinə dair ərizəsi üzrə Sumqayıt ŞPİ 3-cü polis bölməsində araşdırma aparılaraq torplanmış sübutlara istinad edilməklə əməldə cinayət tərkibi olmadığına görə 21 iyul 2023-cü ildə CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Həmçinin, müəyyən olunmuşdur ki, liftdə köməksiz vəziyyətdə saxlanılmaq barədə, mənzilə dair sənədlərin təqdim olunması üçün anasına məxsus 600 manatın "xxxx" MTK-nın sabiq icraçısı Nümayəndə1 və sonuncunun vəkili Vəkil tərəfindən aldadılaraq ələ keçirilməsinə dair müraciət üzrə isə hazırda Sumqayıt ŞPİ 3-cü polis bölməsinin polis sahə rəisi R.Fərəcov tərəfindən araşdırma aparılır. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt Şəhər Prokuroruna, yuxarı prokurora və ya məhkəməyə şikayət etmək hüququ olduğu diqqətə çatdırılmışdır. "xxxx" ASC tərəfindən İddiaçı6 ünvanlanmış müraciətə cavabdan görünür ki, 5-ci mikrorayon, ev 57/B-nin çardağına çəkilmiş qanunsuz su xətti xx.xx.2021-ci il tarixdə onlar tərəfindən kəsilərək ləğv edilmişdir. Sumqayıt Şəhər Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsi tərəfindən İddiaçı6 ünvanlanmış xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, müraciət əsasında aparılan araşdırma nəticəsində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin polis sahə rəisi Rüstəm Fərəcov intizam məsuliyyətinə cəlb edilmişdir. Azərbaycan Respublikası Fövqəlhadə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən 28 yanvar 2021-ci il tarixli İddiaçı6 və digərlərinə ünvanlanmış müraciətə cavabdan görünür ki, qeyd olunan ünvanda inşa edilmiş 3 ədə 2 girişli 10 mərtəbəli yaşayış binalarının tikintisi başa çatdırıldıqdan sonra normativ sənədlərin tələblərinə uyğun inşa edildiyi yoxlandıqdan sonra Agentlik tərəfindən 09 mart 2018-ci il tarixli Ö/001768 nömrəli “İstismara hazırlıq aktı” verilmişdir. "xxxx" MTK ilə aralarında hər hansı mübahisəli məsələ yarandığı təqdirdə MTK-nın rəhbərliyinə və ya məhkəmə orqanlarına müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Fövqəlhadə Hallar Nazirliyi Sənayedə X2 və Dağ- Mədən Nəzarəti Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli İddiaçı6 və digərlərinə ünvanlanmış şikayətlər ərizəsinə cavabdan görünür ki, Sənayedə X2 və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən yerində araşdırılmışdır. Araşdırma zamanı liflərin istismar qaydalarının pozulması faktları aşkar olunmamışdır. İstismar olunan liftlərdə kart sisteminin quraşdırılması ilə əlaqədar məsələlər Agentliyin səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikasının Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatından İddiaçı6 ünvanlanmış 11 aprel 2023-cü il tarixli ərizəyə cavabdan görünür ki, "xxxx" MTK-nin rəhbərliyi ilə danışılmış, nəticədə İqtisadi İnkişaf Nazirliyinin 6 mart 2019cu il tarixli məktubunun Mənzil Tikinti Kooperativləri tərəfindən idarəetmənin sakinlərə verilməsi tələbinə uyğun olaraq 25 iyun 2019-cu il tarixində mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradıldığı və idaretmənin Nümayəndə2 həvalə edildiyi bildirilmişdir. "xxxx" MTK və fəaliyyət göstərən idarəetmə heyəti ilə aralarında, qaldırdıqları məsələlərlə bağlı qarşılıqlı anlaşma olmadığı halda məsələyə, müraciət əsasında məhkəmə qaydasında baxıla bilər. Azərbaycan Respublikasının Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatından İddiaçı3 ünvanlanmış 14 fevral 2023-cü il tarixli ərizəyə cavabdan görünür ki, "xxxx" MTK-nin rəhbərliyi ilə danışılmış, onlarla şikayət ilə bağlı müvafiq tədbirlərin görülməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikasının Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatından İddiaçı4 ünvanlanmış 06 fevral 2023-cü il tarixli ərizəyə cavabdan görünür ki, "xxxx" MTK-nin rəhbərliyi ilə danışılmış, onlarla şikayət ilə bağlı müvafiq tədbirlərin görülməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikasının Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatından İddiaçı4 ünvanlanmış 22 sentyabr 2022-ci il tarixli ərizəyə cavabdan görünür ki, "xxxx" MTK-nin rəhbərliyi ilə danışılmış, onlarla şikayət ilə bağlı müvafiq tədbirlərin görülməsi tövsiyyə edilmişdir. Sakinlərin imzası ilə təsdiq edilmiş məlumatdan görünür ki, 57B binasının 2-ci blok sakinləri liftin kart sistemi ilə işləməsinə və liftin daxilini çirkləndirilməsinin, yararsız hala gətirib çıxarılmasının qarşısını almaq üçün kamera nəzarətinin quraşdırılmasına razılıq verdiklərini öz imzaları ilə təsdiq etmişlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt Şəhəri Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2019-cu il tarixli məktuba cavabından görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev-57b ünvanda yerləşən "xxxx" MMC-yə aid bir ədəd 300 kub metr tutumu olan içməli su çənindən götürülmüş, GEM-in kimyəvi və bakterioloji laboratoriyasına təqdim edilmiş suyun laborator müayinəsi aparılmışdır. Aparılan bakterioloji və kimyəvi laboratoriya müayinələrinin nəticələri təsdiq edir ki, bu su “içməli su” haqqında 2874-82 DÜST-ün tələblərinə cavab verir. 01 iyul 2019-cu il tarixli, D/034 nömrəli müqavilədən görünür ki, icraçı Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin "xxxx" MMC ilə sifarişçi "xxxx" MMC arasında müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən icraçı sifarişçinin müəyyən edilmiş ünvanında yığılmış bərk məişət tullantılarının xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə daşınmasını Sumqayıt ümumşəhər tullantıları poliqonunda zərəsizləşdirməyə təhvil vermişdir. Sifarişçi isə icraçının daşınma ilə əlaqədar işləməsi üçün müvafiq şərait yaradılmasını, müəssisənin tullantı qutuları ilə təmin edilməsini və görülən işlərin xərc haqqının vaxtında ödənilməsini təmin edir. Azərbaycan Respublikasının Fövqəlhadə Hallar Nazirliyinin Sənayedə X2 və Dağ- Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən 26 noyabr 2020-ci il tarixli "xxxx" MTK və "xxxx" MMC-yə göndərilmiş sakinlərin müraciətinə cavabdan görünür ki, ünvan 12 ünvanında yaşayan sakinlərin xx.xx.2020-ci il tarixli müraciətinə və “Texniki Təhlükəsizlik haqqında” Azərbaycan Respublikası qanununa əsasən Agentliyin mütəxəssisləri tərəfindən 13 noyabr 2020-ci il tarixində ünvan 12 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasında quraşdırılmış liftlərdə texniki təhlükəsizlik vəziyyətinin yerində qiymətləndirilməsi işləri aparılmışdır. Vəziyyətin qiymətləndirilməsi zamanı norma, qayda və təlimatların tələblərinin pozulması faktları aşkar olunmamış və bu barədə akt tərtib edilmiş, surəti isə əlavə olunmuşdur. İstismar olunan liftlərdə kart sisteminin quraşdırılması ilə əlaqədar məsələlər Agentliyin səlahiyyətində deyildir. Liftlərdə texniki xidmət göstərilməsi üzrə 12 iyul 2019-cu il tarixli, 10 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC-nin rəhbəri Nümayəndə2 və “Lift-Servis” Birliyinin direktoru C.R.İsmiyev müqavilə bağlamışlar. Müqavilənin 10-cu bəndində göstərilən ünvanlardakı lifltlərin texniki xidmətini sifarişçi həvalə edir, icraçı isə öz öhdəsinə götürür. 01 iyun 2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" MTK tərəfindən 5ci mikrorayonda inşa edilmiş 3 ədəd 2 girişli 10 mərtəbəli binalarla əlaqədar müəyyən xidmət vasitələri işlək vəziyyətdə yeni yaradılmış "xxxx" MMC-nin icraçısı Nümayəndə2 təhvil verilmişdir. "xxxx" MMC-nin nizamnaməsindən görünür ki, cəmiyyətin nizamnamə kapitalı 10 manat həcmindədir və hər biri bir manat olmaqla 10 paydan ibarətdir. Cəmiyyətin təsisçisi Nümayəndə2dır. Azərbaycan Respublikası "xxxx" MTK tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısına ünvanlanmış məktubdan görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində 3 ədəd altı girişli 270 mənzildən ibarət 10 mərtəbəli binaların tikintisi tam başa çatdırmışdır. Həmin binaların idarə edilməsi üçün müvafiq qurumlara göstəriş verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət X4 22 yanvar 2014-cü il tarixli, 435 nömrəli rəyindən görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, N.Nərimanov küçəsində "xxxx" MTK tərəfindən inşa edilmiş 1 ədəd 2 girişli, zirzəmili, 10 mərtəbəli yaşayış binasının təyinatı dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanıqlıq tələblərini ödəmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi nəzdində yaradılmış Təhlil qrupunun xx.xx.2014-cü il tarixli, 435 saylı iclasında binanın yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli aktdan görünür ki, təqdim olunmuş sənədlərin araşdırılmasından və keçirilmiş yanğın-texniki müayinədən obyektin qüvədə olan 2.6.1 “Şəhər,qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının 1 nömrəli məcburi əlavəsinin, 2.08.01-89 “Yaşayış binaları” Tikinti norma və qaydalarının, 2.04.01.- 85 “Binaların daxili su kəmərləri və kanalizasiya” Tikinti Norma və qaydalarının, 2.04.02-84 “Su təchizatı, xarici xətlər və qurğular” Tikinti Norma və qaydalarının, 2.04-09-84 “Bina və qurğuların yanğın avtomatikası” Tikinti Norma və Qaydalarının, “X1 Qaydalarının”, 2.02.01-97 “Bina və qurğuların yanğın təhlükəsizliyi” Dövlətlərarası Tikinti norma və qaydalarının tələblərinə uyğundur. 05 iyul 2023-cü il tarixli aktdan görünür ki, 05 iyul 2023-cü il tarixdə saat 13:05-də “Hovuslu MMC”-yə məxsus 5-ci mikrorayon, bina 57, giriş 2-d liftdə sakin qalması barədə mərkəzi dispetçer xidmətinə məlumat daxil olmuşdur. Dərhal mexaniklər həmin ünvana gedərək liftdə qalan sakini təxliyyə etmişlər. Bundan sonra liftə baxış keçirərkən məlum olmuşdur ki, sakin liftə minən qohumunun arxasıyca bir qab su atmış, su liftin elektron hissələrinin üzərinə tökülmüş, qısa qapanma baş vermiş və lift xarab olmuşdur. Mexaniklər tərəfindən təhlükəsizlik qaydalarına əsasən lifti gərginlikdən ayırmışlar. Lift istismara yararsız hala düşmüşdür. Liftə tökülən su quruduqdan sonra liftə baxış keçiriləcək və hər hansı bir elektron ehtiyyat hissəsinə zərər dəyməsi araşdırılıb "xxxx" MMC-yə məlumat veriləcək. Həmin gün saat 17:00-da yenə dispetçer xidmətinə eyni ünvanda naməlum sakinlər tərəfindən 3-cü və 4-cü mərtəbələrin çağırış düyməsinin (adres ilə birlikdə) qoparılması barədə dispetçer xidmətinə məlumat daxil olmuşdur. Yenidən yerində baxış keçirərkən məlum olmuşdur ki, naməlum şəxslər tərəfindən 3-cü və 4-cü mərtəbədə çağırış düyməsi (adres ilə birgə) qoparılmış və sındırılmışdır. Hal-hazırda lift isə işləmir. Sumqayıt şəhəri, 5-ci mikrorayon, N.Nərimanov küçəsi ünvanı üzrə, 57B nömrəli çoxmənzilli binanın 2-ci girişində yerləşən liftə kart sisteminin quraşdırılması haqqında sahə mülkiyyətçilərinin ümumi yığıncağının 15 dekabr 2019-cu il tarixli protokolundan görünür ki, gündəlikdə duran 57B nömrəli binanın 2-ci girişində yerləşən liftə kart sisteminin quraşdırılması mövzusunda 35 nəfər iştirak etmiş və 77% səs çoxluğu ilə 57B nömrəli çoxmənzilli binanın 2-ci girişində yerləşən liftə təhlükəsizlik tədbirləri məqsədi ilə kart sisteminin quraşdırılması və hər bir karta görə mənzil mülkiyyətçiləri tərəfindən 3 (üç) manat ödəniş edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olanzirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. 35.3. Çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. 35.4. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. 35.5. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsi digər şəxslərin məhdud istifadə hüququ ilə yüklü edilə bilər. Bu Məcəllənin qüvvəyə mindiyi günədək mövcud olan obyektlərə digər şəxslərin gediş-gəlişinin təmin edilməsi üçün zəruri olan hallarda torpaq sahəsinin yüklülüyünə qadağa qoyulmasına yol verilmir. Torpaq sahəsinin məhdud istifadə hüququ ilə yenidən yüklü edilməsi torpaq sahəsinin belə yüklülüyünü tələb edən şəxslə çoxmənzilli binanın sahə mülkiyyətçiləri arasında olan razılaşma ilə müəyyən edilir. Torpaq sahəsinin ondan məhdud istifadə hüququ ilə yüklülüyünün müəyyən edilməsi və bu yüklülüyün şərtləri ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 35.6. Çoxmənzilli bina məhv olduqda, o cümlədən təsadüfi dağıldıqda, söküldükdə yaşıllaşdırma-abadlaşdırma elementləri ilə birlikdə binanın yerləşdiyi torpaq sahəsinə və göstərilən torpaq sahəsində yerləşən həmin binaya xidmət göstərməsi, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş digər obyektlərə binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyət hüququnda payları çoxmənzilli bina məhv olanadək, o cümlədən təsadüfi dağılanadək, sökülənədək həmin binanın ümumi əmlakına mülkiyyət hüququnda paylarına mütənasib olaraq saxlanır. Göstərilən mülkiyyətçilər mülki qanunvericiliyə uyğun olaraq bu maddədə nəzərdə tutulan əmlaka sahiblik edir, ondan istifadə edir və barəsində sərəncam verirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 126.9-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının təşkili, keçirilməsi, səsvermə, qərar qəbul edilməsi və digər məsələlərlə bağlı bu Məcəllənin 44- 47-ci maddələrinin müvafiq müddəaları bu maddənin xüsusiyyətləri nəzərə alınmaqla tətbiq edilir. Həmin Məcəllənin 125.1 -ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və bu Məcəllə, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətləri aşağıdakılardır: 125.2.3-cəmiyyətin idarə heyətini və təftiş komissiyasını (müfəttişi) seçmək; 125.2.4-cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək. Məhkəmə iddia tələbinin kommunal xidmət haqqı adı altında əsassız ödənişlərin tələb edilməsinin qanunsuz hesab edilməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015- ci il tarixli Qərarında göstərilmişdir ki, özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdır ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). Öz növbəsində həmin Məcəllənin 142.1-ci maddəsi imperativ qaydada göstərir ki, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanmalıdır. Qeyd olunan maddədə bu müqaviləyə dair tələblər də göstərilmişdir. Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Beləliklə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur. Həmin maddədə çoxmənzilli binanın idarə edilməsi üsulu üç formada nəzərdə tutulur: binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi; mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi; idarəedici təşkilat tərəfindən idarə edilməsi. Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. (Mənzil Məcəlləsinin 141.3-cü maddəsi). Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər...Çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Mənzil Məcəlləsinin 119.1 -ci maddəsində qeyd edilir ki, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir.Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq qaydada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü nəzərdə tutmur. Belə ki, Məcəllənin 121.1 -ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Mənzil Məcəlləsinin 137.5- ci maddəsində qeyd edilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənziltikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər.İcrası məcburi olan qərarlar, yalnız çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir. Mənzil Məcəlləsinin 138.4-cü maddəsində göstərilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin Mənzil Məcəlləsinin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında və ya Mənzil Məcəlləsində (126.9 və 44- 47-ci maddələr) nəzərdə tutulan qaydada qəbul edilmiş qərar əsasında ödəməlidirlər. Məhkəmə tərəflərin iştirakı ilə mübahisə predmeti olan ərazidə binaya yerində baxış keçirərək müəyyən etmişdir ki, domofon vardır. Lakin jetonla işləyir. Domofon şirkəti ilə müqavilə olmuş, lakin ondan cavabdehlərin müdaxiləsi nəticəsində imtina edilmişdir. Onuncu mərtəbədə təxliyyə çıxışı yoxdur. Mansar üçün nəzərdə tutulmuş sahədir. Cavabdehlər bildirir ki, həmin sahə gələcəkdə kiməsə satıla bilər. Mansar üçün nəzərdə tutulmuş sahənin qapısı açarla bağlıdır. Altıncı mərtəbə yaşayan İddiaçı1 şəxsi hesabına kamera qoydurmuşdur. Binanın təmizliyi qənaətbəxş deyildir. Həmin baxış zamanı müəyyən olunmuşdur ki, altıncı mərtəbədə yaşayan, iki ayağı olmayan birinci dərəcəli əlil sakin liftdən istifadə edə bilməməsi ilə bağlı narazılıqlar mövcud olmaqla, iddiaçılarla birlikdə digər mülkiyyətçilərinin hüquqları məhdudlaşdırılır. Qanunvericiliyin tələblərindən göründüyü kimi liftlər binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər olmaqla ümumi paylı mülkiyyət hüququ ilə mənzillərin sakinlərinə, yəni mülkiyyətçilərinə məxsusdur. Məhkəmə qənaətinə görə işdə olan fotoşəkillərdən göründüyü, həmçinin işin mübahisə edilməyən halıdır ki, cavabdehlərin əsassız qadağa tədbiri olaraq, kommunal xidmət haqqlarının ödənilməməsinə görə mülkiyyətçilərinin hüquqlarını məhdudlaşdırması qanuna uyğun olmamaqla, tərəflər arasında bağlanılmış yazılı müqavilə şərtlərinə əsaslanmır. Konstitusiya Məhkəməsinin qərarında qeyd olunmuş və Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq yazılı müqavilə şərtlərinə və ya ümumi yığıncağın qərarına əsaslanmayan bu tədbirlərin tətbiq edilməsi qanuna uyğun deyil. Müəyyən tədbirlərin görülməsi qanunvercilikdə nəzərədə tutulmuş qaydalar çərçivəsində, həmçinin cavabdehlərin xidmət haqlarının (kommunal borcları) tələb edilməsi hüququndan azad etmir. Müqavilə azadlığı prinsipindən çıxış edərək iddiaçıların müqavilə bağlanması barədə xəbərdar edilməsi və ya onların yazılığı müqavilə şərtlərindən imtina edilməsi işin araşdırılan hallarına əsasən sübut olunmamış, cavabdehlərin təqdim etdiyi etirazın əsasını təşkil etməyərək təsdiq edilməmişdir. Belə ki, iddiaçıların mülkiyyətində olan mənzillərin yerləşdiyi binada olan liftə kilid sistemi tətbiq edilmişdir ki, bu da binada yerləşən mənzillərin sakinlərini, yəni mülkiyyətçilərini həmin liftdən istifadə etməsini mümkünsüz etməklə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin tələblərinə ziddir. Belə olan halda məhkəmə hesab edir ki, iddia həmin hissədə əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, çoxmənzilli yaşayış binasının ümumi istifadə sahələrinə qoyulmuş maenələrin bloklanması gələcəkdə məhz iddiaçılar üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 50 manatı cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəməiclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər "xxxx" MTK və "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının ümumi istifadə sahələrinə qoyulmuş manelərin – binanın girişinin, liftdən istifadənin, təxliyə çıxışlarının bloklanması aradan qaldırılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehlər "xxxx" MTK və "xxxx" MMC-dən müştərək qaydada 50 (əlli) manat dövlət rüsumu alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-3963/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3963/2023
12.09.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver