Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-397/2025 14.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Cavabdeh MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:
1. İddiaçı Cavabdeh MMC-yə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 90000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh BUTA AQRO Şirkəti tərəfindən ona vurulmuş zərərin əvəzinin ödənilməsinə dair iddia tələbi ilə Nəsimi rayon məhkəməsinə müraciət edib. Elektron Məhkəmə İnformasiya Sisteminə əsasən cavabdehin hüquqi ünvanı ünvan 1 nin 35.1- ci maddəsinə əsasən Məhkəmənin 2(006) 5132/2002 nömrəli xx.xx.2022- ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunan sənədlər baxılmadan geri qaytarılmışdır. Eyni məzmunlu iddia ərizəsi ilə Sumqayıt şəhrə Məhkəməsinə müraciət edib. Məhkəmənin (hakim Gülnarə xanım Tağızadə) 2(060)-82/2024 nömrəli xx.xx.2024 - cü İİ tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin etmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verib. Həmçinin cavabdeh tərəfindən birinci istansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaya cavab verməli olmayan "BUTA AQRO MMC" cavabdeh şəxs qismində işə cəlb olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 54.4 cü maddəsinə uyğun olaraq əsil olmayan tərəfin "BUTA GROUP MMC" əvəz olunmasını və işə yenidən baxılmasını məhkəmədən xahiş edib. Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakim Lalə xanım Rəhimli) 2(105)- 1219/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə birinci istansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-82/2024 nömrəli qətnaməsi ləğv edilməklə apellyasiya şikayəti qismən təmin edilmiş və iş üzrə yeni qətnamə çıxarılması qət edilmişdir. Göstərilənləri nəzərə alaraq yenidən məhkəməyə müraciət etmək məcbiriyyətindədir. Bildirir ki, İsmayıllı rayonu Diyallı kənd ərazisində yerləşən 2.83 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti İdarəsi tərəfindən verilmiş RX ******* saylı çıxarışına əsasən 02.Xİ.2018-ci il tarixdən onun xüsusi mülkiyyətindədir. Diametri 7 sm uzunluğu 2 metr 50-60 sm qazma işlərində istifadə olunan divarları qalın cəmi 276 ədəd turbalar basdıraraq ara məsafələri 12-15 sm olmaqla tikanlı məftillərlə həmin torpaq sahəsi çəpərlənmişdir. Həmin çəpər "BUTA GROUP MMC" şirkətinin əməkdaşları Tural (mob tel: ***-***-**-**) və tanımadığı digər şəxslər tərəfindən gizli yolla talanaraq oğurlanıbdır. Çəpərin turbaları və tikanlı məftillərini Diyallı kənd sakini Çingizin idarə etdiyi traktora yükləyərək, ona məlum olmayan istiqamətə aparıblar. Çingizlə əlaqə saxlayıb, o bildirib ki, turbaların cuzi miqdarını onun qapısına töküblər. Sonradan isə onun qapısına tökülən turbaları da yığaraq qalan əksər qismini isə Tural və Samir adlanan şəxslər hara apardıqlarını bilməyibdir. Hazırda həmin turbaların tikanlı məftillərin bazar qiyməti, eləcə də çəpərin çəkilməsi 20 min manatdan artıq edir. 2019-cu ilin yaz mövsümündə həmin torpaq sahəsi, ondan xəbərsiz və gizlincə "BUTA GROUP MMC" şirkəti tərəfindən şumlanaraq kartof səpilərək payız mövsümündə yığılıbdır. 2020-ci ildə həmin torpaq sahəsinə onun razılığı ilə İsmayıllı rayon sakini Dəmirov Akif tərəfindən taxıl əkilibdir. 2021-ci ilin aprel ayının əvvəllərində Tovuz rayon sakini əvvəllər tanımadığı Sakit adlı şəxsdən 1 kq 75 qəpikdən ibarət 9 ton 600 kq kartof toxumu alaraq səpmək üçün həmin torpaq sahəsinə gəlib. Lakin yenə də "BUTA GROUP MMC" şirkətinin əməkdaşları tərəfindən torpaq sahəsinin şumlanaraq, kartof səpildiyini görmüşdür. Onlara bildirdi ki, bu nə özbaşnalıqdır, sizə kim icazə verib, nə əsasında başqasının yerini özbaşınıza istifadə edirsiniz. Onlardan aldığı cavabın məzmunu isə bu oldu: “Sən bilirsən ki, "BUTA GROUP MMC" şirkəti kimə məxsusdur, get kimə şikayət edirsən et, bizə heçnə edə bilməzsən”. Məcbur olub aldığı kartof toxumunu İsmayıllı şəhərində avtovağzalın yanında olan keçmiş kəlağayı sexinin anbarına boşaldıb, alıcı axtarmağına baxmayaraq tapa bilməyib. Məcbur olub, Tovuz rayonuna aparmış, lakin əkin-səpin mövsümü başa çatdığından sata bilməmişdir. Toxum göyərərək istifadə üçün tam yararsız hala düşmüş, beləliklə də 8.300 manat ziyana düşmüşdür. "BUTA GROUP MMC" şirkətinin əməkdaşı Tural adlı şəxslə əlaqə saxlayıb. Tural da ona bildirdi ki, şirkətin məsul işçisi X3 bu barədə məlumat verib. Onlar ancaq onun göstərişlərini yerinə yetirirlər. Quliyev Bəşirlə bir neçə dəfə telefon əlaqəsi saxlayıb. Onların bu qanunsuz hərəkətləri barədə məlumat verib və ona vurulan zərərin ödənilməsini tələb edib. O, da Bakıda onunla şirkətdə görüşməyini məsləhət bilmişdir. Nəhayət onunla Bakı şəhərində yaşadığı mənzildə görüşüb. Yuxarıda qeyd etdiklərini ona bildirib. O, da özünü ona məxsus torpağın mülkiyyətçisi kimi apararaq bildirdi ki, 1 ha torpağa illik 400 manat icarə haqqı verir, istəyirsə budur istəmirsə də budur, get kimə şikayət edirsən et. O, bununla da tabeliyində olan şəxslərin yuxarıda qeyd olunan hərəkətlərinə bəraət verərək ona onların vurduqları zərərdən imtina edibdir. X1 və onun tabeliyində olan işçilər tərəfindən mülkiyyət hüququnun kobud surətdə pozulmasına dair aidiyyatı orqanlarına müraciət edib. İsmayıllı Polis şöbəsi tərəfindən araşdırmalar aparılıb. Tərəfindən təqdim edilən zəruri dəlillər və sübutlara hüquqi qiymət verilməyib, uzun müddət süründürməçiliyə yol verilərək cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İstintaq aparan, Polis əməkdaşı ilə söhbət edib. Bildirib ki, qarşılarındakı "BUTA GROUP MMC" şirkətidir. Onlar heç nə edə bilmirlər. Bununla da mülkiyyət hüququnun pozulmasından uzun müddət keçməsinə baxmayaraq pozulmuş hüququnun bərpasına və ona vurulmuş ziyanın ödənilməsinə nail ola bilməyib. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. “BUTA GROUP MMC" şirkətinin əməkdaşlarının qeyri-qanuni əməlləri nəticəsində ona xüsusilə külli miqdarda ziyan vurulmuşdur. Belə ki, bu şirkətin Əməkdaşları tərəfindən ona vurulan ziyanın qiymətini 90.000 manat məbləğində hesab edir. Yuxarıda qeyd etdiyi kimi uzunluğu 2 metr 60 sm 76 mm turbanın bir metrinin bazar qiyməti 15-16 manat təşkil edir. Yəni bir ədəd 2 m 76 mm turbanın bazar qiyməti 15 manatdan 4 manat 14 qəpik təşkil edir. Həmin ölçüdə 276 ədəd turbaların bazar qiyməti 15,226 (on beş min iki yüz 26 manat) manat təşkil edir. Tikanlı məftillərin qiyməti isə 3 manat təşkil edir. Yəni tikanlı məftillərlə birlikdə 15,226 manatdır. Hazırda həmin ərazinin yenidən çəpərlənməsi üçün fəhlə isə 4 min manat məbləğində pul tələb edir. Turbaların basdırılması üçün bir ədəd quyunun 50-60 sm dərinliyində qazılması üçün 5 manat pul tələb edirlər. Beləliklə də tək çəpərə görə ona 20 min manatdan artıq ziyan vurublar. Tovuz rayounundan bir kiloqramını 75 qəpikdən aldığı 9 ton 600 kq kartof toxumuna 6 min 750 manat pul verib. 300 manat verərək yuxarıda qeyd etdiyi ünvana gətirərək, boşaltmasına 60 manat pul verib. Yenidən 60 manat pul verərək "xxxx" MMC-nin balansında olan **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyərək daşıma haqqı 250 manat verməklə Tovuz rayonuna gətirib. Boşaltmağa 60 manat verərək, toxumu aldığı Sakit adlı şəxsin həyətinə boşaltmışdır ki, bəlkə sata bilər. Lakin kartof səpin mövsümü başa çatdığından sata bilməyib. Göyərərək istifadəyə yararsız vəziyyətə düşübdür. Bu xərcləri də nəzərə alsa kartof toxumuna 8.230 manat məbləğində pul xərcləyib. Xüsusi mülkiyyətində olan torpaq sahəsinin də yerləşdiyi ərazidən 1 hektar 30-35 ton miqdarında məhsul verir. 1 hektar yerə toxumun səpilməsi aqrotexnik qaydalara riayət etməklə (sulanması, kultivizasiyası məbləğində pul təşkil edir. Yerli məhsul kartofun bir kq-nın qiyməti bir manat, 1 manat 50 qəpiyə qədərdir. 3 hektar isə 80-85 ton civarında kartof məhsulu verir. Bu 80-85 ton kartof təxminən 15 tonuna qədər kiçik ölçülü toxum üçün kartof təşkil edir. Yerdə qalan 60-65 ton kartof iri ölçüdə olduğundan və bazarda böyük tələbat olduğundan 1 kq-ın qiyməti 1,20-dən 1,50-dək təşkil edir. Kiçik ölçüdə olan kartofun qiyməti isə 70 qəpik təşkil edir. Əgər 60-65 ton kartofun 1 kq-ı bazar qiyməti 1 manatdan 10-15 ton kiçik ölçüdə kartofun isə bazar qiyməti 1 kq-1 m 70 qəpik təşkil edərsə bir ildə 3 hektardan 70 min manatadək məhsul götürülür. Bu məbləğdən. səpin və əksinə çəkilən 18-20 manatı çıxdıqda yerdə 50-55 min manat xalis gəlir qalır. Deməli ildə 3 hektardan götürülən xalis gəlir 50-55 min manat təşkil edərsə 2 ildə isə 90-100 min manat xalis gəlir əldə etmiş olurlar. Ona məxsus olan torpaq sahəsinin çəpərlərinin sökülməsi, əkilməsi, kartof səpilməsi, becərilməsi, tədarük edilməsi İsmayıllı rayonu polis şöbəsinin xx.xx.2021-ci il tarixli "Cinayət işinn başlanmasının rədd edilməsi" barədə qərarı ilə tam təsdiq olunmuşdur. Yuxarıda göstərdiyi ziyanı da bunun üstünə gəlsək, "BUTA GROUP MMC"xxxx"BUTA GROUP MMC" şirkətinin əməkdaşlarınm xüsusi mülkiyyətimdə olan 2. 83 ha torpaq sahəsindən öz bildikləri kimi istifadə etmələri sərəncam vermələri gizli yolla, çəpərin söküb talanmaları özbaşına əkib becərmələri götürdüklərı məhsulu mənimsəmələri xüsusi mülkiyyətində olmasına baxmayaraq 10 tona yaxın kartof toxumunun, səpilməsinə imkan verməmələri Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına Dövlətin təməl prinsiplərinə ziddir və haykırıdır. Belə ki, Azərbaycan Respubliası Konstitusiyasının 7ci maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, Azərbaycan Dövləti demokratik hüquqi, dünyəvi unitar Respublikadır. "BUTA GROUP MMC" şirkətinin bu qanunsuz əməlləri nəticəsində Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-cj hissəsində, Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsində nəzərdə tutulan, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququndan məhrum olunub. Qeyd edilən şirkətin əməkdaşlarının bu əməlləri ilə ona vurulan zərər qanundan əmələ gələn öhdəliklərə aid olmadığından Azərbaycan Respublikası MM-nin 1091-ci maddəsindən nəzərdə tutulan əsassız varlanma anlayışına aid deyildir. Şirkətin əməkdaşları tərəfindən ona vurulan zərər Azərbaycan Respublikası MM-nin 9-cu bölməsində nəzərdə tutulan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklərə aiddir. Həmin Məcəllənin 1096-cı maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqda və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətərib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. Hərəkət və ya hərəkətsizlikdir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1099.1-ci maddəsində göstərilmişdir ki, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Əlavə olaraq bildirir ki, az da olsa onun Ordu quruculuğunda əməyi vardır. 1-ci Qarabağ Müharibəsində doğma əmisi oğlu X8 şəhid olubdur. Doğma bacısı oğlu X6 2-ci qrup əlil olubdur. Doğma oğlu Allahyarov Kənan 2-ci Qarabağ müharibəsində Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd rayonlarının və eləcə də Şuşa şəhərinin düşmən tapdağından azad olunmasında tam iştirak etməklə 2 ildən artıq hərbi xidmətdə olubdur. Azərbaycan Respublikası Prezidenti X11 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə medallarla təltif olunubdur. Bununla da göstərmək istəyir ki, Dövlətin ərazi bütövlüyü və suverenliyinin qorunub saxlanılmasında onun canı, qanı və təri vardır. Aidiyyatı orqanlara müraciətinə baxmayaraq yuxarıda qeyd olunan fakt və hallara biganə yanaşılıb, elə bil ki həmin torpaq sahəsinin mülkiyyətçisi o, yox "BUTA GROUP MMC" şirkətinin əməkdaşlarıdır. 2016-cı ilin yay ayından 'limfoma" diaqnozlu bəd xərçəng xəstəliyindən əziyyət çəkir. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
3. Cavabdeh MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı tərəfindən dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət olunmuşdur. İddiaçı təqdim etdiyi iddia ərizəsində qeyd olunur ki, onun mülkiyyətində olan, İsmayıllı rayonu, Diyallı kəndi ərazisində yerləşən 2,83 hektar torpaq sahəsi Cavabdeh MMC-nin əməkdaşları X7 və X4 tərəfindən gizli şəkildə şumlanmış, həmin sahəyə kartof əkilmiş və sonradan əldə edilən məhsul xəbərsiz şəkildə yığılaraq aparılmışdır. İddiaçının bildirdiyinə görə, bu hərəkətlər nəticəsində ona 90.000 (doxsan min) manat məbləğində maddi ziyan dəymişdir. Buna əsasən, iddiaçı məhkəmədən Cavabdeh MMC-dən göstərilən məbləğin tutularaq ona ödənilməsini tələb edir. Qeyd edir ki, iddia ərizəsində qeyd edilən halların Cavabdeh MMC ilə hər hansı bağlılığı mövcud deyildir. Belə ki, Cavabdeh MMC-nin həm hüquqi, həm də faktiki ünvanı Sumqayıt şəhərində yerləşmişdir və nə Bakıda, nə də İsmayıllı rayonunda şirkətin hər hansı filialı, nümayəndəliyi və ya struktur bölməsi fəaliyyət göstərməmişdir. Bundan əlavə, iddia ərizəsində adı çəkilən şəxslər – X7 və X4 – heç vaxt Cavabdeh MMCdə işçi kimi çalışmamışlar və bu şəxslərin şirkətlə hər hansı əmək və ya xidmət münasibətləri olmamışdır. Bununla yanaşı, qeyd edirlər ki, Cavabdeh MMC xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikasının 2 saylı Ərazi Vergilər Departamentinə rəsmi ərizə ilə müraciət edərək fəaliyyətinin dondurulması ilə bağlı müraciət etmişdir və xx.xx.2019-cu ildən xx.xx.2024-cü ilə qədər şirkətin fəaliyyətinin dondurulması barədə vergi orqanının müvafiq təsdiqedici məktubu mövcuddur. İddia ərizəsində qeyd edilən hadisələr isə məhz şirkətin fəaliyyətinin dondurulduğu dövrə təsadüf edir. Bu isə hüquqi baxımdan ziddiyyətli və məntiqsizdir, çünki fəaliyyəti dondurulmuş bir şirkətin nə əməkdaşlarının olması, nə də həmin əməkdaşların şirkət adından qanunsuz fəaliyyət göstərməsi mümkün deyildir. Qeyd etmək zəruridir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi məqamları sübut etmək üçün heç bir fakt və ya dəlil təqdim edə bilməmişdir. İddia ərizəsində vurğulanan zərərin Cavabdeh MMC ilə bağlılığına dair hər hansı hüquqi və ya faktiki əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarına əsasən, işəgötürən yalnız öz işçilərinin törətdiyi hərəkətlərdən irəli gələn zərərə görə məsuliyyət daşıyır. Bu iş üzrə isə qeyd edilən şəxslərin Cavabdeh MMC-nin işçisi və ya nümayəndəsi olması, eləcə də vurulmuş zərərin cavabdeh tərəfə aidiyyəti olduğu sübuta yetirilməmişdir. Buna görə də, iddia ərizəsində irəli sürülən tələblər hüquqi baxımdan əsassızdır və heç bir sübuta əsaslanmır. Beləliklə, qeyd olunanlardan görünür ki, İddiaçı iddiası əsassızdır və rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, cavabdeh İddiaçı Cavabdeh MMC-dən 90000 (doxsan min) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi tələbi ilə təqdim etdiyi iddia ərizəsinin əsassız olması səbəbindən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Hesab edir, ki qarşı tərəf yenə də düzgün olmayan cavabdehə qarşı iddia qaldırmışdır. Cavabdeh MMC 2019-cu ilin avqust ayında fəaliyyətini dayandırmışdır. Tural və Samir adlı şəxslər isə ümumiyyətlə Buta Group MMC-nin əməkdaşları olmayıblar. Ola bilsin kı, sözügedən şəxslər özlərini yalandan belə təqdim etmişdirlər. İddiaçı ilk növbədə öz iddiasının qanuniliyini sübuta yetirməlidir. Buna baxmayaraq iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməyib və məhkəməyə hər hansı bir sübut təqdim etməyib. Hesab edir ki, iddia tələbi tamamilə əsassızdır. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. 5.Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edəərk işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə hazırlıq iclaslarında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, İsmayıllı rayonu, Diyallı kəndi ərazisində yerləşən 2,83 hektar torpaq sahəsi onun xüsusı mülkiyyətindədir. Bu torpaq ərazisi onun tərəfindən çəpərlənmişdir. Cavabdeh şirkət tərəfindən həmin çəpərlər sökülərək oğurlanmışdır. 2019-2021-ci illər tarixində torpağı qanunsuz olaraq əkilib və məhsul mənimsənilmişdir. Bu halla əlaqədar polisə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Qarşı tərəf barəsində xüsusi qərardad çıxarılmalıdır. Əgər qarşı tərəf əsl cavabdeh deyildirsə, nəyə görə polis idarəsinə gedərək izahat vermişdirlər. Buta Grop və Buta Agro şirkətlərinin hüquqi ünvanları eynidır. İddiaçı tərəfindən hasarlar 2019-cu ilin noyabr ayında sökülmüşdür. O, hadisə ilə əlaqədar DİN, Prokurorluq və ismayıllı rayon polis idarələrınə müraciət edib. O, Apellyasiya məhkəməsindən sənədləri əldə edib və həmin sənədləri məhkəməyə təqdim edib. Bildirir ki, 2018-ci ilin yay aylarında İsmayıllı rayonunda cavabdeh MMC-nin "xxxx" filialı açılmışdır. Cavabdeh MMC-nin "Aztomato" və "Azgübrə" adlarında da şirkətləri vardır. İsmayıllıdakı Aqrar inkışaf mərkəzindən əldə etdiyi arayışa əsasən Şahin İbrahimov adlı şəxs torpağında əkinlər aparmışdır. Bununla yanaşı tərəfindən Diyallı kəndindən də arayış əldə edilmişdir. Əldə etdiyi arayışa əsasən Buta Group MMC 2019-2021-ci illər arasında Diyallı kəndi ərazisində 80 ha-dan artıq olmaqla kartof əkərək tədarük etmişdir. Ona aid olan torpaq sahəsi də həmin şirkət tərəfindən kartof əkilərək tədarük edilmişdır. Polıs təhqiqatçısı 4 dəfə Şahinlə əlaqə saxlayıb və Şahın bildirib ki, gəlib izahat verəcək. Şahin polis təhqiqatçısına özünə qarşı qanunsuz olaraq iş açıldığını deyə bilərdı. Lakin, Şahin polisə belə bir etiraz etməyib. Cavabdeh müəssisə fəaliyyətlərinə dair məlumatları elektron sistemə əlavə etməmişdir. O, polisə şikayət etdikdən sonra cavabdeh müəssisə elektron sistemə vergi məlumatlarmı əlavə etmişdir. Hazırki iş üzrə ekspertiza təyin edilməsi zəruri olsa da, məhkəmə əsassı olaraq onun barədə olan vəsatətini təmin etməmişdir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
7. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. İşdə olan çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu, Diyallı kəndində 2.8279 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. 9.İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-82/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilmiş, cavabdeh Buta Aqro şirkətindən 20434 manat məbləğində maddi zərərin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. 10.İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1219/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Sumqayıt şəhər Məhkəməsinin 2(060)-82/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilməmişdir.
11. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, MK-1/1353 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. 12.İşdə olan İsmayıllı RPŞ-nin İB-nin İddiaçı ünvaladığı məktubdan görünür ki, məsələ ilə əlaqədar mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edilməsi Yuisf Allahyarova tövsiyyə olunmuşdur. 13.İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/8448 saylı ekspert rəyindən görünür ki, İsmayıllı rayon Diyallı kənd ərazisində yerləşən mülki iş materiallarında və qərardadda göstərilən qeyd olunan materiallar istifadə etməklə (qara işlərdə nəzərə alınmaqla, yeni materialların daşınması, turbaların rənglənməi, quyuların qazılması, turbaların basdırılması, sement, qum palçığın qarışdırılması, qaynaq işlərinin aparılması, turbaların basdırılması, sement, qum, palçığın qarışdırılması, qaynaq işlərinin aparılması, tikanlı məftillərin turbalara birləşdirilməsi, qapının qoyulması) həmin torpaq sahəsinin çəpərlənməsi üçün yerinə yetirilməli müxtəlif növ tikinti təmir və quraşdırma işlərinin təqribi dəyərinin bazar qiymətlərinə uyğun olaraq 20434 manat məbləğində olduğu müəyyən edilir. 14.İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin sorğusuna “X2 İnstitutu” publik şəxsin mütəxəssisləri tərəfindən verilmiş rəydən görünür ki, ümumilikdə texnoloji xəritəyə görə 3 ha torpaq sahəsində kartofun səpilməsinə texniki xidmətin göstərilməsi və məhsulun yığılmasına çəkilən xərc orta hesabla 37071 manatdır. Bu sahədən alınan 75 ton məhsulun bir hissəsinin ərzaqlıq, bir hissəsinin toxumluq, bir hissəsinin isə yem kimi istifadə oluna biləcəyini və hər 1 kq-nın orta satış qiymətinin həmin dövr üçün 0,70 man olduğunu nəzərə alsaq, 3 ha-dan ümumi gəlirin 52500 manat, xalis gəlirin tsə 15429 manat ola biləcəyi məlum olur. 15.İşdə olan 2 saylı Ərazi Vergilər Departamentinin Cavabdeh MMC-yə ünvaladığı məktubdan görünür ki, Cavabdeh MMC-nin fəaliyyəti MMC-nin xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək dayandırılmışdır. 16.İşdə olan İsmayıllı rayonu, Diyallı Bələdiyyəsinin 86 nömrəli 25 dekabr 2024-cü il tarixli arayışından görünür ki, "xxxx" MMC (hüquqi təmsilçisi X9) şirkəti tərəfindən İsmayıllı rayonu, Diyallı kəndi ərazisində 2019-2021-ci illərdə hər il 80 ha –dan artıq olmaqla kartof əkilərək tədarük edilmişdir. İddiaçı məxsus 2.83 ha torpaq sahəsi də həmin şirkət tərəfindən kartof əkilərək tədarük edilmişdir.
17. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, hüquqi ünvanı Sumqayıt şəhəri, 2-ci mkr, ev 37/20 mənzil 46 olan Cavabdeh MMC-nin (VÖEN **********) xx.xx.2019-cu il tarixdən fəaliyyəti dayandırılmışdır. 18.İşdə olan İsmayıllı rayon, Kürdmaşı Bələdiyyəsinin 04 nömrəli, 11 fevral 2025-ci il tarixli məktubundan görünür ki, ”Buta Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin İsmayıİİı rayon Kürdmaşı kəndində fəaliyyət göstərən “Az Kübrə’ filialı 2018-ci ildə fəaliyyət göstərmişdir. ”Az Tomato” isə fəaliyyət göstərməyib. “Aqro Park” adlı filialın İsmayıllı rayon Kürdmaşı kəndində 2018-2020-ci illərdə fəaliyyət göstərib və kartof istehsal edib. 2021- 2024-cü illərdə fəaliyyət göstərməyib. 19.İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixl məktubundan görünür ki, Cavabdeh (VÖEN **********) AZ KÜBRƏ və AZ TOMATO adlı filiallarının olması barədə hüquqi şəxslərin dövlət reyestrində məlumat aşkar edilməmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
20. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İsmayıllı rayonu, Diyallı kəndində 2.8279 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. İddiaçı həmin torpaq sahəsində olan, ona məxsus 276 ədəd turbanın və məftillərin "BUTA GROUP MMC" şirkətinin əməkdaşları Tural və Samir adlı və tanımadığı digər şəxslər tərəfindən gizli yolla talanaraq oğurlandığını, eyni zamanda ona məxsus torpaq sahəsinin onun razılığı olmadan cavabdehin əməkdaşları tərəfindən əkin sahəsi kimi istifadə edildiyini, nəticədə ona 90000 manat məbləğində ziyan dəydiyini bildirmişdir. Hazırda iddiaçı həmin məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh isə iddia tələbini qəbul etmir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
21. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 22.Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir.
23. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir.
25. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır.
26. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
27. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.
28. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
29. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
30. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
31. Həmin Məcəllənin 1099.1-ci maddəsinə görə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
32. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək vəzifələrinin icrası zamanı onun vurduğu zərərin əvəzini ödəməlidir. İşçi dedikdə isə əmək müqaviləsi əsasında, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxs başa düşülür.
33. Beləliklə, Mülki Məcəllənin 1099-cu maddəsinin məzmununa əsasən işəgötürənin sözügedən maddə ilə nəzərdə tutulmuş məsuliyyətinin yaranması üçün aşağıdakı şərtlər məcmu şəkildə mövcud olmalıdır: - mülki hüquq pozuntusu törədən şəxs hüquqi şəxsin işçisi olmalıdır; - hüquqi şəxsin işçisi mülki hüquq pozuntusunu əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı törətməlidir.
34. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43 və 44-cü maddələrinin mənasına görə, əmək müqaviləsi işəgötürənlə işçi arasında bağlanan və özündə həmin Məcəllənin 43-cü maddəsində göstərilən bütün şərtləri və məlumatları, o cümlədən işçinin əmək funksiyalarını ehtiva edən yazılı razılaşmadır. İşçinin əmək funksiyası isə Əmək Məcəlləsinin 57-ci maddəsinin 1-ci hissəsində konkretləşdirilmiş və müəyyən edilmişdir ki, işəgötürən işçinin əmək funksiyasının əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir.
35. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı iddia ərizəsində Cavabdeh işçiləri Tural və Samir adlı şəxs tərəfindən onun torpaq sahəsinə bu və ya digər qaydada (ona məxsus əşyaların oğurlanması, torpaq sahəsindən ondan xəbərsiz istifadə edilməsi və s.) ziyan vurulduğunu bildirsə də, həmin şəxslərin cavabdeh MMC-nin işçisi olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
36. Eyni zamanda iş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, X7 izahatında özünün “Buta” şirkətinin işçisi olduğunu bildirsə də, məhz Cavabdeh MMC-nin işçisi olduğunu bildirməmişdir.
37. Məhkəmə tərəfindən isə müəyyən edilmişdir ki, Cavabdeh MMC iddiaçının istinad etdiyi illərdə ümumiyyətlə fəaliyyət göstərməmiş, onun fəaliyyəti xx.xx.2019-cu il tarixdən dayandırılmışdır.
38. Məhkəmə qeyd edir ki, delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir.
39. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün dörd şərtin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqazidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 2) əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.
40. Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanunazidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir.
41. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqə hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı deyil. Belə ki, səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir.
42. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır.
43. Mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb yalnız işin hallarına uyğun olaraq müvafiq qiymətləndirmə nəticəsində bu şərtlər mövcud olduğu təqdirdə təmin edilə bilər.
44. Beləliklə məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş sübutlarla cavabdehin (və ya onun işçilərinin) hər hansı təqsirli, hüquqazidd hərəkətləri nəticəsində iddiaçıya iddia etdiyi qaydada maddi zərər dəyməsi, iddiaçıya istinad etdiyi məbləğdə ziyan dəyməsi ilə cavabdehin hərəkətləri arasında hər hansı səbəbli-əlaqə olması təsdiqini tapmadığından İddiaçı Cavabdeh MMC-yə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. 45.Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu özünə aid edilməlidir. 46.Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi: 47.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə)apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva