Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4004/2021 11.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X16 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, "xxxx" ASC-nin nümayəndəsi X2 qızının, Cavabdeh, Üçüncü şəxs "xxxx" Sığorta Şirkətinin nümayəndəsi X9 iştirakları ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə cavabdeh X12 arasında bağlanmış 27.09.2017-ci il tarixli, 214- 27.09.2017-SM0200 nömrəli kredit müqaviləsinə əsasən X7 24 ay müddətinə illik 29 % dərəcəsi ilə hesablanmaqla, 2350 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Lakin cavabdeh müqavilə üzrə verilmiş vəsaiti və ona hesablanmış faizləri tam və vaxtında ödəməmişdir. X12 09.09.2018-ci ildə vəfat etmiş və ölüm faktı Sumqayıt 2 ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, X4 vərəsələri X5, Cavabdeh, X10 və X1r. X5, X10 və X6 miras üzrə onlara düşən payını Cavabdeh bağışlamışlar. Göstərilənlərə əsasən Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 27.09.2017-ci il tarixli, 214-27.09.2017-SM0200 kredit müqaviləsi üzrə 1322.49 manat əsas borc, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 AZN dövlət rüsumunun və 0,40 (qırx) qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 qızı iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verərək, bildirdi ki, "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə cavabdeh X12 arasında bağlanmış 27.09.2017-ci il tarixli, 214-27.09.2017- SM0200 nömrəli kredit müqaviləsinə əsasən X7 24 ay müddətinə illik 29 % dərəcəsi ilə hesablanmaqla, 2350 manat məbləğində kredit verilmişdir. Borclu 09.09.2018-ci il vəfat etmiş və X5, Cavabdeh, X10 və X1r. X5, X10 və X6 miras üzrə onlara düşən payını Cavabdeh bağışlamışlar. Borclunun vərəsəsi Cavabdeh borcun ödənilməsi il bağlı xəbərdarlıq edilmiş, lakin o, borcu ödəməkdən imtina etmişdir. İmtina səbəbi də borcun sığorta şirkəti tərəfindən ödənilməli olduğunu bildirmişdir. Lakin sığorta şirkəti borcu ödəməkdən imtina edir, ona görə ki, sığorta şirkəti ilə bağlanan müqavilədə bir neçə xəstəlik nəzərdə tutulmuşdur ki, şəxs həmin xəstəliklərdən birindən vəfat edərsə borcu sığorta şirkəti borcu ödəmir. Borclu da həmin müqavilədə nəzərəd tutulan xəstəliklərdən birindən ölmüşdür. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəm iclasında cavabdeh Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, atası Telman Məmmədov ilə bağlanmış kredit müqaviləsinin şərtinə görə 1 ildən sonra ona nəsə olarsa krediti "xxxx" Sığorta Şirkəti ödəməlidir. Atasının 1 il 3 ay pensiyasından krediti üzrə ödəniş etmişdir. Atası rəhmətə getdikdən sonra bank tərəfindən ona bildirilmişdir ki, sığota ödənişləri ödəməkdən imtina edir və ona sığorta şirkətini məhkəməyə verməsi təklif olunmuşdur. Atasından miras olaraq yalnız yaşadığı mənzil qalmışdır, lakin həmin mənzili hələ öz adına sənədləşdirməmişdir.Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs "xxxx" Sığorta Şirkətinin nümayəndəsi X17 izahat verərək bildirdi ki, şirkət tərəfindən cavabdehə verilmiş imtina əsaslıdır. Belə ki, müqavilə bağlanan zaman bəyannamə tərtib olunmuşdur ki, orada müəyyən xəstəliklər göstərilmişdir. Şəxs həmin xəstəliklərdən birindən ölərsə şirkət sığortanı qarşılamır. 2013cü ildən mərhumun xroniki damar xəstəliyi olmuş və bu hal ona məlum olduğu halda şirkətdən müqavilə bağlanan zaman gizlətmişdir. Qeyd olunanlara əsasən üçüncü şəxsin nümayəndəsi Azərbaycan Respublikası MPM-nin 911-ci maddəsinə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan iddiaçı "xxxx" ASC ilə X12 arasında bağlanmış 27.09.2017-ci il tarixli, 214-27.09.2017-SM0200 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə illik 29 faiz ödənilməsi şərti ilə 24 ay müddətində 2350 manat məbləğində kredit verilmiş, borcalan krediti müəyyən olunmuş müddətdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materallarında olan ödəniş cədvəlindən görünür ki, X12 ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni 27.10.2017-ci il tarixdən başlayaraq hər ay banka 130,20 manat, sonuncu ay 126,78 manat, ümumilikdə 3124,45 manat ödəməklə qaytarmalıdır. İş materiallarında olan iddiaçı "xxxx" ASC tərəfindən verilmiş 16.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Məmmədov Telman oğlunun 16.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə 1322.49 AZN əsas borcu vardır. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X12 09.09.2018-ci ildə essensial hipertenziya xəstəliyindən ölmüşdür. İş materiallarında olan 12.03.2019-cu il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, X4 vərəsələri X5, Cavabdeh, X10 və X1r. İş materiallarında olan 12.03.2019-cu il tarixli miras payının bağışlanması haqqında müqavilədən görünür ki, X5, Cavabdeh, X10 və X6 vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlara düşən paydan Cavabdeh bağışlamışlar. İş materiallarına əlavə edilmiş iddiaçı "xxxx" ASC-nin Cavabdeh ünvanladığı 07.01.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə bank tərəfindən müqavilə üzrə yaranmış kredit borcunun 3 gün müddətində "xxxx" ASC-nə ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin cavabdeh, ona edilmiş xəbərdarlığa baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (443.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. (445.2.1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə Cavabdeh mərhum X8 daşınar və daşınmaz əmlaklarına dair vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyindən, məhkəmə hesab edir ki, X21 oğlu ilə "xxxx" ASC 27.09.2017-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 1322,49 manat əsas kredit borcu borclunun hüquqi varisi Cavabdeh iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. İş materiallarında olan xəbərdarlıq məktublarına əsasən cavabdehə bank tərəfindən müqavilə üzrə yaranmış kredit borcu barədə xəbərdarlıq olunaraq həmin borcun ödənilməsi tələb olunmuş, lakin cavabdeh, ona edilmiş xəbərdarlıqlara baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişdir. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Nəticədə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 27.09.2017-ci il tarixli, 214-27.09.2017-SM0200 saylı kredit müqaviləsi üzrə 1322,49 manat borc, 30 manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1322,49 (bir min üç yüz iyirmi iki manat qırx doqquz qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) bank xidmət haqqı tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-4004/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4004/2021
11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver