Məhkəmə qərarları › İş №2(060)-4007/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4007/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4007/2020 21.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasnda baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 8.324,14 ABŞ dolları əsas, 3.643,8 ABŞ dolları faiz, 1.179,56 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2020ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.141,6 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 14.289,1 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən “xxxxxx” İKB ASC-dən illik 22 faizlə 24 ay müddətinə 15.000 ABŞ dolları kredit götürmüşdür. xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən kreditin qalıq müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə xx xxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Banka xx xxx 2020-ci il tarixədək cavabdehin xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 8.324,14 ABŞ dolları əsas, 3.643,8 ABŞ dolları faiz, 1.179,56 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.141,6 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 14.289,1 ABŞ dolları borcu vardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında göstərdi ki, iddia tələbini qismən qəbul edir, bankla aralarında kredit müqaviləsi bağlanmış və kredit məbləğini götürmüşdür. Lakin iddia edilən məbləğlə razı deyil. Belə ki, götürdüyü kreditin valyuta növü ABŞ dolları olduğundan manata olan məzənnəsində tez-tez dəyişiklik baş vermişdir, axırıncı devalvasiyadan sonra artıq borcu ödəmək imkanını itirmişdir. Dəfələrlə banka yeni ödəniş cədvəlinə əsasən ödənişlərin aparılması qaydasında razılaşma əldə etmək məqsədi ilə müraciət etsə də bunun bir nəticəsi olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Mülki iş materiallarına əlavə edilmiş: “xxxxxx” İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il kredit müqaviləsindən görünür ki, kreditor borcalana 24 ay müddətinə illik 22 faiz ödənilməsi şərti ilə 15.000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan həmin kreditdən məqsədli istifadə etməyi və müəyyən olunmuş müddətdə kredit və hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Bank ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanılmış xx xxxxxx 2014-cü il tarixli zaminlik müqavilələrinə əsasən zaminlər xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərinin icrası ilə bağlı üzərlərinə birgə məsuliyyət götürmüşlər. xx.xx.2014-cü il tarixli 4-M-4-0-1333-14 saylı kredit və 4-M-4-0-1333-14 saylı, xx.xx.2014-cü il tarixli zaminlik müqavilələrinə xx xxxx 2015-ci il tarixli Əlavə Saşizin məzmunundan görünür ki, xx xxxxxx 2014-cü il tarixli müqavilənin müddəti xx.xx.2017-ci il tarixə qədər uzadılmışdır. Maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxx 2020-ci il tarixə xx xxxxxx 2014cü il tarixli kredit müqaviləsi üzrə 8.324,14 ABŞ dolları əsas, kreditin bitmə tarixinə 3.643.8 ABŞ dolları faiz, 1.179,56 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.141,6 ABŞ dolları borcu vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununlada müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Bununla yanaşı məhkəmə hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsini onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə cavabdehin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 1.179,56 ABŞ dolları məbləğində cərimə azaldılaraq 300 ABŞ dolları müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən araşdırılan mübahisə üzrə zaminliyə artıq xitam verilmişdir, bu səbəbdən də Cavabdeh2 və Cavabdeh3 qarşı yönəlmiş tələb əsassızdır və təmin edilə bilməz. Məhkəmə həmçinin Mülki Məcəllənin 445-ci maddəsinə əsasən hesab edir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqaviləsinin bitdiyi xx.xx.2017-ci il tarixdən sonrakı dövr nəzər alınmaqla xx.xx.2020-ci il tarixədək ödənilməmiş əsas borc məbləğinə illik 5% hesablanmaqla gecikdirilmiş müddət üçün 1141,6 ABŞ dolları ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 01,80 manat iddiaçıya aid edilməli, 28,20 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 8.324,14 ABŞ dolları əsas, 3.643,8 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə və illik 5% hesablanmaqla gecikdirilmiş vaxt üçün 1141,6 ABŞ dolları, cəmi 13409,54 ABŞ dolları borc (ödəniş gününə manata məzənnə ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28,20 manat İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 8.324,14 ABŞ dolları əsas, 3.643,8 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə və illik 5% hesablanmaqla gecikdirilmiş vaxt üçün 1141,6 ABŞ dolları, cəmi 13409,54 ABŞ (on üç min dörd yüz doqquz ABŞ dolları əlli dörd sent) dolları borc (ödəniş gününə manata məzənnə ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28,20 (iyirmi səkkiz manat iyirmi qəpik) manat İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlilk edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar