Məhkəmə qərarları › İş №2(060)-401/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-401/2022

18.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-401/2022 18.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh oğluna qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, 20.07.2019cu il tarixli müqaviləyə əsasən, Toyota markalı tikiş maşını üçün 245 (iki yüz qırx beş) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 19.05.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********10859 olan Samsung Galaxy A50 markalı telefon üçün 323 (üç yüz iyirmi üç) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 16.06.2019-cu il tarixli müqaviləyə əsasən, HP markalı notebook SanDisk yaddaş kartı, Canyon markalı qulaqlıq, Genius markalı mouse Sonorous təmizləyici vasitə və TRUST markalı səsucaldıcı üçün 726 (yeddi yüz iyirmi altı) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 07.07.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung markalı televizor üçün 672 (altı yüz yetmiş iki) manat ödənilməmiş hissə, 0 (sıfır) mana cərimə, 28.09.2019-cu il tarixli müqaviləyə əsasən, 2 ədəd Samsung markalı televizor üçün 1768 (min yeddi yüz altmış səkkiz manat ödənilməmiş hissə, (sıfır) manat cərimə borcu olmaqla, ümumilikdə 3734 manat borc və 57.34 manat ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq "ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, cavabdeh, "xxxx" MMC ilə 20.07.2019, 19.05.2019, 16.06.2019, 07.07.2019 və 28.09.2019-cu il tarixli müqavilələrə əsasən, Toyota markalı tikiş maşını, İMEİ Kodu **********10859 olan Samsung Galaxy A50 markalı telefon, HP markalı notebook, SanDisk yaddaş kartı, Canyon markalı qulaqlıq, TRUST markalı səsucaldıcı, Genius markalı mouse, Sonorous təmizləyici vasitə, 3 ədəd Samsung markalı televizor almış, nəticədə 3734 (üç min yeddi yüz otuz dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 20.07.2019-cu il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 504 (beş yüz dörd) manat (18 ay x 28 manat + 0 manat ilkin ödəniş) olan Toyota markalı tikiş maşını üçün ümumilikdə, 245 (iki yüz qırx beş) manat olmaqla ondan, 245 (iki yüz qırx beş) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 19.05.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 882 (səkkiz yüz səksən iki) manat olan (16 ay x 55 manat + 2 manat ilkin ödəniş) İMEİ Kodu **********10859 olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə 323 (üç yüz iyirmi üç) manat olmaqla ondan, 323 (üç yüz iyirmi üç) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16.06.2019-cu il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1500 (min beş yüz) manat olan (12 ay x 125 manat + 0 manat ilkin ödəniş) HP markalı notebook, SanDisk yaddaş kartı, Canyon markalı qulaqlıq, Genius markalı mouse, Sonorous təmizləyici vasitə və TRUST markalı səsucaldıcı üçün ümumilikdə, 726 (yeddi yüz iyirmi altı) manat olmaqla ondan, 726 (yeddi yüz iyirmi altı) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 07.07.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1100 olan (min yüz) manat (11 ay x 100 manat + 0 manat ilkin ödəniş) Samsung markalı televizor üçün ümumilikdə, 672 (altı yüz yetmiş iki) manat olmaqla ondan, 672 (altı yüz yetmiş iki) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 28.09.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2024 (iki min iyirmi dörd) manat olan (11 ay x 184 manat +0 manat ilkin ödəniş) 2 ədəd Samsung markalı televizor üçün ümumilikdə, 1768 (min yeddi yüz altmış səkkiz) manat olmaqla ondan, 1768 (min yeddi yüz altmış səkkiz manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə borcu yaranmışıdr. Cavabdehin cəmi ödədiyi məbləğ 2276 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarında olan müqavilələrdən görünür ki, cavabdeh "xxxx" MMC ilə bağladığı 20.07.2019, 19.05.2019, 16.06.2019, 07.07.2019 və 28.09.2019-cu il tarixli müqavilələrə əsasən, Toyota markalı tikiş maşını, İMEİ Kodu **********10859 olan Samsung Galaxy A50 markalı telefon, HP markalı notebook, SanDisk yaddaş kartı, Canyon markalı qulaqlıq, TRUST markalı səsucaldıcı, Genius markalı mouse, Sonorous təmizləyici vasitə, 3 ədəd Samsung markalı televizor almış, nəticədə 3734 (üç min yeddi yüz otuz dörd) manat borc yaranmışdır. İş materiallarında olan bildiriş məktubundan görünür ki, Cavabdeh oğlu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən borcunu ödəməsi üçün lazımi qaydada xəbərdar edilmişdir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh oğlunun iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 3734 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materiallarına əsasən, cavabdehə müqavilə şərtlərini pozması barədə xəbərdarlıq olunaraq müqavilə üzrə üzərlərinə götürdüyü öhdəliklərini yerinə yetirmələri tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi bildirilmiş, lakin cavabdeh ona xəbərdarlıq olunmasına baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməyərək, öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə, Mülki Məcəllənin qeyd edilən maddələrinə əsasən hesab edir ki, Cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədiyinən, iddiaçı əşyanın ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 57.34 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və ondan 57.34 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 20.07.2019-cu il tarixli müqaviləyə əsasən, Toyota markalı tikiş maşını üçün 245 (iki yüz qırx beş) 19.05.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********10859 olan Samsung Galaxy A50 markalı telefon üçün 323 (üç yüz iyirmi üç) manat, 16.06.2019-cu il tarixli müqaviləyə əsasən, HP markalı notebook SanDisk yaddaş kartı, Canyon markalı qulaqlıq, Genius markalı mouse Sonorous təmizləyici vasitə və TRUST markalı səsucaldıcı üçün 726 (yeddi yüz iyirmi altı) manat, 07.07.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung markalı televizor üçün 672 (altı yüz yetmiş iki) manat, 28.09.2019-cu il tarixli müqaviləyə əsasən, 2 ədəd Samsung markalı televizor üçün 1768 (min yeddi yüz altmış səkkiz) manat olmaqla, ümumilikdə 3734 manat borc və 57.34 manat ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 20.07.2019-cu il tarixli müqaviləyə əsasən, Toyota markalı tikiş maşını üçün 245 (iki yüz qırx beş) 19.05.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********10859 olan Samsung Galaxy A50 markalı telefon üçün 323 (üç yüz iyirmi üç) manat, 16.06.2019-cu il tarixli müqaviləyə əsasən, HP markalı notebook SanDisk yaddaş kartı, Canyon markalı qulaqlıq, Genius markalı mouse Sonorous təmizləyici vasitə və TRUST markalı səsucaldıcı üçün 726 (yeddi yüz iyirmi altı) manat, 07.07.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung markalı televizor üçün 672 (altı yüz yetmiş iki) manat, 28.09.2019-cu il tarixli müqaviləyə əsasən, 2 ədəd Samsung markalı televizor üçün 1768 (min yeddi yüz altmış səkkiz) manat olmaqla, ümumilikdə 3734 manat borc və 57.34 manat ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar