Məhkəmə qərarları › İş №2(060)-4012/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4012/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4012/2020 21.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxxxxxx” ASC-nin Cavabdeh qarşı“pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı“xxxxxxxx” ASC Cavabdeh qarşı“pul“ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli EHKN-00110-17/18A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixə ödənilməmiş1895,57 manat əsas, 281,39 manat faiz, 216,02 manat dəbbə borcu, cəmi 2392,98 manat borcun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının Cavabdeh “xxxxxxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, «xxxxxxxx Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli EHKN-00110-17/18A saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədilə24 ay müddətinə illik 25 faiz hesablanmasışərti ilə3.000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzindəöz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliklərinin icrasında gecikməəmələ gəlmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinəəsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: xxxxxxxx ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli EHKN-00110- 17/18A saylı kredit müqaviləsindən görünür ki, xxxxxxxx ASC borcalan Cavabdeh 24 ay müddətinə, illik 25% olmaqla 3.000 manat məbləğində kredit verməyi, borcalan krediti qəbul edib təyinatına uyğun istifadə etməyi və ödəniş cədvəlinə uyğun olaraq faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka əsas borcu 1895,57 AZN, faiz borcu 281,39 AZN, cərimə borcu 216,02 AZN təşkil edir. Bildirişlərdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununlada müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin faktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421, 442, 445, 448.1, 739-cu maddəsinin tələblərinə əsasən qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, “xxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli EHKN-00110-17/18A saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 1895,57 manat əsas borc, 281,39 manat faiz, 216,02 manat dəbbə pulu, cəmi 2392,98 manat borc xxxxxxxx Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. “xxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli EHKN- 00110-17/18A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 1895,57 manat əsas borc, 281,39 manat faiz, 216,02 manat dəbbə pulu, cəmi 2392,98 (iki min üç yüz doxsan iki manat doxsan səkkiz qəpik) manat borc və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 30,40 (otuz manat qırx qəpik) manat xxxxxxxx Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar