Məhkəmə qərarları › İş №2(060)-4025/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4025/2023

18.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4025/2023 18.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X14 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, anası X7, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən tutulan alimentin miqdarını dəyişərək hər ay uşaq üçün 220 manat sabit pul məbləğində alimentin alınaraq birgə nikahlarından olan 23 iyun 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər ilə 30 mart 2014-cü tarixdə rəsmi nikaha olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından 23 iyun 2015-ci il təvəllüdlü X8 anadan olmuşdur. Cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuş və bu səbəbdən də Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-15601/2016 saylı, 25 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə aralarınakı nikahın pozulması, birgə nikahlarından olan 23 iyun 2015-ci il təvəllüdlü X4 iddiaçının yanında qalması və uşağın saxlanılması üçün cvabdehdən hər ay qazancının və başqa gəlirinin ¼ hissəsində alimentin tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3187/2017 saylı, 06 noyabr 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə qismən ləğv olunmuş və cavabdehdən hər ay 136,6 manat aliment tutulmuşdur. Hazırda övladının maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Uşağın böyüməsi ilə əlaqədar onların ehtiyaclarını ödəmək üçün uşağa 136,6 manat aliment kifayət etmir. İddiaçının nümayəndəsi, anası X11 məhkəmə iclasında bildirdi ki, təyin edilən alimentin məbləği uşağın zəruri ehtiyaclarını ödəmir. Cavabdehin maddi vəziyyəti yaxşıdır. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, yeni nikaha daxil olmuşdur. Həmin nikahdan bir uşağı var. İddia edilən aliment məbləği çoxdur. Özü Sumqayıt Bulvar idarəsində sahə rəisi işləyir və rəsmi maaşı 699 manatdır. Aliment ödənişlərini vaxtında yerinə yetirir. İddiaçı özü işləyir. Qeyd edilənlərə əsasən cavabdeh iddianın qismən təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1990-cı ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.1993-cü ildə, Sumqayıt şəhərində anadan olmuşdur. O, Laçın rayonu, Güləbird ərazi dairəsi, Güləbird kəndi ərazisində qeydiyyatdadır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-15601/2016 saylı, 25 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikahın pozulması, tərəflərin birgə nikahlarından olan 23 iyun 2015-ci il təvəllüdlü X4 iddiaçının yanında qalması və uşağın saxlanılması üçün cvabdehdən hər ay qazancının və başqa gəlirinin ¼ hissəsində alimentin tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3187/2017 saylı, 06 noyabr 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə qismən ləğv olunmuş və 23 iyun 2015ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 136,6 manat alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən tərəflər arasındakı nikahın ləğv edilməsi barədə akt qeydi xx.xx.2016-cı ildə, 284 nömrə ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2015-ci ildə, Sumqayıt şəhərində anadan olmuşlar. Uşağın atası Cavabdeh, anası isə İddiaçıdır. Elektron məhkəmə informasiya sistemindən çıxarışda göstərilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Sumqayıt Regional Mədəniyyət İdarəsində baxıcı vəzifəsində işləyir və aylıq əmək haqqı 441 manat təşkil edir. Elektron məhkəmə informasiya sistemindən çıxarışda göstərilmişdir ki, cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində "xxxx" MMC-də bölmə rəhbəri vəzifəsində işləyir və aylıq əmək haqqı 699 manat təşkil edir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışına əsasən cavabdehin əmək haqqı kartına köçürülən məbləğ 462,04 manat təşkil edir. Nikah haqqında şəhadətnamənin surətinə əsasən cavabdeh ilə X5 arasında xx.xx.2017-ci ildə, Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Nikah bağlandıqdan sonra ərə Bəylərov, arvada Mahmudova soyadları verilmişdir. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2018-ci ildə, Sumqayıt şəhərində anadan olmuşlar. Uşağın atası Cavabdeh, anası X3r. Məhkəmə iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilsə də, bu vəsaitin ödənilməsi öhdəliyinin bunun üçün zəruri vəsaitə malik olub-olmaması aydınlaşdırılmadan yalnız bir tərəfin üzərinə qoymaq olmaz. İddiaçı X2 üçün 220 manat aliment tələb etsə də, cavabdehin həmin məbləğdə aliment ödəməyə malik olması barədə sübut təqdim edə bilməmişdir. Eyni zamanda iş materiallarından görünür ki, cavabdeh yenidən ailə qurmuşdur və başqa bir uşağı vardır. Bu səbəbdən məhkəmə tərəflərin maddi vəziyyətləri, diqqətəlayiq hallar, yetkinlik yaşına çatmayan uşaqların mənafeləri nəzərə alınmaqla uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3978/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 190 manat məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 23 iyun 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3187/2017 saylı, 06 noyabr 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarı artırılaraq, hər ay 190 (yüz doxsan) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin Cavabdeh İddiaçı xeyrinə artırılmış formada tutulması hazırkı qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar