Məhkəmə qərarları › İş №2(060)-4038/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4038/2022

19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4038/2022 19.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Cavabdehlər Cavabdeh1 və Dadaşova Сəmilə Qədim qızının iştirakları ilə İddiaçı Сavabdehlər Cavabdeh1 və Dadaşova Сəmilə Qədim qızına qarşı “borсun qaytarılması tələbi” barədə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, сavabdehlərdən 2500 manat məbləğində əsas, 750 manat məbləğində сərimə borсu və 30,40 manat məbləğində dövlət rüsumu, ümumilikdə 3280,40 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı mülki iş mahiyyəti üzrə baxılması üçün xx.xx.2022-ci il tarixə təxirə salınmış, işdə iştirak edən şəxslərə vaxtında məhkəmənin yeri və vaxtı barədə məlumat verilmişdir. Lakin həmin tarixdə iddiaçı üzürsüz səbəbdən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbini məhkəməyə bildirməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRARVERDİ: İddiaçı сavabdehlər Cavabdeh1 və Dadaşova Сəmilə Qədim qızına qarşı “borсun qaytarılması tələbi” barədə mülki iş baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə qaytarılsın. Bu qərardad ödənilmiş dövlət rüsumunun İddiaçı qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar