Məhkəmə qərarları › İş №2(060)-404/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-404/2023

10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-404/2023 10.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh 2400 (iki min dörd yüz) manat borc və 44 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Cavabdeh tanıyır və yaxın münasibətləri olmuşdur. Şərifov X1 rayonunda yerləşən "N” saylı hərbi hissədə işləmişdir. Cavabdeh 04 fevral 2020-ci ildə iddiaçının yanına gələrək ona 2600 (iki min altı yüz) manat pul lazım olduğunu bildirmişdir. Həmin vaxt iddiaçı Cavabdeh 2600 manat borc vermiş və cavabdeh öz xətti ilə qəbz yazaraq söz vermişdir ki, aldığı 2600 manat borc pulu 2020-ci ilin mart ayından hər ay 200-300 manat olmaqla qaytaracaqdır. Cavabdeh aldığı 2600 manat borcundan 200 manatını qaytarmış və 2400 (iki min dörd yüz) manat borcu qalmışdır. Cavabdeh borclu qaldığı 2400 manat pulunu qaytarması barədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir və hər dəfə müxtəlif bəhanələr gəlirərək yaxın vaxtlarda pulu qaytacağını bildirərək iddiaçını aldatmışdır. Cavabdeh hazırda hərbidən pensiyaya çıxmış və hər ay 1500 manat almaqla Sumqayıt şəhərində yaşayır. Cavabdeh borclu qaldığı 2400 manat pulu qaytarmağa maddi imkanı vardır. İddiaçı iddia tələbini müdafiə etdi. Bildirdi ki, keçmiş hərbçidir, cavabdehi də hərbçi kimi tanımış və yaxın münasibətləri yaranmışdır. Cavabdeh 04 fevral 2020-ci ildə iddiaçının yanına gələrək ona 2600 (iki min altı yüz) manat pul lazım olduğunu bildirmişdir. Həmin vaxt iddiaçı Cavabdeh 2600 manat borc vermiş və cavabdeh öz xətti ilə qəbz yazaraq söz vermişdir ki, aldığı 2600 manat borc pulu 2020-ci ilin mart ayından hər ay 200-300 manat olmaqla qaytaracaqdır. Cavabdeh aldığı 2600 manat borcundan 200 manatını qaytarmış və 2400 (iki min dörd yüz) manat borcu qalmışdır. Cavabdeh borclu qaldığı 2400 manat pulunu qaytarması barədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh X2 məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək bildirmişdir ki, müharibə dövründə yaralandığı üçün borcunu ödəyə bilməmişdir. Yanvar ayından etibarən borcunu qaytaracağını bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı borc olaraq aldığı 2600 manat pulu mart ayından etibarən hər ay 200-300 manat olmaqla qaytarmağı öz öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh 04 fevral 2020-ci ildə iddiaçının yanına gələrək ona 2600 (iki min altı yüz) manat pul lazım olduğunu bildirmişdir. Həmin vaxt iddiaçı Cavabdeh 2600 manat borc vermiş və cavabdeh öz xətti ilə qəbz yazaraq söz vermişdir ki, aldığı 2600 manat borc pulu 2020-ci ilin mart ayından hər ay 200-300 manat olmaqla qaytaracaqdır. Cavabdeh aldığı 2600 manat borcundan 200 manatını qaytarmış və 2400 (iki min dörd yüz) manat borcu qalmışdır. Cavabdeh borclu qaldığı 2400 manat pulunu qaytarması barədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İddiaçı iddia tələbini müdafiə edir. Cavabdeh iddia tələbini etiraf edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən - Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əssən- Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı, iddiaçının həmin etirafla razı olması məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 %-i həcmində olmalıdır. Hazırki iş üzrə rüsum 44 manat təşkil etməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 44 manat dövlət rüsumunun əvəzi MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh 2400 (iki min dörd yüz) manat borc və ödənilmiş 44 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 2400 (iki min dörd yüz) manat borc və ödənilmiş 44 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar