Məhkəmə qərarları › İş №2(060)-4064/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4064/2021

06.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4064/2021 06.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, Ərizəçi vəkili-nümayəndəsi X7 iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 2.03.1965-ci il tarixli 49 saylı doğum haqqında bərpa akt qeydində ərizəçinin doğum tarixinin “xx.xx.1959-cu il”dən “25.06.1956-cı il”ə düzəliş olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Ərizəçi 25.06.1956-cı ildə Qubadlı rayonu Çərəli kəndində anadan olmuşdur. X4, anası isə X10r. ünvan 1 ünvanda da yaşayır. İddiaçı 25.06.1956-cı ildə doğulsa da, Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 23.03.1965-ci il tarixli 49 saylı doğum haqqında bərpa akt qeydində doğum tarixi xx.xx.1959-cu il kimi qeyd edilmişdir. Halbuki iddiaçı 25.06.1956-cı ildə anadan olmuşlar. Bunun üçün ərizəçi Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət edərək, Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 23.03.1965-ci il tarixli 49 saylı doğum haqqında bərpa akt qeydində doğum tarixi “xx.xx.1959-cu il”dən “25.06.1956-cı il”ə düzəliş olunmasını xahiş etmişdir. Lakin Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən ərizəçinin xahişi təmin olunmamışdır. Qeydiyyat şöbəsində izah olunmuşdur ki, ərizə ilə məhkəməyə müraciət edilsin. Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 23.03.1965-ci il tarixli 49 saylı doğum haqqında bərpa akt qeydində doğum tarixi “xx.xx.1959-cu il”dən “25.06.1956-cı il”ə düzəliş olunmalıdır. Ərizəçinin 25.06.1956-cı ildə doğulmağını şahidlər də təsdiq edirlər və onların məhkəmədə iştirakı ərizəçi tərəfindən təmin olunacaqdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili ərizə ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, o, həqiqətəndə 25.06.1956-cı il tarixdə doğulmuşdur, bu barədə o, hələm gənc yaşlarından məlumatlıdır, hazırda ərizə ilə ona görə müraciət edib ki, 25.06.1956-cı il təvəllüdlü qeyd edilməlidir və vaxtnda pensiya hüququ əldə etməlidir, onun doğum tarixi düzgün qeyd edilmədiyi üçün o, pensiyaya əsassız olaraq 3 il gec çıxmalıdır, ona görədə, onun təvəllüdü olduğu kimi qeyd edilməlidir. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddələrinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi Sumqayıt şəhər Qeydiyyat şöbəsinin rəisi Təranə Novruzova ərizəyə etirazları olmadığını bildirmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində izahan vermiş X11 (Ərizəçi anası) izahat verərək bildirmişdir ki, ərizəçi onun oğludur. 1954-cü ildə ailə həyatı qurmuş, 1956-cı ildə oğlu Ələsgər dünyaya gəlmişdir. Lakin doğum haqqında şəhadətnamədə doğulduğu tarixi səhv qeyd etmişlər. Doğum haqqında şəhadətnaməni alan zaman isə heç yazılara baxılmamışdır, ona görə də doğulduğu ili səhv qeyd olunduğunu bilməmişlər. Doğum haqqında şəhadətnamədə 1959-cu il yazıldığı təxminən bir il əvvəl onlara məlum olmuşdur. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X5 (Ərizəçi bacısı) izahat verərək bildirmişdir ki, ərizəçi onun böyük qardaşıdır. Təxminən 1 il əvvəl ona məlum olmuşdur ki, qardaşı Ələsgər əslində 1959-ci ildə deyil 1956-cı ildə anadan olmuşdur, lakin onun doğum haqqında şəhadətnaməsində doğulduğu il 1959-cu il göstərilmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X2 (Ərizəçi bacısı) izahat verərək bildirmişdir ki, ərizəçi onun böyük qardaşıdır. Qardaşı Ələsgərin doğum ili kimi 1959-cu il göstərilmişdir, əslində isə o, 1956-cı ildə anadan olmuşdur, bu hal ona təxminən 1 il əvvəl məlum olmuşdur. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan: - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. -doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, xx.xx.1959-cu il təvəllüdlü Ərizəçi, 23.01.1965-ci il təvəllüdlü X3 və 05.05.1963-cü il təvəllüdlü X1 X4, anası X10r. -nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1959-cu il tarixdə doğulmuşdur. -23.03.1965-ci il tarixli 49 saylı doğum haqqında bərpa akt qeydində Ərizəçi doğum tarixi25.07.1959-cu il qeyd edilmişdir. - iş materiallarında olan hərbi biletin surətindən görünür ki, Ərizəçi 12 iyun 1959-cu il tarixdə doğulmuşdur. -Ərizəçi məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, onun orada təvəllüdü 1959-cu il qeyd edilmişdir. - Sumqayıt şəhər qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı 16 fevral 2021-ci il tarixli 05/Q-55/62 saylı məktubdan görünür ki, Qubadlı rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib olunmuş 49 saylı doğum haqqında akt qeydində Ərizəçi doğulduğu tarix 12.06.1959-cu il qeyd edilmişdir. Qeydiyyat şöbəsinə təqdim edilən sənədlər arasında ziddiyyət olduğu üçün doğum haqqında akt qeydlərində doğum tarixinin 12.06.1956-cı il kimi dəyişdirilməsinin imkanları xaricində olduğu qeyd edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi 1956-cı ildə doğulması həqiqəti əks etdirmir. Belə ki, şəxs öz izahatında 1959-cu illə 1956-cı il olması arasında fərqi, əgər 1956-cı il təvəllüdlü olacağı təqdirdə vaxtında pensiya ala biləcəyini bildirmişdir. Həmçinin şahid (ərizəçinin yaxın qohumları) ifadələri zamanı məhkəmənin “Şəxsin 1956cı il təvəllüdlü olması sizə nə vaxt məlum olmuşdur?” sualına “1 il əvvəl məlum olmuşdur” cavabı da iddianın doğru olmasına şübhə doğurur. Eyni zamanda doğum faktının 1956-cı il kimi qeyd olunması üçün məhkəməyə yetərli sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 4.2ci bəndində qeyd edilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 339.1-ci maddəsinə müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 340-cı maddəsinə əsasən ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. Belə ki, Sumqayıt şəhər qeydiyyat şöbəsindən Ərizəçi ünvanlanmış məktubda, onun müraciətinə cavab olaraq bildirilmişdir ki, onun doğum şəhadətnaməsində olan yanlışlığın düzəldilməsi mümkün olmamışdır. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirməmişdir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 23.03.1965-ci il tarixli 49 saylı doğum haqqında bərpa akt qeydində doğum tarixinin xx.xx.1959-cu ildən 25.06.1956-cı ilə düzəliş olunmasına dair ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar