Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4069/2020 04.08.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “xxxxxxx” KB ASC-nin xeyrinə 715,65 AZN əsas, 10 AZN faiz, cəmi 725,65 AZN və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarına əlavə olunmuş AR DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən verilmiş xx.xx.2020-ci il tarixli MAPS şöbəsinin arayışından görünür ki, X1 şəhəri, 47-ci məhəllə, ev 1, mənzil 14 ünvanında qeydiyyatdadır. Göründüyü kimi sözügedən arayışda səhvən cavabdehin adı “Leyla”, ata adı isə “Fərhad” kimi göstərilmişdir. Bununla əlaqədar yenidən AR DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə Cavabdeh hansı ünvanda qeydiyyatda olması barədə sörğu ünvanlanmışdır. AR DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən məhkəməyə ünvanlanmış xx xxxx 2020-ci il tarixli MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh ünvan 2 mənzil 18 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən məhkəmədə baxılan işlər üzrə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, məhkəmə işi iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa başqa məhkəmədə baxılmağa verir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası aidiyyəti üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim həmin Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş baxılması üçün Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilsin. Qərardaddan qərardadın təqdim edildiyi (alındığı) gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-4069/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4069/2020
04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver