Məhkəmə qərarları › İş №2(060)-407/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-407/2023

06.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-407/2023 06.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh 2422 (iki min dörd yüz iyirmi iki) manat dəymiş ziyanın, eləcə də 45 (qırx beş) manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onun əsaslandırılmışdır ki, **-RX-*** dövlət qeydiyyat nişanlı, TOYOTA RAV-4 minik markalı avtomobil AE № 050991 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə iddiaçının mülkiyyətindədir. Qeyd edir ki, cavabdehi tanımır. Cavabdeh Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən “Avto Yuma 044” yuyucu məntəqəsində işləyir. xx.xx.2022-ci il tarixdə avtomobili yuyulması üçün həmin avtoyuma məntəqəsinə aparmış, cavabdeh avtomobili yuduqdan sonra suyunu qurutmaq məqsədi ilə Sumqayıt şəhəri, Niyazi küçəsində hərəkətdə olarkən idarə etməni itirərək avtomaşını ağaca vurmuşdur. Hadisə nəticəsində Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2000/2022 saylı, 01 avqust 2022- ci il tarixli qərarı ilə 400 manat cərimə edilmişdir. Bildirir ki, hadisə nəticəsində avtomobilə “ORİGİNAL” ehtiyat hissələri və avto servis tərəfindən verilmiş zərər aktı ilə 4020 (dör min iyirmi) manat zərər dəydiyi müəyyən edilmişdir. Qeyd edir ki, məhkəmə qərarında hadisə nəticəsində avtomobilə dəymiş ziyanın məbləği olaraq 2650 (iki min altı yüz əlli) manat qeyd edilsə də tamamilə əsassızdır. Belə ki, zərərin müəyyən edilməsi ilə bağlı hər hansı ekspertiza keçirilməmiş, cavabdeh tərəfindən şifahi olaraq bildirilmişdir. Lakin bu məbləğin heç bir əsası yoxdur. Həmçinin Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə ödənilməli olan 400 manat məbləğində cərimə də iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, qərar icra edilməsi üçün Sumqayıt şəhər icra idarəsinə həvalə edilmiş, lakin təqsirləndirilən şəxsin yerin müəyyən etmək mümkün olmadığından cəriməni iddiaçı özü ödəmiş, Cavabdeh Sumqayıt İcra İdarəsinin 30 sentyabr 2022-ci il tarixli qərarı ilə axtarışa verilmişdir. Qeyd edir ki, ümumilikdə iddiaçıya 4522 (dörd min beş yüz iyirmi iki) manat maddi ziyan dəymiş, cavabdeh həmin məbləğin yalnız 2100 (iki min yüz) manatını ödəmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin əsaslı olduğunu və təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(060)-2000/2022 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, 400 manat miqdarında cərimə edilmişdir. Həmin qərarın “müəyyən etdi” hissəsində görünür ki, məhkəmədə şahid qismində dindirilən X2 izahat verərək bildirmişdir ki, İddiaçı onun bacısının əridir. xx.xx.2022-ci il tarixdə İddiaçı özünə məxsus “Toyota Rav-4” markalı, **-RX-*** dqn-lı avtomaşınını Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən “044” avtoyuma məntəqəsinə avtomaşını yuyulması üçün vermiş, orada yuyucu işləyən Cavabdeh avtomaşını yuduqdan sonra maşını qurulamaq üçün avtomobili sürmüş və qarşısına maneə çıxdığına görə avtomobili ağaca vuraraq İddiaçı 2650 manat maddi ziyan vurmuşdur. Həmin maddi ziyan məbləğinin 2100 manat hissəsini Cavabdeh ödəmiş, qalan 550 manat pulu gələcəkdə ödəyəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixli zərər aktıdan görünür ki, “Toyota Rav-4” markalı avtomobilə 4020 manat dəyərində ziyan dəymişdir. İş üzrə keçirilmiş məhkəmə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 aprel 2023-cü il tarixli, 9/641 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiyməti nəzərə alınmaqla 2013-cü il buraxılışlı, “Toyota Rav-4” markalı, **- RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3295 (üç min iki yüz doxsan beş) manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, **-RX-*** dövlət qeydiyyat nişanlı, TOYOTA RAV-4 minik markalı avtomobil AE № 050991 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə İddiaçı mülkiyyətindədir. Cavabdeh Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən “Avto Yuma 044” yuyucu məntəqəsində çalışmışdır. xx.xx.2022-ci il tarixdə avtomobili yuyulması üçün həmin avtoyuma məntəqəsinə aparmış, cavabdeh avtomobili yuduqdan sonra suyunu qurutmaq məqsədi ilə Sumqayıt şəhəri, Niyazi küçəsində hərəkətdə olarkən idarə etməni itirərək avtomaşını ağaca vurmuşdur. Hadisə nəticəsində Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2000/2022 saylı, 01 avqust 2022- ci il tarixli qərarı ilə 400 manat cərimə edilmişdir. Hadisə nəticəsində avtomobilə “ORİGİNAL” ehtiyat hissələri və avto servis tərəfindən verilmiş zərər aktı ilə 4020 (dör min iyirmi) manat zərər dəydiyi müəyyən edilmişdir. Məhkəmə qərarında hadisə nəticəsində avtomobilə dəymiş ziyanın məbləği olaraq 2650 (iki min altı yüz əlli) manat qeyd edilsə də tamamilə əsassızdır. İş üzrə keçirilmiş məhkəmə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 aprel 2023-cü il tarixli, 9/641 saylı rəyindən göründüyü kimi nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiyməti nəzərə alınmaqla 2013-cü il buraxılışlı, “Toyota Rav-4” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3295 (üç min iki yüz doxsan beş) manat müəyyən edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(060)-2000/2022 saylı qərarının məzmunundan müəyyən edilir ki, cavabdeh vurduğu maddi ziyan məbləğinin 2100 manat hissəsini iddiaçıya qaytarmışdır. Qeyd edilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və X3 buna gətirib çıxaran əməldə təqsiri iş materialları ilə təsdiq olunur. Dəymiş zərərin məbləği isə, ekspertin rəyi ilə müəyyən olunmuş 3295 (üç min iki yüz doxsan beş) manat müəyyən edilməli və həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tərəfindən müəyyən edildiyi kimi 3295 manat maddi ziyan məbləğinin 2100 manat hissəsi cavabdeh tərəfindən iddiaçıya ödənildiyindən, Cavabdeh 1195 (min yüz doxsan beş) manat tutularaq İddiaçı ödənilməlidir. Eyni zamanda məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq Cavabdeh 50 manat tutularaq X1 hesabına ödənilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 %-i həcmində manat olmalıdır. (“Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 1195 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 45 manat dövlət rüsumunun 32 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu kimi ödənilmiş 13 manat iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh dəymiş ziyanın əvəzi 1195 (min yüz doxsan beş) manat və ödənilmiş dövlət rüsumunun 32 manat əvəzi tutularaq İddiaçı ödənilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutularaq X1 müxbir hesabına köçürülsün. (Kod:210005,VÖEN:**********,Müxbir hesab:AZ41NABZ********************) Ödənilmiş dövlət rüsumunun 13 manatı iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar