Məhkəmə qərarları › İş №2(060)-4079/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4079/2022

25.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4079/2022 25.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı «təbiətə dəymiş ziyanın ödənilməsi» mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbiətə dəymiş ziyanla bağlı 960 (doqquz yüz altmış) manat məbləğin Cavabdeh tərəfindən 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin (“X3 üzrə Dövlət Fondu”na VOEN **********, H/H : AZN 10 CTRE ********************, Büdcə təsnifatı 142582, Büdcə səviyyəsinin kodu 3, Bank DXA, Kod 210005, VOEN **********, Müxbir Hesab AZ41 NABZ 013601**********3944, SWİFT BİK CTREAZ 22 ) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin 102 qaynar xəttinə ünvanlanmış “ağacların kəsilməsi, yaşıllığın zədələnməsi və torpağın qanunsuz olaraq zəbt olunması” üzrə vətəndaş şikayətinin Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları və 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının birgə araşdırması zamanı Sumqayıt şəhəri, Stansiya Sumqayıt, Samur-Abşeron kanalının ətrafındakı ərazidə 4 ədəd yulğun kollarının qanunsuz olaraq zədələnməsi faktı müəyyən olunmuşdur. Cavabdeh barəsində Polis Şöbəsində aparılan araşdırılma üzrə cinayət işinin başlanılması rədd edilmiş, əməldə inzibati xəta olduğundan iş materialları baxılması üçün aidiyyəti üzrə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Həmçinin təbiətə dəymiş ziyan məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı qərarına əsasən hesablanaraq 960 (doqquz yüz altmış) manat olduğu müəyyən olunduğundan cinayət tərkibi yaranması istisna olunmuş, əməldə inzibati xəta əlaməti olduğu müəyyən edilmişdir. Nəticədə Cavabdeh 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 iyun 2021- ci il tarixli MN ******* saylı qərarı ilə İXM-nin 253.2-ci maddəsi üzrə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Qərarla razılaşmayan inzibati xəta törədən şəxs inzibati qərarı məhkəmədə mübahisələndirmiş və yekun olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(105)- 557/2021 saylı qərarı ilə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 iyun 2021-ci il tarixli MN ******* saylı qərarı qüvvədə saxlanılmışdır. Həmin qərar məcburi icraya yönəldilmiş və hal hazırda Sumqayıt Şəhər İcra idarəsinin icraatındadır. Cavabdeh inzibati cərimə məbləğini könüllü olaraq ödəməkdən imtina etdiyi kimi, həmçinin, inzibati xəta nəticəsində ətraf mühitə vurduğu maddi ziyan məbləğini də könüllü olaraq ödəməkdən imtina edir. Ona görə də hazırki iddi ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Bununla bağlı iddia tələbi pretenziya qaydasına riayət olunmaqla idarənin xx.xx.2021-ci il tarixli Ç-İM/4321-017 nömrəli məktubu ilə cavabdehə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq, təbiətə dəymiş ziyanla bağlı 960 (doqquz yüz altmış) manat məbləğin Cavabdeh tərəfindən 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin (“X3 üzrə Dövlət Fondu”na VOEN **********, H/H : AZN 10 CTRE ********************, Büdcə təsnifatı 142582, Büdcə səviyyəsinin kodu 3, Bank DXA, Kod 210005, VOEN **********, Müxbir Hesab AZ41 NABZ 013601**********3944, SWİFT BİK CTREAZ 22 ) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək iddia tələblərini müdafiə etdiyini və məhkəmə iclaslarını nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə içlasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbayçan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16 mart 2021-ci il tarixli, 69555 nömrəli aktından görünür ki, yoxlama zamanı Samur-Abşeron kanalının ərazisində naməlum şəxslərin qanunsuz tikinti işləri aparması və 4 (dörd) ədəd diametrləri 0,4 sm-dək yulğun ağacların kəsilməsi aşkar edilmişdir. İş materiallarında olan hesabata dair cədvəldən görünür ki, 16 mart 2021-ci il tarixli, 69555 saylı akt əsasəında təbiətə dəymiş əlavə ziyanın ümumi miqdarı 960 manat olması müəyyən edilmişdir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında 22 iyun 2021-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimələnmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2356/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* №-li 22 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından Cavabdeh tərəfindən verilmiş şikayət təmin olunmamış və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* №li 22 iyun 2021-ci il inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-557/2021 saylı, xx.xx.2021-ci il tarixli tarixli qərarının surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 3 (060)-2356/2021 saylı qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 253-cü maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində inzibati təsir tədbirləri görülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməsi qərara alınmışdır. S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarına uyğun olaraq «Məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində qeyd edilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Eyni Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, hazırkı iddia üzrə cavabdeh törətdiyi hüquq pozuntusu(delikt) nəticəsində təbiətə maddi ziyan(zərər) vurmuş, lakin həmin ziyan cavabdeh tərəfindən ödənilməmişdir. Odur ki, iddiaçı təşkilatın zərərin əvəzini tam şəkildə ödənilməsini tələb etmək hüququ yaranmışdır. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh təbiətə dəymiş ziyana görə 960 (doqquz yüz altmış) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (“X3 üzrə Dövlət Fondu”na VÖEN **********, H/H : AZN 10 CTRE ********************, Büdcə təsnifatı 142582, Büdcə səviyyəsinin kodu 3, Bank DXA, Kod 210005, VOEN **********, Müxbir Hesab AZ41 NABZ 013601**********3944, SWİFT BİK CTREAZ 22 ) bank hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097.1ci və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh təbiətə dəymiş ziyana görə 960 (doqquz yüz altmış) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (“X3 üzrə Dövlət Fondu”na VÖEN **********, H/H : AZN 10 CTRE ********************, Büdcə təsnifatı 142582, Büdcə səviyyəsinin kodu 3, Bank DXA, Kod 210005, VOEN **********, Müxbir Hesab AZ41 NABZ 013601**********3944, SWİFT BİK CTREAZ 22 ) bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar