Məhkəmə qərarları › İş №2(060)-4092/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4092/2021

26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4092/2021 26.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2016-cı ilin fevral ayının ortalarında işlədiyi Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən rəngsaz işi ilə məşğul olduğu avtomobil təmiri sexində işdə olarkən tanışı Cavabdeh onun yanına gəlmiş, söhbət zamanı bildirmişdir ki, satılığa çıxarılmış “VAZ 2106” markalı avtomobil var. Həmin avtomobili almaq üçün Cavabdeh ondan 2000 manat pul istəmişdir. O da qardaşı X2 yanında cavabdehə 2000 manat pul vermiş və cavabdeh də avtomaşını alıb ona verməsini öhdəsinə götürmüşdür. O da razılaşmışdır. Avtomobili gətirmədiyi üçün İlyasa zəng etmiş və cavabdeh bildirmişdir ki, Gəncə şəhərində qaynanasının hüzründədir. Bundan 3 gün sonrə İlyasın yaşadığı ünvana getmişdir. İlyasın həyat yoldaşı demişdir ki, o, Rusiya Federsiyasına gedib. 15 gündən sonra İlyasla telefon əlaqəsi saxlayanda aldığı 2000 manat pulu qaytaracağını desə də, pulu qaytarmamışdır. O, Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə və Yexlax rayon PŞ-nə müraciət etmiş, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, Yexlay rayon PŞ-nin 15.02.2020-ci il tarixli məktubla isə məhkəməyə müraciət etməsi izah olunmuşdur. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunda izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında göstərdi ki, iddia tələbini qəbul etmirlər. Cavabdeh onun atasıdır. İddiaçı onların yaşadığı evə gələrək atası İlyasın ona borcu olduğunu bildirmiş, atası həmin vaxt Rusiyada olduğundan iddaçıya bu məsələni atası ilə aydınlaşdıracaqlarını bildirmişlər, sonra atası İlyasla əlaqə saxladıqda, atası onun iddiaçıya heç bir borcu olmadığını, iddiaçıdan borc pul almadığını, iddiaçını avtomaşın alqı-satqısı ilə bağlı tanıdığını, lakin işlərinin baş tutmadığını, əksinə iddiaçının ona borclu olduğunu bildirmişdir. Belə ki, atasının ona dediyinə əsasən atası 3 ədəd avtomaşını iddiaçıya verib Rusiyaya getmişdir. Odur ki, göstərilənlərin nəzərə alınaraq rədd edilməsini xahiş edir. 05 oktyabr 2020-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, iddiaçının qardaşıdır. Cavabdeh Zaurun yanına gəlib gedirkən görüb tanımışdır. O özü Zaurun yanında malyar işləyir. 2018-ci ilin yay aylarında Zaur onun yanında 2000 manat pulu İlyasa vermiş, İlyas da həmin pulla avtomaşın alıb gətirib birlikdə satacaqlarını bildirmişdir. Təklifi İlyas etmiş, qardaşı Zaur da razılaşaraq İlyasa pul vermişdir. Lakin hazırkı vaxtadək İlyas nə pulu qaytarmamış, nə də razılaşdıqları kimi avtomaşın alıb gətirərək Zaura verməmişdir. Məhkəmə tərəflərin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Mülki iş materiallarına əlavə edilmiş: Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin 19.12.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı şikayət ərizəsi üzrə Cavabdeh çağırılıb dindirilməsi, bu yolla ondan izahat alınması mümkün olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yexlax rayon Polis şöbəsinin 15.02.2020-ci il tarixli 195-3646Ə-3220 saylı məktubundan görünür ki, İddiaçı müraciəti araşdırılmış, göstərilən hallar mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf istinad etdiyi halları məhkəmədə sübuta yetirmək vəzifəsi daşıyır. Bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür və təqdim edilən sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan irəli gəlməlidir. Məhkəmə sübutetmə yükü iddia edənin üzərinə düşür prinsipinə əsaslanaraq hesab edir ki, iddiaçı iddia tələbini məhkəmədə sübuta yetirə bilmədi. İddiaçının iddia tələbinin əsası olaraq göstərdikləri yalnız özünün şifahi bildirdiklərindən ibarət olmaqla heç bir sübuta əsaslanmır. İddiaçının vəsatəti əsasında dindirilmiş şahid ifadəsini məhkəmə işin araşdırılmış halları ilə birlikdə məcmu şəkilində qiymət verərək inandırıcı hesab etmir. Məhkəmənin qənaətincə şahid iddiaçının qardaşı olmaqla işin nəticəsində maraqlı şəxsdir, bu baxımdan şahid ifadəsində göstərilən məlumatlar iddianın təmin edilməsi üçün əsaslı şübhədən kənar mötəbər sübut kimi qiymətləndirilə bilməz. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı işüzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmə ədalət mühakiməsini tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirərək, məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz məcmu halda tədqiq edərək bu nəticəyə gəlir ki, iddia sübut yetirilmədiyindən rədd edilməlidir. MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar