Məhkəmə qərarları › İş №2(060)-4124/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4124/2022

17.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4124/2022 17.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçılar İddiaçı1, İddiaçı2, X6, Cavabdeh Dəryaqqulu qızı və nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və X3 Cavabdeh Dəryaqqulu qızına qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 və X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh - xx xxxx 1960-cı il təvəllüdlü X1 iddiaçılardan almış olduğu 70 000 (yetmiş min) Azn manat pulun və ödədikləri 365 (üc yüz altımış beş) manat dövlət rüsumunun alınaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı X6 iddia ərizəsini müdafiə edərək göstərdi ki, onlar-iddiaçılar ümumilikdə cavabdeh - Cavabdeh Dəryaqqulu qızına 70000 (yetmiş min) Azn manat pulu 2019-cu ilin noyabr-dekabr ayından 2021-ci ilin mart ayına qədər vermişlər. Belə ki. cavabdeh bu pul məbləğini onlardan müxtəlif məqsədlər üçün almışdır. İddiaçılardan İddiaçı2 və o, bu pul vəsaitini cavabdehə İddiaçı1 vasitəsilə vermişlər. Cavabdeh Orucova Fəxriyədən 19000 (on doqquz min) manat pulu və ondan 14000 (on dörd min) manat pulu və 37000 (otuz yeddi min) manat pulu isə İddiaçı1 götürməklə ümumilikdə onlar 70000 (yetmiş min) manat pullarını mənimsəmişdir. Cavabdeh bu pulları 2021-ci ilin dekabr ayına qədər ödəyəcəyi barədə İddiaçı1 vədlər versədə sonda heç birlərinin pulunu ödəməmişdir. Bu minvalla iddiaçılardan o, İddiaçı2 ilə İddiaçı1 arasında ciddi problemlər yarandı və polisə müraciət etmək qərarına gəldilər. Lakin polisə verilərkən o, heç bir şikayət ərizəsi vermədi, çünki pulunu İddiaçı1 vasitəsilə vermişdir. Cavabdehin məqsədi pulları qaytarmamaq və mənimsəməkdir. Onlarda hüquqlarının bərqərar olunması məqsədilə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Göstərilənləri nəzərə alaraq, cavabdeh - xx xxxx 1960-cı il təvəllüdlü X1 iddiaçılardan almış olduğu 70 000 (yetmiş min) Azn manat pulun və ödədikləri 365 (üc yüz altımış beş) manat dövlət rüsumunun alınaraq verilməsi barədə qətnamə qət etməyi məhkəmədən xahiş etdi. Məhkəmədə iddiaçılar İddiaçı1 və İddiaçı2 İddiaçı3 izahatına uyğun izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmədə Cavabdeh Dəryaqqulu qızı iddia tələbini qəbul etməyərək göstərdi ki, İddiaçı1 qızı Kəmalənin baldızıdır. Bu məqsədlə qohumluq əlaqəsi yaradırdı. 2019-cu ildə aralarında olan lotoreya əsasında iddiaçı ilə münasibət qurmuşdur. Həmin müddət oynadıqları lotoreyanın ümumi məbləği 2000 (iki min) idi. Lotoreyanı o, həm alırdı, həmdə verirdi. Rəhimənin ona başqa pul verməməsi səbəbindən onunla heç bir ünsiyyət qurmurdu. O, İddiaçı1 ümumiyyətlə pul almamışdır. İddiaçının onun barəsində qeyd etdikləri yalandır. O, nəinki İddiaçı1 başqa digər iddiaçılardan ümumiyyətlə heç bir pul borcu almamışdır və həmin şəxsləri ümumiyyətlə tanımır. Eyni zamanda onların qeyd etdikləri 70000 (yetmiş min) manat məbləğ barəsində heç bir məlumatı yoxdur. Hazırda Rəhimənin qardaşı ilə onun qızının boşanma işləri məhkəmədədir. İddiaçılar onun barəsində polis bölməsinə şikayət etmişlər. Şikayət əsasında onu polis bölməsinə dəvət etmişlər. Polis ona ilk dəfə sənədə qol çəkməsini bildirmiş və o, da həmin sənədi oxumadan imza etmişdir. Daha sonra, o evə gedib bu barədə həyat yoldaşına bildirmişdir. Həyat yoldaşı ondan bölmədə nə izahat verməsini soruşduqda o, şifahi izahat verdiyini və oxumadığı bir sənədə imza etdiyini demişdir. Həmin vaxt o, əri ilə yenidən polis bölməsinə gələrək öz əlyazması ilə izahat yazıb imza etmiş və izahatındada bir daha sözügedən pul tələbi ilə onun heç bir əlaqəsinin olmadığını yazmışdır. Bu səbəbdən Rəhimənin belə bir iddia qaldırmaqla onların boşanmadan imtina etmələrinə vadar etməsidir. Belə olan halda aydın olur ki, iddiaçıların tələbi tamamilə qanunsuz və əsassızdır. Məhkəmədə Cavabdeh Dəryaqqulu qızının nümayəndəsi və vəkili Vəkil cavabdehin izahatına uyğun izahat verərək iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Sumqayıt şəhər 3-cü Polis Bölməsinin əməkdaşı Cavid Məmmədov izahatında bildirdi ki, hər iki tərəfi tanıyır. Bölmədə vətəndaşların izahatlarını vətəndaş həyəcanlı olan zaman özləri yazıb imza etdirirlər. Əksər zamanlarda izahatları vətəndaşların özləri yazıb imza edirlər. Sözügedən işlə bağlı material onun icraatında olmayıb. İşi digər əməkdaş Rüstəm tərəfindən araşdırılırdı. Sadəcə bundan əvvəl iddiaçıların onda işi olduğu üçün Rüstəm hazırki iş üzrə araşdırma aparılmasında köməklik göstərilməsini ondan xahiş etmişdir. Cavabehin izahatı onun qəbul otağında alınmışdır. İkinci dəfə izahatın alınmasından onun məlumatı yoxdur. Məhkəmədə Sumqayıt şəhər 3-cü Polis Bölməsinin əməkdaşı Rüstəm Fərəcov izahatında bildirdi ki, hazırki iş üzrə şikayət ərizəsi onun icraatında olmuşdur. Şikayət əsasında Cavabdeh bölməyə dəvət olunmuş və izahatı alınmışdır. Həmin zaman Gülnarə həyəcanlı olduğunu bildirərək izahatının onun tərəfindən yazılmasına etiraz etmədiyini bildirmişdir. Daha sonra Gülnarə yenidən həyat yoldaşı ilə onun qəbuluna gələrək yenidən izahat yazmaq istədiyini bildirmiş, həmin zaman iş üzrə tərəflərin izahatları artıq onun tərəfindən dəftərxanaya təhvil verilmiş və bu səbəbdən təkrar olaraq o, Gülnarənin izahatı alınaraq iş materiallarına əlavə edilmişdir. O, hazırki mübahisənin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət edilməsini şikayətçilərə məsləhət görmüşdür. Məhkəmə iddiaçılar İddiaçı1, İddiaçı2, X6, Cavabdeh Dəryaqqulu qızı və nümayəndəsi və vəkili Vəkil, Sumqayıt şəhər 3-cü Polis Bölməsinin əməkdaşları Cavid Məmmədov və Rüstəm Fərəcovun izahatlarını dinləyərək, iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh Dəryaqqulu qızının izahatından görünür ki, 2019-cu ildə İddiaçı1 hissə-hissə ümumilikdə 70000 (yetmiş min) manat pulu faizə götürmüşdür. Həmin götürdüyü pulu qaytara bilməməsi səbəbindən Rəhimənin sayəsində Çiçək Əsədovanı tanımış və oda pul faizə verdiyini bilmişdir. O, da həmin pulları biribirindən alaraq qaytarırdı. Hazırda onun İddiaçı1 70000 (yetmiş min) manat olan puldan heç bir borcu qalmamışdır. Çiçək Əsədovaya isə 7000 (yeddi min) manat pul borcu qalmışdır. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin İddiaçı1 ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, ərizəsində köməklik göstərilməsini xahiş etdiyi məsələ Azərbaycan Respublikasının Mülki və Mülki-Prosessual Məcəllələrinin tələblərinə əsasən məhkəmələrin səlahiyətindədir. Odur ki, tələbin məhkəmə baxışı predmeti olduğundan məhkəməyə müraciət etmək hüquqlarının olmasını nəzərə çatdırılmışdır. İş materiallarında olan Cavabdeh Dəryaqqulu qızının izahatından görünür ki, İddiaçı1 qızı Kəmalənin baldızıdır. Bu məqsədlə qohumluq əlaqəsi yaradırdı. 2019-cu ildə aralarında olan lotoreya əsasında iddiaçı ilə münasibət qurmuşdur. Həmin müddət oynadıqları lotoreyanın ümumi məbləği 2000 (iki min) idi. Lotoreyanı o, həm alırdı, həmdə verirdi. Rəhimənin ona başqa pul verməməsi səbəbindən onunla heç bir ünsiyyət qurmurdu. O, İddiaçı1 ümumiyyətlə pul almamışdır. İddiaçının onun barəsində qeyd etdikləri yalandır. O, nəinki İddiaçı1 başqa digər iddiaçılardan ümumiyyətlə heç bir pul borcu almamışdır və həmin şəxsləri ümumiyyətlə tanımır. Eyni zamanda onların qeyd etdikləri 70000 (yetmiş min) manat məbləğ barəsində heç bir məlumatı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X5 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. İşin araşdırılan hallarından müəyyən edilir ki, cavabdeh ilk öncə polis bölməsində verdiyi ilkin izahatında İddiaçı1 70000 (yetmiş min) manat borc aldığını qeyd etsə də, həmin izahatı özü yazmadığını bildirmiş və polis bölməsindən dəvət olunmuş polis əməkdaşının izahatında da öz təsdiqi tapmışdır. Cavabdeh ikinci dəfə vermiş olduğu və eyni zamanda məhkəmədə izahatında belə bir borcun mövcud olmadığını, iddiaçı Rəhimə ilə 2000 (iki min) manatlıq lotoreya oynanıldığını və sadəcə hazırki iddia tələbinin qərəzli olaraq Rəhimənin qardaşı ilə onun qızının yola getməməsi və məhkəmədə hazırda onun qızının Rəhimənin qardaşına qarşı vermiş olduğu nikahın pozulması tələbinə dair iddiadan imtina etmələrinə məcbur olunmalarıdır. Bu səbəbdən məhkəmə iddia tələbini əsassız hesab edir və iddiaçılar tərəfindən qeyd olunan borcun cavabdehə verilməsi barədə hər hansi bir sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda iddiaçılar İddiaçı2 və İddiaçı3 borc pulu İddiaçı1 vasitəsilə verdiklərini, eyni zamanda cavabdeh izahatında yalnız İddiaçı1 tanıdığını və iddiaçılar İddiaçı2 və İddiaçı3 ilə heç bir əlaqəsinin olmamasına görə məhkəmə belə bir qənaətə gəlir ki, iddiaçılar İddiaçı2 və İddiaçı3 hazırki iddia tələbi üzrə cavabdehə qarşı iddia qaldırmaqları üçün subyektiv hüquqa malik deyildirlər. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-nin 53, 153cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə iddiaçılar İddiaçı1, İddiaçı2 və X3 Cavabdeh Dəryaqqulu qızına qarşı “cavabdeh - xx xxxx 1960-cı il təvəllüdlü X1 iddiaçılardan almış olduğu 70 000 (yetmiş min) Azn manat pulun və ödədikləri 365 (üc yüz altımış beş) manat dövlət rüsumunun alınaraq verilməsi” iddia tələbinin təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı1 tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar