Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-414/2025 06.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ilə Cavabdeh1 arasında Notariat Ofisində xx.xx.2023-cü il tarixində bağlanmış kredit müqaviləsi üzrə 11464 manat borcun və Cavabdeh2 iddiaçıya olan 4768 manat borcun və ödənilmiş 140 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 3 il əvvəl iddiçının tanışı Şəlalə vasitəsi ilə Cavabdeh1 ilə tanış olmuşdur. Sonradan Şəlalə xanım Cavabdeh1 bir neçə banka olan borclarının bağlanmasını və Aydanın sərbəst biznes fəaliyyəti göstərməyinə şərait yaradılması xahiş etmişdir. O zaman iddiaçı bir az tərddüd etsə də, sonradan tanışının xahişini yerə salmamışdır. Ona görə də o, Cavabdeh1 3 banka olan borcunu bağlamışdır. Sonra isə onlar belə razılığa gəliblər ki, Aydan təkrar bankdan kreditə aşağı faizlə pul götürərək və ilk növbədə ona olan borcunu qaytarsın. Aydan iddiaçıya olan bocunu bağlamışdır. Ona görə iddiaçının ona etibarı yaranmışdır. Bir müddət sonra cavabdeh Aydan yenidən bankdan kredit götürmək istəmiş və bununla əlaqədar onun banklara olan ümumilikdə 25500 manat borcunu ödətdirib daha böyük məbləğdə kredit götürmək istədiyini bildirmişdir. Onunla olan danışıqlardan iddiaçının ona kömək etməyini və 25500 manatı banklara ödəməyi xahiş etmişdir. İddiaçı Cavabdeh1 banka olan kredit borcunu ödəmişdir. Bu barədə ödəniş çekləri vardır. Bir müddət sonra Aydan banklardan daha böyük məbləğdə pul götürəcəyini bildirməsinə baxmayaraq , lakin böyük məbləğdə kredit götürə bilməmişdir. Lakin sonrdan iki bankdan 6000 manat və 7000 manat olmaqla cəmi 13000 manat olmaqla kredit götürərək iddiaçıya olan borcunun 13000 manatını ödəmişdir. Daha sona Aydan başqa bir bankdan 7000 manat pul götürməyinə baxmayaraq, lakin ona olan borcunu qaytarmamışdır. Həmin vaxta Cavabdeh1 ona olan borcu 12500 manat təşkil etmişdir. Daha sonra Aydan rəfiqəsi Cavabdeh2 banka olan kreditlərini bağlamağı, onun daha böyük məbləğdə kredit götürək iddiaçıya olan borcunu ödəyəcəyi vədi ilə onu inandırmışdır. Ona görə də iddiaçı X5 Vtb banka olan borcunu 4395 manat və 4768 manat borcunu ödəmişdir. Bu barədə ödəniş qəbzləri məhkəməyə təqdim edilmişdir. Lakin Günelin borcunu ödədikdən sonra Günel bir müddət ondan qaçıb gizlənmiş, sonradan Günel tərəfindən aldadıldığını başa düşmüşdür və borcunu tələb etməyə başlamışdır. Günel iddiaçının tələbinin getdikcə sərtləşdiyini hiss etdiyi üçün borcunun 4350 manatını ödəmiş və 4768 manatın isə ona aid olmadığını və Aydandan tələb etməyini bildirmişdir. Lakin bu vaxta kimi nə Aydan, nə də Günel iddiaçıya olan borclarını ödəməmişdir. Həmin vaxtlarda Aydan ona bildirmişdir ki, onun Sumqayıt şəhərində bir neçə nəfərə çoxlu borcu vardır və həmin borcları qaytarmaq istəyir. O zaman iddiaçı ona borcunun yalnız notariat qaydasında verə biləcəyini bildirmişdir. Ona görə də onlar birlikdə notariat ofisinə gedərək xx.xx.2023-cü il tarixində 20000 manat həddində kredit müqaviləsi bağlamışlar və mən notariusda Aydana 20000 manat pul vermiş və o zaman Aydan İddiaçı aldığı pulun əvəzində mənzilinin çıxarışını ona vermişdir. Aydan iddiaçıya hissə-hissə olmaqla köhnə borcların azaldılması məqsədi ilə ödənişlər etmiş və ona olan köhnə borcunun bir hissəsini ödəsə də, lakin cavabdehin kredit müqaviləsi üzrə iddiaçıya olan kredit müqaviləsi üzrə 11464 manat borcunu ödəməmişdir. Hazırda kredit müqaviləsi üzrə Aydanın İddiaçı olan 11464 manat və Günayın isə 4768 manat borcu vardır. Bu barədə bank ödəniş qəbzləri və kredit müqaviləsi vardır. Cavadehlərdən borclarının qaytarılması üçün pretenziya qaydasında müraciət etməsinə baxmayaraq , cavabdehlər onun pretenziyasına cavab verməmişlər və iddiaçıya olan borclarını qaytarılması üçün heç bir təşəbbüs göstərməmişlər. Cavabdehin məsuliyyətsiz hərəkətləri nəticəsində İddiaçı həm maddi, həm də mənəvi zərər çəkmişdir. Cavabdehlər ona vurmuş olduğu maddi və mənəvi zərəri ödəməlidirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, o, teleqram vasitəsi ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 vəkili ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirərək, sübutlar təqdim edəcəyini bildirsədə, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli Məhkəmə baxış iclaslarında iştirak etməmiş və borcun ödənilməinə dair hər hansı bir sübut təqdim etməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, iddia tələbini qəbul etmir və onun iddiaçıya heç bir borcu olmayıb. Cavabdeh1 ondan xahiş etmişdir ki, onun borclarına kömək etməsi üçün onun adına kredit götürülsün, o da etiraz etməmişdir. İddiaçının onun əvəzinə bankda olan borcun bağlanmasına gəldikdə isə, həmin kredit onun adına osada, krediti götürüb Aydana vermişdir. Məhkəmə iclasında iştirak edən Şahid1 ifadə verərək bildirdi ki, Cavabdeh1 iddiaçının yanına 2024-cü ilin yanvar ayında gələrək borclarının olduğunu bildirmiş və kömək istəmişdir. Pulun müəyyən hissəsi çatmadığı üçün o Aida xanıma 4000 manat vermiş və sonradan ona qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən Şahid2 ifadə verərək bildirdi ki, İddiaçı uzun müddətdir ki, tanıyır. Cavabdeh1 isə 2023-cü il tarixindən tanıyır. Şahid2 13000 manat alıblar ki, Cavabdeh1 borcun bağlasınlar. Sonradan həmin pulu geri qaytarmışlar. Daha sonra isə Cavabdeh1 Şahid2 yaşadığı ünvana (Kristal Abşeron) gedərək qızıl alacağını və həmin qızılları satacağını bildirərək 1900 manat borc almış sonra isə İddiaçı Şahid2 Cavabdeh1 əlavə olaraq 400 manat verməsini istəmişdir və o da vermişdir. İddiaçı ona 400 manatı qaytarsa da 1900 manat borcu qaytarmamışdır. Cavabdeh1 təxminən 30 minə yaxın borcu olduğunu bildirmişdir. Şahid2 onu da bildirmişdir ki, Cavabdeh2 tanımır və onun isə 5 minə yaxın borcu var idi. Onun borcunu isə Cavabdeh1 üstlənmişdir. Məhkəmə iclasında iştirak edən Şahid3 bildirdi ki, 2023-cü ilin iyul ayının əvvələrində Cavabdeh1 onlardan (Şahid3 ilə İddiaçı) banka olan borcunu bağlayıb yenidən pul götürmək üçün borc pul istəmiş və İddiaçı Cavabdeh1 25500 manat pul vermişdir. Cavabdeh1 bankdan qayıtdıqdan sonra 13000 manat pulu qaytararaq bildirmişdir ki, ikinci bank ona kredit verməmişdir. Belə ki, Cavabdeh1 Aidaya 12500 manat borcu qalmışdır. Sonra Cavabdeh1 onlara müraciət edərək bildirmişdir ki, evə görə borcları var və onu sıxırlar buna görə də borclarını bağlamaq üçün ona pul versinlər və beləcə təkcə Aidaya borcu qalsın. Beləliklə onlar notariat ofisinə gedərək 20000 manat məbləğində kredit müqaviləsi bağlamışlar. Bunun qarşılığında Cavabdeh1 ona məxsus mənzilin çıxarışını onlara vermişdir. Ümumilikdə Cavabdeh1 32500 manat borcu yaranmışdır. Şahid3 onu da qeyd etmişdir ki, Cavabdeh1 Cavabdeh2 onlarla tanış etmiş və onun da borcunu bağlamaq üçün Aida ona 4500 manat borc pul vermişdir. Lakin o da borcunu qaytarmamışdır. Məhkəmə, tərəfin və şahidlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 idiaçı İddiaçı 20000 manat borc almışdır və xx.xx.2024-cü il tarixədək geri qaytarmağı öhdəsinə götürmüşdür. - BPM5490679P nömrəli, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh2 "xxxx" ASC-yə 4394,73 manat kredit ödənişi etmişdir. - ********* saylı, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh2 "xxxx" ASC-yə 4768 manat kredit ödənişi etmişdir. - İddiaçı tərəfindən təqdim edilən disklərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Cavabdeh1 aid olduğu iddia edilən səs yazısında Cavabdeh1 iddiaçıdan aldığı borcu qaytarması üçün pulunun olmadığını bildirmişdir. - Cavabdeh tərəfindən təqdim edilən disklərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh1 dəfələrlə səs yazısı göndərərək onun telefonlarına cavab verməsini istəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iddianın Cavabdeh1 aid olan hissəsində müəyyən edildi ki, notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı 20000 manat məbləğində borc almışdır. Hal-hazırda Cavabdeh1 iddiaçıya 11464 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, Cavabdeh1 11464 manat alınaraq İddiaçı verilməlidir. Məhkəmə araşdırması zamanı iddianın Cavabdeh2 aid olan hissəsində müəyyən edildi ki, ********* saylı, xx.xx.2023-cü il tarixli qəbzlə Cavabdeh2 "xxxx" ASC-yə olan 4768 manat kredit borcu iddiaçı tərəfindən ödənilmişdir. Lakin iddiaçı tərəfindən ödənilmiş 4768 manat borc iddiaçıya geri qaytarılmamışdır. Hal-hazırda Cavabdeh2 iddiaçıya 4768 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, Cavabdeh2 4768 manat alınaraq İddiaçı verilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 10000 manatdan 100000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 %-i qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsi). Hazırda iddia tələbinin təmin edilən hissəsi 16232 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi 140 manatın 98,59 manat (11464 manat + 4768 manat = 16232 manat; 140/16232 = 0,0086; 0,0086 x 11464 = 98,88) hissəsi Cavabdeh1, 41 manat (11464 manat + 4768 manat = 16232 manat; 140/16232 = 0,0086; 0,0086 x 4768 = 41,12) manat hissəsi isə Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1 11464 manat borc və 98,88 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı verilsin. Cavabdeh2 4768 manat borc və 41,12 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-414/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-414/2025
06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver