Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-416/2021 24.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı BOKT «xxxx» MMC-nin Cavabdeh1 qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı BOKT «xxxx» MMC Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq məhkəmə baxışına təkrar olaraq gəlməmişlər. İş materiallarına əlavə olunmuş dövlət rüsumunun ödənilməsinə dair ********* nömrəli qəbzdən, habelə Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, xx.xx.2018-ci ildə BOKT «xxxx» MMC tərəfindən Sumqayıt Şəhər Məhkəməsi üçün dövlət büdcəsinə məhkəmə əmri haqqında ərizələrə görə 20 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hazirki ərizənnin iddia ictaatı qaydasında verilməsinə və onun xx.xx.2020ci il tarixdə imzalanmasına,həmçinin ödəmənin hansı işlə əlaqədar istifadə edilməsi barədə Elektron Məhkəmə İnformasiya Sistemində məlumatın olmamasına əsaslanaraq hesab edir ki, müvafiq dövlət rüsumu bu iş üzrə ödənilməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə şərh olun hüquq normasına əsaslanaraq hesab edir ki, iddiaçı tərəfindən AR MPM-nin 149 və 150-ci maddələrinin tələblərinə əməl edilməmiş, hazıradək həmin nöqsan iddiaçı tərəfindən aradan qaldırılmamışdır. Eyni zamanda iddiaçı məhkəmə iclaslarına gəlmədiyindən və işə onun iştirakı olmadan baxıb qətnamə çıxarılmasını xahiş etdiyindən məhkəmənin bu nöqsanı onun nəzərinə çatdırmaq imkanı olmamışdır. Məhkəmə hesab edir ki, qeyd olunan vəziyyətdə mülki işə baxılması və iddianın həll edilməsi qeyri-mümkündür. Odur ki, iddia baxılmamış saxlanılmalıdır. AR MPM-nin 260-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı BOKT «xxxx» MMC-nin Cavabdeh1 qarşı pul tələbinə dair iddiası baxılmamış saxlanılsın. İzah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-416/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-416/2021
24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver