Məhkəmə qərarları › İş №2(060)-4163/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4163/2022

01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4163/2022 01.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Behbudova Aynur Mirzalı qızı, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 5520.32 manat əsas borc, 14.25 manat faiz borcu olmaqla, cəmi 5534.57 manat borcun və 75.75 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC tərəfindən verilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə əməl olunmadan verildiyi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçı "xxxx" ASC tərəfindən verilmiş iddia ərizəsinin forma və məzmun tələblərinə əməl olunmamış, ümumi iddia icraatı qaydasında qətnamə çıxarılmasını xahiş etməsinə baxmayaraq, ərizəsinin məzmununda mülki işə sadələşdirimiş icraat qaydasında baxılması ilə bağlı normalara istinad etmiş və bununla da qanunvericiliyin qeyd olunan normasını pozmuşdur. Hazırki iş üzrə məhkəmə qanunvericiliyin aşağıdakı normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); Həmin məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" ASC iddia ərizəsinin forma və məzmunu qanunvericiliyin normalarına əməl olunmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan qanunverciliyin tələblərinə əməl etdikdən sonra iddiaçı "xxxx" ASC ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığından iddiaçı "xxxx" ASC-nin 17.05.2022-ci il tarixdə ********* nömrəli qəbz vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin hesabına ödəmiş olduğu 75.35 (yetmiş beş manat otuz beş qəpik) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından iddiaçı "xxxx" ASC-yə qaytarılmalı, qərardadın icrası X1 həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 151, 152, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. "xxxx" ASC-nin 17.05.2022-ci il tarixdə ********* nömrəli qəbz vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin hesabına ödəmiş olduğu 75.35 (yetmiş beş manat otuz beş qəpik) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından iddiaçı "xxxx" ASC-yə qaytarılsın. Qərardadın bu hissədə icrası X1 həvalə edilsin. Ərizənin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçı "xxxx" ASC ümumi qaydada məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar