Məhkəmə qərarları › İş №2(060)-419/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-419/2025

27.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-419/2025 27.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı X2, Cavabdeh1 Məmməd oğlunun iştirakı ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh1 Məmməd oğlu və Cavabdeh2 Qulamhüseyin oğluna qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri Novxanı Bağ massivi, ev 4670 bağ sahəsində xx.xx.2021 -ci il tarixində baş vermiş yanğın nəticəsində iddiaçıya dəymiş 7000 (yeddim min) manat maddi ziyanın və 90 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 Məmməd oğlundan və Cavabdeh2 Qulamhüseyin oğlundan alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 Məmmədağa oğlundan 4000 (dörd min) manat, Cavabdeh2 Qulamhüseyin oğlundan 3000 (üç min) manat və ödənilmiş 90 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri Novxanı Bağ massivi, ev 4670 xx.xx.2012-ci il tarixli ********** Qeydiyyat nömrəli çıxarışa (Seriya MA№ 0390822, Daşınmaz əmlakın dövlət reyestr № **********04-11301) əsasən iddiaçıya məxsusdur. İddiaçıya məxsus bağ evinin həyətində 2 ədəd zeytun ağacı, 5 ədəd zeytun qələmi, ədəd itburnu kolunun, 2 ədəd vişnə ağacı, 2 ədəd yemişan ağacı, 8 ədəd ərik ağacı, ədəd ərik qələmi, 8 ədəd alma ağacı, 1 ədəd yapon əzgili ağacı, 1 ədəd şaftalı ağacı, 1 ədəd xurma ağacı, 1 ədəd xurma qələmi, 3 ədəd cinar ağacı, 8 ədəd palıd ağacı, qaraqarağat kolları, qızılgül kolları, nar ağacları, 1 ədəd heyva ağacı, 1 ədəd qoz ağacı, 1 ədəd tut ağacı. 1 ədəd tut qələmi, 2 ədəd qara tut ağacı, 1 ədəd qara tut qələmi, əncir ağacları, 1 ədəd badam ağacı, 1 ədəd badam qələmi, 1 ədəd yasəmən kolu, 5 ədəd şam ağacı, 2 ədəd eldar şamı, biyan ağacları, razyana kolu, 10 ədəd qara şanı tənəkləri, 5 ədəd ala şanı tənəkləri, 5 ədəd abqora üzüm tənəkləri var idi. Hansı ki, əksəriyyət ağacların yaşı 40 ildən yuxarıdır. Lakin iddiaçıya məxsus bağ massivi xx.xx.2021-ci il tarixində Novxanı bağlar və Qurd dərəsi deyilən sahədə yanğın baş vermişdir. İddiaçının qonşusu Cavabdeh1 Məmməd oğluna məxsus bağ daşdan hasar olmadığı üçün bağ yanaraq qonşu Fərahimin bağına keçmiş və ordakı böyük bir çardaq (altı dolu 2 maşın taxta, üstü tol) çəkilmiş çardaq yanmışdır. Bu çardağın yanmağından, iddiaçının evinə və bağına 7000 manat ziyan dəymişdir. Yanğın FHN-nin Yanğından mühafizə xidməti tərəfindən söndürülmüşdür və yanğın zamanı dəymiş maddi ziyan FHN tərəfindən 7000 manat dəyərində hesablanmışdır, (aktın surəti əlavə olunur). Yanğın zamanı göstərilən ağaclar, kollarla bərabər, 1 ədəd krosnu aparatı, evin 4 pəncərəsinin 4 ədəd novçası yanmışdır. Bu yanğın zamanı iddiaçıya 7000 manat maddi ziyan dəymişdir. Cavabdeh2 Qulamhüseyin oğlunun nümayəndəsi və vəkil Nümayəndə etirazla məhkəməyə müraciət edərək, cavabdehin verilmiş iddia tələbi ilə heç bir əlaqəsi olmadığını, ona görə də ondan vurulmuş ziyanın ödənilməsi tələbini qanunsuz hesab ediildiyini bildirmiş, iddia tələbinin rədd edilməsini xaiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının özünün iddia ərizəsinə əlavə etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, FHN-də yanğınla bağalı aparılmış araşdırma materialı yanğının kənardan gətirilmiş alışqan mənbənin təsirindən baş verməsi üçün xarakterik olduğundan toplanmış material araşdırmanın davam etdirilməsi üçün Sumqayıt şəhər polis idarəsinə göndərilmişdir. Sumqayıt ŞPİ-nin 1-ci PB-nın təhqiqatçısı, polis mayoru X7 tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, yanğının yaranma səbəbini, yanğın nəticəsində tikinti üzrə dəymiş maddi ziyanın dəyərini və yanmış əşyalara dair vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi üçün iş üzrə kompleks məhkəmə yanğın texniki, texniki-tikinti, fiziki kimyəvi və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Qüvvədə olan qaydalara görə yanğın hadisələrində yanğının baş vermə səbəbinin və yanğın nəticəsində vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi üçün əsas sübut növü məhkəmə-yanğın, məhkəmə əmtəəşünaslıq ekspertizası hesab olunur. Materiala əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyində göstərilmişdir ki, Sumqayıt şəhəri, X11 Massivi ərazisində yerləşən bağ sahəsində yanğın izlərinin bərabələşdiyi üçün yanğının mənbəyinin müəyyən edilməsinin mümkün olmamış, yanğının kənardan gətirilmiş alışqan mənbənin təsirindən baş verməsi üçün xarakterik olmuş, Sumqayıt şəhəri,X11 Massivi, ev 4670 ünvanında yaşayan vətəndaş İddiaçı yaşadığı fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin hazırki mövcud olan orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 710 (yeddi yüz on) manat məbləğində olduğunun müəyyən olunmuşdur. xx.xx.2021-ci il tarixdə baş vermiş yanğın hadisəsi üzrə vurulmuş ziyanın 5000 manatdan az olduğundan, yəni xeyli miqdar təşkil etmədiyindən toplanmış materialda cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul olunmuşdur. Həmin qərar Çimnaz Ağasıyeva göndərilmiş, lakin sonnucu həmin qərarla razılaşaraq ondan müvafiq qayadada şikayət etməmişdir. Bildirmək istəyirəm ki, qərardan görünür ki, araşdırma ilə qəti olaraq yanğın kənardan gətirilmiş alışqan mənbənin təsirindən baş verməsi nəticəsinə gəlinmişdir. Belə olan halda, vurulmuş ziyan bağ sahəsinə hasar çəkməməkdə günahkar olan cavabdehlərdən deyil, hadisəni törətmiş şəxs müəyyən olunmaqla həmin şəxsdən tələb edilməlidir. Lakin aparılan araşdırma zamanı həmin yanğının törədilməsinə Cavabdeh1 və Cavabdeh2 təqsirin olması müəyyən edilməmişdir. Ona görə də cinayət işinin başlanmasının rədd olunması rədd olunarkən hətta onlar barəsində inzibati icraat belə başlanmamışdır. Onları bağ sahələrinə daşdan hasar çəkməməlirinə görə təqsirləndirilməsi, bunu onların ehtiyatsızlığı kimi qiymətləndirilərək onlardan vurulmuş ziyannı tələb etmək qanuni tələb hesab edilə bilməz. Eyni zamanda, iddiaçı ona 7000 manat ziyan vurulmasını göstərsə də, bunu təsdiq edən hər hansı bir sübut təqdim edə bilməmişdir. Keçirilmiş ekspertiza nəticəsində vurulmuş ziyanın 710 manat olması göstərilmişdir. Aparılmış araşdırma ilə də onların cavabdehlər tərəfindən vurulması qeyd edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Məmməd oğlu iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq Cavabdeh2 Qulamhüseyin oğlu məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası FHN-nin Dövlət Yanğın ənzarəti Xidməti Sumqayıt Regional X9 İdarəsi verilmiş xx.xx.2021-ci il tarixli Yanğın haqqında aktdan görünür ki, xx.xx.2021-ci il tarixlərində Sumqayıt şəhəri, Novxanı baoğları, Qurd dərəsi 18 saylı marçrutun yolu Çənlibel dayanacağının arxasında yerləşən Cavabdeh1 və Ç.Ağasıyevaya məxsus bağ sahəsində yanğın baş vermişdir. - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa görünür ki, Sumqayıt şəhəri Novxanı Bağ massivi, ev 4670 xx.xx.2012-ci il tarixdə X2 adına qeydiyyata alınmışdır. - Sumqayıt ŞPİ-nin 1-ci PB-nin tərəfindən verilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Sumqayıt şəhəri,X11 Massivi, ev 4670 ünvanında yaşayan vətəndaş İddiaçı yaşadığı fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin hazırki mövcud olan orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 710 (yeddi yüz on) manat məbləğində olduğunun müəyyən olunmuşdur. xx.xx.2021-ci il tarixdə baş vermiş yanğın hadisəsi üzrə vurulmuş ziyanın 5000 manatdan az olduğundan, yəni xeyli miqdar təşkil etmədiyindən toplanmış materialda cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul olunmuşdur. - Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş sorğuya Sumqayıt ŞPİ-nin 1-ci PBnin tərəfindən verilmiş cavab məktubundan və iş üzrə toplanmış materiallardan görünür ki, X4 xx.xx.2024-cu il tarixdə Sumqayıt Şəhər Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. - xx.xx.2024-cü il tarixli protokola əsasən, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi polis leytenantı X1 Çimnaz İsgəndər qızı ilə izahat alınması üçün əlaqə saxlanmağa çalışmış o zənglərə cavab vermədiyi üçün ərizənin qəbulu mümkün olmamışdır. - xx.xx.2024-cü il tarixdə Cavabdeh1 Məmməd oğlu alınmış izahatdan görünür ki, Cavabdeh1 Məmməd oğlunun X3 narahat etdiyin ərizədə qeyd edilməsinə baxmayaraq onu heç bir şəkildə narahat etmədiyini bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “Azərbaycan Respublikası FHN-nin Dövlət Yanğın ənzarəti Xidməti Sumqayıt Regional X9 İdarəsi verilmiş xx.xx.2021-ci il tarixli Yanğın haqqında aktdan əsasən xx.xx.2021-ci il tarixlərində Sumqayıt şəhəri, Novxanı bağları, Qurd dərəsi 18 saylı marçrutun yolu Çənlibel dayanacağının arxasında yerləşən Cavabdeh1 və Ç.Ağasıyevaya məxsus bağ sahəsində yanğın baş vermişdir. İddiaçıya dediyinə görə ona məxsus bağ evinin həyətində 2 ədəd zeytun ağacı, 5 ədəd zeytun qələmi, ədəd itburnu kolunun, 2 ədəd vişnə ağacı, 2 ədəd yemişan ağacı, 8 ədəd ərik ağacı, ədəd ərik qələmi, 8 ədəd alma ağacı, 1 ədəd yapon əzgili ağacı, 1 ədəd şaftalı ağacı, 1 ədəd xurma ağacı, 1 ədəd xurma qələmi, 3 ədəd cinar ağacı, 8 ədəd palıd ağacı, qaraqarağat kolları, qızılgül kolları, nar ağacları, 1 ədəd heyva ağacı, 1 ədəd qoz ağacı, 1 ədəd tut ağacı. 1 ədəd tut qələmi, 2 ədəd qara tut ağacı, 1 ədəd qara tut qələmi, əncir ağacları, 1 ədəd badam ağacı, 1 ədəd badam qələmi, 1 ədəd yasəmən kolu, 5 ədəd şam ağacı, 2 ədəd eldar şamı, biyan ağacları, razyana kolu, 10 ədəd qara şanı tənəkləri, 5 ədəd ala şanı tənəkləri, 5 ədəd abqora üzüm tənəkləri var idi. Hansı ki, əksəriyyət ağacların yaşı 40 ildən yuxarıdır. Lakin iddiaçıya məxsus bağ massivi xx.xx.2021-ci il tarixində Novxanı bağlar və Qurd dərəsi deyilən sahədə yanğın baş vermişdir. İddiaçı iddia edir ki, qonşusu Cavabdeh1 Məmməd oğluna məxsus bağın daşdan hasar olmadığı üçün bağ yanaraq qonşu Fərahimin bağına keçmiş və ordakı böyük bir çardaq (altı dolu 2 maşın taxta, üstü tol) çəkilmiş çardaq yanmışdır. Bu çardağın yanmağından, iddiaçının evinə və bağına 7000 manat ziyan dəymişdir. Yanğın FHN-nin Yanğından mühafizə xidməti tərəfindən söndürülmüşdür və yanğın zamanı dəymiş maddi ziyan FHN tərəfindən 7000 manat dəyərində hesablanmışdır. Sumqayıt ŞPİ-nin 1-ci PBnin tərəfindən verilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 oktyabr 2021-ci il tarixli qərara əsasən, Sumqayıt şəhəri,X11 Massivi, ev 4670 ünvanında yaşayan vətəndaş İddiaçı yaşadığı fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin hazırki mövcud olan orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 710 (yeddi yüz on) manat məbləğində olduğunun müəyyən olunmuşdur. xx.xx.2021-ci il tarixdə baş vermiş yanğın hadisəsi üzrə vurulmuş ziyanın 5000 manatdan az olduğundan, yəni xeyli miqdar təşkil etmədiyindən toplanmış materialda cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul olunmuşdur. İddiaçı cavabdehlər Cavabdeh1 Məmmədağa oğlundan 4000 (dörd min) manat, Cavabdeh2 Qulamhüseyin oğlundan 3000 (üç min) manat və ödənilmiş 90 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməsi barədə iddia ilə məhkəməyə müraciət edmişdir. İddiaçı iddia tələbini müdafiə edir. Cavabdehlər iddia tələbini qəbul etmirlər. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi mülki qanunvericiliyin prinsiplərinin mahiyyəti açıqlamasım verməklə, göstərir ki, “mülkiyyətin toxunulmazlığı”, “mülki hüquqların maneaəsiz həyata keçirilməsinə şərait yaradılması”, “pozulmuş hüquqların bərpasının təmin edilməsi” və “mülki hüquqların məhkəmə müdafiəsi” (6.1.5, 6.1.7 və 6.1.9-cu maddələr) mülki qanunvericiliyin başlıca prinsipləri olmaqla, bu tələblərə ciddi əməl edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1ci maddəsinə əsasən - Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən - Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən - Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən - Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən - Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehlərə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehlərin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Bu baxımdan pulun ödənilməsini tələb edən iddiaçı, ya müqavilədən, ya da qanundan irəli gələn öhdəliyə görə cavabdehlərin onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir. Məhkəmə verilmiş tələb daxilində işə baxaraq, məhkəmə araşdırması zamanı işin müəyyən edilmiş faktiki hallarına qiymət verərək bu qənaətə gəlir ki, iddia, tələb irəli sürmək hüququ olmayan şəxs tərəfindən verilmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia, tərkibindəki müəyyən tələbləri irəli sürmək hüququ olmayan şəxs tərəfindən verildiyindən, cavabdehlər iddiaçı qarşısında hər hansı bir öhdəlik götürmədiyindən əsassızdır. Məhkəmə hesab edir ki, iddiaçının iddiada göstərilən pulun ona verilməsini tələb etməyə subyektiv hüququ mövcud deyildir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia əsassızdır. Cavabdehlərin iddiaçı qarşısında hazırki tələb üzrə öhdəliyinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş –müqavilə, əsassız varlanma, delikt və ya hər hansı başqa əsaslar mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı həqiqətən də məhz cavabdehlərin yanğını törətməsini və ya onların hər hansı hərəkət və ya hərəkətsizliyi nəticəsində yanğının baş verməsini sübuta yetirə bilmədiyindən, habelə bu hal işin faktiki halları və sübutlarla təsdiqlənmədiyindən iddia əsassızdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı X4 iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X2 cavabdehlər Cavabdeh1 Məmməd oğlu və Cavabdeh2 Qulamhüseyin oğluna maddi ziyanın ödənilməsinə dair iddia tələbi rədd edilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X2 cavabdehlər Cavabdeh1 Məmməd oğlu və Cavabdeh2 Qulamhüseyin oğluna qarşı cavabdehlər Cavabdeh1 Məmmədağa oğlundan 4000 (dörd min) manat, Cavabdeh2 Qulamhüseyin oğlundan 3000 (üç min) manat və ödənilmiş 90 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar