Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-421/2025 30.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh elektron nəzarət vasitəsinin dəyəri, yəni 2277,40 manat məbləğində pulun alınaraq aşağıdakı hesaba köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-354/2023 saylı, 16 mart 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsilə təqsirli bilinərək 01 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh üzərinə İddiaçınə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvanı tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, vəzifəsi qoyulmuşdur. Hökm və onun icra olunması barədə göstəriş icra olunması üçün xx.xx.2023-cü il tarixdə İddiaçı icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. Məhkum Cavabdeh xx.xx.2023-cü il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbağ və eneryi adapteri təhvil verilmişdir. Eyni zamanda, ona məhkəmə hökmünün tələbləri, cəzanın çəkilmə qaydalarının pozulmasının hüquqi nəticələri, həmçinin elektron nəzarət vasitəsini daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitənin zədəlikdə və ya digər üsulla yarasız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyindən ona tətbiq olunmuş elektron nəzarət vasitəsi ondan götürülmüş və aidiyyəti üzrə təhvil vermişdir. Elektron nəzarət vasitlərinin vəziyyəti haqqında mütəxəssis rəyindən aydın olur ki, Cavabdeh üzərinə bağlanmış elektron nəzarət vasitəsin yararsız hala salmışdır. Belə olan halda iddiaçı hesab edir ki, cavabdeh məsuliyyətli olmadığından mobil nəzarət qurğusunun, elektron qolbaq və elektrik adapteri itirmiş və maddi ziyan vurulmuşdur. Avadanlığın dəyəri 2277,40 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, qolbaqda hansısa problem olduğu onu da bilərəkdən etmədiyini bildirdi. O, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-354/2023 saylı, 16 mart 2023-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4cü maddəsilə təqsirli bilinərək 01 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh üzərinə İddiaçınə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvanı tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. - xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri Məhkəməsinin 1(060) - 354/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə 01 il azadlıqdan məhrum edilmiş Cavabdeh tətbiq olunmuş 35639081 saylı saylı elektron nəzarət vasitəsini və 31275 saylı elektron qolbağı ondan təhvil götürülmüş, vizual baxış zamanı elektron qolbaq gövdə hissədən aralanmış vəziyyətdə olduğu aşkar olunmuşdur. - xx.xx.2024-cü il tarixli ED 000524 saylı elektron nəzarət vasitəsinin vəziyyəti haqqında mütəxəssis rəyindən görünür ki, Attenti V6 mobil qurğusunun zərbə nəticəsində ana platada elektron element yerindən qopduğu, təmirinin mümkün olmadığı, istifadəyə tam yararsız olduğu müəyyən edilmişdir. - xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktından görünür ki, probasiya xidmətinin qeydiyyatında olan “Attenti” markalı elektron nəzarət vasitələrinə tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş həmin elektron avadanlıqların itirilməsi və yararsız hala salınması hallarında həmin vasitənin dəyəri 2277,40 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-354/2023 saylı, 16 mart 2023-cü il tarixli hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsilə təqsirli bilinərək 01 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh üzərinə İddiaçınə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvanı tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyindən ona tətbiq olunmuş elektron nəzarət vasitəsi ondan götürülmüş və aidiyyəti üzrə təhvil vermişdir. xx.xx.2024-cü il tarixli akta əsasən Sumqayıt şəhəri Məhkəməsinin 1(060)-354/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə 01 il azadlıqdan məhrum edilmiş Cavabdeh tətbiq olunmuş 35639081 saylı saylı elektron nəzarət vasitəsini və 31275 saylı elektron qolbağı ondan təhvil götürülmüş, vizual baxış zamanı elektron qolbaq gövdə hissədən aralanmış vəziyyətdə olduğu aşkar olunmuşdur. xx.xx.2024-cü il tarixli ED 000524 saylı elektron nəzarət vasitəsinin vəziyyəti haqqında mütəxəssis rəyinə əsasən, Attenti V6 mobil qurğusunun zərbə nəticəsində ana platada elektron element yerindən qopduğu, təmirinin mümkün olmadığı, istifadəyə tam yararsız olduğu müəyyən edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi mülki qanunvericiliyin prinsiplərinin mahiyyəti açıqlamasım verməklə, göstərir ki, “mülkiyyətin toxunulmazlığı”, “mülki hüquqların maneaəsiz həyata keçirilməsinə şərait yaradılması”, “pozulmuş hüquqların bərpasının təmin edilməsi” və “mülki hüquqların məhkəmə müdafiəsi” (6.1.5, 6.1.7 və 6.1.9-cu maddələr) mülki qanunvericiliyin başlıca prinsipləri olmaqla, bu tələblərə ciddi əməl edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1ci maddəsinə əsasən - Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən - Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən - Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən - Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən - Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 2277,4 manat dəymiş ziyanın əvəzi alınaraq İddiaçınə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 2277,40 manat dəymiş ziyanın əvəzi alınaraq İddiaçınə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-421/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-421/2025
30.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver