Məhkəmə qərarları › İş №2(060)-4213/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4213/2020

07.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4213/2020 07.08.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında xx xxxxxx 2020-ci il tarixdə baxaraq, müəyyən etdi: İddiaçı MMC kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 293 manat əsas borc, 71,39 manat cərimə, ümumilikdə 364,39 manat borcun və 20 manat dövlət rüsumunun tutularaq "İddiaçı" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, "İddiaçı" MMC ilə Cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixdə bağlanmış 120551 saylı Nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə bir ədəd 1 ədəd “Huawei P9 DS” modelli mobil telefonu 357,6 manata ödəniş qrafikinə əsasən nisyə satmışdır. Alqı-satqı müqaviləsinin şərtlərinə görə alıcı 6 manat ilkin ödəniş həyata keçirmiş, 351,60 manat qalıq borc məbləğini hər ay 58,6 manat ödəməklə 6 ay müddətinə hər ayın 21-dək ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı müqavilənin şərtlərinə əsasən əşyanı razılaşdırılmış qaydada akt əsasında xx xxxxxx 2019-cu ildə alıcıya təhvil vermişdir. Müvafiq müqavilə bağlandıqdan sonra cavabdeh 1 ay 58,6 manat ödəniş etmiş, 293 manat borcunu ödəməkdən yayınmışdır. Əlavə olaraq müvafiq müqavilənin 6.1-ci bəndinə əsasən alıcı ödənişləri gecikdirdikdə hər gecikdirilmiş gün üçün aylıq ödəniş məbləğinin 1% həcmində cərimə ödəməlidir. "İddiaçı" MMC tərəfindən Cavabdeh borcun ödənilməsinə dair dəfələrlə ona məxsus mobil və ev telefon nömrələrinə şifahi xəbərdarlıqlar edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymayaraq müqavilə üzrə yaranmış borcu ödəməkdən yayınmış və nəticədə 293 manat əsas, xx.xx.2020-ci il tarixədək (müqavilə müddətinin sonunadək) hesablanmış 71,39 (58,6 x 1% x 121 gün = 71,39) manat cərimə borcu, 364,39 manat ümumi borcu yaranmışdır. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli 120551 nömrəli Nisyə alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh hissə-hissə ödəmək şərti ilə İddiaçı MMC-dən ümumi dəyəri 357,60 manat olan 1 ədəd “Huawei P9 DS” modelli mobil telefon almışdır. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, 1 ədəd “Huawei P9 DS” modelli mobil telefon Cavabdeh təhvil verilmişdir. İşdə olan xx xxxxxx 2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 351,60 manat məbləğində pulu ayda 58,6 manat olmaq şərti ilə 6 ay müddətinə İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən, xx xxxxxx 2019-cu il tarixli 120551 nömrəli Nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-yə 293 manat əsas borc, 71,39 manat hesablanmış cərimə, ümumilikdə 364,39 manat borcu vardır. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, Cavabdeh xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx xxxxxx 2019-cu il tarixli 120551 nömrəli Nisyə alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, nəticədə onun iddiaçıya 293 manat əsas borcu yaranmışdır. Cavabdeh yaranan borcun ödənilməsini təmin etməmişdir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 293 manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 71,39 manat məbləğində dəbbə pulu kreditorun həm əmlak, həm də bütun əsaslı mənafelərinə uyğundur, tənasübsüz surətdə yüksək deyil. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 20 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin284-1-ci maddəsinə əsasənmülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 293 (iki yüz doxsan üç) manat əsas borc, 71,39 (yetmiş bir manat otuz doqquz qəpik) manat hesablanmış cərimə, ümumilikdə 364,39 (üç yüz altmış dörd manat otuz doqquz qəpik) manat borc və iddia qaldırılması üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar