Məhkəmə qərarları › İş №2(060)-4221/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4221/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4221/2021 18.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 24 ay müddətinə qaytarılmaq şərti ilə 5000 manat məbləğində kredit verilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında 01 avqust 2019-cu il tarixli 005- NBK-0107-19 saylı kredit müqaviləsi bağlanmışdır. Cavabdeh1 qeyd edilən kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliklərini lazımınca icra edə bilməməsi səbəbindən ödəniş cədvəli üzrə 2020-ci il ilin aprel, may, iyun və iyul aylarının əsas borc və faiz borcunun ödənişini ödəniş cədvəlində nəzərdə tutulmuş son ödəniş gününə keçirilməsi üçün BOKT “xxxx” QSC-nə müraciət etmişdir. Bununla əlaqədar olaraq Cavabdeh1 ilə Bank Olmayan Kredit Təşkilatı «xxxx” QSC arasında 01 avqust 2019-cu il tarixli 005-NBK- 0107-19 saylı Kredit Müqaviləsinə 07 may 2020-ci il tarixli 2 saylı Əlavə imzalanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə 01 avqust 2019-cu il tarixli 005-NBK-0107-19 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh1 zamin durmuşdur. Kredit müqaviləsinin şərtlərinə əsasən hal-hazırda Cavabdeh1 09.04.2021-ci il tarixə əsas borcu 3852.60 manat, faiz borcu 1150.64 manat olmaqla umumi borcu 5003.24 manat təşkil edir ki, bu borcunda cavabdehlər tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh1 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş 25.08.2020-ci il tarixli 10334/20 saylı, 05.10.2020-ci il tarixli 11675/20 saylı və 13.01.2020ci il tarixli 13534/20 saylı pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Cavadehlər müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində Bank Olmayan Kredit Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyətini müqavilə tutulma bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Qeyd olunanlara əsasən məhkəmədən Bank Olmayan Kredit Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 01 avqust 2019-cu il tarixli 005-NBK-0107-19 saylı kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borcu 3852.60 manat, faiz borcu 1150.64 manat, həmçinin 30.40 manat dövlət rüsumunun, ümumilikdə 5033.64 manat borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC-nin nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, 2021-ci ilin avqist ayına qədər müqaviləniun vaxtı var. O bankdan götürdüyü pulu vaxtında ödəmiş, 7 ay ödədikdən sonra işlədiyi ticarət mərkəzi bağlanmış, bir ildir ödəniş edə bilmir. Ona görə də məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsi X1 və Cavabdeh1 izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan iddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 005-NBK-0107-19 saylı, 01.08.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə illik 32 faiz hesablanmaqla 24 ay müddətində 5000 manat məbləğində istehlak krediti verilmiş, borcalan krediti müəyyən olunmuş müddətdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materallarında olan 01.08.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə borcunu hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni 02.09.2019-cu il tarixdən başlayaraq hər ay banka 285 manat, sonuncu ay 280.11 manat, ümumilikdə 6835.11 manat ödəməklə qaytarmalıdır. İş materallarında olan 005-NBK-0107-19 saylı, 01.08.2019-cu il tarixli kredit müqaviləsinə 3 saylı əlavə ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə sonuncu ay banka 1354.25 manat ödəməlidir. İş materiallarında olan 005-NBK-0107-19 saylı, 01.08.2019-cu il tarixli kredit müqaviləsinə 07 may 2020-ci il tarixli, 2 saylı əlavədən görünür ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 005-NBK-0107-19 saylı, 01.08.2019-cu il tarixli kredit müqaviləsinə 1 saylı əlavə qüvvədən düşmüş hesab edilmiş və 3 saylı əlavə ilə əvəz edilmişdir. İş materiallarında olan 01 avqust 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, əsas borclu Cavabdeh1 01 avqust 2019-cu il tarixli, 005-NBK-0107-19 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrası digər Cavabdeh2 zaminliyi ilə təmin edilmiş və zamin əsas borclunun Bank qarşısında öhdəliklərini tam şəkildə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan iddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 09.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 005-NBK-0107-19 saylı, 01.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 09.04.2021-ci il tarixə banka 3852.60 manat əsas, 1150.64 manat faiz borcu, cəmi 5003.24 manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş iddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh1 ünvanladığı 13.01.2021-ci il tarixli son xəbərdarlığın surətindən görünür ki, cavabdehə iddiaçı tərəfindən müqavilə üzrə yaranmış kredit borcu barədə xəbərdarlıq olunaraq həmin borcun ödənilməsi üçün 5 gün vaxt verilmiş, lakin cavabdeh, ona edilmiş xəbərdarlığa baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 ünvanladığı 05.10.2020-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdehə iddiaçı tərəfindən müqavilə üzrə yaranmış kredit borcu barədə xəbərdarlıq olunaraq həmin borcun ödənilməsi üçün 3 gün vaxt verilmiş, lakin cavabdeh, ona edilmiş xəbərdarlığa baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh1 ünvanladığı 25.08.2020-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdehə iddiaçı tərəfindən müqavilə üzrə yaranmış kredit borcu barədə xəbərdarlıq olunaraq həmin borcun ödənilməsi üçün 5 gün vaxt verilmiş, lakin cavabdeh, ona edilmiş xəbərdarlığa baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci. maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda ləğv edilə bilər. Həmin Məcəllənin 423.2-ci maddəsindən görünür ki, müqavilənin ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1. və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Kredit müqaviləsinin şərtlərindən, iddiaçının nümayəndəsinin məhkəməyə verdiyi izahatından və iş materiallarına əlavə olunmuş arayışdan görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə 09.04.2021-ci il tarixə banka 3852.60 manat əsas, 1150.64 manat faiz borcu, cəmi 5003.24 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinin tələbinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçının nümayəndəsinin izahatına və iş materiallarında olan xəbərdarlıq məktublarına əsasən cavabdehlərə bank tərəfindən müqavilə üzrə yaranmış kredit və ona hesablanmış faiz borcları barədə xəbərdarlıq olunaraq həmin borcun ödənilməsi tələb olunmuş, lakin cavabdehlər, ona edilmiş xəbərdarlıqlara baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişlər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdehlər kredit müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişlər. Nəticədə isə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Bank Olmayan Kredit Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 01 avqust 2019-cu il tarixli, 005-NBK-0107-19 saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3852.60 manat əsas, 1150.64 manat faiz borcu, 30.40 manat dövlət rüsumu, ümumilikdə 5033.64 manat borc iddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bank Olmayan Kredit Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 01 avqust 2019-cu il tarixli 005-NBK-0107-19 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3852.60 manat əsas, 1150.64 manat faiz borcu, 30.40 manat dövlət rüsumu, ümumilikdə 5033.64 (beş min otuz üç manat, altmış dörd qəpik) manat borc iddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar