Məhkəmə qərarları › İş №2(060)-4222/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4222/2021

05.07.2021 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4222/2021 05.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı “Ayta LTD“ MMC-nin Cavabdeh qarşı «müqavilənin ləğv edilməsi və kirayə haqqının qaytarılması» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Ayta LTD“ MMC Cavabdeh qarşı «müqavilənin ləğv edilməsi və kirayə haqqının qaytarılması" tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. İddiaçı “Ayta LTD“ MMC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə müvafiq razılaşma əldə edildiyi üçün iddianın baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbinə əsasən iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə verdikdə cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1, 260.6, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “Ayta LTD“ MMC-nin Cavabdeh qarşı «müqavilənin ləğv edilməsi və kirayə haqqının qaytarılması" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar