Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4241/2025 19.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1987-ci ildə Salyan rayonunda anadan olmuş, Salyan şəhəri, Ə.Quliyev küçəsi, ev 6, mənzil 38-də qeydiyyatda olan, Xocavənd rayonunun ərazisində yerləşən N saylı hərbi hissədə xidmət edən Cavabdeh 4500 manat və 20 barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin 23 iyul 2020-ci il tarixli, 2(069)-111/2020 saylı məhkəmə əmri ilə xx xxxxxx 1987-ci ildə Salyan rayonunda doğulmuş, Salyan şəhəri, Ə.Quliyev küçəsi ev 6, mənzil 38-də qeydiyyatda olmaqla, Xocavənd rayonunun ərazisində yerləşən N saylı hərbi hissədə xidmət edən Cavabdeh 4.500 (dörd min beş yüz) manat pul vəsaitinin və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun Ağcabədi rayonu, Sarvanlar kəndində qeydiyyatda olan, faktiki olaraq Beyləqan rayonu, M.Ə.Rəsulzadə küçəsi ev 176-da yaşayan İddiaçı xeyrinə tutulması əmr edilmişdir. Borclu Əzizov X1 Rayon Məhkəməsinin 23 iyul 2020-ci il tarixli, 2(069)-111/2020 saylı məhkəmə əmrindən etirazla məhkəməyə müraciət edərək, Xocavənd Rayon Məhkəməsinin 23 iyul 2020-ci il tarixli, 2(069)-111/2020 saylı məhkəmə əmrinin ləğv edilməsi və mülki işi iddia icraatına keçirilməsini xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, 2(069)-118/2025 saylı qərardadı ilə Xocavənd Rayon Məhkəməsinin 23 iyul 2020-ci il tarixli, 2(069)-111/2020 saylı məhkəmə əmri ləğv edilmiş, mülki işə 2(069)-111/2020 saylı nömrə verilmiş, material iddia icraatına keçirilmiş və məhkəmə hazırlıq iclası 07 may 2025-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. Xocavənd Rayon Məhkəməsinin 2(069)-118/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki işin hazırlıq iclası xx.xx.2025-ci il tarixə, saat 16:00-a təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 mart 2011-ci il tarixli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 259.0.7, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Şirəliyeva
Məhkəmə qərarları › İş №2(060)-4241/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4241/2025
19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver