Məhkəmə qərarları › İş №2(060)-4242/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4242/2025

28.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4242/2025 28.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1987-ci ildə Salyan rayonunda doğulmuş, Salyan şəhəri, Ə.Quliyev küçəsi ev 6, mənzil 38-də qeydiyyatda olmaqla, Xocavənd rayonu ərazisində yerləşən N saylı hərbi hissədə qulluq edən və yaşayan Cavabdeh 3.000 (üç min) manat və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi baradə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(069)-252/2022 saylı məhkəmə əmri ilə xx xxxxxx 1987-ci ildə Salyan rayonunda doğulmuş, Salyan şəhəri, Ə.Quliyev küçəsi ev 6, mənzil 38-də qeydiyyatda olmaqla, Xocavənd rayonu ərazisində yerləşən N saylı hərbi hissədə qulluq edən və yaşayan Cavabdeh 3.000 (üç min) manat və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu xx xxxxxxx 1994-cü ildə Beyləqan rayonu, Milabad qəsəbəsində doğulmuş, həmin ünvanda qeydiyyatda olan və yaşayan İddiaçı xeyrinə tutulmuşdur. Borclu Əzizov X1 Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(069)-252/2022 saylı məhkəmə əmrindən etirazla məhkəməyə müraciət edərək, Xocavənd Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(069)-252/2022 saylı məhkəmə əmrinin ləğv edilməsi və mülki işi iddia icraatına keçirilməsini xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin 2(069)-119/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki iş üzrə məhkəmə iclası xx.xx.2025-ci il tarixə, saat 15:45-ə təyin edilsə də, tərəflər məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. İş üzrə tərəflər məhkəmə iclasına gəlmədikləri üçün məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, qeyd olunan maddədə göstərilir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar