Məhkəmə qərarları › İş №2(060)-4256/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4256/2021

01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4256/2021 01.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlu, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qızına qarşı “pul tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC Cavabdeh qızına qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızından 23.03.2019-cu il və 16.07.2019-cu il tarixli müqavilələr üzrə Nado markalı mebel əşyası və İMEİ kodu **********45675 olan HOFFMANN X Prime markalı telefon üçün 484 manat ödənilməmiş hissə, 0 manat cərimə, ümumilikdə 270 manat məbləğində pulun və 20 manat ödənilmiş dövlət rüsumunun iddiaçı «xxxx» MMC-nın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh qızı “xxxx” MMC ilə arasında bağlanmış 23.03.2019-cu il tarixli müqaviləyə əsasən Nado markalı mebel əşyası almış və nəticədə 214 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1495 manat (yəni 23 ay x 65 manat + 0 manat ilkin ödəniş) olan Nado markalı mebel əşyası üçün ümumilikdə 214 manat olmaqla, ondan 214 manat ödənilməmiş hissə, 58 manat cərimə (0.65 manat x 90 gün) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 0 manat borc yaranmışdır. Cavabdeh qızı “xxxx” MMC ilə arasında bağlanmış 16.07.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********45675 olan HOFFMANN X Prime markalı telefon almış və nəticədə 270 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 270 manat (yəni 18 ay x 15 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********45675 olan HOFFMANN X Prime markalı telefon üçün ümumilikdə 270 manat olmaqla, ondan 270 manat ödənilməmiş hissə, 81 manat cərimə (0.15 manat x 540 gün) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 0 manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1281 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə istinadən mübahisəyə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və cavabdehə iddia tələbi barədə bildiriş göndərilmiş, lakin qanunla nəzərdə tutulmuş müddətdə iddia ilə bağlı etiraz daxil olmamışdır. MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağrılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh qızı Nado markalı mebel əşyası və İMEİ kodu **********45675 olan HOFFMANN X Prime markalı telefon almış və nəticədə 484 manat borcu yaranmışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh qızının iddiaçı “xxxx” MMC-yə, Nado markalı mebel əşyası və İMEİ kodu **********45675 olan HOFFMANN X Prime markalı telefon üçün 484 manat borcu vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqısatqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan avadanlığı cavabdehə vermiş, lakin cavabdeh hər ay ödəniş cədvəlinə uyğun olaraq pul ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 20 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh qızından Nado markalı mebel əşyası və İMEİ kodu **********45675 olan HOFFMANN X Prime markalı telefon üçün 484 manat məbləğində pul və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 504 manat iddiaçı «xxxx» MMC-nın xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-1, 284-5.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh qızından 23.03.2019-cu il və 16.07.2019-cu il tarixli müqavilələr üzrə Nado markalı mebel əşyası və İMEİ kodu **********45675 olan HOFFMANN X Prime markalı telefon üçün 484 manat məbləğində pul və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 504 (beş yüz dörd) manat iddiaçı «xxxx» MMC-nın xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar