Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4259/2022 24.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlaka vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənzilinin bərpası üçün təmir işlərinin dəyəri olan 3035 (üç min otuz beş) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 15 saylı mənzil xx.xx.2009-cu il tarixli 7/104 saylı order əsasında iddiaçıya məxsusdur. Cavabdeh iddiaçının mənzilindən bir mərtəbə yuxarıda yerləşən 20 saylı mənzilin sahibidir. Həmin mənzildən mütəmadi olaraq iddiaçının mənzilinə su axmışdır. 12 aprel 2022-ci il tarixdə isə cavabdehin mənzilində işləyən usta su xəttini kəsdiyi üçün iddiaçının mənzilinə böyük həcmdə su axmışdır. Bunun nəticəsində iddiaçının mənzilinin dəhliz, mətbəx, hamam və iki otağının tavanı divarları, döşəməsi, yararsız vəziyyətə düşmüşdür. Evdə elektrik naqilinin partlaması nəticəsində iddiaçının qızını cərəyan vurmuşdur. Onlarla eyni binada yaşayan digər qonşular da bu hadislərin şahidi olmuşlar. Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçıya məxsus mənzildə 3035 (üç min otuz beş) manat təşkil edən təmir bərpa işləri aparılması tələb olunur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4259/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 oktyabr 2022-ci il tarixli, 10/4454 №-li ekspert rəyinə əsasən ünvan 2 ünvanında yerləşən 15 saylı mənzilə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 2359 manat müəyyən olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Bildirdi ki, ekspert rəyi ilə razıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, ekspert rəyi ilə razı olmadığını, mənzilə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün aparılmalı olan təmir-tikinti işlərinin dəyərinin çox müəyyən olunduğunu bildirdi. İddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə, iddiaçı və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən verilmiş 7/104 №-li orderdən görünür ki, ünvan 2 ünvanında yerləşən 46,74 kv.m ümumi sasəsi olan 3 otaqlı 15 saylı mənzilİddiaçı verilmişdir. - Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5 saylı Mənzil-Kommunal Sahəsinin 512 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 2 ünvanında yerləşən 20 saylı mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən 15 saylı mənzil xx.xx.2009-cu il tarixli 7/104 saylı order əsasında iddiaçıya məxsusdur. Cavabdeh iddiaçının mənzilindən bir mərtəbə yuxarıda yerləşən 20 saylı mənzilin sahibidir. Həmin mənzildən mütəmadi olaraq iddiaçının mənzilinə su axmışdır. Buna görə də iddiaçıya məxsus mənzildə təmir bərpa işləri aparılması tələb olunur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4259/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 oktyabr 2022-ci il tarixli, 10/4454 №-li ekspert rəyinə əsasən ünvan 2 ünvanında yerləşən 15 saylı mənzilə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 2359 manat müəyyən olunmuşdur. İddiaçı ekspert rəyində müəyyən olunmuş məbləğlə razıdır. Cavabdeh iddia tələbini qəbul etmir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə işin hallarına yuxarıda şərh olunan hüquq normalarına istinadən hüquqi qiymət verərək hesab edir ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 1-ci mikrorayon, 35/36 8/15 saylı evin, 15 saylı mənzilinə ziyan dəyməsi aşkardır və iş materialları ilə sübut olunur. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, 35/36 8/15 saylı evin, 15 saylı mənzilinə dəymiş zərər cavabdehin hərəkətləri nəticəsində baş verdiyindən, onun təmiri ilə bağlı xərclər cavabdehə aid edilməlidir. Məhkəmə ekspertiza tədqiqatı ilə Sumqayıt şəhəri, 1-ci mikrorayon, 35/36 8/15 saylı evin, 15 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 2359 manat məbləğində müəyyən olunur. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Sumqayıt şəhəri, 1-ci mikrorayon, 35/36 8/15 saylı evin, 15 saylı mənzilinin bərpası üçün təmir işlərinin dəyəri olan 2359 manat tutularaq iddiaçı X2 verilməlidir. Eyni zamanda məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq Cavabdeh 50 manat tutularaq X1 hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2359 manat tutularaq iddiaçı X2 verilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq 50 (yüz) manat Cavabdeh tutularaq X1 müxbir hesabına köçürülsün.(Kod:210005,VÖEN:**********,Müxbirhesab:AZ41NABZ********************) İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-4259/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4259/2022
24.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver