Məhkəmə qərarları › İş №2(060)-4280/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4280/2022

29.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4280/2022 29.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə və Cavabdeh3 iştirakları ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3, Cavabdeh5 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə - 03R000022304 saylı kredit razılaşması üzrə 15256,15 ABŞ dolları məbləğində kredit borcu, 4373,43 ABŞ dolları məbləğində faiz borcu və 24684,02 ABŞ dolları məbləğində cərimə olmaqla ümumilikdə cəmi 44313 (qırx dörd min üç yüz on üç) ABŞ dolları 60 (altmış) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması; tələbin Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 m2, yaşayış sahəsi 51,6 m2, yardımçı sahəsi 23 m2 olan 3 otaqlı 37 nömrəli mənzilinə yönəldilməsinə, həmin mənzilin açıq hərracdan satılması və cəmi 44313 (qırx dörd min üç yüz on üç) ABŞ dolları 60 (altmış) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulması, Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 m2, yaşayış sahəsi 51,6 m2, yardımçı sahəsi 23 m2 olan 3 otaqlı 37 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 həmin mənzilə istifadə hüququnun itirilməsinə, onların həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və İddiaçı QSCnə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə verərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" QSC nin xeyrinə - 03R000022304 saylı kredit razılaşması 15256,15 ABŞ dolları məbləğində kredit borcu, 4373,43 ABŞ dolları məbləğində faiz borcu və 24684,02 ABŞ dolları məbləğində cərimə olmaqla ümumilikdə cəmi 44313 (qırx dörd min üç yüz on üç) ABŞ dolları 60 (altmış) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 kv.m, yaşayış sahəsi 51,6 kv.m, yardımçı sahəsi 23 kv.m olan 3 otaqlı 37 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və cəmi 44313 (qırx dörd min üç yüz on üç) ABŞ dolları 60 (altmış) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" QSC-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 və Cavabdeh3 ümumi müştərək qaydada tutulması, Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 kv.m, yaşayış sahəsi 51,6 kv.m, yardımçı sahəsi 23 kv.m olan 3 otaqlı 37 nömrəli mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 həmin mənzilə istifadə hüququnun itirilməsinə, onların həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və Alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək göstərdi ki, İddiaçı QSC ilə Cavabdeh1 oğlu arasında bağlanmış xx.xx.2009-cu il tarixli 03L000002637 saylı kredit xətti müqaviləsinə əsasən cavabdeh Cavabdeh1 120 (bir yüz iyirmi) ay müddətinə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 03L000002637 saylı sazişə əsasən kredit xəttinin məbləği artırılaraq 50000 (əlli min) ABŞ dolları olaraq müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 03R000022304 saylı kredit razılaşması əsasında Cavabdeh1 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2 % olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 23000 (iyirmi üç min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2014-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 7743,85 ABŞ dolları ödəmiş, onun 15256,15 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2015-ci il tarixə 430 gün üçün hesablanmış faiz borcu 4373,43 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2015-ci il tarixə 430 gün üçün hesablanmış cərimə 24684,02 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka qoyan Cavabdeh3 iddiaçı ilə bağladığı xx.xx.2013-cü il tarixli 03M000001316 saylı ipoteka müqaviləsi (Sumqayıt şəhəri 4 saylı Notariat Kontoru tərəfindən təsdiq edilib) əsasında Sumqayıt şəhəri 18-ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 m2, yaşayış sahəsi 51,6 m2, yardımçı sahəsi 23 m2 olan 3 otaqlı 37 nömrəli mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən 210 №-li reyestr kitabının 40 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Sumqayıt şəhəri 18-ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 m2, yaşayış sahəsi 51,6 m2, yardımçı sahəsi 23 m2 olan 3 otaqlı 37 mənzilin İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdeh-ipoteka qoyan X4 İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndində uyğun olaraq xx.xx.2015-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş, xx.xx.2015-ci il tarixdə bildiriş qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə təqdim olunmuş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2015- ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu, ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 21 manat xidmət haqqı ödəmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı Cavabdeh1 bütün öhdəliklərini icra etməlidirlər. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 13645 saylı sazişə əsasən zaminlik müqaviləsinə dəyişiklik edilmiş, Cavabdeh2 kredit xətti müqaviləsinə edilmiş dəyişiklik və əlavələrlə birlikdə bank qarşısında öhdəliklərinin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Sumqayıt şəhəri 19 nömrəli MİS tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 1407 saylı forma 2 arayışına əsasən Sumqayıt şəhəri 18-ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 m2, yaşayış sahəsi 51,6 m2, yardımçı sahəsi 23 m2 olan 3 otaqlı 37 nömrəli mənzilində qeydiyyatda olan cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 həmin mənzil İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin mənzilin ipoteka ilə yüklü edilməsinə razı olduqlarını bildirmiş və ipoteka predmetinə tutma yönəldildiyi təqdirdə və satıldıqda həmin mənzili qeyd-şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşlər. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" QSC -nin xeyrinə - 03R000022304 saylı kredit razılaşması 15256,15 ABŞ dolları məbləğində kredit borcu, 4373,43 ABŞ dolları məbləğində faiz borcu və 24684,02 ABŞ dolları məbləğində cərimə olmaqla ümumilikdə cəmi 44313 (qırx dörd min üç yüz on üç) ABŞ dolları 60 (altmış) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 kv.m, yaşayış sahəsi 51,6 kv.m, yardımçı sahəsi 23 kv.m olan 3 otaqlı 37 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və cəmi 44313 (qırx dörd min üç yüz on üç) ABŞ dolları 60 (altmış) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" QSC-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 və Cavabdeh3 ümumi müştərək qaydada tutulması, Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 kv.m, yaşayış sahəsi 51,6 kv.m, yardımçı sahəsi 23 kv.m olan 3 otaqlı 37 nömrəli mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 həmin mənzilə istifadə hüququnun itirilməsinə, onların həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və Alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahış etdi. Məhkəmədə Cavabdeh3 iddia tələbini qismən qəbul edərək göstərdi ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında xx.xx.2013-cü il tarixdə bağlanmış müqaviləyə əsasən ona illik 2 faiz olmaqla 36 ay müddətinə 23000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təmiantı kimi onun mülkiyyətində olan mənzil ipoteka ilə yüklü edilmişdir. Sonradan Cavabdeh1 hazırda dünyasını dəyişmişdir. Hazırda, tələb olunan borc məbləğinin ödənilməsindən boyun qaçırmır. Lakin tələb olunan borc məbləği həddin artıq çox şişirdilmiş və faiz borcu çox göstərilmişdir. Əlavə olaraq, iddia tələbi üzrə cərimə borcunu qəbul etmir. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh2, X3, Cavabdeh5 və Cavabdeh6 qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlər Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə və Cavabdeh3 izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 31 mart 2009-cu il tarixli 03L00002637 №li Kredit Xətti müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 oğlu arasında bağlanmış xx.xx.2009-cu il tarixli 03L000002637 saylı kredit xətti müqaviləsinə əsasən cavabdeh Cavabdeh1 120 (bir yüz iyirmi) ay müddətinə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan 31 may 2013-cü il tarixli 03R000022304 №li Kredit Razılaşmasından görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 aylıq 2% olmaqla 36 ay müddətinə 23000 ABŞ dolları məbləğində istehlak krediti verilmişdir. Kredit müaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. İş materiallarında olan İddiaçı QSC-nin “Sumqayıt” filialı ilə Cavabdeh2 və Cavabdeh3 arasında 16 fevral 2012-ci il tarixdə 03S000013645 və 31 may 2013-cü il tarixli №li zaminlik müqavilələrii bağlanmışdır. Qeyd olunan müqavilənin 1.1-ci bəndində göstərilmişdir ki, bu müqavilə borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında məsuliyyət daşıyır. Müqavilənin 3.1-ci bəndinə əsasən borclu kredit xətti müqaviləsi üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini ödəyə bilmədikdə, zamin kreditdən istifadə üçün faiz və bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədar hesablanmış məbləğlərin ödənilməsi də daxil olmaqla borclunun kredit xətti müqaviləsi üzrə icra etməli olduğu bütün öhdəlikləri bankın ilk tələbi ilə yerinə yetirməyə borcludur. İş materiallarında olan İddiaçı QSC-nin “Sumqayıt” filialı ilə Cavabdeh3 (borclu) və (ipoteka qoyan) arasında 31 may 2013-cü il tarixdə bağlanmış 03M00001316 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 ona məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 kv.m, yaşayış sahəsi 51,6 kv.m, yardımçı sahəsi 23 kv.m olan 3 otaqlı 37 nömrəli mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş №li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, №0198114 saylı “Çıxarış”ın surətindən görünür ki, Cavabdeh3 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 kv.m, yaşayış sahəsi 51,6 kv.m, yardımçı sahəsi 23 kv.m olan 3 otaqlı 37 nömrəli mənzili İddiaçı QSC-də xx.xx.2013-cü ildən 120 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş №li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, №0416635 saylı “Çıxarış”ın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Ziya Bünyadov küçəsi, ev 20A saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X2 adına Daşınmaz əmlakın dövlət reyestrində 93 nömrəli reyestr kitabının `4 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 xx.xx.2013-cü il tarixli ərizələrinin surətlərindən görünür ki, Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, 18ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 kv.m, yaşayış sahəsi 51,6 kv.m, yardımçı sahəsi 23 kv.m olan 3 otaqlı 37 nömrəli mənzili ipotekaya əlavə edilməsinə etiraz etmirlər. İpoteka qoyulmuş əmlaka ödəniş yönəldiyi halda öhdəsinə götürürlər ki, onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəkdir. İş materiallarında olan "xxxx" MMC-nin “mənzilin Qiymətləndirilməsi barədə” xx.xx.2022-ci il tarixli hesabatdan görünür ki, Cavabdeh3 məxsus olan, Sumqayıt şəhəri, 18ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 kv.m, yaşayış sahəsi 51,6 kv.m, yardımçı sahəsi 23 kv.m olan 3 otaqlı 37 nömrəli mənzilin xx.xx.2022-ci il tarixə olan bazar dəyəri 60000 (altmış min) manat, Likvid dəyəri 52000 (əlli iki min) manat təşkil edir. İş materiallarında olan AZ-İ № 655004 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2013-cü il tarixdə ölmüşdür. İş materiallarında olan İddiaçı QSC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin müştərisi olan Cavabdeh1 03R000022304 saylı, xx.xx.2013-cü il tarixli kreit razılaşması üzrə 15256 (on beş min iki yüz əlli altı) ABŞ dolları 15 (on beş) sent əsas borc, 3358 (üç min üç yüz əlli səkkiz) ABŞ dolları 83 (səksən üç) sent faiz borcu, 13088 (on üç min səksən səkkiz) ABŞ dolları 75 (yetmiş beş) sent məbləğində cərimə borcu, cəmi 31703 (otuz bir min yeddi yüz üç) ABŞ dolları 73 (yetmiş üç) sent borc təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit xətti müqaviləsi üzrə kredit razılaşmasında nəzərdə tutulan pul vəsaitini Cavabdeh1 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh1 öldüyü üçün kredit müqaviləsi üzrə banka olan 15256 (on beş min iki yüz əlli altı) ABŞ dolları 15 (on beş) sent əsas borc, 3358 (üç min üç yüz əlli səkkiz) ABŞ dolları 83 (səksən üç) sent faiz borcu, 13088 (on üç min səksən səkkiz) ABŞ dolları 75 (yetmiş beş) sent məbləğində cərimə borcu, cəmi 31703 (otuz bir min yeddi yüz üç) ABŞ dolları 73 (yetmiş üç) sent məbləğində borcu ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 03R000022304 saylı kredit müqaviləsi və ona edilmiş əlavə sazişlər üzrə 15256,15 ABŞ dolları kredit borcunun və 4373,43 ABŞ dolları faiz borcunun tutulması barədə tələb əsaslıdır, kredit müqaviləsi üzrə hesablanmış 24684,02 ABŞ dolları məbləğində dəbbə pulu isə tənasübsüz surətdə yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 24684,02 ABŞ dolları məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 500 ABŞ dolları müəyyən edilməlidir. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi ilə əlaqədar ona borcun ipoteka ilə yüklü edilmiş əmlak hesabına ödənilməsi üçün məhkəməyə müraciət olunacağı barədə xx.xx.2015-ci il tarixli 6636 saylı bildiriş göndərilmiş və qeyd olunan bildiriş xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt ərazi idarəsi tərəfindən qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərçləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək ücün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini geçikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərraçdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirildiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora kecməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi ücün əsasdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan "xxxx" MMC-nin “Fərdi Yaşayış evinin Qiymətləndirilməsi barədə” xx.xx.2021-ci il tarixli hesabatdan görünür ki, Cavabdeh3 məxsus olan, Cavabdeh3 məxsus olan, Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 kv.m, yaşayış sahəsi 51,6 kv.m, yardımçı sahəsi 23 kv.m olan 3 otaqlı 37 nömrəli mənzilin xx.xx.2022-ci il tarixə olan bazar dəyəri 60000 (altmış min) manat, Likvid dəyəri 52000 (əlli iki min) manat təşkil edir. Məhkəmə həmin qiymətləndirmə ilə bağlı mübahisənin olmadığını nəzərə alaraq göstərilən məbləği ipoteka predmetinin ilkin satış qiyməti hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İş materiallarında olan Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 xx.xx.2013-cü il tarixli ərizələrinin surətlərindən görünür ki, Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 kv.m, yaşayış sahəsi 51,6 kv.m, yardımçı sahəsi 23 kv.m olan 3 otaqlı 37 nömrəli mənzili ipotekaya əlavə edilməsinə etiraz etmirlər. İpoteka qoyulmuş əmlaka ödəniş yönəldiyi halda öhdəsinə götürürlər ki, onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəklərini öhdəliyinə götürmüşlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddiaçının iddia tələbi ipoteka predmeti olan Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 kv.m, yaşayış sahəsi 51,6 kv.m, yardımçı sahəsi 23 kv.m olan 3 otaqlı 37 nömrəli mənzilə tutma yönəldikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 həmin mənzildən çıxarılmalı və boşaldılaraq alıcıya təhvil verilməsi hissəsində də əsaslı olduğundan təmin olunmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinin tələbinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa. İpoteka qoyulmuş yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutulduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ipoteka yüklü edilmiş Sumaqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 kv.m, yaşayış sahəsi 51,6 kv.m, yardımçı sahəsi 23 kv.m olan 3 otaqlı 37 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilməsi hissəsində əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı kimi bank cavabdehə qarşı mənzilə olan istifadə hüquqlarının itirilməsi predmeti iddia qaldırmaq hüququnun subyekti deyildir. Tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit və ipoteka müqavilələri çərçivəsində bankın tələb hüququna yalnız kreditin qaytarılması və bununla bağlı zərərin ödənilməsini tələb etmək, ipoteka predmetinə tutma yönəltmək aid ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunda bankın cavabdehlərə qarşı mənzilə olan istifadə hüquqlarının itirilməsi predmeti barədə iddia qaldırmaq hüququ nəzərdə tutulmamışdır. Belə ki, həmin hüquqlar ipoteka predmetinə tutma yönəldilərək mənzil özgəninkişləşdiriləcəyi halda yeni mülkiyyətçiyə məxsusdur. “Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarı”na əsasən Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 15256 (on beş min iki yüz əlli altı) ABŞ dolları 15 (on beş) sent məbləğində kredit borcu, 4373 (dörd min üç yüz yetmiş üç) ABŞ dolları 43 (qırx üç) sent məbləğində faiz borcu və 500 (beş yüz) ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 20129 (iyirmi min yüz iyirmi doqquz) ABŞ dolları 58 (əlli səkkiz) sent məbləğində borcun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının İddiaçı QSC-nin xeyrinə tutulmalı, tələbin Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 kv.m, yaşayış sahəsi 51,6 kv.m, yardımçı sahəsi 23 kv.m olan 3 otaqlı 37 nömrəli mənzilinə yönəldilməli, həmin mənzilin likvid dəyəri 52000 (əlli iki min) manat müəyyən edilməklə açıq hərracdan satılması və mənzilin satışından əldə olunmuş məbləğin cəmi 20129 (iyirmi min yüz iyirmi doqquz) ABŞ dolları 58 (əlli səkkiz) sent məbləğində borcun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-yə ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləği cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmalı, Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 kv.m, yaşayış sahəsi 51,6 kv.m, yardımçı sahəsi 23 kv.m olan 3 otaqlı 37 nömrəli mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 həmin mənzildən çıxarılmalı, mənzil boşaldılmalı və alıcıya təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 15256 (on beş min iki yüz əlli altı) ABŞ dolları 15 (on beş) sent məbləğində kredit borcu, 4373 (dörd min üç yüz yetmiş üç) ABŞ dolları 43 (qırx üç) sent məbləğində faiz borcu və 500 (beş yüz) ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 20129 (iyirmi min yüz iyirmi doqquz) ABŞ dolları 58 (əlli səkkiz) sent məbləğində borcun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının İddiaçı QSC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 kv.m, yaşayış sahəsi 51,6 kv.m, yardımçı sahəsi 23 kv.m olan 3 otaqlı 37 nömrəli mənzilinə yönəldilsin. Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 kv.m, yaşayış sahəsi 51,6 kv.m, yardımçı sahəsi 23 kv.m olan 3 otaqlı 37 nömrəli mənzilin likvid dəyəri 52000 (əlli iki min) manat müəyyən edilsin. Mənzil açıq hərracdan satılsın və onların satışından əldə edilən pul vəsaiti hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 20129 (iyirmi min yüz iyirmi doqquz) ABŞ dolları 58 (əlli səkkiz) sent məbləğində məbləğində borc, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilsin. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləği Cavabdeh2 və Cavabdeh3 ümumi müştərək qaydada tutulsun. Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 kv.m, yaşayış sahəsi 51,6 kv.m, yardımçı sahəsi 23 kv.m olan 3 otaqlı 37 nömrəli mənzil tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 həmin mənzildən çıxarılsın, mənzil boşaldılsın və alıcıya təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar